Məhkəmə qərarları › İş №1(102)-1709/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1709/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1709/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Şahməmmədov İlqar Şahməddin oğlunun iştirakları ilə xx xxxx 1992-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünv an 1 ünvanında qeydiyyatda olan və yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli hökmünə əsasən (hakim F.H.Nəsibov) Məhkum - Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 7 avqust 2021-ci il tarixdən hes ablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: G.Q.Abbasov (sədrlik edən), E.Ş.Hüseynov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, 2021-ci ilin may ayının sonlarından 24 iyun 2021-ci il tarix ədək özgə əmlakını gizli yolla talama məqsədi ilə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 məxsus Ağdaş şəhəri, Zeynəddin küçəsində yerləşən, 9 saylı həyət evinə qanunsuz yolla ayrı-ayrı vaxtlarda daxil olub oradan 2 ədəd 2x3 ölçüdə xalça, bir ədədin qiyməti 80 manat olmaqla ümumi dəyəri 160 manat, 1 ədəd 10 litr samovar ümumi dəyəri 150 manat, 2 ədəd qaz balonu balaca 20 manat ümumi dəyəri 40 manat, 1 ədəd qaz balonu böyük 40 kq 40 manat, 4 ədəd qazan böyük 30 manatdan ümumi dəyəri 120 manat, 6 ədəd qazan balaca 15 manat ümumi dəyəri 90 manat, 2 ədəd tava böyük 15 manat ümumi dəyəri 30 manat, 2 ədəd tava balaca 10 manat ümumi dəyəri 20 manat, 40 ədəd qaşıq 1 manat ümumi dəyəri 40 manat, 40 ədəd çəngəl 1 manat ümumi dəyəri 40 manat, 40 ədəd çay qaşığı 0,50 manat ümumi dəyəri 20 manat, 6 ədəd b ıçaq 2 manat ümumi dəyəri 12 manat, 6 ədəd çömçə balaca 3 manat ümumi dəyəri 18 manat, 4 ədəd çömçə böyük 6 manat ümumi dəyəri 24 manat, 6 ədəd bulud qaşığı 6 manat ümumi dəyəri 36 manat, 1 ədəd çuqun balaca qazan 20 manat ümumi dəyəri 20 manat, 3 ədəd plasmas vanna böyük 6 manat ümumi dəyəri 18 manat, 3 ədəd plasmas vanna balaca 4 manat ümumi dəyəri 12 manat, 4 ədəd kanistr alüminium 20 litr 20 manat ümumi dəyəri 80 manat,2 ədəd peyk antenası başlığı 5 manat ümumi dəyəri 10 manat, 1 ədəd çəkic 5 manat, 1 ədəd balta 10 manat,1 ədəd bel 5 manat,1 ədəd dırmıx 5 manat,1 ədəd kəlbətin 3 manat,1 ədəd suqızdıran 3 manat,3 ədəd vint açan 2 manat ümumi dəyər 6 manat,1 ədədin qiyməti 130 manat olan 2 ədəd ümumi dəyəri 260 manat plastik materialdan hazırlanmış qapı və 1 ədəd ümumi dəyəri 30 manat pl astik materialdan hazırlanmış nəfəslik, 1 ədəd divan və 2 ədəd kreslo ümumi dəyəri 250 manat, alüminium list dam örtüyü 1.20x2 ölçüdə 40 ədəd 1 ədədi 30 manat ümumi dəyəri 1200 manat, alüminium list 20 ədəd 1 ədədi 30 manat ümumi 600 manat, stul (işlənməmiş) 6 ədəd, 1 ədədi 80 manat ümumi 480 manat, alüminium teşt 4 ədəd 1 ədədi 60 manat, ümumi dəyəri 240 manat, mis qazan 2 ədəd 1 ədədi 200 manat, ümumi dəyəri 400 manat, su matoru 2 ədəd 80 manat ümumi dəyəri 160 manat, su vurmaq üçün kaçalka dəmiri 1 ədəd 50 manat ümumi dəyəri 50 manat, su təzyiq nasosu (qidrapor yeni) 1 ədəd 80 manat, plastik pəncərə (fortoçka) 1 ədəd 60 manat, dəmir çarpayı 4 ədəd 1 ədədi 80 manat ümumi dəyəri 320 manat, yazı masası 1 ədəd 100 manat, mis kəfkir qədimi 1 ədəd 60 manat, keks qabları 2 ədəd 10 manat ümumi dəyəri 20 manat, termos iki gözlü (nikkel) 1 ədəd 200 manat ümumi dəyəri 200 manat, podnos 6 ədəd 10 manat ümumi dəyəri 60 manat, dörd ayaq oxlov 2 ədəd 12 manat ümumi dəyəri 24 manat, həyət üçün əl üz yuyan dəmirdən yığılma 1 ədəd 50 manat, ariston (yeni maye qaz ilə işləyən ) ptiminutka Arcelik markalı 1 ədəd 120 manat, çaydan 1 ədəd 20 manat, çaynik 5 ədəd 5 manat ümumi dəyəri 25 manat, tefal 1 ədəd 10 manat, elektrik peçi 2 gözlü 1 ədəd 100 manat, odun peçi (tökmə dəmir) 4 ədəd 150manat ümumi dəyəri 600 manat, radiator 2 ədəd 150 manat, ümumi dəyəri 300 manat, çuqun qazan 2 ədəd 50 manat ümumi dəyəri 100 manat, çuqun tava 4 ədəd 20 manat ümumi dəyəri 80 manat, dəmir vanna 1 ədəd 20 manat, evin miss elektrik kabelləri 150 metr bir metr 0.60 manat ümumi dəyəri 90 manat, cəmi 7.126 manat məbləğində əmlakı vahid niyyətlə zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa, Məhkum, təkrarən, 2021-ci ilin iyul aylarında özgə əmlakını gizli yolla talama məqsədi ilə atası Zərərçəkmiş şəxs2 yaşadığı Ağdaş şəhəri Zeynəddin küçəsində yerləşən 14 saylı həyət evindən ayrı-ayrı vaxtlarda 1 ədəd 2 tonluq dəmirdən hazırlanmış 250 manat dəyərində su cənini, 1 ədədinin qiyməti 40 manat olan (2x40) 2 ədəd 80 manat dəyərində əl ilə işləyən yük qaldırıcı (tal) və 1 ədəd 4 metr uzunluğunda 80 manat dəyərində dəmir relsi, cəmi 410 manat məbləğində əmlakı zərərçəkmiş Zərərçəkmiş şəxs2 ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarının dəyişdirilməsi və ona təyin olunmuş cəzanın müddətinin azaldılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi İ.Şahməmmədovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə ba xaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsində görə: “Eyni əməllər: 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən b eş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağ ırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləş dirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər ci nayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzan ın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən ci nayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi Məhkum cinayəti etiraf edərək törətdiyi cinayət əməlindən peşman olmasını və cəzasını ağırlaşdıran hal kimi cinayətin residivini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəs ində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar