Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1709/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və X4 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum müdafiəçisi X3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təq sirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X6 və X2 ibarət tərkibdə) 1 dekabr 2020-ci il tarixli hökmü ilə, 04 sentyabr 1990-cı ildə Türkmənistan Respublikası Tejen şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qazax rayonu Yuxarı Əskipara kəndində qeydiyyatda olub Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan m əhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkməsinin əvvəli 20 fevral 2020-ci il tarixdən hesablanmışdır. Hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1.3-cü maddəsinə əsasən Məhkum cəza çəkdiyi müddət ərzində tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Seyfəliyev Əli Səlim oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X5 ibarət tərkibdə) 5 aprel 2021-ci il tarixli qərarı ilə Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə mün asibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 2019-cu ilin dekabr ayının ortalarında saat 16:00 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs yaxınlaşaraq əli ilə sifətindən bir dəfə sillə vurub üzərində gəzdirdiyi silah qismində istifadə edilən bıçaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edərək sonuncudan üzərində 5 manat dəyərində ***-***-**-** CSM nömrəsi olan 300 manat dəyərində **********31913 və **********31911 iki imei kodlu "Samsung Galaxy ” markalı "J2” modelli mobil telefon aparatını alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 305 (üç yüz beş) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Kassasiy a şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razı olmadığını, Zərərçəkmiş şəxs qarşı cinayət törətmədiyini bildirərək ona bəraət verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində Məhkum CM-in 150.1, 181.2.5-ci maddəsi ilə təqsirlilik məsələsi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası məhkumun kassasi ya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər h ansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsas lılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) CM-in 181.2.5-ci maddəsi quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Şərh edilən cinayət obyektiv cəhətdən özgənin əmlakını ələ məqsədi ilə hücuma məruz qalmış şəxsin həy atı və ya sağlamlığı üçun təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqında ifadə olunur. Quldurluğun mahiyyəti xüsusi məqsədlə və təhlil edilən maddən dispozisiyasında göstərilən üsullarla törədilən basqından ibarətdir. Quldurluq formal tərkibli cinayətdir. Belə ki, bu cinayət əmlakın ələ keçirilib-keçirilməməsindən asılı olmayaraq hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqının edildiyi andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 25-ci bəndində qeyd olunur ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və işin müəyyən olunmuş faktiki hallarına əsaslanaraq hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla zərərçəkmiş şəxs, şahidləri n ifadələri, məhkəmələrdə elan edilib araşdırılmış istintaq hərəkətlərinin protokolları, bu əməllərin onun tərəfindən törədilməsini təsdiq edən tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmışdır. Məhkumun kassasiya şikayətində onun tərəfindən cinayət əməlinin törədilməməsi ilə bağlı dəlilləri əsassız olmaqla hər hansı sübutla öz təsdiqini tapmır. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə araşdırılmış, məhkumun təqsirliliyini təsdiq edən sübutların sadalanmasına zərurət görməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, cinayət işinin materiallarında «şübhəli şəxsin dindirilməsi haqqında», «təqsirləndirilən şəxsin dindirilməsi haqqında» protokollardan görünür ki, ibtidai istintaq zamanı Məhkum müdafiəçisinin iştirakı ilə ifadə verərkən, zərər çəkmiş şəxs Zərər çəkmiş şəxs bıçaqla hədə-qorxu gəlib onun mobil telefonunu əlindən aldığını bildirmişdir. Bundan başqa hadisə zamanı Məhkum və Zərərçəkmiş şəxs yanında olmuş və hadisəni bir başa görmüş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində də Məhkum Zərərçəkmiş şəxs qarşı bıçaq tətbiq etməklə quldurluq etməsi müəyyən olunur. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs Məhkum tərəfindən ona qarşı bıçaqdan istifadə olunmadan cinayət törətməsini deməsi aralarında barışıq yaranmış və ona maddi ziyanı tam ödəmiş təqsirləndirilən şəxs Məhkum kömək məqsədi güdür. Məhkum təqsirli bilinməsi və əməlinin tövsifi məsələləri üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materiallarına və işin faktiki halla rına, habelə qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun qərarlarına uyğun olduğu olmaqla ittiham hökmünün qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları Məhkum təqsirlilik məsələsini həll edərkən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasi təsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulan əməli törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirl əndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsAslannmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddə ləri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında məhkumun təqsirliliyi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin məhkumun təqsirsiz olması barədə dəlilləri əsassızdır. Məhkum Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə bəraət verilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Kassasiya məhkəmə koll egiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İbtidai istintaq orqanı Məhkum hər hansı bir psixi pozuntu və xəstəliyin olmasını, olduğu halda isə törətdiyi əməl barəsində onun anlaqlı olub-olmaması müəyyən etmək üçün cinayət işi üzrə kompleks stasionar məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizası təyin etmişdir. Cinayət işinin materiallarında olan kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 17 aprel 2020-ci il tarixli 31 saylı rəyindən görünür ki, Məhkum əziyyət çəkdiyi yüngül dərəcəli əqli gerilik cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Məhkum ittiham olunduğu cinayət əməli Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür, saxlanılan şəxs Məhkum hal-hazırda yüngül dərəcəli gerilik müəyyən olunur. Lakin həmin pozuntu hazırda Məhkum öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Hal-hazırkı psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkum şöbədə müayinədə olduğu müddət ərzində özünü ümumən sakit aparması, şöbə daxili rejimə tabe olması, düşüncəsinin pozulmaması, aparılan sorğu-sual gedişatında qavrama yanlışlığı, təsəvvür pozuntusu və sayıqlama fikirləri şəklində kəskin produktiv psixopatoloji simptomatika müəyyən ed ilməməsi, törətdiyi cinayət əməlinin motivlərini lazımi səviyyədə açıqlaması, həmin hərəkəti etdiyinə görə peşman olduğunu söyləməsi onun hal-hazırkı psixi vəziyyətinin qənaətbəxş səviyyədə olduğunu və tibbi xarakterli məcburi müalicə tədbirinin görülməsini tələb etmədiyini göstərir. Məhkum hal-hazırkı psixi vəziyyəti məcburi müalicə tədbirinin görülməsini tələb etməsə də, onun həkim-psixiatrın müşahidəsi altında saxlanması tövsiyə olunur. Məhkum fərdi-psixi xüsusiyyətlərində səthilik, sadəlövhlük, məsuliyyətsizlik, tez özündən çıxmaq, kobudluq, olmamaq, az ünsüyyətcillik müəyyən edilir. Məhkum oölunun idrak proseslərinin tədqiqi zamanı ixtiyari yadda saxlamasının bir qədər aşağı diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), abstrakt anlayışların dərk edilməsinin zəif çıxış et məsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, mühakimələrinin səthiliyi, proqnozlaşdırma qabiliyyətinin zəif çıxış etməsi, maraq dairəsinin məhdudluğu və s. aşkar olunmaqla, əqli inkişafında gerilik əlamətləri müəyyən edilir. Məhkum əqli inkişafında aşkar olunan geriliklə əlaqədar etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq, yaranmış şəraitin mahiyyətini tam dərk etmək, davranışının mümkün nəticələrini proqnozlaşdırmaq qabiliyyətinə malik deyildir. Məhkum cinayət əməlini törədərkən güclü ruhi vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Digər sübutlarla yanaşı məhkəmələr stasionar kompleks məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 17 aprel 2020-ci il tarixli 31 nömrəli rəyinə əsasən nəticəyə gəlmişlər ki, Məhkum törətdiyi əməl barəsində anlaqlı olmuş və on a elan edilmiş ittiham üzrə təqsirlidir. Həmin ekspertiza rəyində qeyd edilmişdir ki, Məhkum törətdiyi əməl barəsində anlaqlıdır və Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Həmçinin müəyyən edilmişdir ki, onda “yüngül dərəcəli gerilik” aşkar edilmişdir. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2.2-ci maddəsinə əsasən ekspertin rəyi sübut hesab edilir. Azərbaycan Respublikası CPM-in 265.1-ci maddəsinə əsasən ekspertizanı xüsusi biliklərə malik olan, ekspert qismində təyin olunan bir və ya bir neçə şəxs apara bilər. Həmin Məcəllənin 265.5-ci maddəsinə əsasən şəxsin anlaqlı olub- olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir. Azərbaycan Respublikası CPM-in 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İş materiallarından görünür ki, iş üzrə stasionar məhkəmə-psixiatrik ekspertizası rəyində məhkumun anlaqlılığı ilə bağlı nəticə bir ekspert psixiatr tərəfindən verilmişdir. Beləliklə hazırki cinayət işi üzrə stasionar kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizası Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinin tələblərinin kobud pozuntusu ilə aparılmış və həmin ekspertizanın 17 aprel 2020-ci il tarixli rəyi sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-in 140.0.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Göründüyü kimi məhkəmələr məhkumun anlaqlılığı barədə nəticəyə mötəbər olmayan, yəni qanun tələblərinin kobud pozuntusu ilə əldə edilmiş ekspertiza rəyi əsasında gəlmişdir. Bununla əlaqədar məhkəmənin gəldiyi bu nəticə əsaslı hesab edilə bi lməz. Azərbaycan Respublikası CPM-in 267.2-ci maddəsinin tələblərinə görə ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Lakin məhkəmələr tərəfindən CPM-in 267.2-ci maddəsinin tələblərinə riayət etməmiş, məhkumun anlaqlılığı ilə əlaqədar təkrar məhkəmə-psixiatrik ekspertizası təyin edilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.19-cu maddəsinə əsasən məhkəmə bu Məcəllənin 140.0.2-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün təqsirləndirilən şəxsin məhkəmə-psixiatriya ekspertizasının keçirilməsini təyin etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hö km və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayəti ilə qismən razılaşaraq hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Yeni apellyasiya baxışı zamanı məhkum edilmiş şəxsin cinayət törədərkən anlaqlı olub-olmaması müəyyən etmək üçün Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinin tələblərinə riayət edilməklə məhkəmə-psixiatrik ekspertizası keçirilməli, zərurət yaranarsa digər istintaq hərəkətləri aparılmalı və nəticəsindən asılı olaraq qanuna müvafiq qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1709/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1709/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver