Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-171/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, bəraət almış şəxs və onun müdafiəçisi Hüseynov Əli Meybulla oğlunun iştirakları ilə, Beyləqan Rayon Məhkəməsi nin 03 fevral 2021-ci il tarixli hökmü ilə bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.2 və 264-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2021-ci il tarixli qərarından dövlət ittihamçısı İsmayılov Samir Sabir oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Beyləqan Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Seyfullayev Seyfəli İzzət oğlu) bəraət almış şəxs, xx xxxxx il tarixdə Ağcabədi rayonunun Avşar kənlində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, "Gündüz 89 kəndli-fermer təsərrüfat ı” MMC-də sürücü vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Avşar kənlində yaşayan, CM-nin 263.2 və 264-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma oraqın tərəfindən X9 qarşı CM-nin 263.2 və 264-cü maddələri ilə ittiham irəli sürülərək o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, 14 may 2019-cu il tarixdə saat 05 radələrində Stansiya Mingəçevir- Mingəçevir- Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən 137-ci kilometrində idarə etdiyi “X" markalı **AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bəhrəmtəpə istiqamətində 60-70 km/saat sürətlə hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin - sürücü hərəkət üçün təhlükə yara ndığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərini pozaraq yolu sağdan sola keçən piyada X2 vurmuş, nəticədə ehtiyatsızlıqdan X22a açıq kəllə beyin travması, kəllə tağı və əsası sümüklərinin xətti sınıqları, beyin qişa və mədəciklərinə qansızma, baş beyin toxumasına qansızma, baş beyin toxumasının ödemi, alın, sol qaş, burun və alt çənə nahiyyələrinin əzilmiş yaraları, alın sümüyünün burun çıxıntısının fraqmentləri yerini dəyişmiş açıq sınığı, sağ baldır sümüklərinin yuxarı üçdə-birinin fraqmentləri yerini dəyişmiş qapalı sınığı, bədən səthinin çoxsaylı qançırı və sıyrıqları ilə nəticələnən, həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək ölümünə səbəb olmuş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinni 4-cü hissəsinin tələblərini pozaraq hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Birinci instansiya məhkəməsi işə baxması nəticəsində bəraət almış şəxs yuxarıda təsvir edilən əməlləri törətməkdə təqsirliliyini sübuta yetrilməməsi barədə nəticəyə gəlmiş və bu əsasla onun barəsində bərəat hökmü çıxarmışdır. Hökmdən dövlət ittihamçısı Ağayev Mətləb Rəfail oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakmlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən), Cəfərov Rafiq Musa oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə) 15 iyul 2021-ci il tarixli qərarı ilə apellyasiya pro testi təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2021-ci il tarixli qərarından dövlət ittihamçısı S.S.İsmayılov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində apellyasiya qaydasında yenidən baxılmasının təyin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı S.S.İsmayılov hazırki iş üzrə ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında toplanmış, həmin məhkəmə iclasında araşıdırılmış bir sıra sübutlara, o cümlədən yol-nəqliyyat hadisələri ekspertizalarının rəylərinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin(bundan sonra mətndə CPM-nin) bəzi normal arına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bəzi məsələlər üzrə hüquqi mövqeyinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə istinad edərək kassasiya protestini belə əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, yəni həmin sübutlara qanunvericilkdə nəzərdə tutulmuş qaydada qiymət verməmiş və bəraət almış şəxs təqsirinin sübuta yetirilməməsinə görə ona bu əsasla bəraət verilməsi haqqında düzgün olmayan nəticəyə gəlmişlər. Dövlət ittihamçısı həmçinin qeyd etmişdir ki, məhkəmələr bu nəticəyə gələrkən bəraət almış şəxs cinayət təqibi nin müxtəlif mərhələlərində idarə etdiyi avtomaşınının hadisədən əvvəl hərəkət sürəti barədə zddiyyətli ifadələr verməsinə də əhəmiyyət verməmiş, bu ziddiyətləri aradan qaldırmamış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə təyin olunmuş məhkəmə yolnəqliyyat hadisələri ekspertizası üzrə müvafiq rəy verilməsi üçün ekspertlərə həmin ziddiyyətli ifadələrdə əks olunmuş məlumatlar təqdim edilmişdir. Bundan başqa, kassasiya protestində göstərilmişdir ki, CM-də təhlükədə qoymağa görə cinayət məsuliyyəti müəyyən olunmuş 143-cü maddə nəzərdə tutulmuş və dövlət ittihamçısı S.S.İsmayılovun fikrincə, iş üzrə toplanmış sübutların məcmusu yol nəqliyyat hadisəsi törətmiş, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq və ona hər hansı tibbi yardımın göstərilməsi üçün tədbirlər görməyərək hadisə yerin dən qaçmış Məhkum bəraət verilməsi üçün deyil, ən azından onun həmin maddə ilə təqsirli bilinməsi haqqında ittiham hökmünün çıxarılmasına kifayət qədər əsaslar yaratmışdır. Bununla bağlı kassasiya protestinin müəllifiCM-nin 143-cü maddəsinin dizpozisiyasına və “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndinə istinad edərək məhkəmələr tərəfindən bəraət almış şəxs əməlində CM-nin 143-cü maddəsinin tərkib əlamətlərinin olub-olmamasını ümumiyyətlə müzakirə etmədiklərini və bu mühüm hala qiymət vermədiklərini də qeyd etmişdir. Kassasiya protestində göstərdiyi dəlillərə əsaslanmaqla məhkəmələr tərəfindən cinayət mühakimə icraatının prinsiplərinin, o cümlədən qanunçuluq prinsipinin, habelə sübutetməyə və sübutların qiymətləndirilməsinə dair qa nunvericiliyin tələblərinin pozulmasını, bununla da CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsini vurğulayan dövlət ittihamçısı S.S.İsmayılov kassasiya protestinin təmin edilməsini və bəraət almış şəxs barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2021-ci il tarixli ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində apellyasiya qaydasında yenidən baxılmasının təyin olunması haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında zərər çəkmiş şəxsin hüquqi varisi X11 qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun, bəraət almış bəraət a lmış şəxs və onun müdafiəçisi Ə.M.Hüseynovun rəylərini dinləyib CPM-nin 419.4cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə zərər çəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı S.S.İsmayılov kassasiya protestində məhkəmələr tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyətə malik olan sübutları CPM-nin 143-146-cı maddlərinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsini və qiymətləndirilməməsini iddia edərək bununla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrinə əsasən isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutlar ı tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı S.S.İsmayılovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə həmin protestin dəlillərinə cavab verilməsi üçün Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlə rinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai a raşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan s onra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair pros essual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Təqsirsiz lik prezumpsiyası təsbit edilmiş Konsttusiyanın 63-cü maddəsinin İ-V hissələrinin tələbləindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında” Paktın 14-cü maddəsinin 2-ci bəndində və Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində də təqsirsizlik prezumpsiyası eyni şəkildə təsbit edilmişdir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyət də əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-nin cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol ver ilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cin ayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü madd əsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetmə yə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdikləri kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-c ü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticə lərinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirlən dirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Təqsirə görə məsuliyyət prinsipi nəzərdə tutlmuş CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əs aslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). 24 dekabr 2021-ci il tarixədək qüvvədə olmuş “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara ə saslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il 5 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqət i yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilmişdir. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuş normaların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra şəxsin təqsirinin sübuta yetirilib-yetrilməməsi, digər bəraətverici əsasların olub olmaması, həbelə əməlin tövsifi, cəza tədbirinin seçilməsi və istər ittiham, istərsə də bəraət hökmünə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxar dığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. İşin müəyyən edilmiş faktiki hallarını cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə həm birinci instansiya məhkəməsinin hökmünü, həm də həmin hökmün qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda bu yekun məhkəmə aktlarının və məhkəmələrin onların çıxarılması zamanı istinad etdikləri araşdırmanın nəticələrinin yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına cavab vermədiyi müəyyən olunur. Bununla bağlı məhkəmə kollegiyası cinayət işi üzrə topl anmış və araşdırılmış bir sıra sübutlara istinad edilməsini zəruri sayır. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında bəraət almış şəxs özünü ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, o, 14 may 2019-cu il tarixdə gecə saat 05 radələrində ona təhkim olunmuş “X” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yaşadığı Ağcabədi rayonunun Avşar kəndindən çıxıb Bakı şəhəri istqamətində saatda 90 km sürətlə yolun sağ zolağı ilə hərəkət edərkən Beyləqan rayonunun ərazisində yolun sağ çiynində dayanmış bir nəfər piyada qəflətən yolun hərəkət hissəsinə doğru hərəkət etmişdir. Bu zaman o, sükanı sola burub hadisədən yayınmağa cəhd göstərmiş, lakin hadisənin qarşısını ala bilməmiş və avtomobilin sağ yan tərəfi ilə həmin piyadanı vurmuşdur. Hadisənin təsirindən həyəcanlanıb o, avtomobili hadisə yerində saxlamayıb, yoluna davam etmiş və başqa yolla kəndə qayıtmışdır. Evə çatanda görmüşdür ki. avtomobilin sağ yan güzgüsünün gövdəsi, qabaq buferin sağ hissəsi sınmışdır. Hadisə barədə heç kimə, o cümlədən ailə üzvlərinə və tanışlarına məlumat verməmiş, sonradan avtomobillə vurduğu şəxsin X5 olmasını bilmiş, onun hadisə nəticəsində hadisə yerində öldüyünü eşitmişdir. Bəraət almış şəxs cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələrinin təhlili göstərdi ki, o, həmin mərhələlərdə də 14 may 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin halları barədə eyni cür ifadələr vermiş, lakin hadisədən əvvəl idarə etdiyi avtomaşının sürətinin saatda 90 km yox, 60/70 km olmasını göstərmiş, bunun səbəbini isə belə izah etmişdir ki, ibtidai araşdırma zamanı da hadisədən əvvəl avtomaşının sürətinin saatda 90 km olması barədə müstəntiqə ifadələr verməsinə baxmayaraq, sonuncu dindirmə protokolunda və digər prosessual sənədlərdə bu sürətin saatda 60/70 km olmasını göstərmişdir. Bu məsələ ilə bağlı bəraət almış şəxs qeyri-səmimi olması onda görünür ki, kassasiya protestinə məhkəmə baxışı iclasında həmin protestin dəlilləri ilə üzrə çıxış edərkən bəraət almış şəxs bildirmişdir ki, avtomaşını saatda 90 km sürətlə idarə etməsi barədə ifadə verməsini ona müdafiəçisi C.Yusifov təklif etmiş, o, da bu təkliflə razılaşaraq sürət haqqında əvvəl verdiyi ifadələrini dəyişmişdir. İbtidai araşdırma zamanı keçirilmiş yol-nəqliyyat hadisələri ekspertizasının 31 iyul 2019-cu il tarixli 19686 saylı və k omissyon yol-nəqliyyat hadisələri ekspertizasının 30 sentyabr 2019-cu il tarixli 24419 saylı rəylərindən görünür ki, “X” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin bəraət almış şəxsını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü bəraət almış şəxs hadisədən sonra hadisə yerindən qaçdığından onun hərəkətlərində həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37ci maddəsinin İV hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Birinci instansiya məhkəməsinn məhkəmə iclasında keçirilmiş yol-nəqliyyat hadisələrinin təkrar məhkəmə-komissyon ekspertizasının 27 iyul 2020-cu il tarixli 8/931 saylı rəyində göst ərilmişdir ki, “Mersedes Benz 200“ markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü bəraət almış şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və ona hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Eyni zamanda sürucu bəraət almış şəxs piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən ona hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Bu ekspertiza rəylərinin təhlili göstərir ki, ekspertlər 31 iyul 2019-cu və 30 sentyabr 2019-cu il tarixli rəylərdə bəraət almış şəxs baş vermiş yol-nəq liyyat hadisəsinin qarşısını almağa texniki imkanının olması, 27 iyul 2020-ci il tarixli rəydə isə - onun belə imkanının olmaması barədə nətiəcəyə gələrkən yeganə br hala – piyada X22un yolun hərəkət hissəsinə çıxdıqdan sonra 2,3 metr məsafə qət etməsi barədə bəraət almış şəxs iş üzrə ibtidai araşdırma aparılarkən ifadələrinin yerində yoxlanılması, məhkəmə iclasında isə istintaq eksperimentinin keçirilməsi zamanı bu haqda verdiyi ifadələrinə və həmin ifadələrə uyğun olaraq müəyyən edilmiş digər hala – zərərçəkmişin göstərilən məsafəni qət etməsinə dair vaxta əsaslanaraq tədqiqat aparmış, ekspertizaların təyin olunması haqqında qərarlarda da məhz bu məsafə, lakin piyada tərəfindən həmin məsafənin qət edilməsi üçün müəyyən olunmuş müxtəlif vaxtlar göstərilərək bu haqda müxtəlif məlumatlar ek spertlərə təqdim olunmuşdur. Lakin ekspertizaların təyin olunması haqqında qərarlar qəbul etmiş istər ibtidai araşdırma orqanı, istərsə də birinci instansiya məhkəməsi nəzərlərindən qaçırmışlar ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 14 may 2019-cu il tarixli protokola, həmin protokola əlavə edilmiş sxemə və fotoşəkillərə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində müxtəlif xəsarətlər alaraq ölmüş X1 meyiti, bəraət almış şəxs göstərdiyi kimi, yolun hərəkət hissəsində, yolun sağ çiynindən orta hissəyə doğru hər hansı məsafədə deyil, yolun Mingəçevir dəmir yol stansiyasından Bəhrəmtəpə qəsəbəsi istiqamətində gedən hissəsinin sağ tərəfində aşkar edilmişdir (meyitin baş hissəsi yolun sağ çiynində, belindən aşağı hissəsi isə yolun hərəkət hissəsində aşkar edilmişdir). Həmin ilkin sənədlərdən həmçinin görünür ki, bəraət almış şəxs idarə etdiyi avtomaşının sınmış hissələri də meyitin ətrafında səpələnmişdir. Lakin işin bu obyektiv halları ilə bağlı nə ibtidai araşdırma orqanı, nə də ki məhkəmələr heç bir araşdırma aparmamış, əsl həqiqətdə piyada X22un vurulduğu yerin dəqiq müəyyən edilməsi üçün hər hansı mötəbər sübutların toplanması istiqamətində lazımi tədbirlər görülməmiş, hadisədən sonra meyitin yerinin dəyişdirilib-dəyişdirilməməsi barədə bəraət almış şəxs suallar verilməmiş, bununla bağlı hadisənin müayinəsində iştirak etmiş təhqiqatçı və hal şahidləri dindirilməmişlər. Məsələ ilə bağlı natamam araşıdrmanın aparılması nəticəsində isə piyadanın vurulması barədə yer haqqında bəraət almış şəxs verdiyi ifadələrlə hadisə yerinə baxışla müəyyən edilmiş hallar arasında ziddiyyətlər aradan qaldırılmamış və ekspertlər, ibtidai araşdırma orqanı və məhkəmələr iş üzrə biri birini təkzib edən nəticələrə gələrkən yalnız bəraət almış şəxsin ifadələrinə əsaslanmışlar. Bununla yanaşı, hadisə yerinin müayinə edilməsi haqqında protkoldan, ona əlavə edilmiş sxem və fotoşəkillərdə görünür ki, hadisə baş vermiş yolda, hərəkət istiqamətlərini ayıran zolaqlı xəttin üzərində 11,5 m uzunluğunda tormoz izi aşkar edilmişdir. Lakin bu izin bəraət almış şəxs idarə etdiyi, yaxud da başqa avtomaşının tam dayanma həddinə qədər saxlanılması üçün görülmüş tədbirlər nəticəsində əmələ gəlməsi yenə də ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən araşdırılmamış, yol-nəqliyyat ekspertizaları üzrə rəy vermiş ekspertlər də bu mühüm halı tədqiq etməmiş, həmin iz əsasında avto maşının (əgər tormoz izi bəraət almış şəxs idarə etdiyi avtomaşının təkərlərinin izi olmuşdursa) hadisədən bilavasitə əvvəl yolun hansı hissəsi ilə və hansı sürətlə hərəkət etməsi ümumiyyətlə tədqiq edilməmiş, bununla da sürət barədə Məhkum müxtəlif vaxtlarda verdiyi ifadələr arasında olan ziddiyyətlər də aradan qaldırılmamışdır. Halbuki, zərərçəkmişin meyitinin sonrdana yuxarıda qeyd olunan yerdə aşkar edilməsi, yaxud sonuncunun hadisədən sonra kiminsə tərəfindən oraya çəkməsi nə istintaq orqanı, nə də ki məhkəmələr tərəfindən yoxlanılmamış, bununla bağlı cinayət təqibini aparan orqan və məhkəmələr hadisə yerininin müayinəsini aparmış və həmin istintaq hərəkətinin aparılmasında iştirak etmiş şəxsləri dindirməkdən imtina etmişlər. Bundan başqa, işin müəyyən edilmiş faktiki hallarından biri də ondan ibarətdir ki, bəraət almış şəxs hadisə baş verdikdən, yəni idarə etdiyi avtomaşınla piyada X22u vurduqdan bilavasitə sonra bilə-bilə zərər çəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli, köməksiz vəziyyətdə qoyaraq ona kömək göstərmək imkanı olduğu halda bunu etməmiş, sonuncunu xəstəxanaya apararaq ona tibbi yardımın göstərilməsi üçün heç bir tədbir görməmiş, hadisə barədə müvafiq orqanlara və ya şəxslərə xəbər verməmiş və vurduğu şəxsi hadisə yerində qoyaraq oradan qaçmışdır. İş üzrə keçirilmiş yol-nəqliyyat hadisələri ekspertizalarının rəylərinə görə, bəraət almış şəxs bu hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV hissəsinin tələblərinə uyğunsuzluq olması müəyyən edilsə də, o, hadisə yerindən qaçıdığına görə ittiham olunduğu CM -nin 264-cü maddəsi ilə təqsirli bilinməmişdir ona görə ki, apellyasiya instansiyası məhkəmsinin də razılaşdığı birinci instansiya məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum CM-nin 263.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. CM-nin 264-cü maddəsinin tələbinə və mənasına görə isə, nəqliyyat vasitəsini idarə edən və yol nəqliyyat hadisəsi yerindən qaçan şəxs həmin maddə ilə o, halda cinayət məsuliyyətinə cəlb edilərək təqsirli bilinə bilər ki, onun əməllərində həm də yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarınının pozulmasına görə cinayət məsuliyyəti müəyyən edilmiş CM-nin 263 və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibi olsun və onun həmin cinayətlərin törədilməsinə aidiyyatı və təqsirliliyi müəyyən ed ilsin. Lakin, yuxarıda qeyd olunduğu kimi, bəraət almış şəxs özü zərərçəkmiş X22u onun həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyub hadisə yerindən qaçmaqla ona heç bir köməklik göstərməmiş və ya başqaları tərəfindən köməklik göstərilməsi üçün də lazımi tədbirlər görməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, belə əməllərə görə CM-nin 143-cü maddəsində cinayət məsuliyyəti nəzərədə tutulsa da, Məhkum elan olunmuş bütün ittiham üzrə bəraət verilməli olması barədə nəticəyə gələn məhkəmələr digər tərəfdən onun hadisə yerindən qaçması ilə bağlı əməllərində CM-nin 143-cü maddəsinin tərkib əlamətlərinin olubolmamasını müzakirə belə etməmişlər. Halbuki, CM-nin 143-cü maddəsinə əsasən, şəxs həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məh rum olan şəxsi bilə-bilə köməksiz qoyduqda, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə belə əməlləri törətmiş şəxs göstərilən maddə ilə cinayət məsuliyyətinə cəlb edilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, şəxsin bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün digər əsaslarla yanaşı müəyyən edilməldir ki, o, zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə ya ehtiyatsızlıqdan törətdiyi əməl nəticəsində, yaxud da təqsirsiz olaraq salmışdır. Yəni şəxs hətta yol hərəkəti və nəqliyyat vasitələrini istismarı qaydalarını pozmaqda təqsirsiz olaraq zərər çəkmiş şəxsi onun həyatı və ya sağlamılığı üçün təhlükəli vəziyyətə saldıqda belə ona lazımi köməklik göstərmək öhdəliyini daşıyır, çünki belə öhdəlik “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İV hissəsinn tələblərindən irəli gəlir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İV-cü hissəsinn tələblərinə görə, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yolnəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığ ı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsin i təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Məhkəmə kollegiyası vurğulayır ki, şərh olunan məsələyə, yəni yol nəqliyyat hadisəsinin iştirakçısı olmuş sürücünün, hətta bu hadisənin törədilməsində təqsri müəyyən edilmədiyi halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV hissəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək öhdəliyinin olması, bu vəzifələri hansı şəkildə yerinə yetirib-yetirməməsindən asılı olaraq onun hərəkətlərinə hüquqi qiymət verilməsi barədə hüquqi mövqe həmçinin Azər baycan Respubblikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264- cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda Konstiusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsi yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim et mək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sə nədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol-nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. B una görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulamışdır ki, yuxarıda sadalanan vəzifələrin yerinə yetirilməsi, ilk növbədə, nəqliyyat vasitəsinin sürücülərinin yolnəqliyyat hadisəsi yerində qalması ilə şərtləndirilir. Bu səbəbdən, inzibati və cinayət məsuliyyətini müəyyən edən qanunvericilik aktları məhz yol-nəqliyyat ha disəsi yerindən qaçan nəqliyyat vasitəsinin sürücüsünə qarşı müxtəlif məsuliyyət tədbirləri nəzərdə tutmuşdur. Cinayət işinin materiallarından göründüyü kimi, bəraət almış şəxs “Yol hərəkəti haqqında” Qanunun göstərilən normasında nəzərdə tutulmuş hərəkətlərdən heç birini etməmiş və zərər çəkmiş şəxsi təhlükəli vəziyyətdə qoyaraq hadisə yerini tərk etmiş, onun X22a yardım göstərməsi və ya başqa şəxslər tərəfindən və başqa şəraitdə (müalicə müəssisəsində) tibbi yardımın göstərilməsi üçün tədbirlər görməsi üçün heç bir maneə olmamışdır. Digər tərəfdən, onu da vurğulamaq lazımdır ki, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 14 may 2019-cu il tarixli 07/19 saylı rəyinə əsasən, X22un ölümünün baş verdiyi dəqiq vaxt ekspertlər tərəfindən müəyyən edilməmiş (rəylə yalnız ölümün baş verdiyi tarix müəyyən olunmuşdur), eyni zamanda özünün sağlamlığını qorumaq və həyatını xilas etmək imkanında məhrum olmuş zərərçəkmişin aldığı xəsarətlərin xarakteri, dərəcəsi və lokalizasiyası onun həqiqətən də hadisədən dərhal sonra belə yardıma ehtiyacının olmasını istisna etməmişdir. Bu hallar isə bəraət almış şəxs hətta CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirinin sübuta yetirilməməsi halında onun yuxarıda təhlil edilən əməllərində CM-nin 143-cü maddəsində göstərilən cinayətin tərkib əlamətlərinin olubolmamasının müzakirə edilməsi üçün əsaslar yaratmışdır. Beləliklə, göründüyü kimi, birinci instansiya məhkəməsində olduğu kimi, apellyasiya instansiyası məhkəməsi də hazırki iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə mühüm əhəmiyyətə malik olan sübutların ara şdırılmasından imtina edərək həm də araşdırılmış sübutlara CPM-nin 143-146-cı maddələrinin tələb etdiyi kimi, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verməmiş, Məhkum ona ittiham olunmuş cinayətləri törətməkdə təqsirsiz olması barədə nəticə isə belə nəticəyə gəlmək üçün kifayət etməyən sübutlara əsaslanmışdır. Bu baxımdan məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq məhkəmə tərəfindən CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini qeyd edir və hesab edir ki, bu pozuntular apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən 15 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin isə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini şərtləndirir. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısı H.B.İmranovun, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs və onun müdafiəçisi Ə.M.Hüseynovun çıxışlarını dinləyib, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməklə bəraət almış şəxs CM-nin 263.2 və 264-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2021-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq ed ilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilsin. bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-171/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-171/2022
01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver