Məhkəmə qərarları › İş №1(102)-1714/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1714/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1714/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədəli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Zevin kəndində qeydiyyatda olan və yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli 1(106)573/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 may 2023-cü il tarixli 1(099)-335/2023 nömrəli hökmü ilə (hakimlər: N.N.Hüseynov (sədrlik edən), İ.Ə.Neymətov və N.F.Quliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3cü m addələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 5 sentyabr 2022-ci ildən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib məhkum olunmuşdur. Məhkəmənin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli 1(106)-573/2023 nömrəli qərarı i lə (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), E.İ.Xasməmmədov və K.S.Bəşirov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tanışı Təqsirləndirilən şəxs ilə, eləcə də haqqında icraat ayrılmış başqa şəxslə qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməklə əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı razılığa gəl ib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq aralarında olan rol bölgüsünə əsasən haqqında icraat ayrılmış başqa şəxsə külli miqdarda narkotik vasitələr - təmiz halda çəkisi 19242,1 qram qurudulmuş marixuananı (bundan sonra - qurudulmuş marixuana) və 700 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 28 qram metadonu (bundan sonra metadon) İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri 03 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Yardımlı rayonu Zevin kəndi ərazisində Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 15-ci sərhəd zastavasının 21-ci sahəsində mühəndis texniki çəpərindən Azə rbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini, dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirərək mühəndis texniki çəpərin Azərbaycan Respublikası tərəfində olan Məhkum verdikdən sonra, aralarında olan razılaşmaya görə ətrafı müşahidə etmək üçün kənarda pusquda durmuş cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs da həmin əraziyə gəldikdən sonra Məhkumla birlikdə həmin yerdə olan içərisində təmiz halda çəkisi 19242,1 qram külli miqdarda qurudulmuş marixuana və 700 ədəd həb şəklində təsir maddəsinin miqdarı 28 qram metadon olan iki ədəd qara rəngli bağlamanı qanunsuz olaraq satış məqsədi ilə əl də edib, saxlayıb, daşıyarkən 3 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində Dövlət Sərhəd Xidməti əməkdaşlarının onlara tərəf yaxınlaşdığını bilib içərisində qeyd olunan külli miqdarda narkotik vasitələr olan bağlamaları yerə atmaqla Təqsirləndirilən şəxs ilə birlikdə hadisə yerindən qaçaraq uzaqlaşmış, aparılan axtarış tədbirləri nəticəsində Məhkum və Təqsirləndirilən şəxs 5 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Yardımlı rayonu, Zevin kəndi ərazisində saxlanılmışlar. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və CM-in 206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə barəsində olan cinayət təqibinə xitam verilməsinə dair qərar qəbul e dilməsi xahiş olunur. Məhkum qeyd edir ki, cinayət əməlini ağır maddi vəziyyəti ilə əlaqədar törətmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışılarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin norm alarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində CM-in 206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə ona bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə ə sasən: “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəza rətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyy ətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququ na əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərlil iyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək Məhkum əməlini Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübut lara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, özünün verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, digər Təqsirləndirilən şəxs ifadələri, şahidlər Şahid6, Şahid8, Şahid7, Şahid5, Şahid4, Şahid9, Şahid1, Şahid2 və Şahid3 ifadələri, cinayət işinin materiallarında olan DSX-nin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli raportu, “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, “Aşka r edilmiş predmetə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, “Şəxsi axtarış və götürmə haqqında” protokol, “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, “Aşkar edilmiş predmetə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4820 nömrəli rəyi, məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/986 nömrəli rəy, ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 noyabr 2022-ci il tarixli 3008 saylı rəyi, Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən əməliyyat tapşırığına verilmiş cavab, “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, xx.xx.2023cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqınd a protokol, habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarın 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün hə lli üçün mühüm əhəmiyyət kəsb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar i stisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır. Həmin qərarda qeyd edilmişdir ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılı q hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdi kdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plen umunun 14 iyun 2024-cü il tarixli 8 №-li və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli Qərarlarında göstərilən tövsiyələrə tam uyğundur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələr ilə tövsif edib həmin maddə ilə məhkum etmişdir. Həmçinin, onun Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə ittiham edilməsi ilə bvağlı cinayət işinin xitam edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilm ədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və kassasiya şikayətiknə əlavələrin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin və əlavələrin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şi kayət və əlavələr təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar