Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1710/2025 10.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkumun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 1(101)-1540/2023 nömrəli (hakimlər: Məmmədov Əli İrfan oğlu (sədrliyi), Məcidov Azad Əli Ağa oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət məhkəmə tərkibində) hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(009)-115/2021 nömrəli hökmü ilə Məhkum təyin edilmiş şərti məhkum etmənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəs inə əsasən ləğv edilməsi, göstərilən hökm üzrə çəkilməmiş 3 (üç) il 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və qəti cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni 31 mart 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və m əhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Həmin hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2024-cü il tarixli 1(103)-371/2024 nömrəli (hakimlər: İbrahimov Anar Firdovsi oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti cinayət işinin materialları ilə birlikdə 15 may 2025- ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuş və kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2025-ci il tarixli iclasına təyin edilmişdir. Lakin, kassasiya şikayətinə məhkəmə baxışı zamanı cinayət işi materiallarını araşdırarkən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Məhkum kassasiya şikayətini kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətin buraxılması ilə vermişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı müddətlərdə verilir: 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti məhkumun təqsi rsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından — onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilə bilər. Cinayət işində olan sənədlərdən müəyyən olunur ki, məhkəmənin qərarı proses iştirakçılarının, o cümlədən məhkumun iştirakı ilə elan edilmiş, 16 fevral 2024-cü il tarixli müşayiət məktubu ilə məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq T əcridxanası tərəfindən məhkəməyə göndərilmiş qəbzdən müəyyən olunur ki, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarını 18 mart 2024-cü il tarixində qəbzə imza etməklə təhvil almışdır. İş materiallarından görünür ki, Məhkum kassasiya şikayəti 28 aprel 2025-ci il tarixli müşayiət məktubu ilə Bakı Apellyasiya Məhkəməsinə ünvanlanılmış, yəni həmin qərarın əldə edilməsindən təqribən 13 (on üç) ay 10 (on) gün sonra vermişdir. Bununla da tərəf buraxılmış kassasiya şikayəti vermə müddətinin bərpası üçün müraciət etməmiş, apellyasiya məhkəməsi isə qeyd edilən məsələyə heç bir münasibət bildirməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti təmin etdikdə, bu Məcəllənin 417.1-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra kassa siya şikayətini və ya kassasiya protestini cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu hal da bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Odur ki, göstərilənlərə əsasən, kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 411-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbay can Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün cinayət işi Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1710/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1710/2025
10.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver