Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1708/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3,iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli, 1(106)571/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx.xx.1986-cı ildə Şirvan şəhərində anadan olmu ş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, Şirvan şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ə.F.Məhəmmədov küçəsi, 11 nömrəli yataqxana, 514-515 nömrəli mənzildə yaşamışdır. 2.Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(099)-195/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Şirvan şəhəri, Qaradağ Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasit ələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 4 (dörd) ay 12 (on iki) günü və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının çəkilməmiş 1 (bir) il 2 (iki) ay 8 (səkkiz) günü hazırkı hökm üzrə təyin edilmiş 8 (səkkiz) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 2 (iki) ay 8 (səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 04 oktyabr 2021-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdir ilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilməklə, o, ərazi narkoloji kabinetində qeydiyyata alınması, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. 3.Hökmdən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir 4.İşə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli, 1(106)-571/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(099)-195/2022 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. 5.X4 Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli, 1(106)-571/2022 nömrəli qərarından Məhkum tərəfindən kassasi ya şikayəti verilmişdir.
6. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər
7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafi əçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
8. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2022-ci il tarixli,1(106)-571/2022 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2022-ci il tarixli, 1(106)-571/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.