Məhkəmə qərarları › İş №1(102)-1715/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1715/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1715/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 126.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, X7 və X5 ibarət tərkibdə) 25 noyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxxx 2000-ci il tarixdə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla Bərdə rayonunun Qaradəmirçi kəndində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7 və 228.4-cü maddələri ilə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəlinin 30 may 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə m inənədək qüvvəsində saxlanılması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə) 6 may 2022-ci il tarixli hökmü ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 1(100)240/2020 saylı hökmü müdafiəiçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmişdir. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələrindən həmin Məcəllənin 29,120.1 və 126.2.2-ci maddələrinə tövsif edilmişdir. Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin 29,120.1 və 126.2.2-ci maddələri ilə təqsirli bilinib, ona CM-in 29,120.1-ci maddəsi ilə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün azadlıqdan məhrumetmə cəzası, CM-in 126.2.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə hökmü ilə Məhkum CM-in 228.4-cü maddəsi ilə təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən bu qərarla təyin edilmiş cəzalar ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması hökm edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7 və 228.4-cü maddələri ilə verilmiş ittihama əsasən o, 30 may 2020-ci il tarixdə, saat 01:00 radələrində bacısı Zərərçəkmiş şəxs1 yaşadıqları, Bərdə rayonunun Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında mobil telefon vasitəsilə istintaqa məlum olmayan şəxslərlə danışması və həmin şəxslərlə yaxın münasibətdə olmasından şübhələnib Zərərçəkmiş şəxs1 şillə ilə vurduqdan sonra qısqanclıq zəminində onu öldürmək qərarına gəlmiş, lakin evdə yatan digər şəxsləri narahat etməmək üçün səhərin açılmasını gözləyərək səhər saatlarında öz cinayətkar niyyətini həyata keçirməkdən ötrü işə getməmiş, Zərərçəkmiş şəxs1 qardaşının onu vurması səbəbi ilə həmin gün, saat 11:06 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət etdiyindən həmin müraciətdən təxminən 15 dəqiqə sonra yaşadıqları evin həyətinə gələn Bərdə rayon polis şöbəsinin əməkdaşlarını görüb onların yanında dayanmış bacısı Zərərçəkmiş şəxs1 sonuncunun 2013-cü il təvəllüdlü qızı Şahid9 gözləri qarşısında hər ikisinə xüsusi əzab və işgəncə verdiyini dərk edib bunu arzu edərək və qaçıb canını qurtarmaq istəməsinə məhəl qoymayıb müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək qəsdən öldürmək niyyəti ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib yaşadığı evin qonaq otağında saxladığı, tiyəsinin uzunluğu 150 mm, dəstəyinin uzunluğu 125 mm olan, zavod üsulu ilə hazırlanmış, qatlanan ov tipli, deşici-kəsici xassəyə malik, həmin vaxtı əynində olan şalvarın arxa hissəsində kəmərin altında gizlədərək üzərində gəzdirdiyi, soyuq silah hesab olun an bıçaqla əvvəlcə Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən bir dəfə zərbə endirmiş, bu zaman hadisə yerində olan polis əməkdaşı, Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Zərərçəkmiş şəxs2 onun şalvarının sol yanından tutub Zərərçəkmiş şəxs1 öldürülməsinin qarşısını almaq istədikdə həmin vaxt xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs2 da qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs2 bədən səthinin həyat fəaliyyətini təmin edən mühüm orqanlarının yerləşdiyi nahiyəyə həmin bıçaqla bir dəfə zərbə endirərək sonuncuya soltərəfli hemotoraksla müşayiət olunan, dalağın yaralanması ilə döş qəfəsinin sol aşağı yan divarının daxilə keçən kəsilmiş-deşilmiş torakoabdominal yara, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs2 müqavimətini qırıb öz cinayətkar əməlini davam etdirərək Zərərçəkmiş şəxs1 əlindəki bıçaqla daha iki dəfə zərbə endirib sonuncuya sol çiyin, sol kürəkaltı, sol bel nahiyələrinin daxilə keçməyən kəsilmiş-deşilmiş yaraları, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə iki şəxsi, yəni Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə cəhd etmiş, lakin Zərərçəkmiş şəxs2, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 və adları istintaqa məlum olan digər polis əməkdaşları fəal müqavimət göstərməklə növbəti zərbələr yetirməsinə imkan verməyib onu qollarını tutmaqla, bədənin müxtəlif hissələrindən qucaqlayaraq zərərsizləşdirdiklərindən, habelə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vaxtında “Bərdə rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinə hadisə yerində olan polis əməkdaşları tərəfindən çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatları xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silahla Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə, Zərərçəkmiş şəxs2 isə xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürməyə, yəni iki şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya protestinin və kassasiya şikay ətinin dəlilləri: Kassasiya protestində qeyd edilir ki, birinci instansiya məhkəməsinin hökmündə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış bir-birini tamamlayan mümkün, mötəbər, aidiyyəti və ümumilikdə kifayətedici sübutların məcmusu əsasında baş vermiş cinayət hadisəsinin tam mexanizmi müəyyən edilmişdir. Birinci instasiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxs Məhkum və bacısı Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında vermiş olduğu ifadədə onun zərərçəkmiş şəxsləri öldürmək niyyətinin olmamasına dair xüsusatlara tənqidi yanaşmış, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilməsi qənaətinə gəlməklə özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etməmişdir. Lakin, apel lyasiya məhkəməsinin mövqeyinə əsasən Məhkum əməli Zərərçəkmiş şəxs2 münasibətdə qəsdən adam öldürməyə yönəlməmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs2, Şahid1, Şahid2 və Şahid3 Məhkum əlində olan bıçaq ilə bacısı Zərərçəkmiş şəxs1 xəsarət yetirmək istədiyini görmüş, onlar Məhkum hərəkətlərinin qarşısını almaq istəyən zaman Məhkum artıq azyaşlı qızın gözləri qarşısında Zərərçəkmiş şəxs1 bir dəfə bıçaqla xəsarət yetirmiş, həmin vaxt Şahid1 Məhkum arxadan, Eşqin Cəfərov isə Elçini kəmərinin sol tərəfindən tutmuş, Məhkum saxlamasına baxmayaraq bıçaq zərbələrini endirməyə davam etmiş, polis əməkdaşlarının hərəkətindən hiddətlənib, əgər buraxmasalar onları da öldürəcəyini bildirib əllərindən çıxmağa cəhd etmişdir. Lakin Zərərçəkmiş şəxs2 Məhkum bacısını bıçaqla ö ldürməsin deyə tutduğu üçün Elçin əlindəki soyuq silah hesab edilən bıçaqla var gücü ilə onun qoltuğunun altından ürəyinə doğru zərbə endirmiş, nəticədə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirmişdir. Cinayət işinin faktiki hallarından göründüyü kimi, Məhkum məhz polis əməkdaşı olan Zərərçəkmiş şəxs2 onun şalvarının sol yanından tutub Zərərçəkmiş şəxs1 öldürülməsinin qarşısını almaq istədikdə həmin vaxt xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs2 da qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs2 bədən səthinin həyat fəaliyyətini təmin edən mühüm orqanlarının yerləşdiyi nahiyəyə həmin bıçaqla bir dəfə zərbə endirərək sonuncuya ağır zərərvurmaya aid bədən xəsa rəti yetirməklə Zərərçəkmiş şəxs2 müqavimətini qırıb öz cinayətkar əməlini davam etdirərək Zərərçəkmiş şəxs1 əlindəki bıçaqla daha iki dəfə zərbə endirmiş, iki şəxsi, yəni Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə cəhd etmişdir. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə təqsirləndirilən şəxs Məhkum hərəkətlərində adam öldürmə cinayətinin xüsusi amansızlıqla törədilməsinə dair tövsifedici əlamətlərin mövcudluğu müəyyən edilmir. Halbuki, Şahid9 ifadəsində göstərmişdir ki, o, evdə uzanarkən dayısının və anasının yenə də bir-biri ilə dalaşmalarının səsini eşitmiş, buna görə də uzandığı yerdən qalxıb həyətə çıxmış, evin həyətinə çıxarkən dayısı Elçinin anası ilə dalaşdığını görmüş, Bu zaman onların yaxınlığında 4 nəfər polis əməkdaşı da olmuş, dayısı evin şkafında olan bıçağı əlinə götürmüş və anasını bıçaqla vurmağa başlamış, dayı Elçin bıçaqla anası Vüsalənin kürək nahiyəsindən 3 dəfə vurmuş, bu zaman polislərdən biri dayısı və anasını bir-birindən aralaşdırmış, dayısının anasını bıçaqla vurmağa başladığını görüb özünü anası Vüsalənin qucağına atmış, bu zaman dayısının əlindəki bıçaq onun qulağından dəymişdir. Bıçaq onun qulağına dəydikdən sonra qulağından qan axmağa başlamış, qan axarkən əynindəki çəhrayı rəngli don qana bulaşmışdır. Apellyasiya məhkəməsində həm təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarında verdikləri ifadələrində zərərçəkmiş şəxsin azyaşlı qızı Şahid9 hadisə vaxtı orada olmaması, həmin vaxt onun yatılı olması, daha sonradan hadisə yerinə gəlməsi ilə bağlı göstərilənləri əsas tutmuşdur. Həmin ifadə isə Şahid9 i fadəsi, habelə polis əməkdalarının Şahid9 hadisə zamanı orada olması ilə bağlı verdiyi ifadələrlə zidiyyət təşkil edir. Apellyasiya instansiyası məhkəməsi isə həm təqsirləndirilən şəxs, həm də onun bacısı Zərərçəkmiş şəxs1 ifadələrini müdafiə xarakteri ifadələr kimi qiymətləndirmək əvəzinə, həmin ifadələri əsas götürməklə əməli tövsif etmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkum kassasiya şikayətində bacısı Zərərçəkmiş şəxs1 və polis əməkdaşı Zərərçəkmiş şəxs2 öldürm ək niyyətinin olmamasını, polis əməkdaşına xəsarəti ehtiyatsızlıqdan yetirməsini nəzərə alaraq onun cinayət əməlinin Cinayət Məcəlləsinin 127 və 131-ci maddələrinə tövsif edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması, kassasiya protestinin təmin olunmaması barədə məhkum və müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gə lir ki, kassasiya şikayəti təmin olunmamalı, kassasiya protesti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predm eti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya pro testində və kassasiya şikayətində Məhkum əməllərinin tövsif edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin səhv olması barədədir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qə rarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası ilk növbədə kassasiya şikayətinin məhkumun əməlinin CM-in 127 və 131-ci maddələrinə tövsif edilməsinə dair dəlillərini əsassız hesab edir, h əmin dəlilləri hər hankı konkret hüquqi əsasa söykənməyən dəlillər kimi qiymətləndirməklə təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. İttiham tərəfinin Məhkum qarşı irəli sürdüyü ittihama və birinci instansiya məhkəməsinin həmin ittiham üzrə gəldiyi nəticəyə görə o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs2 xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməli qəsdən adam öld ürməyə cəhd kimi qiymətləndirilərkən, nə təqsirləndirilən, nə zərəçəkmiş, nə də iş üzrə hadisənin şahidlərinin ifadələri yetərincə müqayisəli şəkildə araşdırılmamış, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri və təqsirləndirilən şəxsin sonrakı hərəkətləri nəzərə alınmamış və təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 öldürmək niyyətinin olub-olmaması, habelə hadisə vaxtı təqsirləndirilən şəxsin məhz niyyətinin nəyə yönəlməsi araşdırılmayaraq, sonuncunun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq kassasiya protestinin bu barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, istintaq orqanı və birinci instansiya məhkəməsi Məhkum əməlini qəsdən ada m öldürməyə cəhd kimi qiymətləndirəndə mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamış, Məhkum Zərərçəkmiş şəxs2 öldürmək niyyətinin olubolmaması məsələsini kifayət qədər araşdırmamışdır. Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verərək Məhkum əməlinin Zərərçəkmiş şəxs2 münasibətdə qəsdən adam öldürməyə yönəlməməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, işin hallarından görünür ki, Zərərçəkmiş şəxs2 sol qoltuqaltı nahiyyəsindən bir dəfə bıçaq xəsarəti aldıqdan sonra da Elçinə arxadan yapışaraq Vüsaləni vurmasına mane olmuş, Elçin isə yenə onun əlindən çıxıb Vüsaləni bıçaqla vurmağa davam etmək istəmiş, ancaq bu zaman digər polis əməkdaşlarının səyi nəticəsind ə bıçaq onun əlindən alınmış, Zərərçəkmiş şəxs2 yenidən Məhkum tərəfindən xəsarət yetirilməmiş və belə cəhd də edilməmişdir. Sadalanan bu faktlar, yəni Məhkum Zərərçəkmiş şəxs2 öldürmək niyyəti olmaması məhkumun, zərəçəkmiş şəxslərin, həm də iş üzrə şahidlərin ifadələri ilə tam təsdiq olunmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Məhkum bacısı Zərərçəkmiş şəxs1 bıçaqla vurarkən Elçini sol yandan, digər polis əməkdaşı isə arxadan qucaqlayaraq Vüsaləni vurmasına mane olduqlarını, buna baxmayaraq Elçinin öz cinayət əməlini davam etdirib sağ əli ilə onun sol qoltuqaltı nahiyyəsindən bir dəfə bıçaqla vurduğunu, bu zaman özünün itirdiyindən bir anlıq Elçindən əl çəkdiyini, Elçinin isə bundan istifadə edərək bacısı Zərərçəkmiş şəxs1 daha iki dəfə bıçaqla vu rduğunu, həmin vaxt Zərərçəkmiş şəxs1 yerdə olduğunu, o isə özünü bir daha toparlayıb yenə Elçinə arxadan yapışaraq Vüsaləni vurmağına mane olduğunu bildirmişdir. Elçinin yenə əlindən çıxıb Vüsaləni bıçaqla vurmağa davam etmək istədiyini, ancaq digər polis əməkdaşlarının səyi nəticəsində bıçağın onun əlindən alındığını bildirmişdir. CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəbələrə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Kassasiya məhkəmə kollegiyası cinayət etməyə cəhd etmə institutunun anlayışına müraciət etməyi zəruri hesab edir. Cinayət qanunvericiliyi nəzəriyyəsinə görə əməlin cinayət etməyə cəhd kimi qiymətləndirilməsi törədilmiş əməlin obyektiv və su byektiv əlamətləri əsasında müəyyən olunur və cinayət etməyə cəhdin obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur, yəni qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərardan deyil, şəxsin iradəsindən asılı olmayaraq yaranan amillərlə bağlı olur. Cinayət işi üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Məhkum və Zərərçəkmiş şəxs2 hadisəyə kimi bir-birilərini tanımamış, aralarında onlara aid olan hər hansı ciddi mübahisə olmamışdır və hadisə zamanı da Zərərçəkmiş şəxs2 Məhkum onu öldürməyə məcbur və vadar edəcək hər hansı bir hərəkətə yol verməmişdir. Cinayətə cəhd etməyə yol verən şəxsin şüurunda törədiləcək cinayətin bütün ünsürləri əhatə olunur. Hazı rki halda Məhkum Zərərçəkmiş şəxs2 öldürmək kimi son nəticə və məqsədi olmadığından, onun şüurunda ölümdən ibarət cinayətin bütün ünsürlərinin də əhatə olunması mümkün deyil. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti) baş v ermir. Qəsdən adam öldürmə cinayətini oxşar cinayətlərdən fərqləndirmək üçün təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən təqsirkarın və zərərçəkmişin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın sonrakı hərəkətləri nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə m alikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə t əqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırdığı hallardan aydın olur ki, hadisə zamanı Zərərçəkmiş şəxs2 sol qoltuqaltı nahiyyəsindən bir dəfə bıçaq xəsarəti aldıqdan sonra da Elçinə arxadan yapışaraq Vüsaləni vurmasına mane olmuş, Elçin isə yenə onun əlindən çıxıb Vüsaləni bıçaqla vurmağa davam etmək istəmiş, ancaq bu zaman digər polis əməkdaşlarının səyi nəticəsində bıçaq onun əlindən alınmış, Zərərçəkmiş şəxs2 yenidən Məhkum tərəfindən xəsarət yetirilməmiş və be lə cəhd də edilməmişdir. Belə olan halda, Məhkum əməli heç bir halda CM-in 29, 120.2.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də, Məhkum əməli Zərərçəkmiş şəxs2 münasibətdə xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd etmə kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində Zərərçəkmiş şəxs2 münasibətdə qəsdən adam öldürməyə cəhd etmə cinayətinin əlamətləri olmadığından, onun əməli CM-in 29, 120.2.3-cü maddəsindən (Zərərçəkmiş şəxs2 xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə sonuncunun sağlamlığına qəsdən ağır zərər vurduğundan) həmin Məcəllənin 126.2.2-ci maddəsinə tövsif edilməsi barədə apellyasiya instansiyasmı məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum olunmuş şəxs Məhkum Zərərçəkmiş şəxs2 xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə, sonuncunun sağlamlığına qəsdən ağır zərər vurmaqla törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, Zərərçəkmiş şəxs2 ibtidai araşdırma zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya protestinin Məhkum Zərərçəkmiş şəxs2 xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürməyə cəhd etməsi əməlinin törətməsinə dair dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin kasssasiya protestinin digər dəlillərinə münasibətdə qeyd edir ki, Məhkum qəsdən adam öldürməyə cəhd cinayət əməlində xüsusi amansızlıq olmaması ilə bağlı yekun nəticəyə gələrkən apellyasiya instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməklə, Məhkum əməlini CM-in 29, 120.2.4-cü maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, məhkumun törətdiyi qəsdən adam öldürməyə cəhd cinayət əməlinin xüsusi amansızlıqla törədilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin məhkum olunmuş şəxs Məhkum əməlinin qeyd edilən tövsifinin əsassız olması barədə dair dəlillərini əsaslı sayır və hesab edir ki, apellyasiya instansiya m əhkəməsi iş materiallarında olan sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qiymətləndirməmiş və məhkum olunmuş şəxs Məhkum əməlinin tövsif edilməsi barədə səhv nəticəyə gəlmişdir. Cinayət işi üzrə müəyyən olunduğu kimi, ibtidai araşdırma orqanı Məhkum verilən ittihama əsasən o, 30 may 2020-ci il tarixdə, saat 01:00 radələrində bacısı Zərərçəkmiş şəxs1 yaşadıqları, Bərdə rayonunun Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında mobil telefon vasitəsilə istintaqa məlum olmayan şəxslərlə danışması və həmin şəxslərlə yaxın münasibətdə olmasından şübhələnib Zərərçəkmiş şəxs1 şillə ilə vurduqdan sonra qısqanclıq zəminində onu öldürmək qərarına gəlmiş, lakin evdə yatan digər şəxsləri narahat etməmək üçün səhərin açılmasını gözləyərək səhər saatlarında öz cina yətkar niyyətini həyata keçirməkdən ötrü işə getməmiş, Zərərçəkmiş şəxs1 qardaşının onu vurması səbəbi ilə həmin gün, saat 11:06 dəqiqədə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət etdiyindən həmin müraciətdən təxminən 15 dəqiqə sonra yaşadıqları evin həyətinə gələn Bərdə rayon polis şöbəsinin əməkdaşlarını görüb onların yanında dayanmış bacısı Zərərçəkmiş şəxs1 sonuncunun 2013-cü il təvəllüdlü qızı Şahid9 gözləri qarşısında hər ikisinə xüsusi əzab və işgəncə verdiyini dərk edib bunu arzu edərək və qaçıb canını qurtarmaq istəməsinə məhəl qoymayıb müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək qəsdən öldürmək niyyəti ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib saxladığı,həmin vaxt üstündə gəzdirdiyi, soyuq silah hesab olunan bıçaqla əvvəlcə Zərərçə kmiş şəxs1 kürək nahiyəsindən bir dəfə zərbə endirmiş, bu zaman hadisə yerində olan polis əməkdaşı, Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Zərərçəkmiş şəxs2 onun şalvarının sol yanından tutub Zərərçəkmiş şəxs1 öldürülməsinin qarşısını almaq istədikdə zərərvurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs2 müqavimətini qırıb öz cinayətkar əməlini davam etdirərək Zərərçəkmiş şəxs1 əlindəki bıçaqla daha iki dəfə zərbə endirib qəsdən öldürməyə cəhd etmişdir. Cinayət işinin materiallarında olan 18 iyun 2020-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində qeyd olunan xüsusatları Zərərçəkmiş şəxs1 üzünə qar şı demiş, Zərərçəkmiş şəxs1 isə Zərərçəkmiş şəxs2 üzünə qarşı dedikləri ilə qismən razılaşaraq hadisə zamanı həyəcanlı olduğundan və qardaşı Məhkum ona bıçaqla xəsarət yetirdiyindən hadisəni tam xatırlamadığını, Zərərçəkmiş şəxs2 üzünə qarşı dediklərinin yəqin ki, doğru olduğunu, qardaşı Məhkum onu öldürmək məqsədinin olmasını təsdiq etdiyini, ancaq qızı Şahid9 yanında olmasını, ümumiyyətlə, xatırlamadığını və qızının hansı şəraitdə xəsarət alması barədə heç bir söz deyə bilməyəcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan 18 iyun 2020-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, iş üzrə Şahid1 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində qeyd olunan xüsusatları Zərərçəkmiş şəxs1 üzünə qarşı demiş, Zərərçəkmiş şəxs1 isə Şahid1 onun üzünə qarşı dedikləri ilə qismən razılaşaraq hadisə zamanı həyəcanlı olduğundan və qardaşı Məhkum ona bıçaqla xəsarət yetirdiyindən hadisəni tam xatırlamadığını, Şahid1 üzünə qarşı dediklərinin yəqin ki, doğru olduğunu, qardaşı Məhkum onu öldürmək məqsədinin olmasını təsdiq etdiyini, ancaq qızı Şahid9 yanında olmasını xatırlamadığını və qızının hansı şəraitdə xəsarət alması barədə heç bir söz deyə bilməyəcəyini bildirmişdir. Xüsusi amansızlıqla adam öldürmə (CM-in 120.2.4-cü maddəsi) əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət hər hansı başqa amansızlıqdan deyil, xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkə n nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi am ansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər («Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndi) Məhkəmə kollegiyası hesab edir ki, Məhkum hərəkətlərində adam öldürmə cinayətinin xüsusi amansızlıqla törədilməsinə dair tövsifedici əlamətlərin mövcudluğunun müəyyən edilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Apellyasiya məhkəməsi Məhkum hadisəni Zərərçəkmiş şəxs1 azyaşlı qızı Şahid9 gözü qarşısında sonuncuya və Zərərçəkmiş şəxs1 xüsusi əzab və iztirab verdiyini dərk etdiyi halda törətməsinə dair halları sübuta yetirilməmiş hesab etsə də, ö zünün bu bərədə qənaətini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış və baş vermiş hadisənin hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi həm Məhkum, həm də Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarında verdikləri ifadələrində zərərçəkmiş şəxsin azyaşlı qızı Şahid9 hadisə vaxtı orada olmadığını, həmin vaxt onun yatılı olduğunu, daha sonradan hadisə yerinə gəldiyi barədə ifadələrinə istinad etsə də, digər Zərərçəkmiş şəxs2 və hadisə yerində olan şahidlərin ifadələri ilə bu halın təkzib olmasına əhəmiyyət verməmiş, hadisə iştirakçılarının ifadələri arasında ziddiyyəti araşdırmamış, məhz məhkum və Zərərçəkmiş şəxs1 ifadələrinə daha üstün qiymət verməsini əsaslandırmamışdır. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlinin CMin 29, 120.1-ci maddə si ilə tövsif edilməsi əsaslı hesab edilə bilməz. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə cinayət əməlinin baş verdiyi ünvanda hadisənin, habelə təqsirkar şəxsin hərəkətlərinin törədilmə üsulu və mexanizmi, təqsirkarların niyyəti, motiv və məqsədi kimi hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün nəzərə alınmamışdır. Belə ki, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən olunmuş faktiki hallara və iş üzrə tədqiq olunmuş sübutların müqayiləsi təhlilinə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi 30 may 2020-ci il tarixdə, saat 01:00 radələrində bacısı Zərərçəkmiş şəxs1 yaşadıqları, Bərdə rayonunun Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinin həyətində baş vermiş Məhkum bacısını öldürməyə cəhd etmə əməlini xüsusi amansızlıq olmada n, yəni CM-nin 29,120.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməli kimi qiymətləndirilməsi və həmin əsaslarla da məhkum olunmuş şəxsin əməlinin Cinayət Məcəlləsinin qeyd olunan maddəsi tövsif etməsi barədə nəticəyə gəlsə də, onun bu qənaəti kifayət qədər əsaslandırılmış, işin faktiki hallarına uyğun olan inandırıcı qənaət hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, "İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tə rəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Kassasiya məhkəmə kollegiyası baş vermiş hadisənin təsvir olunmuş hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun qəsdən adam öldürməyə cəhd cinayət əməlində xüsusi amansızlığın olmaması barədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş və bununla əlaqədar məhkumun əməlinin tövsifində səhvə yol vermişdir. Belə ki, CPM-nin 139-cu maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi;. Cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və s ubyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələblərindən görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarında da əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslıl ığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası Məhkum qəsdən adam öldürməyə cəhd cinayət əməlini xüsusi amansızlıqla törətməməsi barədə gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı əvvəla vurğulayır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müə yyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı) CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyekt iv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlini CM-in 29, 120.2.4-cü maddəsindən CM-in 29,120.1-ci maddəsinə tövsif edən apellyasiya instansiyası məhkəməsi göstərilən mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmişdir. Belə ki, göstərilən məhkəmə tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinə digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi əsaslandırılmamış, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15-ci maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti qismən təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməli və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin çıxışından sonra kassasiya instansiyası məhkəməsinin hakimləri yerində müşavirə apararaq və ya məhkəmənin müşavirə otağında məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək barədə qəra r çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Məhkum tərəfindən veril miş kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 126.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi həmin məhkəmədə yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar