Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1714/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlu, Məhkum iştirakları ilə, Lerik Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Kiçibəyov Atabəy Qələbəy oğlu) xx.xx.1970-ci ildə Lerik rayonunun Hovil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, iki uşaq atası, Lerik RİHB-in Siyov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən, Lerik rayonu, Hovil kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Əliyev Elşad İbiş oğlu, hakimlər Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 02 iyun 2021-ci il tarixli qərarı ilə Lerik Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARI: Lerik Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, Lerik RİHB-ın Siyov kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işlədiyi zaman öz qulluq mövqeyindən istifadə etməklə 2013-cü ilin yay dövründə Akuşapeştə kənd sakini Ağayev Mirverdi Rəzzaq oğlunu aldadıb etibarından sui-istifadə edərək gəlini Həsənova Rəisə Sultanağa qızı üçün ünvanlı sosial yardım təyin etdirə biləcəyinə inandırıb sonuncunun şəxsiyyət vəsiqəsini ondan aldıqdan sonra guya gəlininə ünvanlı sosial yardımın düşmədiyini bildirmiş, buna baxmayaraq Rəisə Həsənovanın heç bir məlumatı və iştirakı olmadan onunla bağlı topladığı müvafiq sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Təminat Xidmətinin rayon Əmək və Əhalinin Sos ial Müdafiəsi Mərkəzinə aparıb orada qeydiyyatdan keçirərək Rəisə Həsənovaya 01 sentyabr 2013-cü ildən 31 avqust 2014-cü ilədək olan dövr ərzində ünvanlı sosial yardım təyin edilməsinə nail olmuş, istintaqa məlum olmayan şəraitdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sifariş verilərək hazırlanmış məxsus plastik kartı əldə edib həmin karta köçürülmüş müavinətdən 10 oktyabr 2013-cü il tarixdə, saat 15:48:53-də 320.00 manat, 15 noyabr 2013-cü il tarixdə, saat 08:22:46-da 161.00 manat, 26 dekabr 2013-cü il tarixdə, saat 12:41:11-də 160.00 manat, 24 yanvar 2014-cü il tarixdə, saat 15:36:25-də 161.00 manat, 28 fevral 2014-cü il tarixdə, saat 17:37:39-da 160.00 manat, 28 mart 2014-cü il tarixdə, saat 12:08:18-də 160.00 manat, 30 aprel 2014-cü il tarixdə, saat 14:43:15-də 161.00 manat, 23 may 2 014-cü il tarixdə, saat 16:51:16-da 160.00 manat, 23 iyun 2014-cü il tarixdə, saat 17:20:08-də 161 manat, 22 iyul 2014-cü il tarixdə, saat 12:50:33-də 160.00 manat, 01 sentyabr 2014-cü il tarixdə, saat 19:16:21-də 161 manat olmaqla ümumilikdə 1925.00 (bir min doqquz yüz iyirmi beş) manat məbləğində pulu Lerik və Lənkəran şəhərlərində yerləşən 138031, 138032, 138010, 138011, həmçinin ünvanının müəyyənləşdirilməsi mümkün olmayan 138008 nömrəli bankomatlardan çıxarıb nağdlaşdıraraq şəxsi ehtiyaclarına sərf etməklə Rəisə Həsənovaya 1925 (bir min doqquz yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır k i, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası və eləcə də birinci instansiya məhkəməsi tərəfindən Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Məhkum Lerik RİHB-nin Siyov kənd İƏD icra nümayəndəsi vəzifəsində işləyir. Ünvanlı sosial yardımın təyin edilməsi isə kənd icra nümayəndəliyinin deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətidir. Əgər Məhkum DSMF-nin rayon şöbəsində inzibati vəzifə tutmuş olsa idi, bu halda o, öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətini törətmiş olardı. Ünvanlı sosial yardımın təyin edilməsi kənd icra nümayəndəliyinin səlahiyyətlərinə daxil deyildirsə, Məhkum dələduzluq cinayətini necə öz qulluq mövqeyindən istifadə etməklə törədə bilərdi? Qeyd edilən hal nə birinci, nə də apelyasiya instansiyası məhkəmələri tərəfindən nəzərə alınmamışdır. Dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi dedikdə, təqsirkarın tutduğu vəzifə ilə əlaqədar ona verilmiş səlahiyyətlərdən istifadə edərək özgənin əmlakını və ya əmlaka olan hüquqlarını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməsi başa düşülməlidir. Odur ki, qeyd olunanlara əsasən, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum əməlini CM-nin 178.2.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 178.1-ci maddəsi ilə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum Gülağa oğlu müdafiəçisi tərə findən kassasiya şikayətində qeyd edilən xüsusatları bir daha vurğulayaraq şikayətin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prose ssual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə düzgün olmayaraq tövsif olunduğu və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid ola n kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin t əmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarı dəyişdirilməli, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr Məhkum verilmiş şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq - yəni, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittihamın birinci instansiya məhkəməs ində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert və mütəxəssis rəyləri və digər iş materialları ilə tam sübuta yetirilməsi qənaətinə gəlmiş, hər iki məhkəmə instansiyası ibtidai istintaq orqanının Məhkum qarşı irəli sürdüyü Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə bağlı ittihamla razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarı ilə, həmçinin digər iş materialları ilə birgə təhlil edib belə qənaətə gəlir ki, məhkəmələr Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsində səhvə yol vermişlər. Məhkəmə kollegiyası belə qənaətə gələrkən "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbayca n Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının izahını da nəzərə alır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif ha llar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmə k məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 23-cü bəndində qeyd edilir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəx slər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Şəxsin qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətməsini təşkil etmiş, yaxud onu bu əməli törətməyə təhrik etmiş və ya ona kömək göstərmiş digər şəxslərin əməlləri müvafiq olaraq CM-nin 32.3, 32.4 və 32.5-ci madələrinə istinad edilməklə CM-nin 178.2.3-cü maddəsi ilə tövsif edilir. Beləliklə, Məhkum qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 178.2.3cü maddəsinin tərkibinin yaranması üçün cinayətin subyekti - vəzifəli şəxs və ya vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə mal ik olan şəxsin məhz öz qulluq mövqeyindən istifadə etməklə törətməsi öz təsdiqini tapmalıdır. İşin hər iki məhkəmə instansiyasında müəyyən edilmiş faktiki hallarından görünür ki, sosial yardımın təyin edilməsi kənd icra nümayəndəliyinin deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətinə aid olduğu halda, Məhkum isə Lerik RİHB-ın Siyov kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işlədiyərkən zərərçəkmiş şəxsi ünvanlı sosial yardım təyin etdirməklə bağlı aldadıb etibarından sui-istifadə edərək inandırıb sonuncunun şəxsiyyət vəsiqəsini ondan aldıqdan sonra guya ünvanlı sosial yardımın düşmədiyini bildirmiş, buna baxmayaraq, zərərçəkmiş şəxsin heç bir məlumatı və iştirakı olmadan onunla bağlı sənə dləri müvafiq orqana aparıb qeydiyyatdan keçirməklə ünvanlı sosial yardım təyin edilməsinə nail olmuş, daha sonra isə həmin müavinəti şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxsə qarşı dələduzluq etmişdir. Beləliklə, iş materiallarının kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlili onu göstərir ki, Məhkum dələduzluq cinayətini öz qulluq mövqeyindən istifadə etməklə, yəni vəzifəsi ilə əlaqədar ona verilmiş səlahiyyətlərdən istifadə edərək törətmədiyindən (icra nümayəndəsi vəzifəsində çalışmaqla vəzifə səlahiyyətlərinə sosial müavinət və pensiyaların təyin edilməsi aid deyildir) onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə deyil, CM-nin 178.1-ci maddəsi ilə (dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə) tövs if edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkum təyin olunmalı cəza məsələsini müzakirə edərkən məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. CM-nin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinin tələbinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Məhkum barəsindəki Leri k Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli ittiham hökmü həmin hökmün dəyişdirilmədən saxlanılması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarı elan olunduğu andan qanuni qüvvəyə minmişdir. Beləliklə, iş materiallarından görünür ki, Məhkum 10 oktyabr 2013-cü il tarixdən 01 sentyabr 2014-cü il tarixədək zərərçəkmiş şəxsə məxsus bankomat kartından müavinəti nağdlaşdırma əməliyyatı etmiş, sonuncu əməli törətdiyi gündən hökmün qanuni qüvvəyə mindiyi 02 iyun 2021-ci il tarixinədək 6 ildən çox vaxt keçdiyindən həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda (cinayət məsuliyyətinə cəlbetmə müddə tləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) — təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, müdafiəçi Məmmədli Or xan Məmmədqulu oğlunun kassasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Müdafiəçi Məmmədli Orxan Məmmədqulu oğlunun kassasiya şikayəti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarı məhkumun müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilsin. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyət inə cəlb etmə müddəti keçdiyindən Məhkum Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cəza təyin edilməsin. Apellyasiya məhkəməsinin qərarı müdafiəçinin kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1714/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1714/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver