Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1707/2025 19.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM və ya CM) 178.3.2, 179. 3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli, 1(103)-849/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxx 1990-cı il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, ali təhsilli, məhkumluğu olmayan, "xxxx" X9 Birliyinin idarə heyətinin sədri, "xxxx" MMC və "xxxx" MMC-nin təsisçi-direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xi dmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurm aqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir.
3. Belə ki, o, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi uçota götürülmüş "xxxx" və xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi uçota götürülmüş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərin təsisçisi və direktoru kimi Cəmiyyətlərin təsdiq olunmuş Nizamnaməsinə əsasən, cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, onun operativ idarə olunm asını həyata keçirmək, vəkalətnamə olmadan cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyrikommersiya təşkilatları qarşısında, o cümlədən, məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, (o cümlədən başqasına etibar etmək hüququ ilə), müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 ASC-nin t əklif etdiyi “Onlayn biznes krediti” və “Onlayn biznes kredit xətti” məhsullarının banka getmədən, ərizənin rəsmiləşdirilməsi, digər sənədləşmə işləri və kredit vəsaitinin alınması proseslərinin tamamilə onlayn qaydada həyata keçirilməsi imkanlarının verdiyi sərbəst şəraitdən 2021-ci il ərzində suiistifadə edərək təsisçisi və direktoru olduğu "xxxx" və "xxxx" MMC-lərin adından həmin müddətdə ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs1 ASC-nin rəsmi vebsaytı olan “pashabank.az” vasitəsilə elektron qaydada müraciət etməklə kredit vəsaitlərinin məqsədlərini formal olaraq “əməliyyat xərclərinin ödənilməsi”, “avadanlıqların alınması”, “mal alışı” və “dövriyyə vəsaitinin artırılması” kimi göstərərək ona kredit vəsaitlərinin ayrılmasına və həmin cəmiyyətlərin Zərərçəkmiş şəxs1 ASC-də olan müvafiq olara q AZ31PAHA40060AZNHC********** və AZ64PAHA40060AZNHC0100302 883 saylı cari hesablarına pul vəsaitlərinin köçürülməsinə nail olmaqla, o cümlədən, təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin adından xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “avadanlıqların alınması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DC0030056703 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 16,5% dərəcəsi ilə 9436 (doqquz min dörd yüz otuz altı) manat, eyni niyyətlə, "xxxx" MMCnin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “mal alışı”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tari xli DCL00300567-05 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 8108 (səkkiz min bir yüz səkkiz) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “avadanlıqların alıması”-seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-08 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 16,5% dərəcəsi ilə 8318 (səkkiz min üç yüz on səkkiz) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “dövriyyə vəsaitinin artırılması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-11 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 13288 (on üç min iki yüz səksən səkkiz) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021- ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “mal alışı”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-12 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 7357 (yeddi min üç yüz əlli yeddi) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “mal alışı”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-13 №-li “kre dit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 6402 (altı min dörd yüz iki) manat, eyni niyyətlə, təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “avadanlıqların alınması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DC00302883-01 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19% dərəcəsi ilə 17536 (on yeddi min beş yüz otuz altı) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “mal alışı”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00302883-02 №- li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 16005 (on altı min beş) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “dövriyyə vəsaitinin artırılması”-nıseçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-14 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 17725 (on yeddi min yeddi yüz iyirmi beş) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “dövriyyə vəsaitinin artırılması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL0030288 3-03 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 16005 (on altı min beş) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “dövriyyə vəsaitinin artırılması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-15 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 16792 (on altı min yeddi yüz doxsan iki) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “avadanlıqların alınması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00302883 -04 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 16088 (on altı min səksən səkkiz) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “dövriyyə vəsaitinin artırılması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-16 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 14543 (on dörd min beş yüz qırx üç) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021- ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “dövriyyə vəsaitinin artırılması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixl i DCL00302883-05 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 16005 (on altı min beş) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “dövriyyə vəsaitinin artırılması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00302883-07 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 16349 (on altı min üç yüz qırx doqquz) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “mal alışı”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00302883-08 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 15855 (on beş min səkkiz yüz əlli beş) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “avadanlıqların alınması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00302883-09 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 11469 (on bir min dörd yüz altmış doqquz) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi kimi təklif olunan seçimlərdən “avadanlıqların alınması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL0030 2883-10 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 10469 (on min dörd yüz altmış doqquz) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “əməliyyat xərclərinin ödənilməsi”ni seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00302883-11 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 6469 (altı min dörd yüz altmış doqquz) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “mal alışı”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-24 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 12000 (on iki min) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “avadanlıqların alınması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-25 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 21494 (iyirmi bir min dörd yüz doxsan dörd) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “mal alışı”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-26 №-li “kredit müqaviləsi” üzr ə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 21494 (iyirmi bir min dörd yüz doxsan dörd) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “mal alışı”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-27 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 18000 (on səkkiz min) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “mal alışı”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DC00302883-23 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 15,5% də rəcəsi ilə 25331 (iyirmi beş min üç yüz otuz bir) manat olmaqla, cəmi 342538 manat məbləğdə pul vəsaitinin "xxxx" MMC-nin Zərərçəkmiş şəxs1 ASC-də olan AZ64PAHA40060AZNHC********** saylı və "xxxx" “MMC”-nin AZ31PAHA40060AZNHC********** saylı cari hesablarına köçürülməsindən sonra pul vəsaitlərinin bir hissəsini görüntü yaratmaq və yeni kreditlərin verilməsinə nail olmaq məqsədilə kredit ödənişlərinin həyata keçirilməsinə, qalan hissəsini isə cinayətdən xəbərsiz tanışı Şahid6 adına olan 530095******5533 nömrəli və öz adına ola 647224******9054 və 547224******2673 nömrəli kart hesablarına köçürüb xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kart vasitəsilə ödənişlər etməklə və Bakı şəhərində yerləşən "xxxx" ASC və Zərərçəkmiş şəxs1 ASC-yə məxsus müxtəlif bankomatlar vasitəsilə nağdla şdırıb çıxarmaqla, əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 ASC-yə məxsus cəmi 342538 (üç yüz qırx iki min beş yüz otuz səkkiz) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs1 ASC-nin kredit siyasətinin stabilliyi, kreditləşmə üzrə şəffaflıq və obyektivliyin təmin edilməsi, mümkün risklərin preventiv tədbirlərlə qarşısının alınmasına dair fəaliyyətinə mənfi təsir göstərməklə hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
4. Bundan başqa, o, Azərbaycan Respubikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 30 noyabr 2015-ci il tarixdə ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi uçota götürülmüş “Sabaha Doğru” X6, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçməklə adı dəyişdirilərək "xxxx" X9 Birliyi MMC-nin İdarə heyətinin sədri kimi birliyin xx.xx.2020-ci il tarixdə təsdiq olunmuş Nizamnaməsinə əsasən, birliyi təmsil etmək, birliyin adından müqavilələr bağlamaq, etibarnamələr vermək, Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil etmək, Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs k imi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək 16 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər Fondu ilə MKQ-12 nömrəli müqavilə bağlamaqla təşkilatın illik fəaliyyətinin dəstəklənməsi proqramına əsasən "xxxx" X9 Birliyinə 195000 manat, 22 dekabr 2021-ci il tarixdə isə SQ-08 nömrəli müqavilə bağlayaraq struktur qrantına əsasən 158707 manat dəyərində “Maliyyə dəstəyinin göstərilməsi haqqında” müqavilələri imzalayaraq cəmi 353707 manat pul vəsaitinin rəhbərlik etdiyi təşkilata ayrılmasına və daha sonra ilkin mərhələdə Fond tərəfindən "xxxx" ASCdə olan AZ42AİİB******************** nömrəli hesabdan İctimai birliyin "xxxx" ASC-də olan AZ97AİİB***************** *** nömrəli hesabına xx.xx.2021-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığı əsasında 99008,8 manat və BD2 nömrəli ödəniş tapşırığı əsasında 110330,9 manat olmaqla, cəmi 209339,7 manat pul vəsaitinin köçürülməsinə nail olaraq, öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasının Gənclər Fonduna məxsus olmaqla ona etibar edilmiş pul vəsaitini mənimsəməklə talamaq məqsədilə 16 dekabr 2021-cil il tarixli MKQ-12 nömrəli müqavilənin pul vəsaitinin ayrılmasına əsas olan, həyata keçiriləcək layihələri özündə əks etdirən 3 nömrəli əlavəsində nəzərdə tutulmadığı halda "xxxx" X9 Birliyi və təsisçisi və direktorunun özü olduğu "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış “Qayıdışın izi ilə” adlı qısametrajlı filmin ssenarisinin hazırlanması, çəkiliş üçün lazım olan texniki avadanlıqların tə şkil edilməsi və filmin çəkilişinin həyata keçirilməsi işlərini müqavilənin predmeti kimi tamah niyyətilə bilə-bilə məzmununa yalan məlumatlar daxil etməklə göstərərək “Sədr Şahid4 İmza” qrafalarında həmin dövrdə İctimai birliyin icraçı direktoru vəzifəsində işləyən Şahid4 adını yazmaqla, əvəzindən imzalayıb vəzifə saxtakarlığı yolu ilə hazırladığı formal müqavilələr əsasında İctimai birliyin "xxxx" ASC-də olan AZ97AİİB******************** nömrəli hesabından müxtəlif məbləğlərdə, o cümlədən, İctimai birliklə təsisçisi və direktoru olduğu "xxxx" MMC arasında bağlanmış 15 mart 2022-ci il tarixli 03/2-2022 nömrəli müqavilədə və müqaviləyə 1 nömrəli əlavədə “Sədr Şahid4 İmza” qrafalarında həmin dövrdə İctimai birliyin icraçı direktoru vəzifəsində işləyən Şahid4 adını yazıb, əvəzindən imzalamaq la saxtalaşdırıb formal olaraq qeyd edilmiş EBBT09813 nömrəli qaimə əsasında İctimai birliyin "xxxx" ASC-də olan AZ97AİİB******************** nömrəli hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ25UBAZ**********0050AZN001 nömrəli hesabına 75000 manat, eyni niyyətlə, İctimai birliklə təsisçisi və direktoru olduğu "xxxx" MMC arasında bağlanmış 15 mart 2022-ci il tarixli 03/2-2022 nömrəli müqavilədə və müqaviləyə 1 nömrəli əlavədə “Sədr Şahid4 İmza” qrafalarında həmin dövrdə İctimai birliyin icraçı direktoru vəzifəsində işləyən Şahid4 adını yazıb, əvəzindən imzalamaqla saxtalaşdırıb formal olaraq qeyd edilmiş EBBT097220 nömrəli qaimə əsasında İctimai birliyin "xxxx" ASC-də olan AZ97AİİB******************** nömrəli hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ81BRES******************** nöm rəli hesabına 45000 manat, eyni niyyətlə, İctimai birliklə təsisçisi və direktoru olduğu "xxxx" MMC arasında müqavilə olmadığı halda formal olaraq qeyd edilmiş EBBT290212 nömrəli qaimə əsasında İctimai birliyin "xxxx" ASC-də olan AZ97AİİB******************** nömrəli hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ81BRES******************** nömrəli hesabına 35000 manat, eyni niyyətlə, İctimai birliklə təsisçisi və direktoru olduğu "xxxx" MMC arasında formal olaraq bağlanmış 11 mart 2022-ci il tarixli 07/2-2022 nömrəli müqavilədə və müqaviləyə 1 nömrəli əlavədə “Sədr Şahid4 İmza” qrafalarında həmin dövrdə İctimai birliyin icraçı direktoru vəzifəsində işləyən Şahid4 adını yazıb, əvəzindən imzalamaqla saxtalaşdırıb formal olaraq qeyd edilmiş EBBT357401 nömrəli qaimə əsasında İctimai birliyin "xxxx" ASC-də olan AZ97AİİB******************** nömrəli hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ81BRES******************** nömrəli hesabına 30000 manat olmaqla, ümumilikdə 185000 manat məbləğində hissəsini özünə məxsus cəmiyyətlərin bank hesablarına köçürməklə Gənclər Fondu tərəfindən "xxxx" X9 Birliyinə ayrılmış pul vəsaitinin guya layihələrin icrası ilə əlaqədar xərclənməsi görüntüsü yaratmaqla, "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ25UBAZ**********0050AZN001 nömrəli hesabına mədaxil edilmiş 75000 manat pul vəsaitinin 16.500 manat olan hissəsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarələrinə gəlir vergisi, sosial ödənişlər, icbari tibbi sığorta kimi ödənişlərə sərf edərək, dərhal sonra hesabda qalan 58500 manat və "xxxx" MMC-nin "x xxx" ASC-də olan AZ81BRES******************** nömrəli hesabına mədaxil edilmiş 110000 manat pul vəsaitinin 150 manat hissəsini maliyyə əməliyyatlarında istifadə edərək hesabda qalan 109850 manat olmaqla, ümumilikdə 168.350 manat pul vəsaitini əldə etmək məqsədilə xx.xx.2022-ci il tarixdə “X16” MMC-nin Zərərçəkmiş şəxs1 ASC-də olan AZ20PAHA40060AZNHC********** nömrəli hesabına köçürməklə 25.250 manat olan hissəsini xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək nağdlaşdırma, kredit ödənişləri və digər xərclərinin ödənilməsinə sərf edərək, qalan 143100 manat olan hissəsini əldə etmək məqsədilə formal olaraq qeyd olunmuş çap materiallarının alınması xidmətinin göstərilməsi məzmunlu 2 saylı müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 3500 mana t olan hissəsini köçürərək, həmin tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş çap materiallarının alınması xidmətinin göstərilməsi məzmunlu 1 saylı müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 6000 manat olan hissəsini köçürərək, həmin tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş çap materiallarının alınması xidmətinin göstərilməsi məzmunlu 3 saylı müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 4000 manat olan hissəsini köçürərək, həmin tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş çap materiallarının alınması xidmətinin göstərilməsi məzmunlu 3 saylı müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 4000 manat olan hissəsini köçürərək, həmin tari xdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş çap materiallarının alınması xidmətinin göstərilməsi məzmunlu 1 saylı müqavilə xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 1500 manat olan hissəsini köçürərək, xx.xx.2022-ci il tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş çap materiallarının alınması xidmətinin göstərilməsi məzmunlu 13 saylı müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 2500 manat olan hissəsini köçürərək, həmin tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş çap materiallarının alınması xidmətinin göstərilməsi məzmunlu videoçarxın çəkilməsi məzmunlu 2 saylı müqaviləyə istinadən hazırlanmış qaimə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 9000 manat olan hissə sini köçürərək, həmin tarixdə 7200 manat olan hissəsi qardaşı Şahid2 vasitəsilə, 1800 manat olan hissəsi özü nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş dəftərxana ləvazimatlarının alınması xidmətinin göstərilməsi məzmunlu xx.xx.2022-ci il tarixli müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 6000 manat olan hissəsini köçürərək, həmin tarixdə 1000 manat olan hissəsini özü, 5000 manat olan hissəsini isə Şahid2 vasitəsilə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş dəftərxana ləvazimatlarının alınması xidmətinin göstərilməsi məzmunlu xx.xx.2022-ci il tarixli müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 6000 manat olan hissəsini köçürərək, həmin tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş dəftərxana ləvazimatlarının alınması xidmətinin göstərilməsi məzmunlu xx.xx.2022-ci il tarixli müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 5000 manat olan hissəsini köçürərək, həmin tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş dəftərxana ləvazimatlarının alınması xidmətinin göstərilməsi məzmunlu xx.xx.2022-ci il tarixli müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 3000 manat olan hissəsini köçürərək, xx.xx.2022-ci il tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş dəftərxana ləvazimatlarının alınması xidmətinin göstərilməsi məzmunlu xx.xx.2022-ci il tarixli müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 3000 manat olan hissəsini köçürərək, həmin tarixdə nağd laşdırmaqla, formal olaraq qeyd olunmuş çap materiallarının alınması xidmətinin göstərilməsi məzmunlu müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 5000 manat olan hissəsini köçürərək, elə həmin tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş dəftərxana ləvazimatlarının alınması xidmətinin göstərilməsi məzmunlu xx.xx.2022-ci il tarixli müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 8000 manat olan hissəsini köçürərək, 6500 manat olan hissəsini nağdlaşdıraraq, qalan hissəsini isə həmin tarixdə həyata keçirmiş olduğu digər əməliyyatlara sərf etməklə, formal olaraq qeyd olunmuş dəftərxana ləvazimatlarının alınması xidmətinin göstərilməsi məzmunlu xx.xx.2022-ci il tarixli müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 2000 manat olan hissəsini köçürərək, xx.xx.2022-ci il tarixdə nağdlaşdırmaqla, heç bir sənədə istinad etmədən xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 11000 manat olan hissəsini köçürərək, 5000 manat olan hissəsini həmin tarixdə, 2500 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş videoçarxın çəkilməsi xidmətinin göstərilməsi məzmunlu müqaviləyə istinadən hazırlanmış qaimə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 12000 manat olan hissəsini köçürərək, elə həmin tarixdə 7300 manat olan hissəsi qardaşı Şahid2 vasitəsilə, 3180 manat olan hissəsini özü nağdlaşdıraraq, qalan hissəsini isə həmin tarixdə həyata keçirmiş olduğu digər əməliyyatlara sərf etməklə, formal olaraq qeyd olunmuş videoçarxın çəkilməsi xidmətinin göstərilməsi məzmunlu müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 11500 manat olan hissəsini köçürərək, 8000 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə, 3500 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş videoçarxın çəkilməsi xidmətinin göstərilməsi məzmunlu müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 19950 manat olan hissəsiniköçürərək, 4200 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə özü, 800 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə, 5600 manat olan hissəsi xx.xx.2022-ci il tarixdə və 400 manat olan hissəsi xx.xx.2022-ci il tarixdə qardaşı Şahid2 vasitəsilə, 3 00 manat olan hissəsi xx.xx.2022-ci il tarixdə və 300 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə özü nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş videoçarxın çəkilməsi xidmətinin göstərilməsi məzmunlu müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 9500 manat olan hissəsini köçürərək, 300 manat, 420 manat, 600 manat və hesabda qalmış digər pul vəsaitləri ilə birlikdə 11.000 manat olan hissəsini özü, 5000 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə qardaşı Şahid2 vasitəsilə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş videoçarxın çəkilməsi xidmətinin göstərilməsi məzmunlu müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 10650 manat olan hissəsini köçürərək, 2100 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə, 2000 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə, 1500 manat olan hissəsi xx.xx.2022-ci il tarixdə, 500 manat olan hissəsi xx.xx.2022-ci il tarixdə, 200 manat olan hissəsi xx.xx.2022-ci il tarixdə, 2100 manat olan hissəsi xx.xx.2022-ci il tarixdə, 1500 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə qardaşı Şahid2 vasitəsilə, 205 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə özü Bakı şəhərində yerləşən "xxxx" ASC-yə məxsus müxtəlif bankomatlar vasitəsilə nağdlaşdırmaqla, qalan hissəsini isə xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə həyata keçirmiş olduğu digər əməliyyatlara sərf etməklə, 135505 manat pul vəsaitini nağd şəkildə götürüb özünün şəxsi ehtiyaclarına, 7595 manat pul vəsaitini isə əməliyyat xərcləri, sosial ödənişlər və digər bank ödənişlərinə xərcləməklə ələ keçirərək öz qull uq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasının Gənclər Fonduna məxsus olmaqla ona etibar edilmiş cəmi 185000 (bir yüz səksən beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamış, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Gənclər Fonduna məxsus vəsaitlərin prosedur qaydalara uyğun olaraq düzgün sərf edilməsi, həyata keçirilən müxtəlif yönümlü fəaliyyətin məqsədlərinə nail olunması və bununla bağlı nəzarətin həyata keçirilməsi üzrə həmin Fondun fəaliyyətini pozmaqla əmlak hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumat ları daxil edərək vəzifə saxtakarlığı törətmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X11 (sədrlik edən), X5 və X3 ibarət məhkəmə tərkibində) 19 fevral 2024-cü il tarixli, 1(101)-153/2024 nömrəli hökmü ilə Məhkum CM-in 178.3.2, 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla, 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 179.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla, 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının, 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 03 (üç) il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 308.2-ci maddəsinin ittihamdan xaric edilməsi, Məhkum həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 19 dekabr 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikasının Gənclər Fondunun mülki iddiasının təmin olunması, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 185000 (bir yüz səksən beş min) manat pul vəsaitinin təqsirləndirilən şəxs və mülki cavabdeh Məhkum tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikasının Gənclər Fonduna ödənilməsi, iş üzrə Zərərçəkmiş şəxs1 ASC-yə mülki mühakimə qaydasında mülki iddia vermək hüququnun izah edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
6. Hökmdən təqsirləndiri lən şəxsin müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 apellyasiya şikayəti verib hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət məhkəmə tərkibində) 23 aprel 2024-cü il tarixli, 1(103)849/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum CM-in 178.3.2, 179.3.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair 19 fevral 2024-cü il tarixli, 1(101)-153/2024 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli, 1(103)-849/2024 nömrəli qərarınd an Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
9. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində onun işinə qərəzli baxıldığı, onun ailə vəziyyətinin və gələcək həyat tərzinin nəzərə alınmadığı qeyd edilərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi Nümayəndə5 yazılı etiraz verərək məhkəmə kollegiyasından məhkumun müraciətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli, 1(103)-849/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
11. Qərardan dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş şəxslər isə kassasiya şikayəti verməmişdir. III. Pro ses iştirakçılarının çıxışları:
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin n ormalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
16. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbi irəli sürsə də, tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hər hansı halla əlaqələndirməmişdir.
17. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli, 1(103)-849/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyy ətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
19. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş c inayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
21. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
22. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırl aşdıran hal kimi nəzərə alına bilməz.
23. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
24. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
25. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
26. Belə ki, Məhkum barəsində bəraət hökmü çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb, eyni zamanda məhkuma təyin edilmi ş cəzanı qanuniliyi və ədalətliliyi baxımından araşdıraraq, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 179.3.2 və 313-cü maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 1(101)-153/2024 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 03 (üç) il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
27. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən hallar kimi himayəsində bir azyaşlı uşağının olması, ilk dəf ə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan həmin maddələrin sanksiyasında nəzərdə tutulan aşağı həddə qanuni və ədalətli cəza təyin etmiş, cəzanın növünü və həddini düzgün müəyyən etmişdir.
28. Göründüyü kimi, Məhkum apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkuma daha yüngül cəza növünün təyin edilməsinə əsas görməmiş, bununla da hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
29. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyində n, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüd udlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
31. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
32. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun bar əsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli, 1(103)-849/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli, 1(103)-849/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.