Məhkəmə qərarları › İş №1(102)-1710/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1710/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1710/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Zərdab Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan R espublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Zərdab Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qubadov Tahir Möhsüm oğlu) Məhkum, xx xxxx 1992-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç yerdə işləməmiş, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvəllər Qəbələ Rayon Məhkəməsinin 25 noyar 2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü mаddələri ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olar aq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilmiş, 23 noyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Qəbələ Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tаrixli hökmü ilə CM-nin 178.2.1, 178.2.4-cü mаddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) аy müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilmiş və Xətai Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tаrixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununa əsasən 07 iyun 2021-ci il tаrixdə cəzadan azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkm əklə 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 08 oktyabr 2021-ci il tarixdə saat 20:00 radələrində tanışları ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs4, ünvan 3 A, mənzil 25-də yaşayan Təqsirləndirilən şəxs3, ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs2 və ünvan 4-də yaşayan Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisində yerləşən Natiq adlı şəxsin işlətdiyi adsız kafedə Ağcabədi rayonu Taxtakörpü kəndində yaşayan Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan ona qəsdən zor tətbiq edib əl və ayaqları ilə bədəninin müxtəlif nahiyələrindən, silah qismində istifadə etdiyi bıçaqla sağ qaş nahiyəsindən, Təqsirləndirilən şəxs2 isə silah qismində istifadə etdiyi bıçaq ilə boyun nahiyəsindən qəsdən vurub sonuncuya boyunun arxa səthində kəsilmiş yara, sağ gicgahdakı şişkinlik, alının sağ yarısındakı əzilmiş yara, sağ gözün bayır bucaq nahiyəsindəki və döş qəfəsinin sağ yarısındakı qançırlar, alt çənə nahiyəsində səthi əzilmiş yara, sağ mil-bilək oynağındakı, sol diz oynağında və sağ baldırın sıyrıqları ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə insanlar arasında bərqərar olunmuş birgə yaşayış davranış qaydalarını və ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər ilə xuliqanlıq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən v ə məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə) 11 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək onun ailə vəziyyətinin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, özünü CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilməməsinə baxmayaraq məhkəmələr onun himayəsində iki azyaşlı uşağının və xəstə anasının olmasını nəzərə almadan ona qarşı ədalətsiz yekun məhkəmə aktları qəbul etmişlər. Belə ki, o, birinci instansiya məhkəməsinin hökmü ilə razıl aşmadığına görə həmin hökmdən apelyasiya şikayəti versə də, apelyasiya instansiyası məhkəməsi onun həmin şikayətini təmin etməmiş və bu hökmün ləyişdirilmədən saxlanılması barədə əsassız qərar qəbul etmişdir. Şərh olunanlara əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, Məhkum məhkəmə prosesində iştirakı təmin edilsə də, o, məhkəmə iclasında iştirak etməkdən imtina etmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bun unla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: İşə kassasiya instansiyası məhkəməsində baxıla nadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsindən Məhkum 25 setyabr 2023-cü il tarixli ərizəsi daxil olmuşdur. Ərizədə o, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından özü tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsinə qərar verdiyini bildirərək həmin şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkumun ərizəsi 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 25 sentyabr 2023-cü il tarixli 3-16-17/30/2-3258/2023 saylı məktubla müşaiyət edilmişdir. Məhkum qeyd olunan ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdi r. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək və prosessual hüquq normalarının yuxarıda təsvir edilmiş tələblərinə əsaslanaraq hes ab edir ki, CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum ərizəsi təmin edilməklə onun barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarından məhkumun özü tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şi kayəti geri qaytarılsın və kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar