Məhkəmə qərarları › İş №1(102)-171/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-171/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-171/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsumov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Nəsibova Samirə Cavid qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid3 və Məhkum müdafiəçisi Qocayev Ramil Alim oğlunun işti rakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarından məhkum olunmuş şəxs Məhkum müdafiəçisi R.A.Qocayev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli hökmü ilə (hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən və məruzəçi), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1984-cü il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Zərərçəkmiş şəxs ilə uzun müddət ailələri arasında torpaq mübahisəsi ilə əlaqədar dəfələrlə mübahisələr olmasını əsas gətirərək 29 may 2022-ci il tarixdə, saat 21 radələrində Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Telekom” telefon mağazasının qarşısında Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı o, istintaqa məlum olmayan alətlə Zərərçəkmiş şəxs sol çiyin nahiyəsindən qəsdən bir neçə zərbə vurmuş, sonuncu aldığı zərbədən müvazinətini itirib yerə yıxıldıqdan sonra o, öz qanunsuz hərəkətlərini davam etdirib, Zərərçəkmiş şəxs qalxmaq və özünü müdafiə etməsinə imkan vermədən ardıcıl zərbələr vuraraq sonuncuya sol bazu oynağında açıcı–bükücüyaxınlaşdırıcı kontrakturalar (açma 10 dərəcə, bükmə 160 dərəcə, uzaqlaşma 20 dərəcə) əzələ atrofiyası, daimi ağrı sindromu və sol yuxarı ətrafın funksiyasının pozulması ilə müşayiət olunan bazu sümüyünün bitişməmiş sınığı ilə əlaqədar travmanın sonrakı dövrlərində xəstəliyin dinamik gedişatında sağalmaya doğru hər hansı bir irəliləyişin olmadığını nəzərə alaraq sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası qaydalarının təyininə dair əmək qabiliyyətinin itirilməsinin fa iz cədvəlinin 94-cü bəndinə əsasən bazu sümüyünün bitişməmiş sınığı ilə müşayiət olunan, ümumi əmək qabiliyyətinin üçdə-birindən çox (50%) hissəsində uzun müddətə dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa AĞİR zərərvurmaya aid, hər iki dirsək oynağı nahiyələrinin arxa səthlərinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Hökmdən Məhkum müdafiəçisi R.A.Qocayev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 25 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətl ər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli hökmü isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarından müdafiəçi R.A.Qocayev kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və Məhkum əməlində CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığına görə cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) bir sıra maddələrinə, iş üzrə aradan qaldırılmamış ziddiyyətli hallara, ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəm ə iclasında araşdırılmış bəzi sübutlara, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi R.A.Qocayev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmündən onun tərəfindən verilmiş apellyasiya şikayətində bütün xüsusatlar və hökmün qanunsuz olması barədə ətraflı dəlillər irəli sürülsə də, apellyasiya insitansiyası məhkəməsi həmin dəlilləri, şikayətdə istinad etdiyi xüsusatları, Məhkum əməlində cinayət tərkibinin olmamasını təsdiq edən halları tam və hərtərfli araşdırmamış və qəbul etdiyi yekun qərarda şikayətin bir hissəsini sadəcə təsvir etməklə kifayətlənmiş, həmin dəillərin, demək olar ki, heç birinə əsaslandırılmış cavab verməmiş, toplanmış sübutlar isə qanuna müvafiq qaydada qiymətləndirilməmişdir. Halbuki həmin sübutlarla Məhkum onun təqsirli bilindiyi cinayəti törətməsi ümumiyyətlə təsdiq olunmur, sonuncu, cinayət təqibinin bütün mərhələlərində eyni cür ifadələr verərək göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittihamda göstərilən şəraitdə o, Zərərçəkmiş şəxs xəsarətlər yetirməmiş, onu ümumiyyətlə döyməmişdir. Bunun əksinə olan xüsusatlar məhkəmələrin əsas sübüt növlərindən biri kimi istinad etdikləri zərərçəkmiş şəxsin cinayət təqibinin müxtəlif mərhələlərində biri-birinə ziddiyyətli ifadələrində və əməliyyat tapşırığına verilmiş raportda qeyd olunsa da, bu xüsusatlar başqa, mötəbər sübutlarla təsdiq olunmamış, raportda və ittiham aktında hadisənin şahidləri kimi göstərilmiş Məhkum qardaşı Şahid1 və Şahid2 ibtidai araşdırma zamanı, sonuncu isə həm də məhkəmə iclasında verdiyi ifadələrində Məhk um tərəfindən Zərərçəkmiş şəxs döyülməsini görmədiklərini bildirmişlər. Belə olan halda Məhkum barəsindəki ittiham hökmü və həmin hökmün dəyişdirilmədən saxlanılması haqda apellyasiya instansiyası məhkəməsinin qərarı birbaşa təqsirsizlik prezumpsiyasının pozulması ilə çıxarılmışdır. Müdafiəçi həmçinin qeyd etmişdir ki, yalnız zərərçəkmiş şəxsin ifadələrinə əsasən Məhkum qarşı Zərərçəkmiş şəxs hansısa alətlə döyüb onun sağlamlığına ağır zərər vurmasına görə ittiham irəli sürülsə də, ibtidai araşdırma orqanı Zərərçəkmiş şəxs verdiyi ifadələrini özü də inandırıcı hesab etməmişdir ona görə ki, sonuncu həmin ifadələrində onun guya polis əməkdaşının Məhkum verdiyi polis dəyənəyi ilə döyülməsini bildirsə, bu hal yoxlanılaraq öz təsdiqini tapmamış və buna görə ittihamda zərərçəkmişin naməlum alətl ə döyülməsi göstərilmiş, belə alətin olması və Məhkum tərəfindən istifadə olunması, habelə onun Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulması ilə nəticələnmiş xəsarətləri başqa üsullarla yetirilməsi araşdırılmış sübutlarla müəyyən edilməmiş, bu hallara da məhkəmələr tərəfindən qiymət verilməmiş, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında yalnız mülahizələrə və ehtimallara əsaslanmışlar. Məhkəmələr nəzərə almamışlar ki, hətta videoçəkilişlə aparılmış üzləşdirmə zamanı Zərərçəkmiş şəxs onun Məhkum tərəfindən sonuncuya qarşı irəli sürülmüş ittihamda göstərilən şəraitdə döyülməsi barədə inandırıcı ifadələr verməkdən çəkinmiş, bu istintaq hərəkəti aparılarkən öz qanuni nümayəndəsinə və müstəntiqə dəfələrlə "məni üzə durmağa məcbur etməyin" cümləsini işlətmişdir. Bu hal da ona dəla lət edir ki, Məhkum Zərərçəkmiş şəxs qarşı qəsdən heç bir hərəkət etməmiş, sonuncu onun üzərinə cumduqdan sonra onlar tutaşmış və birlikdə yerə yıxılmışlar. Zərərçəkmişin bu şəraitdə xəsarətlər alması isə nə ibtidai araşdırma orqanı, nə də ki, məhkəmələr tərəfindən yoxlanılmamışdır. Məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarından həm də görünən odur ki, iş üzrə araşdırılmış sübutlar qiymətləndirilərkən prosessual hüquq normalarının tələbləri nəzərə alınmamış, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməmişdir. Bundan başqa, müdafiəçi onu da qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi öz qərarında ümumiyyətlə Məhkum barəsindəki cinayət işinə aid olmayan başqa şəxsin ifadələrini, başqa bir iş ə aid olan xüsusatları və başqa bir rayonun ərazisində törədilmiş cinayətə dair iş üzrə araşdırılmış sübutlara istinad etmiş, sonda isə həmin sübutlarla əsasən Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli bilinməsinin düzgün olması barədə nəticəyə gəlmişdir. Belə çıxır ki, Məhkum özünün barəsindəki iş üzrə toplanmış və araşdırılmış sübutlara deyil, başqa cinayət işi üzrə toplanmış sübutlara əsasən düzgün məhkum edilmişdir. Bu hal isə apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən nöqsanlarla yanaşı işə ümumiyyətlə biganə yanaşmasından xəbər verir. Bütün qeyd olunan dəlillərə əsaslanaraq müdafiəçi R.A.Qocayev onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna mü vafiq qaydada və müddətdə məlumatlandırılsalar da, Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və laz ımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi R.A.Qocayevin kassasiya şikayətinin məzmunununda görünür ki, sonuncunun bu müraciətinin dəlilləri ondan ibarətdir ki, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, əməlində ümumiyyətlə CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmamasına baxmayaraq əsassız və qanunsuz olaraq həmin maddə ilə təqsirli bilinib məhkum edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun barəsindəki bu haqda qəbul edilmiş qərarın əsasını işə aid olmayan sübutlar təşkil etmişdir. Bununla da, müdafiəçi R.A.Qocayev apellyasiya i nstansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli və cinayət işi üzrə icraata xitam verilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi R.A.Qocayevin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərli liyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya k assasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağ ırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə məhkəmə baxışının nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, b aşqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdır ma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azaflıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfin dən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin tələbindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə v ə bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsitndə deyilir ki, məhkəmə icraatı həqiqətin mü əyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Eyni zamanda bu konstitusiyon müddəa məhk əmənin özünün də həqiqətin müəyyən edilməsi məqsədilə zəruri olan sübutların əldə edilərək araşdırılması, məhkəmə iclaslarında mümkün olan müvafiq istintaq hərəkətlərinin aparılması, ekspertizaların təyin edilərək keçirilməsi və həmin sübutların da digər sübutlarla birgə mümkünlüyü, mötəbərliyi və kifayətliliyi baxımından qiymətləndirilməsi vəzifəsindən azad etmir. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifələrin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında isə məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin ol unmasından söhbət gedə bilməz. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının mü dafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilm əyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisi yasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməli n (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Ədalət mühakiməsinin təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi ), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə gö stərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyən ləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146 -cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan hüquqi mövqe həmçinin Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əks olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutla rın məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu halla ra münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərindən, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini, habelə prosessual qanunvericiliyinin tələblərinə əməl olunubolunmamasını yoxlamaq vəzifəsi düşür. Bununla belə, məhkəmə koll egiyası onun səlahiyyətinə aid edilən bu məsələlərin düzgün həll edilib-edilməməsinə, yəni qanunvericiliyinin tələblərinə əməl olunubolunmamasına münasibət bildirməsi üçün cinayət işinin materiallarına müraciət etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək həmin ittihamda təsvir olunmuş cinayət əməlini törətməsini qəti şəkildə inkar etmiş və göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusu, eyni zamanda uzaq qohumudur. 29 may 2022-ci il tarixdə saat təxminən 21 radələrində o, idarə etdiyi “BMW” markalı avtomobillə Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ağa Market” ərzaq mağazasından evi üçün bazarlıq edib çıxarkən, Zərərçəkmiş şəxs ondan 10-15 metr aralıd a dayanıb ona söz atmış, sonra da onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Buna görə, o, Zərərçəkmiş şəxsə yaxınlaşaraq ona iradını bildirmiş, onlar tutaşmış və o, Zərərçəkmiş şəxsi özündən uzaqlaşdırmaq məqsədil itələdikdə, sonuncu da onun yaxasından tutmuş və onlar birlikdə yerə yıxılmış, aralarındakı bu münaqişə isə 1-2 dəqiqə davam etmişdir. Bu zaman hadisə yerinə onun tanışı Şahid2 gəlmiş və onları ayırdıqdan sonra Zərərçəkmiş şəxsi hadisə yerindən çıxıb getmiş, gedərkən isə bir neçə dəfə yerə yıxılmışdır. Münaqişə zamanı onun əlində polis dəyənəyi və ya başqa hər hansı alət olmamış və o, Zərərçəkmiş şəxsi istər belə alətlə, istərsə də yumruq və ya təpiklə döyməmiş, sonuncuda aşkar edilmiş xəsarətləri hansı şəraitdə alması barədə isə onun məlumatı olmamışdır. Şahid2 onlar ı ayırdıqdan sonra qardaşı Şahid1 zəng edərək baş vermiş hadisə barədə ona məlumat vermiş, Azər də bir neçə dəqiqədən sonra hadisə yerinə gələrək ruhi xəstə olan Zərərçəkmiş şəxslə mübahisə etdiyinə görə ona iradını bildirmişdir. Münaqişə zamanı Şahid1 orada olmamış və Zərərçəkmiş şəxs həm qardaşı, həm də özü heç bir xəsarət yetirməmişlər. Məhkum həmçinin qeyd etmişdir ki, 29 may 2022-ci il tarixdə baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs hər hansı xəsarət almasını o, hiss etməmiş, bundan sonra o, barışıq əldə etməsi üçün Zərərçəkmiş şəxsin yaşadığı evə getmiş, lakin orada da heç kim ona Zərərçəkmiş şəxsin qolunun sınması barədə heç bir söz deməmişdir. Cinayət işinin materiallarından görünür ki, analoji ifadələri Məhkum həmçinin məhkəməyədək icraat zamanı da, o cümlədən zərərçəkmiş Z ərərçəkmiş şəxsla üzləşdirilərkən də vermiş, apellyasiya şikayətinə məhkəmə baxışı iclasında isə heç bir sübut araşdırılmamış və həmin məhkəmə yalnız birinci instansiya məhkəməsinin məhkəmə iclasında sübutların araşdırılması ilə kifayətlənmiş və iş üzrə yekun qərar qəbul edərkən məhz həmin sübutların yalnız bir hissəsindən çıxış etmişdir. Ümumiyətlə isə cinayət işi üzrə toplanmış sübutların bütövlükdə təhlili onu göstərir ki, Məhkum qarşı CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham və onun bu maddə ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin 28 aprel 2023-cü il tarixli hökmü müstəsna olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ziddiyyətli ifadələrinə, Masallı Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi polis polkovnik-leytenantı Xin 03 avqust 2022-ci il tarixli raportuna və məhkəmə tibbi-eskpertizasının rəylərinə əsaslanmışdır. Çünki hazırki iş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər – Şahid2 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid3 29 may 2022-ci il tarixdə sonuncunun oğlu Zərərçəkmiş şəxsla Məhkum arasında baş vermiş münaqişənin təffərrüatları barədə verdiklər ifadələrində iş üçün əhəmiyyət kəsb edən hallar, əsasən də Məhkum istintaqla müəyyən edilməmiş alətlə, habelə yumruq və təpiklə Zərərçəkmiş şəxs döyməsi barədə heç nə göstərməmiş, Şahid3 bu münaqişənin halları barədə yalnız oğlunun söylədiklərindən ona məlum olduğunu bildirmiş, hadisə yerinə sonradan gəlmiş Şahid1 məhkəmə iclasında qardaşına qarşı ifadə verməkdən imtina etmiş, qeyd edilən raportda göstərilən halları təsdiq edən sübutlar isə həm ibtidai araşdırma o rqanına, həm də məhkəmələrə təqdim olunmamışdır. Şahid2 isə birinci instansiya məhkəməsinin məhkəmə iclasında ibtidai araşdırma zamanı verdiyi ifadələrini təkrarlayaraq göstərmişdir ki, 29 may 2022-ci il tarixdə, təxminən saat 21 radələrində Masallı şəhəri, H.Əliyev prospekti ilə piyada yaşadığı evə gedərkən, “Ağa Market”in qarşısında mübahisə olmasını eşidərək oraya getmiş və həmin yerdə Məhkumla Zərərçəkmiş şəxs hər ikisinin yerə yıxılmış vəziyyətdə olmalarını görmüş, sonra Məhkum yerdən qalxıb kənara çəkilmiş, ondan sonra da Zərərçəkmiş şəxs ayağa qalxmışdır. Məhkum Zərərçəkmiş şəxs “Sən kimsən ki, məni və ailəmi söyürsən” dedikdə o, yəni Şahid2 Məhkumın qarşısına keçərək “Şeytana nəhlət, belə hərəkət lazım deyil” deyib Zərərçəkmiş şəxsə çıxıb getməsini xahiş etmiş, sonra isə Məhkum qar daşı Şahid1 zəng edərək Zərərçəkmiş şəxslə Məhkumın mübahisə etdikləri barədə ona məlumat vermişdir. Bir qədər keçmiş Şahid1 hadisə yerinə gəlmiş və Məhkumın Zərərçəkmiş şəxslə dalaşmasına görə qardaşına irad tutub əsəbləşmiş, o, yəni Şahid2 isə bundan sonra oradan getmişdir. Cinayət işinin materiallarından görünür ki, həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, “Şizofreniya, paranoid forma” psixi xəstəlikdən əzab çəkən, buna görə I dərəcəli əlil olan Zərərçəkmiş şəxs 30 may 2022-ci il tarixdə aldığı xəsarətlərlə bağlı Masallı rayon Mərkəzi Xəstəxanasına müraciət edərkən onda olan xəsarətləri evdə yıxılması nəticəsində almasını bildirmiş, bunu həmin vaxt onunla birlikdə olmuş atası Şahid3 da təsdiq etmiş, yəni Zərərçəkmiş şəxs Məhkum və ya hər hansı başqa şəxs tərəfindən döyülməsini onlar bildirməmişlər. Zərərçəkmiş şəxs və Şahid3 birincinin sol bazu nahiyyəsinin sınığı xəsarətini yıxılması nəticəsində alması barədə bildirmələrini zərərçəkmiş şəxsi ilk olaraq müayinə etmiş və ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş X15 və X18 da təsdiq etmişlər. Lakin, Zərərçəkmiş şəxs 31 may və 10 iyun 2022-ci il tarixlərdə Masallı Rayon Polis Şöbəsinə ünvanladığı ərizələrində onun 29 may 2022-ci il tarixdə Məhkum və Şahid1 tərəfindən döyülməsini bildirmiş və onların barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərmişdir ki, 29 may 2022-ci il tarixdə axşam təxminən saat 21 radələrində “Ağa Market”in yaxınlığında “Telekom” telefon dükanının qarşısında dayandığı vaxt Məhkum idarə etdiyi “BMW ” markalı avtomobillə onun dayandığı yerdən bir neçə dəfə keçib sonra da avtomobilini marketin yanında saxlayaraq, avtomobilin yük yerini açıb oradan bir ədəd qara rəngli rezin dəyənək götürərək onun üzərinə gəlmiş və aralarında mübahisə baş vermişdir. Həmin vaxt Məhkumın qardaşı Şahid1 də oraya gəlmişdir. Şahid1in əlində isə xəncər-bıçaq olmuşdur. Məhkum avtomobilindən götürdüyü dəyənəklə onu vurmuş, o yerə yıxılmış, ayağa durarkən Məhkum ona qarşı fənn işlədib yenə də yerə yıxmış və o, yerdə olarkən sonuncu onu yenə də dəyənəklə vurmuşdur. Məhkum getdikdən sonra o, da ara küçə ilə yaşadığı evə getmişdir. Həmin axşam Məhkum onlara gəlmiş, lakin onun nə üçün gəldiyini bilməmişdir. Səhəri günü onun vəziyyəti ağırlaşdığından atası onu əvvəl Masallı Rayon Mərkəzi Xəstəxanasına, sonra isə müal icə olunması üçün Bakı şəhərinə aparmışdır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs istər ilkin araşdırma zamanı verdiyi 10 iyun 2022-ci il tarixli izahatında, istərsə də ibtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilərkən 29 may 2022-ci il tarixdə saat 21 radələrində baş vermiş münaqişənin hallarını bir qədər fərqli şəkildə təsvir etmiş, lakin məhkəmələr həmin fərqlərə diqqət yetirməmiş, ifadələr arasındakı ziddiyyətlərin aradan qaldırılması üçün heç bir hərəkət etməmiş, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxmış apellyasiya instansiyası məhkəməsi də bu halın mövcudluğunu diqqətindən qaçıraraq göstərilən çatışmazlığı aradan qaldırmamışdır. Belə ki, Zərərçəkmiş şəxs 10 iyun 2022-ci il tarixli ilkin izahatında bildirmişdir ki, h adisə vaxtı Məhkum heç bir səbəb olmadan əlində olan rezin dəyənəklə onun üzərinə hücum etmiş və həmin dəyənəklə çiyin nahiyyəsinə zərbə vurduqdan sonra o, yerə yıxılmış, Məhkum və hadisə yerinə gəlmiş qardaşı Şahid1 onu təpik və yumruqla döyməyə başlamışlar. O, ayağa qalxıb onlardan qaçmış, lakin həmin şəxslər onun arxasınca gələrək yenə də onu yumruq və təpiklə döymüşlər. İlk dəfə 19 iyul 2022-ci il tarixdə zərər çəkmiş şəxs qismində dindirilərkən isə Zərərçəkmiş şəxs göstərmişdir ki, Məhkum idarə etdiyi avtomaşında onun qarşısında bir neçə dəfə keçdikdən sonra avtomaşını saxlayaraq bir ədəd rezin dəyənəyi həmin avtomaşının yük yerindən götürüb onun üzərinə gəlmiş, o, isə döyüləcəyini hiss edib ona qohum olduqlarını bildirərək ona müraciət etmişdir. Lakin Məhkum qardaşının onun, yəni Zər ərçəkmiş şəxs tərəfindən döyülməsini və buna görə də əvəzinə onu döyəcəyini bildirmiş, bu zəmində də onların arasında sözlə mübahisə olmuşdur. Mübahisə zamanı Məhkum qəflətən həmin rezin dəyənəklə onun sol çiyin nahiyyəsindən zərbə vurmuş, bunun da nəticəsində o, dirsəkləri üstə yerə yıxılmış və yerdə olarkən Məhkum dəyənəklə ona daha 4-5 zərbə vurmuşdur. Həmin vaxta Məhkumın qardaşı Şahid1də onların yanına gəlmiş və təpiklə ayağına iki zərbə vurmuşdur. Zərərçəkmiş şəxsla Məhkum arasında üzləşdirmənin keçirilməsi haqqında 19 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs həmin istintaq hərəkətinin aparılması zamanı 29 may 2022-ci il tarixdə baş vermiş hadisənin halları barədə faktiki olaraq heç bir ifadə verməmiş, hadisə barədə əvvəllər ifadələr verdiyini, Məhkum onu rezi n dəyənəkelə çiynindən vurmasını deyib üzləşdirmənin aparılmasına etirazını bildirmişdir. Eyni tarixdə Zərərçəkmiş şəxs Şahid1la üzləşdirilərkən isə zərərçəkmiş yenə də hadisə barədə ətraflı ifadələr verməmiş, rezin dəyənəyi isə Məhkum X9 və X16 adlı polis əməkdaşlarının ona verməsini və sonuncuların Məhkumı onun üzərinə göndərmələrini göstərmişdir. Zərərçəkmiş şəxs bu iddiası ilə əlaqədar Masallı Rayon Polis Şöbəsinin əməkdaşları X9 və X16, hər birisi ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş, lakin onlar istər hadisə günü, istərsə də başqa vaxt Məhkum rezin dəyənək vermələrini qəti şəkildə inkar etmiş və rezin dəyənəklərin polis əməkdaşlarına təhkim olunması qaydalarına istinad edərək belə halın baş verməsinin mümkün olmadığını bildirmişlər. Eyni zamanda adları çəkilən şəxslə r qeyd etmişlər ki, Zərərçəkmiş şəxs ruhi xəstə olduğuna görə onun bu cür ifadələr verməsi təəcüblü deyil. Zərərçəkmiş şəxs barəsində kompleks ambulator məhkəmə-psixitarik və psixoloji ekspertizasının (10 avqust 2022-ci il tarixli 2115 saylı rəy) keçirilməsi zamanı o, yenə də 29 may 2022-ci il tarixdə Məhkum və onun qardaşı Şahid1 tərəfindən döyülməsini bildirərək bu dəfə Şahid1 əlində bıçaqla yanaşı həm də beş-barmağın olmasını, sonuncunun onu həm beş-barmarqla, həm də bıçağın arxa hissəsi ilə, Məhkumın isə rezin dəyənəklə vurmasını, onunla Məhkum arasında mübahisənin isə onun, yəni Zərərçəkmiş şəxs polis əməkdalşarını söyməsinə görə Məhkum ona irad tutması səbəbindən başlanmasını göstərmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanının müxtəlif mərhələlərində və birinci instansiya məhkəməsinin məhkəmə iclasında 29 may 2022-ci il tarixdə baş vermiş hadisənin, onun çiyin nahiyyəsindən ağır xəsarət almasının halları barədə müxtəlif ifadələr versə də, məhkəmələr bu halların düzgün müəyyən edilməsinə heç bir təşəbbüs göstərməmiş və nəzərər almamışlar ki, həmin ifadələrin bir hissəsi elə ibtidai araşdırma orqanının özü tərəfindən də inandırıcı hesab edilməyərək mötəbər sübut kimi qəbul olunmamışdır Belə ki, Məhkum qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihamdan görünür ki, həmin ittihamda sonuncunun polis əməkdaşlarından rezin dəyənək əldə edərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdiyi kimi, sonuncunu məhz həmin dəyənəklə, habelə yumruq və təpiklə döyməsi, ona sağlamlığa ağır zərər vuran xəsarətlərin yetirilməsində Şahid1 da iştirak etməsi ki mi hallar öz əksini tapmamış, həmin ittihamda göstərilən naməlum alətin isə özü aşkar edilməyərək onun xüsusiyyətləri barədə hər hansı məlumat əldə olunmamışdır. İş materiallarından görünür ki, həm əməliyat-axtarış fəaliyyətini həyata keçirən orqan, həm də ibtidai araşdırma orqanı tərəfindən Məhkum istifadə etdiyi alətin aşkar edilərək maddi sübut kimi işə əlavə edilməsi üçün heç bir zəruri tədbirlər görülməmiş və məhkum olunmuş şəxsin belə alətdən istifadə etməsi barədə onun təqsirli bilindiyi ittiham, son nəticədə isə barəsində çıxırarılmış yekun məhkəmə aktları yalnız ehtimallara əsaslanmışdır. Halbuki, təqsirsik prezumpsiyası prinsipinə görə, habelə prosessual qanunvericiliyinin yuxarıda təsvir edilmiş digər normalarına əsasən bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməl i, məhkəmənin istər ittiham, istərsə də bəraət hökmü isə ehtimallara əsaslana bilməz və məhkəmə iclasında araşdırılmış və qanuna müvafiq qaydada qiymətləndirilmiş sübutlara əsasən çıxarılır. Bu tələblərə həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasının yekunu olaraq müvafiq qərar qəbul edilərkən də əməl orlunmalıdır. Həm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli hökmündən və kassasiya qaydasında mübahisələndirilən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarından bu tələblərə əməl olunması görünmür. İbtidai araşdırma orqanının və məhkəmələrin Məhkum qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən əsas sübut növlərindən biri kimi istinad olunan əməliyyat tapşırığına əsasən verilmiş və heç bir sübuta əsaslanmamış 03 avqust 2022-ci il raportda da 29 may 2022-ci il tarixdə Məhkumla Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişənin hallarına, xüsusən də sonuncuya onda aşkar edilmiş xəsarətlərin yetirilməsi halına inandırıcı şəkildə aydınlıq gətirilməmiş və göstərilən sənəddə Məhkum hər hansı alətdən istifadə etməsi ümumiyyətlə göstərilməmişdir. Belə ki, adı çəkilən raportdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs və ailə üzvləri ilə Şahid1, Məhkum və ailə üzvləri arasında Masallı şəhərində yerləşən torpaq sahəsi ilə bağlı əvvəllər aralarında ədavətləri olmuşdur. Həmin ədavətin səbəbi olaraq tərəflər arasında soyuq münasibətlər davam etmişdir. 29 may 2022-ci il tarixdə axş am saat 21 radələrində Zərərçəkmiş şəxs Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Telekom” mobil telefon dükanının qarşısında dayanmışdır. Həmin vaxt onun yanında başqa bir şəxs olmamışdır. Qeyd edilən saatlarda həmin ərazidə yerləşən obyektlər, iaşə yerləri və bazar ərazisində olan dükanlar bağlandığı üçün həmin saatlarda ərazidə avtomobillərin və insanların hərəkət intensivliyi az olur. Məhkum həmin saatlarda Masallı şəhəri H.Əliyev pospektində yerləşən “Ağa market”dən ərzaq almaq məqsədi ilə özünə məxsus BMW markalı avtomobili ilə marektin qarşısına gələrək avtomobildən düşmüşdür. Bu zaman Zərərçəkmiş şəxs dayandığı yerdən nalayiq ifadələr işlətməsinə görə Məhkum ona yaxınlaşmış və aralarında ilk əvvəl sözlə davam edən mübahisə sonradan dava-dalaşa çevrilmişdir. Məhkum həmin vaxt Zərərçəkmiş şəxs bədən nahiyələrinə yumruq və təpiklə vuraraq onu döyməyə başlamış (belə ittiham Məhkum qarşı irəli sürülməmişdir-m.k.), həmin vaxt yol ilə ötüb keçən Şahid2 onlara yaxınlaşaraq Məhkum Zərərçəkmiş şəxs aralaşdırmışdır. Şahid2 mobil telefonla məlumatından sonra Şahid1 həmin yerə gəlmişdir (ibtidai araşdırma orqanının nəticəsinə görə, Şahid1 da Zərərçəkmiş şəxs döymüş və ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir-m.k.). Lakin Zərərçəkmiş şəxs Şahid1 tərəfindən döyülməsi ilə bağlı hər hanıs bir dəlil, sübut ələ etmək mümkün olmamışdır. Hadisə qısa müddət ərzində davam etmiş, birgəyaşayış qaydaları pozulmamış, başqa şəxslərin narahatçılığına səbəb olan hallar yaşanmamışdır. Hadisə zamanı Məhkum əlində rezin dəyənəyin və ya hər hansı bir başqa alətin, əşyanın olmasını, o cümlədən hadisəni kənar şəxslərin görüb-görməməsinə dair hər hansı bir sübut əldə etmək mümkün olmamışdır. Hadisə yerinə yaxın olan obyektlərdə görüntü kameralarının olması müəyyən edilsə də, qeyd edilən görüntü kameralarında hadisənin videogörüntülərinin olması müəyyən edilməmişdir. Sübutların qiymətləndirilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli qərarı ilə isə Şahid1 Zərərçəkmiş şəxs yalnız sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlər yetirməsinə, onun qardaşı Məhkumla qrup şəklində zərərçəkmiş şəxsin sağlamılığna ağır zərər vurmadığına görə əməlində yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olması müəyyən edilərək ona, habelə Məhkum bir qrup şəxs, qabaqcadan əlbir ola n bir qrup şəxs tərəfindən sağlamlığa ağır zərər vurmaya görə məsuliyyət nəzərdə tutulmuş CM-nin 126.2.1-ci maddəsi ilə ittihamın elan edilməsindən imtina olunmuş və qərarın surəti inzibati xəta üzrə tədbirlərin görülməsi üçün Masallı RPŞ-nə göndərilmişdir. Qeyd olunmalıdır ki, kompleks ambulator məhkəmə-psixitarik və psixoloji ekspertizasının 10 avqust 2022-ci il tarixli 2115 saylı rəyində Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək, həmçinin istintaqa düzgün ifadə vermək qabiliyyətinə malik olması göstərilsə də, sonuncunun verdiyi ifadələrin təhlili, onun hər bir ifadəsində müvafiq sübutlarla təsdiq olunmamış yeni faktlar barədə məlumat verməsi ekspertlərin iş materiallarına uyğun olmayan nəticəyə gəlmələrindən xəbər verir. Məhkəmə kollegiyası hesab edir ki, təsvir edilənlər “Şizofreniya, paranoid forma” xəsəliyindən əzab çəkən Zərərçəkmiş şəxs stasionar şəraitdə müayinə olunması, yalnız bu yolla onu ambulator şəraitdə müayinə etmiş ekspertlərin qarşısında qoyulmuş süallara, xüsusən də zərərçəkmiş şəxsin baş vermiş hadisələrin halları barədə uydurma ifadələr verib-verməmsinə dair suala mötəbər və inandırıcı cavabların alınması mümkün olmuş, çünki elmi ədəbiyyatda da qeyd edilən xəstəlikdən əzab çəkən şəxslərin qallyusinasiyalarla müşaiyət olunan uydurma faktlar barədə məlumat vermələrinə meylli olmaları əks olunur. Lakin, işə baxan məhkəmələr, ibtidai araşdırma zamanı yol verilmiş bu çatışmazlığı da aradan qaldırmamış və tədqiq edilmiş sübutların, əsasən də zərərçəkmiş Zərərçəkmiş şəxs ziddiyyətli ifadələrinin fövqündə iş üzrə stasion ar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsini zəruri hesab etməmiş, onun belə ifadələrin hansına üstünlük vermələrini və bunun səbəblərini nə hökmdə, nə də ki 25 iyul 2023-cü il tarixli qərarda əsaslandırmamışlar. Daha sonra məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hazırki iş üzrə ibtidai araşdırma zamanı bir neçə məhkəmə-tibbi ekspertizaları keçirilmiş və hər dəfə ekspertlər qarşısında Zərərçəkmiş şəxs olan xəsarətlərin yaranma mexanizmi və müddəti, habelə ağırlıq dərəcəsi barədə suallar qoyulsa da, həmin ekspertizaların təyin edilməsi haqqında qərarlarda zərər çəkmiş şəxsin rezin dəyənəklə döyülməsi göstərilərək xəsarətlərin belə dəyənəklə vurulmuş zərbələr nəticəsində yetirilə bilinib-bilinməməsi sualına cavab verilməsi xahiş olunmuş, lakin ekspertlərə belə dəyənək təqdi m olunmamış və sonuncular da yalnız öz mülahizələrinə əsaslanaraq sağlamlığa ağır zərər vuran xəsarətlərin belə dəyənəklə yetirilməsinin mümkünlüyü barədə rəylər vermişlər. Məhkəmə kollegiyası isə hesab edir ki, Zərərçəkmiş şəxs onda aşkar edilmiş xəsarətlərin təkcə müəyyən edilməmiş dəyənəklə və ya başqa alətlə vuruluması nəticəsində deyil, həmçinin Məhkum öz ifadələrində, habelə Zərərçəkmiş şəxs Masallı Rayon Xəstəxanasında verdiyi izahatında göstərdikləri şəraitdə də, yəni yıxılması nəticəsində əmələ gəlmələri mümkünlüyünün yoxlanılması və bu haqda ekspertlər qarşısınıda sual qoyulmazdan əvvəl sonuncuların iştirakları ilə istintaq eksperimentinin keçirilməsi də zəruri olmuşdur ona görə, belə eksperimentin keçirilməsi və Zərərçəkmiş şəxs onda aşkar edilmiş xəsarətləri yıxılması nəticəsin də ala bilib-bilməməsinin dəqiq müəyyən edilməsi yolu ilə həm məhkum olunmuş şəxsin iddialarına, həm də də hökmdən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsaslanldırılmış cavabların verilməsi mümkün olardı. Apellyasiya instansiyası məhkəməsinin 25 iyul 2023-cü il tarixli qərarından isə görünür ki, apellyasiya şikayətinə hər hansı araşdırma aparmadan baxmış həmin məhkəmə öz qərarında yalnız apellyasiya müraciətinin dəlillərini təsvir etməklə kifayətlənmiş, həmin dəlillərin heç birinə əsaslandırılmış və inandırıcı cavab verməyərək Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsinin, onun əməlinin isə CMnin 126.1-ci maddəsi ilə tövsif edilməsinin düzgün olması barədə nəticəyə gəlmiş, bu nəticəyə gələrkən isə artıq məhkum olunmuş Məhkum dəfələrlə təqsirləndirilən şəxs qism ində verdiyi deyil, onun ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən verdiyi ifadələrinə əsaslanmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə başqa sübutların təhlil edilməsini və onlara CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymət verilməsini zəruri bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə isə bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsinə dəlalət edir və onun qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas yaradır. Belə qənaət gəlmək üçün əsaslardan biri də ondan ibarətdir ki, kassasiya qaydasında mübahisələndirilən qərarla müvafiq nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə Məhkum barəsindəki cinayət işinə aid olmayan sübuta istinad etmiş və həmin sübuta əsasən sonuncunun düzgün məhkum olunmasını müəyyən etmişdir. Belə ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir: “Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin CABın əməliyyat müvəkkili X19 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, 21 sentyabr 2022-ci il tarixdə icraatına Astara rayonun Ərçivan qəsəbə sakini X1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış, X1 Astara şəhərində yerləşən Mərkəzi bazarın yaxınlığında saxlanılaraq saat 11 radələrində Astara RPŞ-yə gətirilmiş, video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış aparılmış, sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin zərli kağızına bükülmüş 1 ədəd kütləni çıxarıb təqdim etmiş, həmin kütlənin qəhvəyi rəngli heroinə bənzər kütlə olması müəyyən edilmiş, şifahi sorğu zamanı X1 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə heroini Astara şəhər sakini X10 adlı şəxsdən 5 manata aldığını bildirmişdir. X10 adlı şəxsin Astara şəhər sakini X10 əməliyyat yolu ilə müəyyən olunmuş, həmin gün saat 17 radələrində Astara şəhəri İ.Kaverin küçəsində X10 piyada hərəkət saxlanılıb Astara RPŞ-yə gətirilmişdir. X10lə bağlı istintaq hərəkətlərində iştirak etməsə də ona məlum olmuşdur ki, polis əməkdaşları tərəfindən üzərinə keçirilən şəxsi axtarış zamanı üstündən 3 büküm narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, daha sonra isə yaşadığı evinə baxış keçirilən zama n narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar edilərək götürülmüşdür. X10un Astara rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə onda da əməliyyat məlumatları olmuşdur... Yuxarıda sadalanan sübutlar əsasında Məhkum əməlinin istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməsi düzgün olmuşdur. Ona görə də ona bəraət verilməli olması barədə apellyasiya şikayətində göstərilənlər əsassızdır.” İş materiallarından, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarından görünən odur ki, sübutların tam və hərətrəfli təkrarən tədqiqindən imtina etmiş apellyasiya instansiyası məhkəməsinin 25 iyul 2023-cü il tarixli qərarı faktiki olaraq heç bir süb uta əsaslanmamış və məhkəmə həmin sübutlar vasitəsilə apellyasiya şikayətinin dəlllərinə cavab verməməklə yanaşı gəldiyi nəticəni də əsaslandırmamışdır ki, bu da qanunvericiliyin tələblərinə əsasən yol verilməzdir və belə olduğu təqdirdə də məhkəmənin qərarı qanuni və əsaslı hesab edilə bilməz.. Belə ki, CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbi t edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaql a sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edərkən yuxarıda göstərilən prosessual normaların heç birinə əməl etməyərək eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli tarixli Qərarındakı tövsiyələri də nəzərə almamı şdır. Həmin qərarın 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Qərarın 23-cü bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, CPMnin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-c ı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-nin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qayd alara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-nin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsir inin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, bütün yuxarıda təsvir edilənlərə, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2-ci maddəsində göstərilən pozuntu ilə yanaşı prosessual qanunvericiliyinin digər tələblərinin də pozulmasına yol verilməsinin müəyyən edilməsinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenum Qərarlarında əksini tapmış tövsiyələrə əsaslanıb kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq, habelə hazırki mərhələdə Məhkum barəsindəki cinayət işinin icraatına hər hansı əsasla xitam verilməsini mümkün bilməyərək və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi R.A.Qocayevin, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət itti hamçısı H.B.İmranovun çıxışlarını dinləyərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməklə Məhkum CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarı ləğv olunmalı və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materialları na və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Kassasiya şikayəti qismə n təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar