Məhkəmə qərarları › İş №1(102)-1713/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1713/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1713/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, nümayəndəsi Nümayəndə2, Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə M əhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs özü və nümayəndəsi Nümayəndə2 tərəfindən birgə verildiyi kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim: X2) 26 yanvar 2023-cü il tarixli hökmü ilə xx.xx.1985-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3- cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə aza dlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən hazırki vaxta qədər həbs və ev dustaqlığında saxlanıldığı 9 ay 17 gün müddət cəzadan çıxılmaqla üzərində qəti olaraq üzərində 1 (bir) il 2 (iki) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzası şərti təyin edilməklə üzərində 1 (bir) il sınaq müddəti müəyyən edilmişdir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, hökmün icrası qeydiyyatda olduğu yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İ cra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək vəzifələri qoyulmuş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə) 19 aprel 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 1(032)-07/2023 nömrəli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində Şirvan şəhəri “20 Yanvar” küçəsində Zərərçəkm iş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib onu nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərlə ətrafdakı şəxslər üçün aşkar surətdə laqeydlik göstərib, hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edərək yerdən götürdüyü daşı silah qismində istifadə edib Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi "X18” MMC-nə məxsus "X13” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön və qarşı sol qapısının şüşəsini həmin daşla sındırmış, sonra etibarnamə əsasında idarə etdiyi "Opel” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətə gətirib Zərərçəkmiş şəxs idarə etdiyi həmin avtomobilə qəsdən vuraraq "X18” MMC-nə 1271 (min iki yüz yetm iş bir) manat maddi ziyan vurmaqla xuliqanlıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, iş üzrə ibtidai istintaq zamanı 20 may 2022-ci il tarixdə ekspertiza təyin olunması haqqında müstəntiq tərəfindən qərar qəbul olunur. Lakin həmin vaxt iş üzrə müdafiəçi olan Şirvan şəhər Vəkil Bürosunun üzvü vəkil X7 müstəntiq tərəfindən bu qərarla tanış edilməmişdir. Belə ki, iş materiallarının ikinci cildinin 16-cı səhifəsində olan vəkil Emil Quliyev tərəfindən təqdim edilmiş arayışda da təsdiq edilir ki, o, heç bir istintaq hərəkəti ilə tanış edilməmişdir. Sözügedən ekspertiza qərarı ilə tanış etmə protokolunda isə müstəntiq tərəfindən qanunsuz olaraq "müdafiəçi heç bir əsaslı səbəb olmadan imza etməkdən imtina etdi" sözləri yazılmışdır. Müdafiə tərəfi olaraq hesab edir ki, bu CPM-in 303.3.1-ci maddəsinin ciddi pozuntusudur. Çəkişmə prinsipinə zidd bir addımdır və müdafiə tərəfinin CPM-in 92 və 268-ci maddəsində nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmaqdır. Bununla bağlı müdafiəçinin arayışını, digər dəlillərini məhkəməyə təqdim etmişdir. Şirvan şəhər Məhkəməsinin hazırlıq iclasında və daha sonra Şirvan Apellyasiya Məhkəməsinin məhkəmə iclasında da “ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən şəxslər barəsində xüsusi qərarın çıxarılması ilə bağlı” vəsatət versə də məhkəmələr bu vəsatətə münasibət bildirməmişdir. İstintaq zamanı müdafiəçinin qanuni hüquqlarının təmin edilməsinə şərait yaradılmamışdır. Təqsirləndirilən şəxsin istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keç irilməsinin onun hüquqlarının müdafiəsini ciddi şübhə altına alır. Məhkəmələr tərəfindən sübutlara düzgün qiymət verilməmiş, mötəbərliyi şübhə altına düşən məhkəmə istintaqında saxta olduğu ortaya çıxan şahidin kimin sözləri ilə yazıldığı bəlli olmayan istintaqdakı ifadəsinə istinad olunmuşdur. Zərərçəkmiş şəxs hadisə baş verən xx.xx.2022-ci il tarixdə Məhkum onu maşınla təqib etdiyini və yaşadığı binanın qarşısında 15 dəqiqə ərzində onunla mübahisə edərək onu nalayiq ifadələrlə təhqir etdiyini və üzərinə hücum çəkdiyini, bundan sonra isə qaçaraq yaşadığı mənzilə getdiyini bildirmişdir. 15 dəqiqə sonra isə həyətə düşdükdə maşının əzildiyini və ətrafda çoxlu insanların toplaşdığını qeyd etmişdir. Məhkəmə iclasında ifadə verən Şahid2 Teyyub oğlu, X8 və X10 öz ifadələrində həmin vaxtı ümumiyy ətlə hər hansı iki şəxsin 15 dəqiqə ərzində mübahisə etməsini müşahidə etməmişlər. Onlar hər üçü möhkəm tappıltı səsindən sonra insanların əraziyə yavaş-yavaş toplaşdığını görmüşlər. Yəni heç bir şahid Məhkum cəmiyyət arasında ictimai yerdə nalayiq ifadələr işlətməsini, cəmiyyətə və onun hər hansı bir üzvünə hörmətsizlik etməsini müşahidə etməmişdir. Ümumiyyətlə isə bütün şahidlər hadisə vaxtı Məhkum görməmiş, onun kimliyini bilməmiş və yalnız sonradan 3-cü şəxslərdən Məhkum adını eşitmişdir. Digər iki şahid olan polis əməkdaşı isə ümumiyyətlə hadisə ilə əlaqədar ifadə verməmiş, yalnız Məhkum saxlanması ilə bağlı məlumat vermişdir. Bütün qeyd olunanlar və sübutların qiymətləndirilməsi o nəticəyə gəlib çıxır ki, şəxsə verilən ittiham üzrə təqsirliliyi sübuta yetirilmir. Çünki xuliqanlıq cin ayətinin bilavasitə obyekti ictimai qaydadır ki, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlər xuliqanlıq hərəkətləridir. İş üzrə həm təqsirləndirilən şəxs verdiyi bütün ifadələrində, həmçinin zərərçəkmiş şəxs bütün izahat və ifadələrində hər ikisinin xx.xx.2022-ci il tarixdə mübahisə etdiyini və şəxsi münasibətlər zəminində bir-birinə kobud davrandığı, hətta zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin atası ilə əlaqə saxlayıb ona şikayətlənməsi və digər hallar öz əksini tapmışdır. Bütün bunlar hadisələrin açıq-aşkar şəxsi münasibətlər zəminində davam etdiyini birbaşa göstərir. Yəni təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən qisas almaq məqsədi ilə onun avtomobilinə zərər vurarkən, onun cəmiyyətin digər üzvləri və ictimai qayda ilə hər hansı bir problemi olmamışdır. Hətta təqsirləndirilən şəxs istintaq zamanı verdiyi növbəti ifadədə, həmçinin məhkəmədə verdiyi ifadədə etdiyi əməli utanaraq törətdiyini və başqa şəxslər olsa idi etməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs kimi tanınmaq üçün fiziki şəxsə maddi, fiziki və ya mənəvi zərər dəyməlidir. İş üzrə zərərçəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxs fiziki zərər vurulmamışdır. Həmçinin maddi ziyan vurulmuş avtomobil ona məxsus deyil. Belə ki, həmin avtomaşın "xxxx" MMC-nin mülkiyyətindədir və lizinq müqaviləsi əsasında tamam başqa şəxsə verilmişdir. Zərərçəkmiş şəxs yalnız avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Deməli ona maddi ziyan da vurulmamışdır. Qeyd etdiyi faktlara və maddi ziyanın ödənilməsinə dair sənədlər iş materiallarında mövcuddur. Müdafiə tərəfinin gəldiyi hüquqi nəticəyə əsasən, Məhkum törətdiyi əməl CM-in 221.3-cü maddəsi ilə tövsif edilə bilməz. Onun xuliqanlıq cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilmir, iş üzrə tədqiq olunan sübutlar buna kifayət etmir. Şəxsin əməli mülkiyyətə zərər vurulması, əmlakı qəsdən məhv etmə və zədələmədir. Lakin iş üzrə vurulan zərər 5000 (beş min) manatdan az olduğundan CM-in 186-cı maddəsi ilə də cinayət tərkibi də yaranmadığı üçün törədilən əməl inzibati xətadır. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək, Məhkum CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsinə dair yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, məhkum edilmiş şəxsin və ailəsinin hədə lərinə görə həm yaşadığı ünvani, həm də qızının təhsil aldiği məktəbi dəyişmək məcburiyyətində qalmışdır. Belə bir hadisə ilk dəfə baş verdiyi üçün 1 il müddətində bu hadisənin stressindən xəstəlik tapmışdır. İctimai qaydanı kobud surətdə pozan şəxs,cəmiyyətə açıqca hörmətsizlik edən, əmlakını zədələyən Məhkum özünə bəraət qazandırmağa çalışır, sonuncu cəmiyyət arasında müsbət xarakterizə olunmur. Məhkum vəkili prosessual məcəllənin maddi və prosessual qaydalarının pozulmasını əsas gətirərək müdafiə etdiyi şəxsə bəraət hökmü çıxarılmasına çalışır, lakin maddi və prosessual normaların pozulması şəxsin törətdiyi cinayət əməlinə bəraət qazandırmır. Məhkum özü də ifadəsində törətdiyi cinayət əməlini etiraf edərək hətta notariat qaydada təsdiq edilmiş sənədlə ondan üzr istəmiş və törətdiyi əm əldən peşiman olduğunu bildirmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən ona CM-in təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəza verilmiş, yəni təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cazsı 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 ilə birgə verdiyi kassasiya şikayətində göstərilir ki, apellyasiya məhkəməsinin cinayət işi üzrə yanaşması tamamilə əsassızdır və yanlışdır. Belə ki, Məhkum CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə təqsirli bilinmişdir. Yəni bu maddədə qəsdin yönəl diyi obyekt ictimai qayda, cəmiyyətdə təşəkkül tapmış mənəviyyat, əxlaq, davranış qaydaları, insan və cəmiyyətin hər bir üzvünün mənafeyidir. Cəzanın şərti olaraq olaraq tətbiq edilməsi əsaslarına əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalıdır. Apellyasiya məhkəməsi yalnız məhkəmə dövründə onunla barışıq əldə etməyinə istinad edərək ona həddindən artıq yüngül cəza vermiş və şərti olaraq tətbiq etmişdir. Məhkəmə dövründə Məhkumla barışıq əldə etməyinə səbəb onun əməlindən peşman olmasını bildirməsi, ağsaqqal insanların yanına gələrək onun əvəzindən üzr istəmələri olmuşdur. Onun törətdiyi əməlin cinayət olmaması barədə şikayəti, məhkəmədən bəraət istəməsi, səmimi peşman olmadığına, islah olunmadığına, barışıq istəməməsinə dəlalət edir. Belə olan halda təyin ol unmuş cəza islah olunmanın məqsədlərinə nail olunmasına cavab vermir. Beləliklə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxsin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Kassasiya şikayətində Mə hkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarının dəyişdirilməsi və məhkumun cəzasının çəkilməmiş hissəsinin şərti hesab edilməsi ləğv edilməklə cəzasını çəkməsi üçün müvafiq cəzaçəkmə müəssisəsinə göndərilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, müdafiəçinin verdiyi kassasiya şikayətinin təmin olunması, digər kassasiya şikayətlərinin təmin olunmaması barədə məhkum və müdafiəçisinin, özlərinin verdiyi kassasiya şikayətlərinin təmin olunması, digər kassasiya şikayətinin təmin olunmaması barədə zərərçəkmiş şəxs və nümayəndəsinin, kassasiya ş ikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri bu na əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olara q hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum CM-in 221.3-cü maddəsi ilə təqsirlilik məsələsi və əməlində cinayət tərkibinin olması, göstərilən maddə üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlər mübahisələndirilir və şəxsə bəraət verilməsi iddia olunur. Zərərçəkmiş şəxs özü və nümayəndəsi Nümayəndə2 ilə birgə verdiyi kassasiya şikayətlərində isə məhkum edilmiş şəxsə təyi n edilən cəzanın yüngül olması qeyd olunmaqla cəzanın ağırlaşdırılması tələbi irəli sürülür. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyə tin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə a lınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yeti rilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası əvvəl məhkum olunmuş şəxs Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, məhkum olunmuş şəxsə həmin maddə ilə bəraət verilməsi üçün əsasların olub-olmamasına, habelə apellyasiya instansiya məhkəməsinin cinayət və cinayət- prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməklə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatlar ın qeyd olunması qənaətindədir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, birinci instansiya məhkəməsinin hökmü işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq qəbul edilmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: CM-in 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qay danı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda cəzalandırılır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci tarixli qərarında qeyd edilir ki, CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya si lah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində izah edilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221 -ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanu nvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində izah verilir ki, şəxsi münasibətlər zəminində başlanılmış hərəkətlər (ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən şəxsi münasibətlər zəminində olan mübahisə, dalaşma və s. hərəkətlər) sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 4-cü bəndində izah verilir ki, əmlakı məhv etmək dedikdə mülkiyyət formasından asılı olmayaraq əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülməlidir. Bu halda əməlin hüququ tövsifi xuliqanlıq nəticəsində vurulan maddi ziyanın miqdarından asılıdır. Həmin z iyanın miqdarı Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci qeydinə müvafiq olaraq şərti maliyyə vahidinin bir min mislindən az olduqda təqsirləndirilən şəxsin əməli yalnız Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə, ziyanın məbləği xeyli və ya küllü miqdar olduqda, habelə xuliqanlıq gedişində özgənin əmlakı yandırılmaqla, partladılmaqla və ya başqa ümumi təhlükəli üsullarla məhv edildikdə, yaxud zədələndikdə əməl cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə və müvafiq olaraq 186.1-ci yaxud 186.2.1 və ya 186.2.2-ci maddələri ilə tövsif olunmalıdır. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, aşağı instansiya məhkəmələrində tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq olunmuş digər çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində Məhkum Şirvan şəhəri "20 Yanvar” küçəsində Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib onu nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərlə ətrafdakı şəxslər üçün aşkar surətdə laqeydlik göstərib, hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edərək yerdən götürdüyü daşı silah qismində istifadə edib Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi "X18” MMC-nə məxsus "X13” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön və q arşı sol qapısının şüşəsini həmin daşla sındırması, daha sonra etibarnamə əsasında idarə etdiyi "Opel” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətə gətirib Zərərçəkmiş şəxs idarə etdiyi həmin avtomobilə qəsdən vuraraq "X18” MMC-nə 1271 (min iki yüz yetmiş bir) manat maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etməsi öz təsdiqini tapmışdır. Kassasiya şikayətinin 20 may 2022-ci il tarixdə iş üzrə məhkəmə ekspertizası təyin edilməsi və sözügedən istintaq hərəkətinin aparılması ilə müdafiəçinin tanış edilməməsi, vəkil Emil Quliyev tərəfindən təqdim edilmiş arayışda isə onun heç bir istintaq hərəkəti ilə tanış edilməməsi, bununla da istintaq orqanının iş üzrə pozuntulara yol verməsi və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı dəlillərə münasibətdə məhkəmə kollegiyasi qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi qiymət vermiş və düzgün olaraq qeyd etmişdir ki, vəkil Müdafiəçi 24 may 2022-ci il tarixdə bağladığı müqavilə əsasında 25 may 2022-ci il tarixdə Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Elvin Əlizadə tərəfindən iş üzrə müdafiəçi kimi tanındıqdan sonra onun bütün iş materialları ilə, o cümlədən mübahisələndirilən məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərar və məhkəməballistik ekspertizasının 31 may 2022-ci il tarixli, 18/594 nömrəli rəyi ilə taniş olması, həmçinin yekunda 02 sentyabr 2022-ci il tarixdə həm təqsirləndirilən şəxsin həm də Müdafiəçi cinayət işinin materialları ilə tanış olamaqla müdafiə tərəfinin qənaətinə görə yol ve rilmiş pozuntular aradan qaldırılmışdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində məhkumun hərəkətlərində xuliqanlıq cinayətini xarakterizə edən əlamətlərin olmadığı qeyd edilsə də, müdafiə tərəfinin qeyd edilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilən məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmiş, Məh kum xuliqanlıq hərəkətlərinə yol verib verməməsini müəyyən edərkən ətraflı araşdırma aparmış, sübutlara, yəni zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə, cinayət işinin materiallarında olan digər sübutlara hüquqi qiymət verərək onun zərərçəkmiş şəxsi nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərlə ətrafdakı şəxslər üçün aşkar surətdə laqeydlik göstərib, hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edərək yerdən götürdüyü daşı silah qismində istifadə edib sonuncunun əmlakına maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etməsinin öz təsdiqini tapması barədə düzgün nəticəyə gəlmişlər. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kas sasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Məhkuma həmin qərarla istinad edilən cinayət əməlini törətməsi müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində iddia oluna nların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-c ü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında Məhkum əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşmaqla qeyd edir ki, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsinə dair dəlilləri konkret hüquqi əsası olmayan subyektiv mülahizə xarakterli dəlillər olmaqla həmin dəlillər kassasiya şikayətinin təmin olunaraq Məhkum bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası, həmçinin zərərçəkmiş şəxsin özü və nümayəndəsi ilə birgə verdiyi kassasiya şikayətlərinin Məhkum təyin edilmiş cəzanın əsassız olması ilə bağlı dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəməl ər tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Ple numunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarak terli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Məhkum zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxs "X18” MMC ilə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, həmçinin onun himayəsində azyaşlı uşağının olmasını yüngülləşdirən hallar kimi, cəzasını Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən edilməməsini nəzərə alaraq Məhkum cəza çəkmədən və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyü qənaətinə gələrək, ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, təyin edilmiş cəz anın cəkilməmiş 1 (bir) il 2 (iki) ay 13 (on üç) gün müddətinin Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb Məhkum şəxsiyyətini səciyələndiriən və törədilmiş əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi qəbul edərək, bu halları ona təyin olunmuş cəzanı çəkmədən islah olunmasının mümkünluyünü təsdiq edən hallar kimi qiymətl əndirmiş və onun barəsində Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin edilmiş cəzanın şərti tətbiq olunması barədə maddi hüquq normalarına riayət edilməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinin tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyünü və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkum olunmuş şəxsin şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Belə ki, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsir karın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi) hüquq verir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hallar bilavasitə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı (əməlindən peşman olması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi) ilə bağlı təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 59.1 və 59.2-ci madələrinə görə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngüləşdirən hallar qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 200 3-cü il 25 iyun tarixli 4 saylı qərarın 4-cü bəndinə görə Cinayət Məcəlləsinin 59-cu maddəsində cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların yüngülləşdirici hallar kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası təyin olunmuş cəza məsələsini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi h aqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə və təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin real çəkilməsinə zərurət olmadığı qənaətinə gəlməklə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olan qanuni və ədalətli nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tə tbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tər əfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Kassasiya şikayətlərində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı ol mayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağırlaşdırılmalı olması barədə kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və kassasiya şikayətlərinin təmin edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərin in təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədiyindən və kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs özü və nümayəndəsi Nümayəndə2 ilə birgə verdiyi kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar