Məhkəmə qərarları › İş №1(102)-1714/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1714/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1714/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İsgəndər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 1(106)-109/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 1(099)-317/2021 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim C.Ş.Səfərli, hakimlər N.F.Quliyev və A.Ə.Musayevdən ibarət tərkibdə) xx xxxx 1987-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, 3-cü dalan, 3 saylı evdə qeydiyyatda olan, faktiki Lənkəran şəhəri, H.Nəsir küçəsi, 12 saylı evdə yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Lənkəran rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş 04 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması ləğ v olunmuş, Lənkəran rayon məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş və çəkilməmiş qalan 04 il 05 ay azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə, qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza müddətinin əvvəli 11 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim R.M.Cə fərov, hakimlər E.İ.Əliyev və İ.Q.Abdullayev ibarət tərkibdə) 26 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarından məhkumun tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 11 yanvar 2021-ci il tarixdə Lənkəran şəhərində, satış məqsədi ilə, qanunsuz olaraq, tanışı Təqsirləndirilən şəxs 5 bükümdə ayrı-ayrılıqda çəkiləri 0,195 qram, 0,224 qram, 0,174 qram, 0,176 qram, 0,236 qram, ümumi 1,005 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik va sitə heroini əvəzsiz əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün saat 20 radələrində Lənkəran şəhəri, H.Nəsir küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçəsinin sol yan cibindən beş bükümdə ümumi 1,005 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin gödəkçənin sağ yan cibindən üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun əməli düzgün tövsif olunmamış, o üzərində olan narkotik vasitə olan heroini kiməsə satma məqsədi olmamış, sadəcə olaraq narkotik vasitə olan heroini əldə edib daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi halda, düzgün olmayaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Kassasiya şikayətində məhkum Şahid3 narkotik vasitəni satmaq kimi xüsusatı təsdiq edən heç bir mötəbər sübut olmadığı halda apellyasiya məhkəməsinin onun əməlini CM-in 234.2-ci maddəsi ilə əsassız olaraq təqsirli bilib məhkum etdiyini iddia etmişdir. Məhkum kassasiya şikayətinin məzmunundan görünür ki, müəllif göstərilənlərə əsasən yüngülləşdirici halları nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarının dəyişdirilərək, onun əməlinin CM-nin 234.2ci maddəsindən 234.1-ci maddəsinə tövsif olunmasını və bu maddəyə uyğun olaraq yüngül cəza təyin olunmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apel lyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunduğunu, nəticədə əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi və ona CMin 234.1-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsi haqqında kassasiy a tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməl lərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum 5 bükümdə ayrı-ayrılıqda çəkiləri 0,195 qram, 0,224 qram, 0,174 qram, 0,176 qram, 0,236 qram, ümumi 1,005 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə deyil şəxsi istifadəsi üçün əldə edib üzərində saxlaması barədə dəlilləri məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaları n) baxılmış sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaqda və birinci instansiya məhkəməsində verdiyi qismən etirafedici ifadələri, şahidlərin ifadələri, digər məhkum edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadəsi, 11 yanvar 2021-ci il tarixli şəxsi axtarışın keçirilməsi və götürmə haqqında protokol (narkotik vasitə ilə yanaşı 1 ədəd elektron tərəzi aşkar edilmiş), məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 yanvar 2021-ci il tarixli 19/30 saylı rəyi və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr müdafiəçinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya mə hkəməsində CPM-in tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətlərində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlini Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyas ı hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəza apellyasiya qaydasında yoxlanılarkən də məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yoxlanılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti (əvvəllərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan dəfələrlə məhkum olunmuş), təyin olunan cəzanın onun islah olunmasına və ailə sinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində və 416.1-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası məhkumun M əhkum kassasiya şikayətinin təmin edilməsinə, dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun isə kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 26 aprel 2022-ci il tarixli, 1(106)-109/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi ü zrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 1(106)-109/2022 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar