Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1706/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X6 iştirakı ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bi linib məhkum olunmuş X1 və Məhkum2 barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarından məhkumların müdafiəçisi Müdafiəçi4 tərəfindən hər iki məhkum barəsində ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(124)-338/2023 nömrəli (hakimlər F.Z.Hümbətov (sədrlik edən və məruzəçi) H.S.Əliyev və A.T.Rzayeva) hökmü ilə xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amış, hal hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, X2 Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 21 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, xx xxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhs illi, subay, məhkumluğu olan, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 2amış, hal hazırda 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilərək 1 il 9 ay 12 gün hissədə çəkilməmiş qalan azadlığın mədudlaşdırılması cəzasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub hesablanmaqla 10 a y 21 gün müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilərək qismən birləşdirilməklə qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 22 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 və Məhkum2 məhkum olunmuşlar ona görə ki, onlar bir yerdə tanışları “Əli” adlı İ ran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gələrək bu məqsədlə naməlum vaxtda və şəraitdə külli miqdarda 1195 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 9,16 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 229 həb narkotik vasitə metadon dərman preparatı və külli miqdarda 154,561 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, külli miqdarda 1195 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 8,36 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 209 həb narkotik vasitə metadon dərman preparatı və külli miqdarda 144,509 qram çəkidə psixotrop maddə metamfetamini daşıyaraq müvəqqəti kirayə yaşadıqları Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45D, 77 saylı mənzildə gizlətməklə saxlamışlar, həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 10 həb narkotik vasitə metadon dərman preparatı və külli miqdarda 4,187 qram çəkidə pxixotrop maddə metamfetamini Məhkum1, həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 10 həb narkotik vasitə metadon dərman preparatı və külli miqdarda 5,865 qram çəkidə pxixotrop maddə metamfetamini Məhkum2 üzərlərində saxlamaqla daşımışlar, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 sentyabr 2022-ci il tarixdən etibarən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum1 həmin gün saat 21:10-da Sumqayıt şəhəri, 1-ci mikrorayon, 45D saylı evin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanda yerləşən DİN-in Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunub həmin gün saat 22:10-da üzərinə şəxsi axtarış keçirilərkən Məhkum1 əynindəki şalvarın sağ yan cibindən həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 10 həb narkotik vasitə metadon dərman preparatı və bir ədəd bükümdə külli miqdarda 4,187 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi2 və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim: X7, hakimlər: X5 və X3 ibarət tərkibdə) 19 oktyabr 2023-cü il tarixli, 1(105)-454/2023 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(124)-338/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarından təqsirləndirilən şəxslər Məhkum1 və M.E.Süleymanlının müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətində Sumqayıt Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilib Məhkum1 bəraət verilməsi və Məhkum2 əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin və həmin maddənin sanksiyası çərçivəsində yüngül cəza təyin edilməsi xahiş edilmişdir. 22 iyul 2024-cü il tarixdə məhkumlar X2 cəza çəkdiyi 9 saylı cəzaçəkmə müəssisəsindən, Məhkum2 isə cəza çəkdiyi 10 saylı cəzaçəkmə müəssisəsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarından Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumların ərizələri təmin olunmalı, kassasiya şikayətləri baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.7-ci maddəsində göstərilir ki, kassasiya instansiyası məhkəməsində zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsi yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və onun qanuni nümayəndəsinin razılığı ilə öz k assasiya şikayətini, habelə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda apellyasiya instansiyası məhkəməsində iştirak etmiş zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkumlar X2 və Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin geri götürülməsi haqqında məhkumların ərizələrini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətlərin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum X1 və Məhkum2 ərizələri təmin edilsin. A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X1 və Məhkum2 barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarından Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri məhkumların özlərinin ərizələrinə əsasən baxılmadan geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1706/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1706/2024
25.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver