Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1715/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Hüseynov Əli Meybulla oğlunun iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsini n 5 yanvar 2023-cü il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli 1(004)12/2023 nömrəli (hakim: Məmmədov Murad Akif oğlu) hökmü ilə 11 aprel 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X6 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrinin tərkibi olmadığına görə ona h əmin maddələrlə bəraət verilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. Həmin hökmlə digər təqsirləndirilən şəxs Məhkum təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Bəhramova Fəridə Tofiq qızı tərəfindən verilmiş apellyasiya protestinə və məhkum olunmuş Məhkum müdafiəçisi İsmayılov Samir Bəyistan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 mart 2023-cü il tarixli 1(103)-639/2023 nömrəli (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti və apel lyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən tərəfindən tərtib edilmiş ittiham aktına əsasən X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 7 avqust 2021-ci il tarixdə sa at 22:30 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan X5 məxsus “Toyota Prius” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə Moskva prospekti istiqamətində 4850 km/saat surətlə hərəkətdə olarkən Şəfayət Mehdiyev küçəsi 96 saylı ünvanın qarşısında yolu soldan sağa, yəni onun hərəkət etdiyi yoldan keçmək üçün qoşa xəttin üzərində, lakin, bir qədər yolun dıgər hərəkət hissəsinə tərəf dayanmış piyadalar X10 və Zərərçəkmiş şəxs görüb onların hər an yolu soldan sağa doğru keçəcəkləri ehtimalını düzgün qiymətləndirməli olduğu halda bunu etməmiş, bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin 1 hissəsinin tələblərini po zaraq yəni, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş, ona görə də həmin vaxt qarşıdan gələn sürücü Məhkum idarə etdiyi “Mazda CX-5” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə azyaşlı piyada X10 vuraraq sonuncunu onun hərəkət istiqamətində avtomobilin qarşısına atdıqda, həmin səbəblərdən, yəni hərəkəti üçün təhlükə yaranan andan piyadanı vurduğu ana kimi iki saniyədən çox vaxt keçməsi şəraitində hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək idarə etdiyi avtomobillə N.Zərərçəkmiş şəxs üzərindən keçərək ona baş beynin qişası altına, mədəciklərə qansızma, kəllə tağı sümüklərinin sınığı, ənsə nahiyəsində sağda əzilmiş yara, yara nahiyəsində sümük qəlpələri, sol ağciyərin və dalağın cırılması, sol baldır sümüklərinin açıq sınığı, sol diz oynağı və sağ budun səthi əzilmiş yaraları, sifət, sol bazu, sağ baldırın qançırları, kürək nahiyəsində sağda və qarnın sağ yan səthində sıyrıqları kimi ölümlə birbaşa səbəbli əlaqəli olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X7 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərin i pozub yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş, o cümlədən şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər bütün sübutları müqayisəli təhlil etməyərək X8 aid hissədə əmələ düzgün hüquqi qiymət verməmiş, nəticədə X8 ittiham olunduğu CMnin 263.2 və 264-cü maddələri ilə bəraət verməkdə səhvə yol vermişdir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, piyada “Mazda CX-5” markalı **KL-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulan ana kimi həmin avtomobilin hərəkət etdiyi istiqamətdə yolu sağdan sola keçmək üçün qoşa xəttə yaxın, lakin qoşa xətdən təxmini 40-50 sm. içəridə dayanmış və gözləmişlər. Belə ki, piyadalar dayanaraq Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospekti istiqamətdə hərəkətdə olan avtomobillərin keçməsini gözləmişlər. Bu hal həm “Toyota Prius” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin, həm də ondan öndə eyni istiqamətdə hərəkətdə olan avtomobilin salonunda quraşdırılmış video qeydiyyat kameraları ilə qeydə alınmışdır. Video görüntülərlə də təsdiqini tapır ki, mərhum N.Zərərçəkmiş şəxs “Mazda CX-5” markalı **KL-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulan ana kimi piyadalar tam hərəkətsiz vəziyyətdə dayanmışlar və əks tərəfdən gələn nəqliyyat vasitələrinin keçməsini gözləmişlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin 1 hissəsinə əsasən, Sürücü hərəkətin intensivliyi ni, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə “Toyota Prius” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü üçün təhlükə anını “piyadaların sürücünün görünüş dairəsinə düşməsi” sözü ilə əvəz etməklə, “Toyota Prius" markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü üçün təhlükə anını “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin 1-ci hissəsinin və Azərbaycan Respublikası CM-n in 26.3-cü maddəsinin tələblərinə zidd olaraq mərhum N.Zərərçəkmiş şəxs “Mazda CX-5” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulduğu andan hesablamışdır. Halbuki, “Toyota Prius” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü üçün təhüləkə anı yolu sağdan sola keçmək üçün qoşa xəttin üzərində dayanmış piyadaları gördüyü vaxtdan hesablanmalıdır. Belə ki, Şəfayət Mehdiyev küçəsi 96 saylı ünvanın qarşısında yolu soldan sağa, yəni onun hərəkət etdiyi yoldan keçmək üçün qoşa xəttin üzərində, lakin, bir qədər yolun digər hərəkət hissəsinə tərəf dayanmış piyadalar X10 və Zərərçəkmiş şəxs görüb onların hər an yolu soldan sağa doğru keçəcəkləri ehtimalını, o cümlədən onların başqa maşın tərəfindən vurula bilməsi ehtimalını qabaqcadan görməli olduğu və görə biləc əyi halda, bunları görməmiş, qeyd olunan ehtimalları düzgün qiymətləndirməmişdir. Həmçinin məhkəmələr nəzərə almamışdır ki, yolu soldan sağa keçmək istəyən və qoşa xəttinin üzərində gözləyən piyadalardan biri 2008-ci il təvəllüdlü 13 yaşlı uşaqdır. Belə ki, hər bir halda nəzərə alınmalıdır ki, yolun ortasında qoşa xəttin üzərində dayanmış azyaşlı piyadanın qəfil hərəkət etməsi ehtimalı həmişə mövcuddur. Lakin, “Toyota Prius” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə həmin ehtimalı da nəzərə almamış, cinayətkarcasına etinasızlıq nümayiş etdirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7 oktyabr 2021-ci il tarixli 8/2205 saylı məhkəmə yolnəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, hərəkət üçün təhlükə yaranan andan piyadanın avtomobillə vurulduğu ana kimi keçən vaxtın 1,9 saniyədən kiçik olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində “Toyota Prius” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan andan piyadanın avtomobillə vurulduğu ana kimi keçən vaxtın 1,9 saniyədən böyük olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində “Toyota Prius” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqı nda» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü X hadisədən sonra zərərçəkənə ilk tibbi yardım göstərilməsi mümkün olan tədbirlər görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, qeyd edilməlidir ki, məhkəmə istintaqı zamanı təyin edilmiş video-texniki ekspertizasının rəyləri ilə müəyyən edilmişdir ki, piyadaların videoyazıdakı kadrlarda ilk görünmə anından “Toyota Prius” markalı avtomobil tərəfindən vurulma anına kimi 2,02 saniyə vaxt keçmişdir. Belə olan halda isə, Toyota Prius” markalı **-OB-*** dövlət qeydiyyat nişa nlı avtomobilin sürücüsü X6 hərəkət üçün təhlükə yaranan andan piyadanın avtomobillə vurulduğu ana kimi keçən vaxt 1,9 saniyədən böyük olmaqla, onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. X-in əməlində CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığı və xüsusi norma olan CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan məsuliyyət aradan qalxdığı halda belə, həmin yol-nəqliyyatı hadisəsi onun iştirakı ilə baş vermiş, o, zərərçəkmiş şəxsin qayğısına qalmağa borclu olduğu halda, qanunun onun üzərinə qoyduğu vəzifəsini yerinə yetirməyərək zərərçəkmiş şəxsi köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçmışdır. Belə ki, məhkəməni n gəldiyi nəticəyə görə təqsirləndirilən şəxsin hadisənin qarşısını almağa texniki imkanı olmamış, lakin onun hadisə yerindən qaçması öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlində CM-nin 263 və 264-cü maddələrinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlsə də, müəyyən etdiyi hallarla gəldiyi nəticə bir-birinə ziddiyyətli olmuş, təqsirləndirilən şəxsin əməlində CM-nin 143-cü maddəsinin tərkib əlamətlərinin olması məsələsinə hüquqi qiymət verməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 mart 2023-cü il tarixli qərarının X8 aid hissədə ləğv edilməsini, cinayət işinin həmin hissdə yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlilləri nəzərə alaraq verilmiş kassasiya protestinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Hüseynov Əli Meybulla oğlu çıxış edərək, X6 təqsirsizliyinin tam sübuta yetirildiyini, hadisə zamanı onun təqsirinin olmadığını, kassasiya protestinin dəlillərinin tam əsassız olduğunu bildirib, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tər əfindən verilmiş kassasiya protestində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs X13 barəsində əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 9 mart 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sü butların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu s übutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, istintaq orqanı tərəfindən X8 verilmiş avt omobil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması və bu nəticənin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması ilə bağlı ittihamlar ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 12-ci bəndində deyilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozul masına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi video-müşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərin in pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Sübutlar qiymətləndirilərkən iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirilməlidir. Nəzərə alınmalıdır ki, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 23-cü maddəsinə və qeyd olunan qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il, 30 iyul 2001-ci il və 15 oktyabr 2011-ci il tarixli Fərmanlarına əsasən məhkəmə ekspe rtizası fəaliyyəti səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Ədliyyə və Səhiyyə Nazirliklərinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 7 oktyabr 2021-ci il tarixli 8/2205 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mazda CX-5” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki im kanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə; hərəkət üçün təhlükə yaranan andan piyadanın avtomobillə vurulduğu ana kimi keçən vaxtın 1,9 saniyədən kiçik olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində “Toyota Prius” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan andan piyadanın avtomobillə vurulduğu ana kimi keçən vaxtın 1,9 saniyədən böyük olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində “Toyota Prius” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisənin qarşısını almağ a texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü X hadisədən sonra zərərçəkənə ilk tibbi yardım göstərilməsi mümkün olan tədbirlər görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (cild 2, vər. 84-88). Həmçinin, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyul 2022ci il tarixli 4/728 nömrəli məhkəmə video texniki ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilm iş 1 ədəd “Verbatim” markalı CD-R diskdə qeydə alınmış “VİD20210808-WA0046” adlı faylda olan videoyazıya görə piyada X2 Məhkum idarə etdiyi “Mazda CX-5” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə vurulduğu andan sürücü X6 idarə etdiyi “Toyota Prius” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulduğu ana qədər 0,675 saniyə vaxt keçmişdir. Piyadaların “Toyota Prius” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin görünüş dairəsinə düşdüyü vaxtın müəyyən edilməsi video yazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından video görüntüyə əsasən piyadaların “Toyota Prius” markalı **OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin görünüş dairəsinə düşdüyü vaxtdan həmin avtomobil tərəfindən vurulması anına qədər neçə sa niyə keçməsini, həmçinin piyadaların “Toyota Prius” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurularaq üzərindən keçməsi anı video yazıdakı görüntülərdə görünmədiyindən həmin avtomobil tərəfindən piayadanın vurularaq üzərindən keçib qurtarma anını müəyyən etmək mümkün olmadı. (cild 4, vər. 5-9) O cümlədən, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli 8/2589-4/1394 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd “Verbatim” markalı CD-R diskdə qeydə alınmış “VİD-20210808-WA0046” adlı faylda olan videoyazıya görə piyadalar üzü “Toyota Prius” markalı avtomobilin hərəkətdə olduğu yola olmaqla, yolun hərəkət istiqamətlərini ayıran qoşa xət tə az qalmış dayanmış vəziyyətdə görünürlər. Ekspertizaya təqdim edilmiş 1 ədəd “Verbatim” markalı CD-R diskdə qeydə alınmış “VİD-20210808-WA0046” adlı faylda olan videoyazıya görə piyadaların videoyazıdakı kadrlarda ilk görünmə anından “Toyota Prius” markalı avtomobil tərəfindən vurulma anına kimi 2,02 saniyə, “Mazda CX-5” markalı avtomobilin ön sol hissəsi ilə vurulduğu andan “Toyota Prius” markalı avtomobillə vurulduğu ana qədər 0,675 saniyə vaxt keçmişdir. Təqdim edilmiş “VİD-20210808-WA0046” adlı faylda olan videoyazıya görə “Toyota Prius” markalı avtomobilin sürücüsünün piyadanı vurana kimi avtomobilin sürətini azaldıb-azaltmamasını müəyyən etmək mümkün olmadı. Məhkəmə istintaqında iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş CD diskdə olan “Toyota Prius” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda quraşdırılmış video qeydiyyat kamerasının video görüntülərinə keçirilmış baxış nəticəsində də X6 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadəsi təsdiq olunur. Yol-nəqliyyat hadisələri araşdırılarkən sürücü tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulub-pozulmaması sualına cavab vermək üçün çox vaxt müxtəlif texniki qiymətləndirmələrə, hesablamalara və xüsusi bilik tələb edən başqa tədqiqatlara zərurət yaranır. Ona görə də məhkəmə yol-nəqliyyat, avtotexniki və başqa ekspertizalar təyin olunur. Bu ekspertizalarla sürücünün hadisənin qarşısını almağa texniki cəhətdən imkanın olub-olmadığı, zərurət olduqda təxmini hərəkət sürəti, hərəkət istiqaməti, hadisənin mexanizmi ilə bağlı başqa məsələlər, eləcə də konkret nəqliyyat vasitəsinin təchizatı ilə bağlı qüsurların olub-olmadığı (texniki sazlığı) və başqa hallar aydınlaşdırılır. Sürücü tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmamasına dair (sürücünün hərəkətinə «Yol hərəkəti haqqında» Qanunun tələbləri baxımından qiymət verilməsinə dair) sual sırf hüquqi məsələdir və ekspert qarşısında hüquqi məsələlərə dair sual qoyula bilməz. Sürücünün hərəkətinin «Yol hərəkəti haqqında» Qanunun hər hansı müddəasını pozub-pozmadığını müstəntiq və hakim müəyyən etməlidir. Bu zaman onlar belə hüquqi qiymətləndirmə üçün ekspert rəyində göstərilən və xüsusi biliklər tələb edən tədqiqat nəticəsində əldə olunan məlumatlardan istifadə edə bilərlər (məsələn, ek spert hadisə yerində aşkar olunan izlər əsasında nəqliyyat vasitəsinin sürətini müəyyən edərək öz rəyində konkret kəmiyyət göstərməlidir, müstəntiq və ya hakim isə hərəkət sürətinin kəmiyyətinin hadisə baş verən yerə aid sürət rejimini pozub-pozmadığını adı çəkilən Qanuna əsasən müəyyən etməlidir). Məhkəmələr tərəfindən təhlükənin yaranma anının qiymətləndirilməsi təhlükənin yaranma anına qiymət verilməklə təhlükə yaranan andan Toyota Prius markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyada vurulan ana kimi keçən vaxt, mövcud şəraitdə sürücü X6 hərəkəti üçün təhlükənin keçmə vaxtının kritik qiyməti (1,9 saniyə) ilə müqayisə edilməklə müvafiq nəticəyə gəlinməlidir. Belə ki, iş materiallarında olan sübutlar məhkəmə iclasında araşdırılarkən müəyyən edildi ki, piyada “Mazda CX-5” ma rkalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulan ana kimi həmin avtomobilin hərəkət etdiyi istiqamətdə yolu sağdan sola keçmək üçün qoşa xəttə yaxın, lakin qoşa xətdən təxmini 40-50 sm. içəridə dayanmış və gözləmişlər. Belə ki, piyadalar dayanaraq Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospekti istiqamətdə hərəkətdə olan avtomobillərin keçməsini gözləmişlər. Bu hal həm “Toyota Prius” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin, həm də ondan öndə eyni istiqamətdə hərəkətdə olan avtomobilin salonunda quraşdırılmış video qeydiyyat kameraları ilə qeydə alınmışdır. Video görüntülərlə də təsdiqini tapır ki, mərhum N.Zərərçəkmiş şəxs “Mazda CX-5” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulan ana kimi piyadalar tam hərəkətsiz vəziyyətdə dayan mışlar və əks tərəfdən gələn nəqliyyat vasitələrinin keçməsini gözləmişlər. İstintaq orqanı isə X8 ittiham elan edərkən təhlükə anının başlanğıcını piyadaların “Toyota Prius” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün görünüş dairəsinə düşdüyü vaxtdan hesablaması barədə səhv nəticəyə gəlmişdir. Belə ki, təhlükə anının başlanğıcını piyadaların “Toyota Prius” markalı sürücüsünün görünüş dairəsinə düşdüyü vaxtdan deyil, mərhum N.Zərərçəkmiş şəxs “Mazda CX-5” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulma anından hesablanması qanuni və əsaslı hesab edilməlidir. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə toplanılmış və məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, məhkəmə yol-nəqliyyat hadisələri, məhkəmə-tibbi və video-texniki ekspertizalarının rəylərini, həmçinin iş materiallarında olan digər sənədlərin və videogörüntülərin tədqiqi zamanı məhkəmələrin gəldiyi nəticələri kassasiya protestinin dəlilləri müqayisəli təhlil edərək, mərhumun “Toyota Prius” markalı avtomobilin önünə düşməsi anına kimi isə 0,675 saniyə vaxt keçməsi, bu vaxt ərzində “Toyota Prius” markalı avtomobilin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanının olmaması, bu baraədə protestin dəlillərinin isə əsassız olması nəticəsinə gəlir. Belə ki, cinayət işi üzrə toplanılmış mötəbər sübutlarla müəyyən edilir ki, hərəkət üçün təhlükə yaranan andan piyadanın avtomobillə vurulduğu ana kimi keçən vaxtın 1,9 saniyədən kiçik olması müəyyən edilməsi şəraitində “Toyota Prius” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Beləliklə, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittiham tərəfi X6 təqsirini mötəbər yolla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə nəinki cavab verməməsi, həmin sübutlar şübhəli və ziddiyyətli olmaqla məhkumun təqsirsizliyini təsdiq edən digər sübutların məcmusu ilə təkzib olunması məhkəmənin gəldiyi qənaəti daha da möhkəmləndirmişdir. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarlarına istinad edərək, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsaslanaraq ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə bəraət verilməsi cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə tə fsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində göstərilmiş yuxarıda sadalanan dəlillər X6 barəsində bəraət hökmü çıxarılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin və ümumilikdə apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri mübahisələndirərkən sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onların mövqeyi cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmamışdır. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən hər iki normasının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşya ların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və bununla razılaşan qərarın yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları poz mamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; şəxsə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və X6 əməlində cinayət tərkibi olmaması barədə yekun nəticə CPMin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyas iya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, bu barədə kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan X8 aid hissədə dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərb aycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 mart 2023-cü il tarixli qərarı X8 aid hissədə kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1715/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1715/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver