Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1706/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkumlar - xxx, Müdafiəçilər - Həsənov Fəxrəddin Cəfi oğlunun və Abdurahmanov Ağarəhim Abdulxaliq oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli 1(106)-855/2022 nömrəli qərarından məhkumlar Məhkum1 və Məhkum2 ayrı ayrılıqda, Məhkum1 müdafiəçisi Həsənov Fəxrəddin Cəfi oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə və Məhkum1 kassasiya şikayətinə verdiyi əlavəyə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim X.A.Nuriyev (sədrlik edən), hakimlər N.F.Quliyev və O.Y.Cəlilovdan ibarət tərkibdə) xxx ildə x kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, x kəndində qeydiyyatda olan, hal-hazırda cəza çəkən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 150.3.3, 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 29, 150.3.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə, CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə müddətlərinin başlanğıcının 30 iyul 2018-ci il tarixdən hesablanmışdır. cəzaçəkmə xxxxxx ildə x kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, x qeydiyyatda olan, hal-hazırda cəza çəkən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 150.3.3, 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 29, 150.3.3 -cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə, CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətlərinin başlanğıcının 30 iyul 2018-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin hökmündən Məhkum1 və onun müdafiəçisi X10, Məhkum2 müdafiəçisi X11, Məhkum1 və Məhkum2 digər müdafiəçisi X12 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim İ.H.Əhmədov, hakimlər R.M.Cəfərov və F.K.Soltanovdan ibar ət tərkibdə) 05 dekabr 2019-cu il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 və Məhkum2 CM-nin 29, 150.3.3-cü maddələri ilə təqsirli bilinərək onlara həmin maddələrlə cəza təyin edilməsinə dair müddəalar, Məhkum1 və x CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsinə dair və x və Məhkum2 onlara təyin edilmiş cəzaları ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrinə dair müddəalar hökmdən xaric edilmiş, Məhkum1 və Məhkum2 CM-nin 29, 150.3.3-cü maddələri ilə əməllərinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, onlara CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi q ərara alınmışdır. Hökm qalan hissədə dəyidirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ə.Ə.Novruzov (sədrlik edən), Ş.Y.Yusifov və F.A.Kərimovdan ibarət tərkibdə) 13 oktyabr 2020-ci il tarixli qərarı ilə kassasiya protesti və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə birlikdə verdiyi kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qərarı Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 29,150.3.3-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi X10 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), M.Ə.Bağırov və K.S.Bəşirovdan ibarət tərkibdə) 14 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Məhkum1 və Məhkum2 CM-nin 29,150.3.3, 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2019-cu il tarixli 1(99)-43/2019 saylı hökmü qismən, yəni Məhkum1 və Məhkum2 CM-nin 29,150.3.3-cü maddəsi ilə təsirli bilinərək məhkum edilmələrinə aid hissədə ləğv olunmuş, Məhkum1 və Məhkum2 təqsirlilikləri və aidiyyətləri sübuta yetirilmədiyinə görə CM-nin 29,150.3.3-cü maddəsi ilə bəraət verilmiş, Məhkum1 və Məhkum2 CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsi və onlara təyin edilmiş cəzaları ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrinə dair müddəalar hökmdən xaric edilmişdir. Məhkum1 ona CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 30 iyul 2018-ci il tarixdən hesablanması nəzərə alınmış, Məhkum2 ona CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 30 iyul 2018-ci il tarixdən hesablanması nəzərə alınmış, birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətləri ilə əlaqədar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 14 yanvar 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov X21 tərəfindən verilmiş kassasiya protestinə və məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi X10 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ə.C.Seyidov, hakimlər T.L.Kazımov və E.Y.Şamayevdən ibarət tərkibdə) 27 iyul 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2022-ci il tarixli qərarı Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 29, 150.3.3-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim İ.Q.Abdullayev, hakimlər Z.M.Allahyarov və O.N.İsmayılovdan ibarət tərkibdə) 17 noyabr 2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmündən Məhkum1 və onun müdafiəçisi X10, Məhkum2 müdafiəçisi X11, Məhkum1 və Məhkum2 digər müdafiəçisi X12 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum1 və Məhkum2 CM-in 29, 150.3.3, 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 ayrı ayrılıqda və Məhkum1 müdafiəçisi Həsənov Fəxrəddin Cəfi oğlu tərəfindən kassasiya şikayətləri və Məhkum1 kassasiya şikayətinə əlavəni verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 29, 150.3.3, 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdirlər ona görə ki, onlar özgənin əmlakını açıq talamaq məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 22 iyul 2017-ci il tarixdə saat 17.30 radələrində hər ikisi sərxoş vəziyyətdə olmaqla həmkəndliləri X2 ailə üzvləri ilə yaşadığı evin ikinci mərtəbəsində yerləşən, yaşayış sahəsi olan yataq otağına qanunsuz olaraq girmiş, həmin vaxt Xnın otaqda cizgi filminə baxan oğlu, 06 iyun 2008-ci ildə doğulmuş Zərərçəkmiş şəxs anası Xya məxsus pu lun yerini soruşmuşlar. Zərərçəkmiş şəxs pulun yerini bilmədiyini dedikdə Məhkum1 əli ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vuraraq sağ alt göz qapağı, üst dodağın selikli qişası, boynunun arxa səthində, sol çiyin qurşağında, sol kürək nahiyəsində, sol kürəkaltı nahiyədə qançır, belin sol tış səthində, sol bazuda və sol sağrı nahiyələrində qançırlardan ibarət olan, həyat və sağlamlıq üçün təhlükəli olmayan xəsarətlər yetirib, zor tətbiq edərək Zərərçəkmiş şəxs gözü qarşısında otaqda yerləşən servantda olan çaydanın içərisindən birgə niyyətlə Xya məxsus cəmi 3170 manat pulu və 1100 manat dəyərində 28 qram çəkidə, “buruq-buruq” formalı qızıl qadın boyunbağısını açıq yolla talayaraq, ümumilikdə zərərçəkmiş şəxs Xya 4270 manat məbləğində maddi ziyan vurmaqla birgə soyğunçuluq etmişlər. Bundan başqa, Məhkum1 və Məhkum2 həmin vaxt xxx 2008-ci il təvəllüdlü, onlar üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs yaşadığı evdə tək qalmaqla köməksiz vəziyyətindən istifadə edərək ona qarşı uşaqbazlıq etmək niyyətinə düşmüş və hər ikisi bu barədə razılaşaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmişlər. Bu niyyətlərini həyata keçirmək üçün əvvəlcə Məhkum2 Zərərçəkmiş şəxs “səni eləsəm, anana deməzsən?” sualını vermiş, azyaşlı Zərərçəkmiş şəxs ağlayaraq ona qarşı seksual hərəkətlər etməmələrini xahiş etmişdir. Lakin Məhkum1 və Məhkum2 buna məhəl qoymayaraq Zərərçəkmiş şəxs qarşı uşqbazlıq niyyətlərini həyata keçirmək üçün onu tutmaq istədikdə Zərərçəkmiş şəxs evin eyvanına qaçıb onların əlindən qurtulmaq istəmiş, sonra isə həyətə düşərək, küçəyə qaçıb uzaqlaşmağa can atmış, lakin Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs həyətin ortasında tutmuş, zor tətbiq edərək dizi və əlləri üstə torpağa oturtmuşlar. Məhkum2 Zərərçəkmiş şəxs əynindəki şortiki və alt tumanını dizlərinə qədər aşağı çəkmiş, Məhkum1 isə Zərərçəkmiş şəxs başından tutaraq onu tərpənməyə qoymamış və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona xəsarət və ağrı yetirmiş, bundan istifadə edən Məhkum2 öz şalvarını və alt paltarını aşağı çəkərək Zərərçəkmiş şəxs arxa keçəcəyinə daxil etmək üçün öz cinsiyyət orqanını çıxararkən, Zərərçəkmiş şəxs qışqırmasını eşidib köməyə gələn qonşu X3 qışqırıb onları gördüyünü deməsinə, Zərərçəkmiş şəxs buraxmalarını tələb etməsinə görə Məhkum1 və Məhkum2 bilavasitə cinayət törətməyə yönəlmiş əməllərini öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək onlar üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı köməksiz vəziyyətindən istifadə etməklə və zor tətbiq edərək uşaqbazlıq etməyə birgə cəhd etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumlar Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərini və Məhkum1 kassasiya şikayətinə verdiyi əlavəni onunla əsaslandırmışdılar ki, məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, cinayət hadisəsinin baş verdiyini, cinayət tərkibinin əlamətlərini təsdiq edən sübutlar mövcud olmadığı vəziyyətdə onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,150.3.3-cü maddəsi ilə təqsirli bilinmələrinə dair əsassız, qanunsuz və ədalətsiz ittiham hökmü çıxarılmış, apellya siya instansiyası məhkəməsi onların təqsirli bilinmələrinə dair nəticə ilə razılaşmaqla eyni pozuntulara yol vermişdir. Məhkumlar iddia edilər ki, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri qeyri dəqiq və ziddiyyətli olmuş, ekspertiza rəyləri saxtalaşdırılmış, müdafiəçiləri tərəfindən təqdim edilmiş video görüntülərə qiymət verilməmiş, işin həqiqi halları düzgün araşdırmamışdır. Faktiki olaraq məhkumlar kassasiya şikayətlərində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6, 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntuları yaradan hallar kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və onlara CM-in 29, 150.3.3-cü maddəsi ilə bəraət ver ilməsini xahiş etmişdilər. Məhkum1 müdafiəçisi Həsənov Fəxrəddin Cəfi oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayətprosessual qaydalar pozulmuş, sübutlar müqayisəli formada təhlil edilməmiş, yalnız formal mülahizələrə əsaslanan ittiham irəli sürülmüş, nəticədə Məhkum1 əsassız və qanunsuz olaraq törətmədiyi cinayətlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək, məhkum edilmişdir. Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsə CM-in 29, 150.3.3-cu maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinin əsasını zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin yalan və ziddiyyətli ifadələri və bundan doğan zərərçəkmiş şəxsin, şahidlərin qeyri dəqiq ifa dələri təşkil etmişdir. Belə ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X baş vermiş hadisənin bir başa şahidi özü olduğunu və təsvir etdiyi hadisənin onun gözü qarşısında baş verdiyini bildirdiyi halda, sonra X2a şahid qismində işə cəlb olunmuş və hadisənin bilavasitə şahidi olmasını bildirmiş, bundan sonra X və Zərərçəkmiş şəxs öz ifadələri dəyişmiş və öz ifadələrini X2anın verdiyi ifadəsinə uyğunlaşdırmışdılar. Müdafiəçi Həsənov Fəxrəddin Cəfi oğlu kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum1 əməlində CM-in 29, 150.3.3-cü maddəsinin tərkib əlamətləri olmadığına görə həmin hissədə ona həmin hissədə bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məh kəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəl ləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumlar Məhkum2 və Məhkum1 və Məhkum1 müdafiəçisi Həsənov Fəxrəddin Cəfi oğlu kassasiya şikayətlərində Məhkum1 kassasiya şikayətinə verdiyi əlavədə məhkəmələrin məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, nəticədə, cinayət hadisəsinin baş verməsini, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olmasını təsdiq edən sübutlar mövcud olmadığı vəziyyətdə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 150.3.3-cü maddəsi ilə təqsirli bilindiklərini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3-cü, 416.1.6, 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumların və müdafiəçinin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası C inayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tə ləblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göründüyü kimi cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraa tında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Məhkumlar Məhkum2 və Məhkum1 və Məhkum1 müdafiəçisi Həsənov Fəxrəddin Cəfi oğlu kassasiya şikayətlərindən görünür ki, onlar Məhkum2 və Məhkum1 zərərçəkmiş şəxsə qarşı nəinki cinayət törətmədiklərini, ümumiyyətl ə ona münasibətdə heç bir hərəkət etmədiklərini, məhkəmələrin isə iş üzrə obyektiv həqiqətin üzə çıxarılmasına təşəbbüs göstərmədiklərini, sübut qismində işdə olan ziddiyyətli şahid ifadələrinə istinad etdikllərini, tərəflərində təqdim olunmuş video materiallara obyektiv qiymət verilmədiyini iddia etməklə, məhkumlar barəsində əsassız olaraq ittiham hökmünün çıxarılması haqqında qənaətlərini və bu qənaətlərindən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özlərinin işin faktiki hallarına verdikləri fərqli təsvirlər üzərində qurmuşlar. Məhkumların və müdafiəçinin kassasiya şikayətlərinə münasibət bildirərkən, məhkəmə kollegiyası hazırki iş üzrə əvvəl qəbul edilmiş Azərbayca n Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2020-ci il tarixli və 27 iyul 2022-ci il tarixli qərarlarına müraciət etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin 13 oktyabr 2020-ci il tarixli və 27 iyul 2022-ci il tarixli qərarları ilə Ali Məhkəmənin Cinayət kollegiyası hazırki iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin 05 dekabr 2019-cu il tarixli və 14 yanvar 2022-ci il tarixli qərarlarını dövlət ittihamçısının kassasiya protestinə, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin kassasiya şikayətinə əsasən ləğv edib cinayət işini yeni məhkəmə baxışına təyin edərkən ondan çıxış etmişdir ki, məhkəmələr tərəfindən Məhkum2 və Məhkum1 əməllərinə (CM–nin 29, 150.3.3-cü maddəsi ilə bəraətin verilməsi barədə nəticə) obyektiv hüquqi qiymətin veril məsi ilə bağlı hərtərəfli və obyektiv araşdırılma aparılmamış, o cümlədən məhkəmələr Məhkum2 və Məhkum1 münasibətdə zəruri olan sübutların tədqiqindən, iş üzrə mövcud olan ziddiyyətlərin aradan qaldırılması (həqiqətin müəyyən edilməsi) üçün keyfiyyətli araşdırmanın aparılmasından imtina etməklə yanaşı, araşdırılmış sübutları CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirməmişlər və adları çəkilən şəxslərin barəsində müvafiq nəticəyə gələrkən yolverilməz sübutlara əsaslanmaqla CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər. Adı çəkilən qərar faktiki olaraq Məhkum2 və Məhkum1 əməllərinə düzgün hüquqi qiymətin verilməsi ilə bağlı araşdırmanın natamamlığını ehtiva etməklə bu məsələ üzrə təkrar – CPM-nin tələblərinə müvafiq su rətdə ətraflı və keyfiyyətli araşdırmanın aparılmasını və həmin araşdırmanın nəticələrinə görə qanuni qərarın qəbul edilməsini nəzərdə tuturdu. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcələnin 419.12-ci maddəsinin mənasına görə Ali Məhkəmənin Cinayət kollegiyasının qərarının qeyd edilən məzmunda olması apellyasiya instansiyası məhkəməsində keçirilən yeni məhkəmə baxışında araşdırılan məsələlərin dairəsini yalnız həmin məsələ ilə məhdudlaşdırmır, məhkəmənin yeni baxışın yekununda gələ biləcəyi nəticələri öncədən müəyyən etmir, o cümlədən hüquqi məsələlərə dair nəticələrini yeni baxış zamanı müəyyən edilmiş faktiki hallar üzərində qurmaq imkanını əlindən almır. Ali Məhkəmənin müvafiq qərarlarında əks olunmuş mövqeyə görə, yeni apellyasiya baxışı zamanı Məhkum2 və Məhkum1 əməllərinin tövsifi ilə bağlı qanuni və ədalətli qərar qəbul edilməsi üçün cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməli idi. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi yeni məhkəmə baxışında Ali Məhkəmənin müvafiq qərarlarında əks olunmuş mövqeylərini nəzərə almaqla, iş üzrə obyektiv, ətraflı və keyfiyyətli araşdırma həyata keçirərək Məhkum2 və Məhkum1 hökmlə istinad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini (CM 29, 150.3.3-cü maddəsi) tö rətmələri barədə yekun nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qeyd olunan qənaəti məhkumların və müdafiəçinin kassasiya şikayətlərində iddia etdiklərinin əksinə olaraq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkumlar Məhkum2 və Məhkum1 və müdafiəçi Həsənov Fəxrəddin Cəfi oğlunun məhkumların zor tətbiq edərək uşaqbazlıq etməyə birgə cəhd etməmələri haqqında ittihamın mübahisələndirilməsi üzrə dəlilləri - məhkumların və onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübut ların məcmusu, o cümlədən Zərərçəkmiş şəxs (hadisəni ətraflı təsvir etmək, almış olduğu xəsarətlər barədə təfərrüatlı məlumat vermiş), şahidlər X4 (hadisənin bilavasitə görmüş), X6 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X3 ifadələri ilə, canlı şəxsin ekspertizası ilə bağlı tərtib olunmuş məhkəmə-tibb ekspertizasının 26 iyul 2017-ci il tarixli 468 nömrəli rəyi ilə (rəyin nəticə hissəsindən görünür ki, “azyaşlı Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sağ alt göz qapağında qançır, üst dodağının selikli qişasında qançır, bonunun arxa səthində qançır, sol çiyin qurşağında qançır, sol kürək nahiyəsində üç ədəd qançır, sol kürəkaltı nahiyədə birbirinə paralel yerləşmiş üç ədəd qançır, belin sol tış səthində üç ədəd qançır, sol bazuda qançır, sol sağrı nahiyədə qançır – küt əşyanın (əşyalar ın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə zorla cinsi əlaqədə olmağa cəhd zamanı əmələ gələ bilərdi..), “Baxış və götürmə aparılması haqqında” 07 avqust 2017-ci il tarixli protokolu ilə (protokolun məzmunundan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş şortikin arxa hissəsində 6 (altı) ədəd xırda zədə izləri var), məhkəmə-tibb ekspertizasının 26 avqust 2017-ci il tarixli 405/17 nömrəli rəyi ilə (rəyin nəticə hissəsində qeyd olunur ki, “1989cu il təvəllüdlü Məhkum2 məhkəmə-tibbi ekspertiza müayinəsinə əsaslanaraq, hadisə haqqında qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlirəm: Məhkum2 yanağında sıyrıq izləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər məhdu d təsir səthinə malik bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 22 iyul 2017-ci il tarixdə əllə yetirilə bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir”. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Məhkum2 ekspertə həmin xəsarəti 22 iyul 2017-ci ildə saat 18 radələrinə həmkəndlisi Zərərçəkmiş şəxs əllə sifətinə yetirdiyini bildirmişdir), məhkəmə-psixoloji ekspertizasının 05 fevral 2018-ci il tarixli 579 nömrəli rəyi ilə (rəyin nəticə hissəsində qeyd olunur ki, “Zərərçəkmiş şəxs əqli (intellektual) psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs özü ilə əlaqədar yaranmış şəraiti qavramış, əqli imkanları daxilində mahiyyətini anlamaq qabiliyyətində olmuşdur. Zərərçəkmiş şəxs özü ilə əlaqədar yaranmış hadisə zamanı qorxu ilə müşayiət olunan emosional gərginlik halı keçirmişdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və təlqinə qapılmağa meyillilik müşahidə olunmur. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində ünsiyyətçillik, səmimilik, sadəlövhlük, optimistlik və həyacanlılıq əlamətləri müşahidə olunur”) maddi sübutlar və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumların və müdafiəçinin apellyasiya şikayətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-in tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum2 və Məhkum1 əməllərinin Cinayət Məcəlləsinin 29, 150.3.3-cü maddəsilə tövsif edilməsi, onların bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Yuxarıda qeyd olunan və digər sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən ətraflı təsvir və şərh edilməsini zəruri saymır. Apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə istər CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraəti n əsasları, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir və buna görə Məhkum2 və Məhkum1 təqsirliliyi və onların əməllərinin hüquqi tövsif ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır. Məhkəmə kollegiyası, həm də onu nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 və Məhkum1 cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yoxlanılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cə zanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6, 416.1.11-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilməd iyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərin təmin edilməsi barədə Məhkum1 və onun müdafiəçisi Həsənov Fəxrəddin Cəfi oğlunun, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi3 oğlunun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 ayrı ayrılıqda və Məhkum1 müdafiəçisi Həsənov Fəxrəddin Cəfi oğlu tərəfindən verilmiş kassasiya şikayətləri və Məhkum1 kassasiya şikayətinə verdiyi əlavə təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli 1(106)-855/2022 nömrəli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kolleg iyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkumlar Məhkum1 və Məhkum2 ayrı ayrılıqda verdikləri və Məhkum1 müdafiəçisi Həsənov Fəxrəddin Cəfi oğlunun kassasiya şikayətləri və Məhkum1 kassasiya şikayətinə verdiyi əlavə təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 150.3.3, 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli 1(106)855/2022 nömrəli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1706/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1706/2023
12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver