Məhkəmə qərarları › İş №1(102)-1709/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1709/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1709/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum X3 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 24 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nahid Hüseynov (sədrlik edən), Nizami Quliyev və İslam Neymanov) 1(099)-407/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1976-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, ailəli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Masallı şəhəri Dadva küçəsində yerləşən nömrəsiz evdə yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümu mi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: İstintaq orqanının mövqeyinə görə Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 01 ədəd bükümdə külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini (bundan sonra – metamfetamin) qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğundan Masallı Rayon Polis Şöbəsinin (bundan sonra - Masallı RPŞ) əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 01 fevral 2023-cü il tarixdə saat 12 radələrində Masallı şəhəri Füzuli küçəsi ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində ol an göy rəngli cins şalvarın sağ ön cibindən 01 ədəd bükümdə təmiz çəkisi 9,668 qram olan ağ rəngli kristal formada olan metamfetamin aşkar edilib götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlkin Abdullayev (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Kamil Bəşirov) 24 avqust 2023-cü il tarixli 1(106)-595/2023 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və onun təsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi və ya cinayət işinin yeni apellyasiya baxışına qaytarılması bar ədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiə tərəfi birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, Məhkum qarşı irəli sürülmüş ittihamın təsdiq edilməsi üçün ibtidai istintaq orqanı və məhkəmə heç bir konkret sübut əldə edə bilməmiş, yalnız iş üzrə polis əməkdaşlarının ifadələrinə istinad edərək bu məqsədlə uğursuz cəhdlər etmişdir. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında da hər hansı belə bir sübut müəyyən edilməmişdir. Belə ki, həmin ifadələrdən başqa Məhkum hazırkı iş üzrə təsvir olunan cinayət hadisəsini törətməsində onun iştirakını təsdiq edəcək heç bir sübut növü müəyyən edilm əmişdir. Ona qarşı elan edilmiş ittiham, heç bir əsası olmayan şübhələrə əsaslanır. Məhkum qarşı irəli sürülmüş ittiham heç bir sübuta əsaslanmamış və prosessual qanunvericiliyin prinsiplərinə ziddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin Məhkum aidiyyəti olması birbaşa sübuta yetirilməmişdir. Məhkum işin yüngül olacağını fikirləşib polis əməkdaşlarının dediyi kimi narkotik vasitə barədə etirafedici ifadə vermişdir. Hazırda 47 yaşı olmasına baxmayaraq, heç vaxt narkotik vasitə istifadə etməmişdir. İfadəsində narkotik vasitəni Lənkəran rayonu Qumbaşı kəndindən aldığı yazılsa da, o, həmin kənddə 13 ildən yuxarı müddətdir ki, olmamışdır. Polis əməkdaşları onu hədələdikləri üçün, onların verdiyi narkotik vasitəni üzərinə götür düyü halda işinin daha yüngül olacağını dedikləri üçün ibtidai istintaq zamanı etirafedici ifadə vermişdir. Masallı RPŞ-nin rəis müavini Elvin adlı şəxslə qərəzli münasibətdə olmuş, sonuncu onu tutacağını demişdir. Əvvəlcə üzərinə götürəcəyi narkotik vasitənin çəkisinin 0,3 qram olacağını fikirləşmiş, lakin sonradan ekspertiza rəyi ilə də tanış olmuş, metamfetaminin çəkisinin çox olmasını görsə də etiraz etməmişdir. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında hər hansı söz danışmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkum CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə yalnız ehtimallara əsaslanmışdır. İbtidai istin taq orqanı Məhkum ittiham irəli sürərkən araşdırmalı olan halları araşdırmamış, sübuta yetirməli olan hallarla bağlı heç bir sübut əldə etməmişdir. İbtidai istintaq orqanının Məhkum mülahizələr və ehtimallar əsasında irəli sürdüyü ittiham məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqında Məhkum hazırkı iş üzrə təsvir olunan cinayəti törətməsi qənaətinə gəlmək mümkün olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yo xlanılır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin başlıca dəlili məhkum barəsində qəbul edilmiş hökm və qərarın cinayət prosessual qanunvericiliyinin pozuntuları ilə, yəni sübutlara düzgün qiymət verilmədən qəbul edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiy mətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqs iri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Resp ublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə əməl o halda tövsif edilir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma törədilmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İbtidai araşdırma zamanı toplanmaqla, birinci və apellyasiya instansiyas ı məhkəmələrində məhkəmə istintaqı zamanı araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən 1 (bir) ədəd bükümdə külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğundan Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 01 fevral 2023-cü il tarixdə saat 12 radələrində Masallı şəhəri Füzuli küçəsi ərazisində saxlanılaraq, Masallı RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən 01 ədəd bükümdə təmiz çəkisi 9,668 qram psixotrop maddə olan metamfetamin aşkar edi lib götürülmüşdür. Həmçinin müəyyən edilmişdir ki, Məhkum psixotrop maddənin istifadəçidir, onda stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin, nə ibtidai araşdırma orqanı, nə də məhkəmələr Məhkum ondan aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin onları satmaq olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Məhkum əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə tel efon danışıqları, yazışmaları, şərti və ya həqiqi alıcı ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. İş materiallarında Məhkum tərəfindən belə hərəkətlərin törədilməsi müəyyən edilməmiş, cinayət işinin halları da onun narkotik maddəni satmaq məqsədini təsdiq etmir. Belə ki, Məhkum hətta ibtidai istintaqda psixotrop maddənin aşkar edilməsini etiraf etsə də, onun satış məqsədi əldə etdiyini göstərməmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə, məhkəmələr tərəfindən onun həmin maddə ilə təqsirli bilinməsi barədə məhkəmə aktlarının çıxarılmasına baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə icraatı zamanı onun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmas ı və ya onda bu niyyətin olmasını təsdiq edən heç bir sübut əldə etməmiş və heç bir hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum verdiyi ifadəsini cinayət işinin digər materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, onun 01 ədəd bükümdə təmiz çəkisi 9,668 qram psixotrop maddə olan metamfetamini əldə etməsi öz-özlüyündə onun həmin psixotrop maddənin satmaq məqsədini ehtiva etmir, cinayət işi üzrə məhkumun satış məqsədinin olmasına dəlalət edən digər hallar da müəyyən edilməmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddənin satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, üzərindən aşkar edilərək götürülmü ş psixotrop maddə metamfetaminin şəxsi istifadə üçün olmasını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını göstərmiş, üzərindən aşkar edilmiş psixotrop maddənin hazırlanması, bölünməsi, çəkisinin müəyyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmişdir. Məhkum tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı dindirilmiş şahidlər tərəfindən Məhkum üzərindən aşkar edilmiş psixotrop maddənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, əksinə polis əməkdaşları Məhkum ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, o cümlədən onun istifadə etdiyi SMS məlumatlarının yoxlanılması və digər əməliyyat və istintaq tədbirləri nəticəsində Məhkum narkotik və psixotrop vasitələrin satışı ilə məşğul olması təsdiqini tapmamış, bu barədə heç bir məlumat müəyyən olunmamışdır. Aşkar edilmiş narkotik vasitə psixotrop maddənin miqdarı da (bir ədəd bükümdə 9,668 qram) məhkumun həmin psixotrop maddəni satmaq niyyəti ilə əldə etməsi və saxlamasını təsdiq edən hal kimi bir mənalı qəbul edilə bilməz. Məhkəmələrin araşdırması zamanı Məhkum narkotik vasitələrin və ya psixotrop maddələrinin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir digər məlumat və ya sübut müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum ondan aşkar olunub götürülmüş psixotrop maddən i satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham və onun barəsində həmin maddə ilə çıxarılmış ittiham hökmü yalnız ehtimallara əsaslanmışdır. Bu səbəbdən Məhkum əməli satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 351.3.4-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara nəzə r salaraq qeyd edir ki, Məhkum tərəfindən onun üzərindən aşkar edilmiş bir ədəd bükümdə külli miqdarda 9,668 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edilməsi, üzərində saxlanması, daşınması iş materialları ilə müəyyən edilmir, hətta cinayət işi üzrə digər sübutlarla təkzib olunur. Belə olan halda məhkəmə kollegiyası cinayət-prosessual qanunun yuxarıda sadalanan normaların tələblərinə uyğun olaraq nəticəyə gəlir ki, Məhkum əməlinin CM-in Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 23-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiya həddində törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun olan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şə xs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektind ən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkuma Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təyin ediləcək cəzanın növü və həcmi müzakirə edərək, onun şəxsiyyəti və işin digər halları ilə yanaşı məhkəmə kollegiyası onun tərəfindən qanunsuz əldə edilmiş və saxlanmış psixotrop maddənin miqdarını nəzərə alır və ona CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini və onun həmin cəzanı real çəkməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüqu quna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Müdafiəçi1 kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2023-cü il tarixli, 1(106)-595/2023 nömrəli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2023-cü il tarixli, 1(106)-595/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar