Məhkəmə qərarları › İş №1(102)-1708/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1708/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1708/2022 01.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Müdafiəçi – Müdafiəçi4, Məhkum – Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-528/2020 nömrəli, 19 oktyabr 2020-ci il tarixli (Hakimlər Kərimov Novruz Ağakərim oğlu (sədrlik edən), Allahverdiyeva Ramella Allahverdi qızı və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxx 1996-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, məhkum olunmamış, ünvan 1 ünvanda pasport qeydiyyatı nda olub, ünvan 2də kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı 01 (bir) ay 29 (iyirmi doqquz) gün ona təyin edilmiş cəzanın müddətindən çıxılmış, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qalan müddəti 06 (altı) il 10 (on) ay 01 (bir) gün müəyyən edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzanın çəkilməsinin əvvəli 18 oktyabr 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-282/2021 saylı, 01 mart 2021-ci il tarixli (hakimlər Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xaliq oğlundan ibarət tərkibdə) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2020-ci il tarixdən hesablanmaqla, barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmü məhkumun və onun müdafiəçisi Müdafiəçi 2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 1(102)-1622/2021 saylı qərarı ilə (sədrlik edən hakim Kərimov Fərhad Abdulkərim oğlu, hakimlər Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi olğundan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-114/2022 saylı, 31 may 2022-ci il tarixli (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Mursaqulov Vaqif Ənvər oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 1(101)-528/2020 saylı hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə üzrə ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə dair müddəalar hökmdən xaric edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 01 (bir) ay 29 (iyirmi d oqquz) gün müddət çıxılmaqla, üzərində qəti olaraq 05 (beş) il 10 (on) ay 01 (bir) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş üzrə qeyd edilən məhkəmə aktları şixarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Məhkum 13 avqust 2018-ci il tarixdə saat 23:55 radələrində Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanın qarşısında ictimai yerdə bir qrup şəxslə mübahisə edib dalaşmaq istədiyini görüb sonuncuya tanımadığı şəxslərlə mübahisə etməməyi və hadisə yerindən getməsini tövsiyyə etdikdə, ətrafda toplaşmış insanlara əhəmiyyət verməyib, sonuncunun ünvanına nalayiq ifadələr işlədərək öz şəxsiyyətini digər şəxslərin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə «Dəli Kür» kafesinin mətbəxindən götürüb üstündə gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 bir dəfə kürək nahiyəsindən, iki dəfə sinə nahiyəsindən qəsdən vuraraq ona döş qəfəsinin sağ yarısının arxa qoltuq xətti üzrə Vİİ qabırğa səviyyəsində yerləşən və daxilə nüfuz edərək hemopnevmotoraksla müşayiət olunan həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti, döş qəfəsinin arxa səthinin sağ yarısının onurğayanı xətt üzrə İX qabırğa səviyyəsində yerləşmiş deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının kürək xətti üzrə Vİİİ qabırğa səviyyəsində yerləşmiş deşilmiş-kəsilmiş yarası, sağ saidin deşilmişkəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid cəmi 3 xəsarət yetirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli qəsdən sağlamlığa ağır zərər vurduqdan sonra öz xuliqanlıq hərəkətlərini davam etdirərək ictimai qaydanı kobud surətdə pozub özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirərək onu saxlamaq istəyən Zərərçəkmiş şəxs2 «Dəli Kür» kafesinin mətbəxindən götürüb üstündə gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla qəsdən vuraraq ona sağ budun deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa m üddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator şikayətində göstərmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qeyd olunan qərarında digər hallarla yanaşı Bakı Apellyasiya Məhkəməsi tərəfindən qeyd olunan cinayət işinə yenidən baxılarkən Məhkum Zərərçəkmiş şəxs1 qarşı cinayət əməllərinin həm də xuliqanlıq kimi tövsif edilməli olub-olmamasına, bunun elan edilmiş ittihama uyğun olub- olmamasına da hüquqi qiymət verilməli olduğu göstərilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 31 may 2022-ci il tarixli qərarından göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına uyğun olaraq zərərçəkmiş şəxs qismində tanınmış Zərərç əkmiş şəxs2 məhkəmə kollegiyasının iclasında yenidən dindirilib onunla bağlı epizoda müvafiq qiymət verilsə də, digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 dindirilməmiş, ümumiyyətlə onunla bağlı Məhkum elan edilmiş ittiham üzrə əməlinin xuliqanlıq niyyəti ilə tövsif edilməsinə baxmayaraq, həmin epizodla bağlı Maxsud Məhrrəmovun əməlinə hüquqi qiymət verilməmiş, nəticədə qeyd olunan epizod üzrə Məhkum əməli düzgün tövsif edilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 31 may 2022-ci il tarixli qərarından göründüyü kimi məhkəmə qərarında Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığına xəsarət yetirilməsinə səbəb onların olduqları kafenin qarşısında başlanmış mübahisə olması. Məhkum Zərərçəkmiş şəxs1 sağlamlığına ağır və Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurmaya aid olan cinayət əməlini törətsə də, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi sübut olunmamasını qeyd etsə də, bununla belə, zərərçəkmiş Zərərçəkmiş şəxs2 münasibətdə Məhkum əməlində xuliqanlıq olmamasını qeyd edib, onun təqsirli bilindiyi CM-nin 221.3-cü maddəsini CM-nin 128-ci maddəsinə tövsif etsə də, digər zərərçəkmiş B.Bayramova münasibətdə xuliqanlıq niyyəti ilə elan edilmiş ittihama qiymət verməmişdir. Aşağıdakı əsaslara görə hesab edirəm ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallan araşdırılmamış, toplanmış sübutlara düzgün hüquqi qi ymət verilməmiş, ümumiyyətlə Azərbaycan Respublikası Ali Məhməsinin xx.xx.2021-ci il tarixli qərarında qeyd olunduğu kimi Məhkum Zərərçəkmiş şəxs1 qarşı cinayət əməllərinin həm də xuliqanlıq kimi tövsif edilməli olub-olmamasına da hüquqi qiymət verilməmişdir. İş materiallarından göründüyü kimi Məhkum nə münaqişənin başlanmasının təşəbbüskarı olmamış, nə də onun tərəfindən ilk olaraq heç bir səbəb olmadan zərərçəkmiş B.Bayramova xəsarət yetirilməmiş, şəxsi münasibətlər zəminində başlanmış həmin dalaşma qısa müddət çəkmiş, Bəhruz Bayramov Məhkum sifət nahiyyəsindəıı vurduqdan sonra dava dahada da böyümüş, bu zamanan orada olan digər şəxslərdə Məhkum vurmuş, Maxsud özünü müdafiə etmək üçün əlində olan bıçağı ora-bura fırlatmış, sonra Maxsud davanı davam etdirməmiş, oradan qaçıb uzaqlaşmaq i stədikdə digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 Maxsudun axradan başından vurub yerə yıxmışdır. Yuxarıda qeyd etdiyim əsaslarla hesab edirəm M. Məhərrəmovun əməlində xuliqanlıq niyyəti də mövcüd olmamış, lakin apellyasiya instansiya məhkəməsinin qərarında da Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında qeyd olunduğu kimi Məhkum Zərərçəkmiş şəxs1 qarşı qəsdən törətdiyi əməllər xuliqanlıq niyyəti ilə həyatı üçün təhlükəli qəsdən sağlamlığa ağır zərər vurma kimi CM-nin 126.2.4-cü maddəsi ilə qiymətləndirilsə də lakin, elan edilmiş ittihamın həmin hissəsində təqsirkarın ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin nədən ibarət olması göstərilməmiş və qeyd olunan məsələ yenə də araşdırılmamış qalmış, nəticədə Məhkum əmə li əsassız olaraq CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir, Qeyd edilənləri və nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Məhkum AR CMnin 126.2.4 və 128-ci maddələrilə təqsirli bilinməsi barədə 31 may 2022-ci il qərarını ləğv edib, işin faktiki hallarının araşdırılması üçün apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin etmək haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarların ın ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təm in olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Kassasiya şikayətində məhkumun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif olunmadığı, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 126-cı maddəsi ilə tövsif edilməli olduğu halda əsassız olaraq CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək ağır cəzaya məhkum edildiyi iddia edilir və buna dair dəlillərə istinad olunur. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi Məh ərrəmov Naxsud Azər oğluna qarşı irəli sürülmüş ittihamın məhkəmə baxışında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam təsdiq olunduğu qənaətinə gəlmiş, məhkəmə baxış iclasında məhkumun törətdiyi cinayəti etiraf etməməsi barədə verdiyi ifadələrində irəli sürdüyü dəlillərin məhkəmədə araşdırılan mötəbər sübutlarla tam təkzib olunduğunu nəzərə alaraq, onun göstərdiyi həmin xüsusatları yalnız özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum əməlinə hüquqi qiymət verərkən sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməmişlər. Daha doğrusu məhkəmələr həmin sübutları formal surətdə sadalamaqla kifayətlənmiş hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməmiş, onları sübut etmə predmetinin müəyyən edilməsi, mötəbər və yekun nəticəyə gəlmək üçün kifayət etməsi baxımından dəyərləndirməmişlər. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmı ş sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Aydın məsələdir ki, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gələ biləcəyi nəticələri (təkrar baxış zamanı), habelə ittihamın sübuta yetirilib-yetirilməməsini, bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini, bir sübutun digər sübutlardan üstünlüyünü müəyyən edə bilməz. Lakin prosessual qanunvericilik bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tətqiq edilməməsini hökm və ya qərarın kassasiya məhkəməsi tərəfindən ləğv edilməsinin əsası kimi müəyyən etmişdir. Bundan əlavə sübutların tətqiq edilməməsi və ya düzgün qiymətləndirilməməsinin nəticəsi kimi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, işin faktiki hallarına düzgün qiymət verilməməsi, həmçinin cinayət qanunu normasının düzgün şərh edilməməsi nəticəsində əməlin tövsifində səhvə yol verildikdə CPM-nin 416.1.15-ci maddəsinə əsasən məhkəmənin hökm və ya qərarı kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Əməlin tövsifi məsələsinə gəldikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessu al sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Yuxarıda qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq belə qənaətə gəlir ki, məhkəmələr Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli hesab edərkən verilmiş ittiham üzrə əməlin tövsif edilməsində müəyyən şübhələrin mövcudluğunu və yuxarıda göstərilən xüsusatları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr müdafiə tərəfinin irəli sürdüyü dəliləri ətraflı yoxlamamış, bunun üçün müvafiq tədbirlər görməmiş, ittiham tərəfinin təqdim etdiyi sübutları tam tədqiq etməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş və nəticə də əməlin tövsifində qeyd edilən şübhələr aradan qaldırılmamışdır. Belə olan halda N.A.Məhərrəmovun xuliqanlıq niyyəti ilə - yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərinin edilməsi və zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən sağlamlığa ağır zərər vurmaya cəhd cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərin edilməsi mötəbər sübutların məcmusu ilə təsdiq olunmasını müəyyən etmək mümkün deyil. Cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verm əsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınmasını güman etmək və s. kimi əlamətini nəzərdə tutur. Bu əlamətlər əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. CinayətProsessual Məcəlləsinin 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət Prosessu al qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin s übutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxsin əməlinin tövsif edilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq (CPM, maddə 351.3.1), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM, 351.3.2 və 351.3.3 -cü maddələr), təqsirləndirilən şəxsin təqsirliliynə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM, maddə 351.3.4) həll etsin. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, əməlin tövsifinin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlm əsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilərək qiymətləndirilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da apellyasiya qaydasında məhkəmə istintaqı araşdırması aparmadan həyata keçirmək mümkün deyil. Məhkəmə kollegiyasının qənaətinə görə buna diqqət yetirilməlidir ki, iş materiallarından göründüyü kimi, Məhkum xuliqanlıq niyyəti ilə qəsdən sağıamlığa ağır zərər vurmaya cəhd etdiyi mövqeyində olan məhkəmələr (bunun üçün yuxarıda göstərildiyi kimi, kifayət qədər əsasların olmadığına baxmayaraq) bunların hansı niyyətlə edilməsi, xuliqanlıq niyyətinin kifayət qədər ətraflı araşdırmamış, bu məsələlər üzrə mövqelərini faktiki olaraq əsaslandırmamışlar. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya şikayətində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Göstərilənlərə əsasən müdafiəçilərin kassasiya şikayəti qismən əsaslı hesab edilməli, müdafiə tərəfinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün CinayətProsessual Məcəlləsinin 416.1.2-ci maddəsində (sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) və 416.1.15 -ci maddəsində (törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzər də tutulmuş əsasla mübahisələndirilən qərar qismən ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkum və onun müdafiəçilərinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası CM-in 126.2.4 və 128-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2022-ci il tarixli qərarı qismən ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual M əcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 128-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən qismən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar