Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1707/2022 01.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli, 1(103)-650/2022 nömrəli qərarından Dövlət ittihamçısı2 tərəf indən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər sürücü işləmiş, orta təhsilli, əvvəllər məhkum olunmuş (Qusar rayon məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 315.1-ci maddələri ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 mart 2017-ci il tarixdə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 16 mart 2017-ci il tarixli qərarı ilə 8 (səkkiz) ay 22 (iyirmi iki) gün cəzadan şərti olaraq vaxından əvvəl azad olunmuş və 8 dekabr 2017-ci il tarixdə cəzasını çəkib qurtarmış) məhkumluğu ödənilmiş, Bakı şəh əri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 32, mənzil 8-də qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93-də yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamış və satmışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan İran vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Binəqədi rayonu, DSK yolunda yerləşən “GRAND” marketdə “Milli ön” aparatından İranlı şəxsin hesabına 300 manat ödədikdən sonra 4 mart 2020-ci il tarixdə saat 11 radələrində sonuncu tərəfindən qoyulm uş Binəqədi rayonu, DSK yolunda daşın altından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 19,522 qram olan narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 4 mart 2020-ci il tarixdə saat 19:40 radələrində Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsinin giriş hissəsində saxlanılaraq Binəqədi rayonu, R.Allahverdiyev döngə 7 ünvanında yerləşən Binəqədi RPİ-nin 40-cı PBnə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən 2 ədəd sellofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,770 qram və 9,752 qram olmaqla ümumilikdə təmiz çəkisi 19,522 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibar ət kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
4. Hökmdən məhkum X1 müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli, 1(103)-650/2022 nömrəli qərarı ilə məhkumun Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(101)-503/2021 saylı hökmü məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunaraq ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4, 9.2 və 9.3-cü bəndləri tətbiq olunmuş və Məhkum təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılmaqla, üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azad lıqdan məhrumetmə cəzası saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli, 1(103)-650/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri
7. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları düzgün müəyyən etməmiş, təyin olunmuş cəza nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi q iymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
8. Kassasiya protestinə qarşı etiraz daxil olmadı. III. Hüquqi məsələlər
9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. 10.Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinc i və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
11. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 12.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhk əməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 13.Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxs Məhkum Valeriyiç oğluna təyin edilmiş cəzanın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. 14.Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasi ya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 15.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrind ə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). 16.Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 17.Məhkəmə kollegiyası məhkum barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmənin sözügedən xüsusatı cəzanın müəyyən edilməsinə təsir göstərən hal qismində nəzərə alması qanunsuz və əsassı z nəticə kimi qiymətləndirilə bilməz. 18.Qeyd olunanlar nəzərə alınmaqla, Məhkum barəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. 19.Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyi ni, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 20.Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 aprel 2022-ci il il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 aprel 2022-ci il tarixli, 1(103)-650/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.