Məhkəmə qərarları › İş №1(102)-1707/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1707/2024

13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1707/2024 13.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Seyidov Əziz Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Məhərrəmov Polad Müseyib oğlunun iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 1(124)286/2023 nömrəli (hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evl i, əvvəllər məhkum olunmamış, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ktiki yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun barəsində Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 5 oktyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 da təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçisi Əzizov Azər Mirzə oğlu, Təqsirləndirilən şəxs4 müdafiəçisi Hüseynova Günay Firdovsi qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024-cü il tarixli 1(105)-172/2024 nömrəli (hakimlər: Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrliyi və məruzəsi ilə), Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Əzizov Azər Mirzə oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixl i hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilmiş və müdafiəçisi Hüseynova Günay Firdovsi qızı tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı 0,32 ha torpaq sahəsinin 0,12 ha hissə sini satın almaq istəyən, lakin həmin sahənin sənədi olmadığından qeyd edilən torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən torpaq sahəsinin dövlət qeydiyyatına dair çıxarışın alınmasında köməklik göstərilməsi barədə Zərərçəkmiş şəxs1 2021-ci ilin may ayında tanışı Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar, sonuncu və tanışı Təqsirləndirilən şəxs5 ilə aralarında bu barədə müzakirə apararaq müvafiq köməklik göstərmək adı ilə Zərərçəkmiş şəxs1 məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə birləşib qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncu ilə həmin müddətdə Abşeron rayonu Xırdalan şəhərində görüşləri zamanı torpaq sahəsinə çıxarış verilməsi məsələsinin həllinin ləngidiyini bil dirərək guya özlərinin qeyd edilən qurumda yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus torpaq sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi prosedurunu sürətləndirmək imkanına malik olduqlarını yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni Zərərçəkmiş şəxs2 istifadəsində olan torpaq sahəsinin adına özəlləşdirilməklə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi prosedurunu sürətləndirməyə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 44.000 (qırx dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək, Zərərçəkmiş şəxs1lə razılaş maqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin sentyabr-oktyabr aylarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sonuncuya məxsus cəmi 44.000 (qırx dörd min) manat məbləğində pul vəsaitini ondan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5lə birlikdə alıb, həmin pul vəsaitini sonuncularla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 44.000 (qırx dörd min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə X8 məxsus Abşeron rayonu, x yerləşən 1.1499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın alaraq həmin torpaq sahəsində tikinti işləri aparmaq niyyətində olan Zərərçəkmiş şəxs1 qeyd edilən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar sonuncu vasitəsilə ona guya ayrı-ayrı rəhbər vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin münasibətlərindən istifadə edərək ona müvafiq köməkliyi göstərə biləcəyini yalandan bildirib, həmin məsələnin həlli adı ilə sonuncuya məxsus pul vəsaitini aldatma yolu ilə ələ keçirməyə dair tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs3 və sonuncu vasitəsilə Təqsirləndirilən şəxs4 ilə müzakirə aparıb aralarındakı cinayətkar niyyətə uyğun qabaqcadan əlb ir olan bir qrup şəxs halında birləşib Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-də olan tanışları vasitəsilə guya həmin torpaq sahəsinin kateqoriyasını dəyişmək imkanına malik olmalarını Abşeron rayonu, Xırdalan şəhərində 2021-ci ilin sentyabr ayında görüşləri zamanı qabaqcadan əlbir olduğu şəxslərlə aralarındakı cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs1 yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən dövlət qurumunda işləyən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni qeyd edilən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə görə 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü və qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin niyyətlə 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Təqsirləndirilən şəxs1 vasitəsilə alaraq, inandırmaq üçün qabaqcadan əlbir olduğu şəxslərlə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs3la birlikdə istintaqa məlum olmayan şəraitdə hazırladıqları, hüquq verən rəsmi sənəd olmayan, məzmununda Azərbaycan Respublikasının Nazirlər Kabineti adından x-in etdiyi müraciətə 15 gün müddətində baxılıb cavablandırılacağına dair yalan məlumatlar olan 08.10.20**-ci i l tarixli 18 nömrəli məktubu Zərərçəkmiş şəxs1 təqdim etməklə, sonuncudan aldıqları həmin pul vəsaitini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan suiistifadə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegi yası tərəfindən cinayət qanunu norması düzgün tətbiq edilməmiş və təyin edilmiş cəza cinayətin ağırlıq dərəcəsinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun deyildir. Belə ki, Məhkum və qeyrilərinin cinayətin törədilməsində iştirak etmiş təqsirləndirilən şəxslərdən 4 nəfərinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etdikləri üçün məhkəmə tərəfindən barələrində CM-in 70-ci tətbiq edilməklə təyin edilmiş cəzaları şərti hesab edilmişdir. Birinci instansiya məhkəməsinin hökmü çıxarıldıqdan sonra x yaxın qohumları zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə görüşmüş, onunla razılaşmış, zərəri ödədikdən sonra o xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə verərək maddi ziyanın ödənildiyini, on a qarşı hər hansı bir şikayət tələbinin olmadığını, onu bağışladığını bildirmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi işə baxarkən notarial qaydada verilmiş ərizəni nəzərə almamış, israrlı şəkildə zərərçəkmiş şəxsin məhkəmədə iştirak etməsini tələb etmiş, zərərçəkmiş şəxs məhkəmədə iştirak edərkən, zərərin tam şəkildə ödənilmədiyini bildirmiş, bununla da məhkəmə hesab etmişdir ki, verilmiş ərizə həqiqətə uyğun deyildir. Zərərçəkmiş şəxs zərər tam ödənməyib deyərkən, təkcə Məhkum nəzərdə tutmamış, digər təqsirləndirilən şəxslərlə də müəyyən problemlərinin olduğunu nəzərdə tutmuşdur. Lakin məhkəmənin notarial qaydada verilmiş ərizənin həqiqiliyini şübhə altına alınması anlaşılan və başa düşülən deyil. Həmin ərizə qüvvədədir, heç kim tərəfindən mübahisələndirilməyib. Məhkəmə açıq-aşkar ayr ı-seçkiliyə yol verib, Məhkum hələ istintaq dövründə yeganə zərər ödəyən şəxs olmasını, iki az yaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini nəzərə almamaqla qanunun aliliyinə xələl gətirmişdir. Bütün bunlara baxmayaraq apellyasiya məhkəməsindən sonra Məhkum valideyni və qohumları zərərçəkmiş şəxslə görüşmüş, onunla aralarında qalan bütün ziddiyyətli məqamlara aydınlıq gətirilmiş, məbləğ də tam şəkildə ödənilmiş, bütövlükdə zərərlə bağlı zərərçəkmiş şəxslə arada hər hansı formada anlaşılmamazlıq qalmamışdır. Bunun nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə təkrar ərizə verərək göstərmişdir ki, “Məhkum tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənmişdir. Məhkum ilə barışmışıq, ona qarşı şikayətim yoxdur. Gələcəkdə də bununla bağlı h eç bir iddia və tələbim olmayacaqdır.”. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarının dəyişdirərək, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəzanın CM-in 70-ci maddəsi tətbiq etməklə şərti hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Məhərrəmov Polad Müseyib oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs1 çıxış edərək, ona dəymiş zərərin məhkum tərəfindən tam ödənildiyini, Məhkum qarşı heç bir şikayət tələbinin olmadığını, bu barədə notarial təsdiq olunmuş ərizəsini də Ali Məhkəməyə göndərdiyini bildirib, kassasiya şikayətinin təmin edilməsini xahiş et di. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin edilmiş cəzanın ağır olduğu və törədilmiş cinayət əmə linin ədalətli nəticəsi olmadığı iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının qərarın dəyişdirilmədən saxlanılması, müdafiəçinin və zərərçəkmiş şəxsin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilməlidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçinin kassasiya şikayətində, məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və onun barəsində Azərbaycan Respublikası CM -in 70-ci maddəsinin tətbiq olunması xahiş edilir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinay ətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkib indən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsin ə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəz asını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Məhkum tərəfindən ona dəymiş maddi ziyan bütövlükdə ödənildiyi üçün ondan onda heç bir şikayəti, iddiası və tələbi yoxdur. Onu bağışladığını qeyd edərək ərizənin nəzərə alınmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı isə Zərərçəkmiş şəxs1 Məhkum tərəfindən də ona dəymiş ziyanın faktiki ödənilmədiyini, lakin şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə təkrar notarial təsdiq olunmuş ərizə ilə müraciət edərək göstərmişdir ki, “...Məhkum tərəfindən mənə dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənmişdir. Məhkum ilə barışmışıq, ona qarşı şikayətim yoxdur. Gələcəkdə də bununla bağlı heç bir iddia və tələbim olmayacaqdır.” Kassasiya instansiyasında məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 Məhkum tərəfindən ona dəymiş zərərin ödənildiyini, məhkuma qarşı heç bir şikayət və tələbinin olmadığını, bu barədə müvafiq notarial ərizə təqdim etdiyini qeyd etmişdir. O cümlədən, cinayət işinə əlavə edilmiş sənədlər in surətindən görünür ki, Məhkum himayəsində xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X9 adlı iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır:.......59.1.4 - cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12 - zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13 - cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə kollegiyası Məhkum cəzasını yüngülləşdirən hallarını, belə ki, himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci, ziyanın tamamilə ödənilməsini isə CM-in 59.1.13-cü maddələrində nəzərdə tutulmuş hallar kimi qiymətləndirib çıxış edərək məhkum olunmuş şəxsin cəmiyyətdən təcrid olunmadan islah oluna bilməsi barədə qənaət gəlir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası yuxarıda sadalanan hallara, qanunvericiliyin tələblərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu tövsiyələrinə əsaslanaraq törədilmiş cinayətin cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkum barəsində cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb Məhkum cəmiyyətdən təcrid olunmadan, yəni ona CM-in 178.3.2ci maddəsi ilə təyin olunmuş cəzanı real çəkmədən islah oluna biləcəyini mümkün bilir və buna görə də həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərarın qəbul edilməsini ədalətli və qanuni sayır. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin cinayət qanunvericiliyinin aşağıda göstərilən normalarına və cəza təyini ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərardakı tövsiyələrə əsaslanır. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə az adlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-in 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: - məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; - törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; - məhkumun şəxsiyyəti; - cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barə sində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-in ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipi nəzərdə tutulmuş 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum CM-in 178.3.2-ci maddəsi üzrə təyin olunmuş qəti cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə kollegiyası onu da nəzərə alır ki, CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olu nur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. CM-in 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. CPM-in 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həl l etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); -şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Cinayət qanunu normalarının tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum barəsində şərti məhkum etmə tətbiq edərkən onun islah olunması üçün 3 (üç) il sınaq müddətinin müəyyən edilməsini və onun üzərinə həmin müddətdə məhkumun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını, beləliklə də müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsi məhkəmələr tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsini kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilmənin və ya dəyişdirməyin əsası kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqanlar a məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərarın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Məhkum dərhal həbsdən azad olunsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar