Məhkəmə qərarları › İş №1(102)-171/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-171/2020

16.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-171/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 2-ci dərəcəli hüquqşünas X2 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2013-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Cinayət işinin materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Xamməd Nuriyev, hakimlər Nizami Quliyev və Oruc Cəlilovdan ibarət tərkibdə) 19 dekabr 2013-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 06 avqust 2013cü il tarixdən hesablanmışdır. Həmin hökmdən Məhkum apellyasiya şikayəti və müddətin bərpası barədə vəsatət vermişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə birinci instansiya məhkəməsində baxılmış və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim X3) ilə buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Elşad Əliyev, hakimlər Etibar Camalov və Kamil Bəşirovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinay ətlər Məhkəməsinin 19 iyun 2019-cu il tarixli müddətin bərpasından imtina barədə qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, səhhətində yaranmış problemlərlə əlaqədar olaraq apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı V6 çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və məhkum Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hal lara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Cinayət işinin materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2013-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 06 avqust 2013-cü il tarixdən hesablanmışdır. Həmin hökmdən Məhkum 22 may 2019-cu il tarixdə apellyasiya şikayəti və müddətin bərpası barədə vəsatət vermişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi bar ədə vəsatətə birinci instansiya məhkəməsində baxılmış və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakiminin 19 iyun 2019-cu il tarixli qərarı ilə buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 2019-cu il tarixli müddətin bərpasından imtina barədə qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin qənaətlərini aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarındakı qəbzdən görünür ki, Lənkəran Ağır Cinayətlər Mə hkəməsinin 19 dekabr 2013-cü il tarixli hökmü 29 dekabr 2013-cü il tarixdə Məhkum imza etdirilməklə təqdim edilmişdir (cild 3, iş vərəqə 83). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkum isə apellyasiya şikayətini 20 gün müddətində (19 yanvar 2014-cü il tarixə qədər) deyil, 22 may 2019-cu il tarixdə, hökm qanuni qüvvəyə mindikdən 05 (beş) il 04 (dörd) ay 02 (iki) gündən sonra apellyasiya şikayəti vermişdir. Məhkum şikayət vermə müddətinin ötürülmə səbəbini səhhəti və yaddaşının itməsi ilə əsaslandırmışdır. Lakin iş materiallarından müəyyən olunur ki, məhkum ərizəsinə şikayət ve rmə müddətinin üzrlü səbəblərdən ötürülməsinə dair xəstə olması barəsində hər hansı sənəd əlavə etməmişdir. Göründüyü kimi məhkumun apellyasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir maneə olmamışdır. Məhkumun birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2013-cü il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə şikayət verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum barəsində gəldikləri qənaətlərini əsaslı hesab edir və kassatorun bununla bağlı dəlillərini əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2 019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2013-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar