Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-171/2019 22.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102) 171/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 22 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, bəraət almış şəxs Məhkum, müdafiəçi X2 iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2018 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.1-cimaddəsi ilə bəraət verilmiş Məhkum barəsində cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov İlqar Aslan oğlu) xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsili, iki azyaşlı uşağı olan, “xxxx” MMC-nin direktor müavini vəzifəsində işləyən, ünvan 1-də qeydiyyatda olan və yaşayan Məhkum, Azərbaycan Respublikası CM-nin 206.1-cimaddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Hökmdən dövlət it tihamçısı tərəfindən verilmiş apellyasiya protestinəəsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Nəbiyev Hüseyn Əmir oğlundan ibarət tərkibdə) 28 iyun 2018-ci il tarixli qərarı ilə apelyasiya protesti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə ittiham elan e dilmişdir ona görə ki, o, 25 may 2017-ci il tarixdə İran İslam Respublikasında fəaliyyət göstərən “xxx” şirkətindən 44B10110/44B10210 nömrə nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən və direktor müavini olduğu “xxxx” MMC-nin adına idxal etdiyi malları Sumqayıt Baş Gömrük İdarəsində 25 may 2017-ci il tarixli **********3173 saylı gömrük bəyannaməsi ilə bəyan etmiş, lakin qeyd olunan nəqliyyat vasitəsində olan külli miqdarda, 12000 manat dəyərində, həcmi 1000 kvadrat metr təşkil edən şüşə yükünü bəyannamədə göstərməməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, iş üzrə toplanılmış sübu tlar təsdiq edir ki, Məhkum 12000,00 manat dəyərində, həcmi 1000 kvadratmetr təşkil edən şüşə yükünü bəyannamədə göstərməməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirməklə CM-nin 206.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Lakin məhkəmələr Məhkum məhkəmədə və ibtidai istintaq zamanı cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədilə verdiyi özünümüdafiə xarakterli ifadələrinə, “xxxx” MMC-də təqsirləndirilən şəxsin tabeliyində işləyən, maraqlı şəxs olan X4in ifadəsinə əsaslanaraq, ibtidai istintaq orqanının topladığı obyektiv materiallara tənqidi yanaşaraq qanunsuz və ədalətsiz qərar qəbul etmişlər. Qeyd olunanlara əsasən kassasiya protestinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Kassasiya protestinin dəlilləri Məhkum əsassız olaraq bəraət verildiyindən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədədir. Məhkum birinci instansiya məhkəməsində verdiyi ifadəsində özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2014-cü ilin yanvar ayında İran İslam Respublikasının Biləsuvar şəhərində yerləşən X3 adlı şəxsin rəhbərlik etdiyi şirkətlə tikinti materiallarının alınmasına dair müqavilə bağlamışlar. Bundan əlavə, 10.06.2016-cı il tarixdə qarşı tərəflə bağlanmış 016 nömrəli müqaviləyə əsasən 5 il müddətinə 100.000 kv metr müxtəlif ölçülü şüşələr onlara göndərilməli imiş. Həmin müqaviləni o və X3 qarşılıqlı olaraq imzalayıb təsdiq etmişlər. Sonuncu dəfə müqavilənin şərtlərinə uyğun olaraq X3 tərəfindən 25 may 2017-ci il tarixdə onların ünvanına rəngli şüşə göndərilmişdir. Qeyd olunan yük Bazarqani Şəhvam tərəfindən 44B10110/44B10210 nömrəli yük maşınına yüklənərək CMR 47694 invoys 35504 və mənşəə sertifikatı **********001 sənədləri əsasında onların ünvanına göndərilmişdir. Həmin sənədlərdə göndərilən rəngli şüşələrin ölçüləri 4 mm, 3/21, 2/25 olmaqla ümumi sayının 360 ədəd olduğu, lakin sənədlərdə mexaniki səhv olaraq 2600 kv metr deyil, 1600 kv metr olduğu yazılmışdır. Bununla əlaqədar qarşı tərəflə bağlanmış müqaviləyə və danışıqlarına əsasən, hərmaşında göndərilən malların kv.metri təxminən 2600 olduğunu qeyd etmişdir. O, bu dəfə də ünvanlarına yük gəldiyini bildikdən sonra, şirkətin X4 adlı işçisi müvafiq qaydada bəyannaməni həyata keçirmək üçün Sumqayıt Gömrük İdarəsinə getmiş, orada malın göndərilməsinə dair sənədlər təqdim olunarkən bütün sənədlərdə (CMR, invoys) malın həcmi 1600 kv metr göstərildiyi aşkar olunduğuna görə bəyannamə də ona uyğun təqdim olunmuşdur. Mal göndərən şirkətin sənədlərə yazdığı rəqəmin səhv olmasına görə, təqdim edilmiş bəyannamənin geri qaytarılması üçün Sumqayıt Gömrük İdarəsinin yük şöbəsinə və idarənin rəis müavininə müraciət etmişlər. Lakin, bəyannamənin onlara qaytarılmasından imtina edildiyi üçün, Dövlət Gömrük Komitəsinə elektron qaydada rəsmi müraciət etmişlər. Buna baxmayaraq bəyannaməyə düzəliş etmək üçün sənədlərin onlara qaytarılmadığını, ona görə də sənədlərdə 2600 kv metr yerinə, 1600 kv metr qeyd olunduğunu bildirdi. Əlavə olaraq bildirmişdir ki, dəfələrlə müqaviləyə əsasən İran İslam Respublikasından “xxxx” MMC-nin ünvanına şüşədən ibarət yük gəlmiş və o bilir ki, gömrük işçiləri hər dəfə yüklərə baxış keçirirlər və gələn yükün gömrük bəyannaməsinə uyğun olub olmamasını yoxlayırlar. Belə olan halda, gələn yükün 2600 kv.metr olduğu zaman 1600 kv. metr bi lərəkdən göstərilməsi ən azı gülüncdür. Ona görə də təkrarən bildirir ki, bəyannamə İran İslam Respublikasında fəaliyyət göstərən «xxx» şirkəti tərəfindən göndərilən sənədlər əsasında X4 tərəfindən tərtib olunub və bundan başqa 31.05.2017-ci il tarixdə Xocasən Gömrük postunda yükə baxış keçirilən zaman o iştirak etməmişdir. Yükə baxış keçirilən zaman da «xxxx» MMC-nin mühasibi X4 iştirak etmişdir. Əlavə olaraq bildirdi ki, İran İslam Respublikasının «xxx» şirkəti ilə «xxxx» MMC arasında bağlanmış 10 iyun 2016-cı il tarixli müqavilədə -qalınlığı 4 mm, eni uzunluğu 3/21, 2/25 olmaqla, rəngli şüşənin hər kvadrat metrinin dəyəri 2 (iki) ABŞ dolları müəyyən edilmişdir və mal gələn zaman invoysda da qalınlığı 4 mm, eni uzunluğu 3/21, 2/25 olmaqla, rəngli şüşənin hər kvadratmetrinin dəyəri 2 (iki ) ABŞ dolları qeyd olunmuşdur Birinci instansiya məhkəməsində mülki iddiaçının nümayəndəsi X6 ifadəsində göstərmişdir ki, İran İslam Respublikasında fəaliyyət göstərən «xxx» şirkətindən Azərbaycan Respublikasında fəaliyyət göstərən «xxxx» MMC-nin ünvanına 44 B10110/44B10210 nömrə nişanlı nəqliyyat vasitəsilə gələn yüklərin Sumqayıt Baş Gömrük İdarəsində 25 may 2017-çi il tarixli **********3173 saylı gömrük bəyannaməsi ilə bəyan olunmasından sonra, 31 may 2017-ci il tarixdə «Xoçasən» gömrük postunda qeyd olunan nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı bəyan olunmamış külli miqdarda 12000 manat dəyərində 1000 kv.m şüşə yüklərinin aşkar edilərək götürülməsi faktı və bununla əlaqədar toplanılmış materiala əsasən, 04 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi il ə başlanılmış və həmin tarixdə icraatına qəbul edilməklə tərəfindən istintaqı aparılmışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 18 sentyabr 2017-ci il tarixli, 19375 nömrəli ekspert rəyindən görünür ki, 1 kv.m rənglənmiş şüşənin 25.05.2017-ci il tarixə orta bazar qiyməti təxminən 12,00 manat, 1000 kv.m-nin qiyməti isə, 12000,00 manat müəyyən edilir. Baş Gömrük İdarəsinə ünvanlanmış sorğuya alınan cavab məktubundan görünür ki, İİR-dan «xxxx» MMC-nin adına idxal olunmuş şüşə yükünün gömrük dəyəri 7370 manat, əməliyyat haqqı 200 manat, idxal rüsumu 1105,5 manat, ƏDV 1561,59 manat, cəmi 2867,09 manat təşkil edir. Birinci instansiya məhkəməsində şahid X14 ifadəsində göstərmişdir ki, 25 may 2017-ci il tarixdə şöbə rəisi tərəfindən ona İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olmuş 44B10110/44B10210 nömrəli yük avtomobili ilə “xxxx” MMCnin ünvanına gətirilmiş yük müşayiət edici sənədlərə əsasən, cilalanmış və ya pardaxlanmış səthi olan termik, rənglənmiş şüşələr yükünə baxış keçirib sənədlərə uyğun olub-olmamasının yoxlanılması barədə tapşırıq daxil olmuş, o isə, həmin tapşırığa əsasən, qeyd olunan nəqliyyat vasitəsində olan yüklərə baxış keçirmək üçün «Xocasən» gömrük postuna getmişdir. Mövcud qanunvericiliyə əsasən, yüklərə baxış keçirmək üçün iki nəfər hal şahidi dəvət etmişdir. Hal şahidlərinə hüquq və vəzifələri izah edildikdən sonra, hal şahidlərinin və yükün sahibinin iştirakı ilə 44B10110/44B10210 nömrəli yük avtomobilində olan yüklərə baxış keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsində 360 ədə d şüşənin olduğu, ölçülərinin qalınlığının 4 mm, uzunluğu və eninin isə 3210x2250 mm olduğu məlum olmuşdur. Yükün ümumi sahəsi hesablandıqda isə, sahəsinin sənədlərdə göstərildiyi kimi 1600 m2 deyil, 2600 m2 olduğu müəyyən edilmişdir. Bununla əlaqədar müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokola imza edilmişdir. X1 ifadəsində göstərmişdir ki, 31 may 2017-ci il tarixdə saat 11 radələrində “Xocasən” gömrük postunun yaxınlığından keçərkən iki nəfər gömrük işçisinin ona yaxınlaşaraq İran İslam Respublikasından idxal olunmuş yükə baxış keçiriləcəyini dediyini və ondan həmin prosesdə hal şahidi kimi iştirak etməyini xahiş etdiyini, onların təklifi ilə razılaşaraq «Xocasən» gömrük postuna getdiyini, gömrük işçisi əvvəlcə ona hal şahidinin hüquq və vəzifələrin izah etdiyini, sonra, «Xocasən» gömrük postunda gömrük işçiləri onun və dəvət olunmuş digər hal şahidinin, həmçinin əvvəllər tanımadığı, yük sahibinin və nəqliyyat vasitəsinin sürücüsünün iştirakları ilə 44B101110/44B10210 nömrəli yük avtomobilində olan şüşə yükünə baxış keçirdiklərini, yük avtomobilində 4 ədəd bağlama olduğunu, bağlamaların içərisindəki şüşələrin sayıldığını və hər birində ayrı-ayrılıqda 90 ədəd olmaqla cəmi 360 ədəd şüşə olduğunu, şüşələrin ölçüləri müəyyən edilərkən şüşələrin qalınlığının 4mm, uzunluğu və eninin isə 3210x2250 mm olduğunu bildirmiş və gömrük işçisinin nəqliyyat vasitəsində olan yüklərlə sənədlərdə göstərilənlər arasında uyğunsuzluğun olduğunu dediyini qeyd etmişdir. Bundan sonra, faktla bağlı sənədləşmə işləri aparılmış və o da, həmin sənədləri imzalamışdır. Yükə bax ış keçirilən zaman təqsirləndirilən şəxs Məhkum iştirak etməmiş, yükün sahibi kimi başqa şəxs olmuşdur. Birinci instansiya məhkəməsində şahid X17 X1nun ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid X9 ifadəsində göstərmişdir ki, o, «xxxx» MMC-də mühasib vəzifəsində işləyir və «xxxx» MMC adından müvafiq qaydada bəyannaməni o həyata keçirir. 25 may 2017-ci il tarixdə İran İslam Respublikasında fəaliyyət göstərən «xxx» şirkətindən 44B10110/44B10210 nömrə nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən «xxxx» MMC-nin adına idxal edilmiş mallara görə bəyannaməni Məhkum verdiyi etibarnamə əsasında tərtib etmişdir. Onun adına asan imza olmadığı üçün Məhkum asan imzasından istifadə edib, əvvəl təmsil etdiyi Məhkum ilə telefon əlaqəsi saxlamaq istəmiş, lakin Məhkum ilə telefon əlaqəsi saxlaya bilməyərək onunla danışa bilməmişdir. Ona görə də, həmişəki kimi təqdim edilmiş sənədlərə görə (CMR, invoys) malın həcmi 1600 kv metr göstərildiyi üçün bəyannamə də ona uyğun təqdim olunmuşdur. Bəyannaməni gömrük orqanına təqdim edildikdən bir az sonra Məhkum ilə telefonla danışa bilmiş və göndərilən malın-rəngli şüşələrin qalınlığının 4 mm, eni uzunluğu 3/21, 2/25 olmaqla ümumi sayının 360 ədəd olduğunu və çəkisini bildirmişdir. Həmin zaman Məhkum ona bildirmişdir ki, malın çəkisinə və sayına görə daxil olmuş mal 1600 kv metr ola bilməz və təqdim edilmiş bəyannamənin gömrük orqanından geri qaytarılması üçün dərhal müraciət etməsini ondan tələb etmişdir. O, da təqdim edilmiş bəyannamənin geri qaytarılma sı üçün Sumqayıt Gömrük İdarəsinin yük şöbəsinə və idarənin rəis müavininə müraciət etmiş, lakin sənədlərin onlara qaytarılmasından imtina edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Şöbəsi Təhqiqat Bölməsinin təhqiqatçısı X7 26 may 2017-ci il tarixli qərarı ilə «xxxx» MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. İnzibati araşdırma zamanı 05 iyun 2017-ci il tarixli qərarla inzibati xəta haqqında iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alınmışdır. Cinayət işinin materiallarında olan 12 iyun 2017-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə ə sasən bir kvadrat metr rənglənmiş şüşənin orta bazar qiyməti təxminən 12,00 manat olmaqla 1000 kvadratmetr rənglənmiş şüşənin qiyməti 12000 manat müəyyən edilmişdir. Göründüyü kimi, yalnız məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin 14 iyun 2017-ci il tarixli qərarına əsasən «xxxx» MMC barəsində başlanılmış 007000056/17saylı inzibati xəta haqqında iş üzrə icraata fakt üzrə cinayət əlamətləri olduğundan xitam verilmiş və toplanmış materiallar Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə göndərilmiş və bundan sonra Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 206.1ci maddəsi ilə cinayət işi başlanılmışdır. «xxxx» MMC barəsində toplanmış materiallar Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə göndərildik dən sonra müstəntiq 01 avqust 2017-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və 18 sentyabr 2017-ci il tarixdə rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 18 sentyabr 2017-ci il tarixli, 19375 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 kv. m. rənglənmiş şüşənin 25.05.2017-ci il tarixə orta bazar qiyməti təxminən 12,00 manat, 1000 kv.m.-nin qiyməti isə, 12.000 manat müəyyən edilmişdir. Lakin, ekspert rəyində 1 kv. metr rənglənmiş şüşənin qiymətinin 12 manat olması qeyd edilsə də, həmin şüşənin ölçüləri və hansı ölkə istehsalı olması barədə hər hansı bir məlumat qeyd edilməmişdir. Belə ki, ayrı-ayrı ölkələrdə istehsal olunan rənglənmiş şüşələrin Azərbaycan Respublikasındakı orta bazar qiymətləri müxtəlifdir. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya b ir neçəsini törətmiş olsun. Həmin qərarın 8-ci bəndində göstərilir ki, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və digər əşyaların dəyəri müəyyən edilərkən onların dövlət tərəfindən tənzimlənən qiymətləri, bu qiymətlər olmadıqda isə cinayətin törədildiyi vaxt faktiki (bazar) qiymətləri əsas götürülür. Xarici ölkədən Azərbaycana gətirilən malların və digər əşyaların dəyəri təqdim olunmuş qaimə-fakturalara və digər sənədlərə müvafiq olaraq onların həmin ölkədə alındığı qiymətlər əsasında müəyyən edilir. Cinayət təqibi zamanı malların və digər əşyaların dəyərinə dair mübahisə yarandıqda və ya buna qədər müəyyən edilmiş qiymətlər şübhə doğurduqda, habelə Azərbaycan Respublikasının ərazisinə gətirilən malların xarici ölkədən alınmasına dair qaimə -fakturalar, invoys sənədləri təqdim edilmədikdə və ya saxtalaşdırıldıqda qiymətlərin düzgün müəyyən edilməsi üçün cinayət təqibi zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi zəruridir. İş materiallarında olan 25.05.2017-ci il tarixli invoysdan görünür ki, İran İslam Respublikasında fəaliyyət göstərən «xxx» şirkətindən Azərbaycan Respublikasında fəaliyyət göstərən «xxxx» MMC-nin adına idxal edilərək göndərilmiş, ölçüləri-qalınlığı 4mm, eni uzunu 3/21*2/25mm olan 1600 kv.metr şüşənin hər kv.metrinin qiyməti 2 ABŞ dolları olmaqla, cəmi qiyməti 3.200 ABŞ dollarıdır. Göründüyü kimi, həm «xxxx» MMC tərəfindən təqdim edilən gömrük bəyənnaməsində bəyan edilən, eyni zamanda 23.05.2017-ci il tarixli beynəlxalq invoysda göstərilən 1600 kv. metr rəngli şüşənin ümumi dəyəri hər kvadrat met r şüşənin qiyməti 2 ABŞ dolları olmaqla 3200 ABŞ dolları kimi qeyd edilmişdir. İran İslam Respublikasında fəaliyyət göstərən «xxx» şirkətindən Azərbaycan Respublikasında fəaliyyət göstərən «xxxx» MMC-nin adına idxal edilərək göndərilmiş, gömrük bəyannaməsinə əsasən bəyan edilmiş ölçüləri-qalınlığı 4mm, eni uzunu 3/21*2/25 mm olan 1600 kv.metr şüşənin hər kv.metrinin qiyməti 2 ABŞ dolları olmaqla, ümumi dəyərinin 3.200 ABŞ dollar olmasının istintaq orqanı tərəfindən qəbul edildiyi halda, eyni nəqliyyat vasitəsində və eyni bağlamada daşınan, eyni ölçülü, lakin bəyan edilməmiş hesab olunan şüşənin hər kv. metrinin qiymətinin 2 ABŞ dolları deyil, ekspert rəyinə əsasən 12 manat olmaqla 1000 kv. metrinin 12000 manat qiymətləndirilməsi özüözlüyündə ziddiyyət təşkil edir və heç bir sübuta əsaslanm ır. Cinayət işinin materiallarında 25.05.2017-ci il tarixli invoysun saxtalığı, həmin invoysda «xxxx» MMC-nin adına idxal edilərək göndərilmiş, ölçüləri- qalınlığı 4 mm, eni uzunluğu 3/21*2/25mm olan şüşənin qiymətinin şübhəli olması, malın həqiqi dəyərini əks etdirməməsi barədə istintaq orqanı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, istintaq orqanı qalınlığı 4mm, eni uzunluğu 3/21*2/25mm olan şüşənin hər kv.metrinin qiymətinin 2 ABŞ dolları olmasını hansı səbəbdən qəbul etmədiyini və iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi zəruriliyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, xarici ölkədən Azərbaycana gətirilən malların və digər əşyaların dəyəri təqdim olunmuş 25.05.2017-ci il tarixli, **********3173 saylı gömrük bəyannaməsinin, eyni zamanda 23.05.2017-ci il tarixli, 44B101/2 saylı beynəlxalq invoysun həqiqiliyi şübhə doğurmur. Məhkəmələr tərəflər arasında bağlanmış 10 iyun 2016-cı il tarixli müqavilənin 2-ci bəndində əksini tapan 1 saylı Əlavədə (Spesifikasiyaya) göstərilən qiyməti əsas götürək həmin sənədləri iş üzrə mötəbər sübut kimi qiymətləndirməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 206.1-ci maddəsində “külli miqdar” dedikdə keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin dörd min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkum tərəfindən hər kvadrat metrinin qiyməti 2 ABŞ dolları olan qalınlığı 4mm, eni uzunluğu 3/21*2/25mm olan 100 kv.metr şüşənin dəyərinin Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsində nəz ərdə tutulan qaçaqmalçılıq cinayətinin tərkib hissəsini yaratmamasına dair məhkəmənin gəldiyi nəticə cinayət işinin materiallarına uyğun olmaqla əsaslıdır. Eyni zamanda, birinci instansiya məhkəməsindəki araşdırma zamanı 25 may 2017ci il tarixdə İran İslam Respublikasında fəaliyyət göstərən “xxx” şirkətindən 44B10110/44B10210 nömrə nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən və direktor müavini olduğu “xxxx” MMC-nin adına idxal etdiyi malları Sumqayıt Baş Gömrük İdarəsində 25 may 2017-ci il tarixli **********3173 saylı gömrük bəyannaməsi ilə bəyan edərək qeyd olunan nəqliyyat vasitəsində olan külli miqdarda, 12000 manat dəyərində, həcmi 1000 kvadrat metr təşkil edən şüşə yükünü bəyannamədə göstərməməklə Azərbaycan Respublikasının gömrük sərhəddindən qaçaqma lçılıq yolu ilə keçirməsi haqqında nəticəyə gəlməyə əsas verən hər hansı bir hal müəyyən edilməmişdir. Beləliklə, Məhkum Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə müəyyən olunmuş sübutların məcmusu ilə təsdiq olunmamışdır. 31.05.2017-ci ildə tərtib edilmiş «baxış keçirilməsi haqqında protokol»dan görünür ki, İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olmuş 44B10110/44B10210 nömrəli yük avtomobili ilə “xxxx” MMC-nin ünvanına gətirilmiş yük müşaiyət edici sənədlərə əsasən, cilalanmış və ya pardaxlanmış səthi olan termik, rənglənmiş şüşələr yükünə baxış keçirib sənədlərə uyğun olub-olmaması hal şahidlərinin və yükün sahibi Məhkum iştirakı ilə 44B10110/44B10210 nömrəli yük avtomobilində olan yüklərə baxış keçirilmiş və baxış zamanı nəqliyyat vasitəsində 360 ədəd şüşənin olduğu, ölçülərinin qalınlığının 4 mm, uzunluğu və eninin isə 3210x2250 mm olduğu məlum olmuşdur. Yükün ümumi sahəsi hesablanaraq 2600 kv. metr olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində verdiyi ifadələrində “xxxx” MMC-nin ünvanına idxal olunmuş yükləri həmin şirkətin işçisi X4in bəyan etdiyini bildirmişdir. İran İslam Respublikasında fəaliyyət göstərən «xxx» şirkətindən 44B10110/44B10210 nömrə nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən «xxxx» MMC-nin adına idxal edilmiş mallara görə təqdim edilmiş sənədlərə görə (CMR, invoys) malın həcmi 1600 kv metr göstərildiyi üçün bəyannamə də ona uyğun təqdim olunmuşd ur. 25 may 2017-ci il tarixli, **********3173 saylı gömrük bəyannaməsinin sənədləşdirilməsini “xxxx”MMC-nin adından Məhkum elektron imzasından istifadə etməklə həmin şirkətin işçisi X4 tərəfindən həyata keçirilmişdir. Məhkəmə istintaqında 31.05.2017ci ildə yükə baxış keçirilməsi zamanı hal şahidləri qismində iştirak etmiş X8 və Əliyev AyyətRafiq oğlu iş üzrə təqsirləndirilən şəxs Məhkum 31.05.2017-ci ildə yükə baxış keçirilməsi zamanı iştirak etmədiyini və Məhkum yalnız məhkəmə iclasında gördüklərini göstərmişlər. Qeyd olunan xüsusat məhkəmə iclasında dindirilmiş şahid X9 tərəfindən də təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 31 may 2017-ci il tarixli protokolun əsaslılığı və qanuniliyi yoxlanılarkən və hal şahidlərinin ifadələrinə əsasən müəyyən edilmişdir ki, prot okol tərtib edilərkən qeyd olunan istintaq hərəkəti zamanı ittiham irəli sürülmüş şəxs Məhkum orada iştirak etməmişdir. Həmin baxışda “xxxx” MMC-nin işçisi X4 iştirak etmişdir. Cinayət işinin materiallarında olan 31 may 2017-ci il tarixli yükə baxış keçirilməsi barədə protokol hal şahidləri və eyni zamanda ittiham irəli sürülmüş Məhkum tərəfindən imzalanmışdır. İstintaq orqanı Məhkum ittiham olunan istinad edilən əməldə cinayətin subyektiv cəhətinin olmasını təsdiq edən hər hansı bir sübuta istinad etməmişdir və onun əməlində cinayətin subyektiv cəhətinin olmasını ümumiyyətlə əsaslandırmamışdır. İşin hallarından müəyyən olunur ki, Məhkum gömrük bəyannaməsinin sənədləşdirilməsində bilavasitə iştirak etməmiş, onun əməlində cinayətin subyektiv cəhəti mövcud olmamışdır. Göründüyü kimi, hadisə yerində olmayan bir şəxsin xarici ölkədən Azərbaycan Respublikasına daxil olmuş yükü gömrük nəzarəti orqanına düzgün bəyan etməməklə keçirməsi qeyri-mümkündür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şbühələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunların tətbiqində aradanq alıdırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Göstərilənlər, Məhkum 25may 2017-ci il tarixdə İran İslam Respublikasında fəaliyyət göstərən “xxx” şirkətindən 44B10110/44B10210 nömrə nişanlı nəqliyyat vasitəsi ilə Azə rbaycan Respublikasında fəaliyyət göstərən və direktor müavini olduğu “xxxx” MMC-nin adına idxal etdiyi malları Sumqayıt Baş Gömrük İdarəsində 25 may 2017-ci il tarixli **********3173 saylı gömrük bəyannaməsi ilə bəyan etmiş, lakin qeyd olunan nəqliyyat vasitəsində olan külli miqdarda, 12000 manat dəyərində, həcmi 1000 kvadrat metr təşkil edən şüşə yükünü bəyannamədə göstərməməklə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətinə bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirməsi, yəni onun hərəkətləri ilə yaranmış nəticə arasında səbəbli əlaqənin olması və bununla da Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli olmasına əsaslı şübhələr yaradır ki, ittiham tərəfi də bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə, Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə və Azərbaycan Respublikası CPMnin 21.2-ci maddəsinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə baxmış Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2018-ci il tarixli bəraət hökmünün dəyişdirilmədən saxlanması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar a uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2018-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-171/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-171/2019
22.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver