Məhkəmə qərarları › İş №1(102)-1707/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1707/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1707/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli İskəndər oğlu Novruzov və Rəşad Məhərrəm oğlu Abdulovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 24 may 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (Müşfiq Məmmədov (sədrlik edən), Cəlil Nəbiyev və İlkin Abdullayev) 1(099)-36/2022 nömrəli 21 yanvar 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1977-ci ildə Astara rayonu Ərçivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Astara rayonu Ərçivan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqda n məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 15 may 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2021-ci ildən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olu nmuşdur ona görə ki, o, satış məqsədi olmadan məlum olmayan mənbədən və vaxtda psixotrop maddə metamfetamin, iki ədəd üzərlərində “Methadone 40” göstəriciləri olan dərman konvalyutunda 20 ədəd üzərilərində “F/M 40” göstəriciləri olan, narkotik vasitə hesab edilən açıq qəhvəyi rəngli metadon həblərini və heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 15 may 2021-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu ünvan 2 ünvanın qarşısında saxlanılmış, üzərində şəxsi axtarış aparılan zaman bir ədəd gümüşü rəngli kağız bükümdə olan 0,447 qram psixotrop maddə metamfetamin və bir ədəd bükümdə şəxsi istehlak miqdarından az miqdarda, təmiz çəkisi 0,072 qram narkotik vasitə heroin əynində olan qara rəngli cins şalvarının sol yan cibindən, tərkibində metadonun təsiredici m addəsinin ümumi miqdarı 0,8 qram təşkil edən iki ədəd konvolyutda 20 ədəd olan narkotik vasitə metadon həbləri isə əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması, daşınması və satma barədə şəxsiyyəti müəyyən olunmayan “Salamat” adlı İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” vasitəsilə danışıb sonuncunun müəyyən edilməyən vaxtda və mənbədən qanunsuz olaraq əldə edib İİR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitəni Cəlilabad rayonu ərazisində qəbul edib müqəddəratına sərəncam verməklə satışını həyat keçirməyə köməklik etməyi “Salamat”a qabaqcadan vəd vermişdir. Aralarında olan cinayətkar razılaşmaya əsasən, Təqsirləndirilən şəxs tanışı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik vasitəni əldə etmə barədə razılığa gəlmiş, daha sonra məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,070 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində gəzdirdiyi bir ədəd kastet bıçağı özü ilə götürərək 21 may 2021-ci il tarixdə onların cinayətkar niyyətindən məlumatsız olan taksi sürücüsü fəaliyyəti ilə məşğul olan Şahid4 idarə etdiyi “Xəzər-Lada” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Cəlilabad rayonuna gəlib Bakı-Ələt-Astara magistral yolunun (köhnə) istiqamətlərinə uyğun olaraq sol kənarında quraşdırılmış üzərində “144” yazılan dəmir lövhənin yaxınlığında avtomobili saxlatdırıb Məhkum ilə birlikdə avtomobildən enərək həmin lövhəyə yaxınlaşıb bir ədəd sintetik torbada olan külli miqdarda narkotik vasitə heroini gizlədildiyi yerdən götürərək qanunsuz olaraq əldə edib avtomobilin arxa sol oturacağının ayaqaltı hissəsinə qoyub gizlətməklə daşımış, həmin tarixdə saat 11 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə t əmiz çəkisi 1,070 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüş, daha sonra Xəzər-Lada markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman satış məqsədilə qanunsuz olaraq əldə etdikləri 07 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1400 qram, 970 qram, 1510 qram, 1340 qram 1675 qram, 1930 qram, 1800 qram olmaqla ümumi təmiz çəkisi – 10625 qram, yəni külli miqdarda narkotik vasitə olan heroin avtomobilin sol arxa oturacağının ayaq altı hissəsindən, qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən həmin bir ədəd kastet bıçaq avtomobilin sağ ön oturacağının alt hissəsindən aşkar edilib götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ( hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi) Məhəmməd Bağırov və Kamil Bəşirov ibarət tərkibdə) 1(106)-394/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 1(099)36/2022 saylı hökmü Təqsirləndirilən şəxs və Məhkum apellyasiya şikayətləri ilə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il qərarının ləğv edilməsi və barəsində daha yüngül və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona cəza təyin edərkən i lk məhkumluğunu, ailəli olmasını nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışın ın predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Həmin Məcəllənin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi onun barəsində olan cinayət işi üzrə araşdırmanı tam, hərtərəfli və obyektiv aparmamış, onun cəzasını yüngülləşdirən halları nəzərə almamış və məhkəmədə vəsatətlərini təmin etməmişdir. İş materiallarından görünür ki, Məhkum tərəfindən Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tu tulmuş cinayətlərin törədilməsi özünün və digər təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı, şahidlərin ibtidai istintaq və məhkəmə icraat zamanı verdikləri ifadələr, istintaq hərəkətlərin aparılması barədə protokollar, məhkəmə ekspertiza rəyləri, digər sübutlarla və işin materialları ilə təsdiq edilir. Kassasiya kollegiyası məhkəmələrin cinayət-prosessual və cinayət qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri üzrə olan ittiham ilə bağlı əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq, həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum oğlunun əməlləri Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Lakin, məhkəmə kollegiyası məhkəmələrin Məhkum 15 may 2021-ci il tarixdə onun üzərində aşkar edilmiş 0,072 qram narkotik vasitə olan heroinin satış məqsədi olmadan əldə edilməsi və saxlanmasına görə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini əsasl ı hesab etmir. Belə ki, cinayət məsuliyyətinin əsasları müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşımaya görə nəzərdə tutulur. Məhkum CM-in 234.1-ci maddəsi ilə bağlı ittiham ona görə verilmişdir ki, 15 may 2021-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu ünvan 2 ünvanın qarşısında saxlanılmış, üzərində şəxsi axtarış aparılan zaman 0,447 qram psixotrop maddə və tərkibində m etadonun təsiredici maddəsinin miqdarı 0,8 qram olan 20 ədəd narkotik vasitə metadon həbləri ilə yanaşı bir ədəd bükümdə təmiz çəkisi 0,072 qram narkotik vasitə heroin aşkar edilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına əsasən narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarının yuxarı hədi 0,15 qram təşkil edir. Göründüyü kimi, Məhkum üzərində 15 may 2021-ci il tarixdə aşkar edilmiş narkotik vasitə heroin istehlak miqdarında olmuş və onun qanunsuz əldə etməsi və saxlaması CMin 234.1-ci maddəsinin tərkibini yaratmır. Ona görə də kassasiya kollegiyası hesab edir ki, Məhkum CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamdan onun tərəfindən 0,072 qram miqdarın da narkotik vasitə olan heroinin əldə edilməsi və saxlanması ilə əlaqədar epizod hökmdən və apellyasiya məhkəməsinin qərarından xaric edilməlidir. Məhkum satış məqsədi olmadan qanunsuz olaraq 0,447 qram miqdarında psixotrop maddənin və tərkibində metadonun təsiredici maddəsinin miqdarı 0,8 qram olan 20 ədəd narkotik vasitə metadon həblərinin əldə edilməsi və saxlanması əməllərini törətməsinə görə onun CM-in 234.1-ci maddəsi təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmə kollegiyası qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum hökmün təsviri hissəsində göstərilmiş əməllərinin törətməsini məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş, həmin sübutlar Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblər inə uyğun olaraq yoxlanılmış və qiymətləndirilmişdir. Məhkum ona qarşı irəli sürülmüş ittihamda təqsiri müəyyən edərkən mümkün olmayan sübutlardan istifadə edilməmişdir. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələr ona cəzanı yüngülləşdirən halların nəzərə almadan ağır cəza təyin etmişlər. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpa sı, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, ci nayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, onun CM-in 61-ci maddəsinə əsasən CM-i n 234-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanmaq yolu ilə qə ti cəza təyin edilməsi barədə qeyd edilsə də, faktiki olaraq cəzaları tam toplamaqla ona cinayətlərin məcmusu üzrə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi cinayət işinə məhkumun apellyasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hökmü dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum CM-in 234.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini cinayət qanunu normalarına uyğun və əsaslı hesab etsə də, qeyd edir ki, Məhkum həmin maddə ilə olan ittihamın həcmi azaldıqdan (0,072 qram narkotik vasitə olan heroinin əldə edilməsi və saxlanmasını n ittihamdan xaric edilməsi ilə əlaqədar) ona CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin 1 il 9 ayadək endirilməsini və cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsini qanunamüvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum CM-in 234.1-ci maddəsi ilə olan ittihamından 0,072 qram heroinin qanunsuz olaraq əldə edərək saxlaması epizodu xaric edilsin. Məhkum CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzasının müddəti 1 il 9 ayadək endirilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən hazırkı qərarla və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzaları qismən toplamaqla Məhkum qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Onun 15 may 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 11 (on bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar