Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1716/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxslərin hüquqi varisi və onun nümayəndəsinin, Məhkumun müdafiəçisi Aslanov Nail Mustafa oğlunun iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evl i, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 1(103)-1953/2023 nömrəli qərarından Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslərin hüquqi varisi X8 və onun nümayəndəsi Nümayəndə2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 1(101)-1242/2023 saylı hökmü ilə (sədrlik edən L.S.Əsgərova-Məmmədova, hakimlər R.Ə.Sadıxov və N.A.Kərimov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinə rək 05 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 20 dekabr 2022-ci il tarixdən hesablamışdır. Hökmlə həmçinin zərərçəkmiş şəxslər x və Zərərçəkmiş şəxs11 hüquqi varisi X8 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, maddi ziyanın ödənilməsi ilə bağlı 20.355 (iyirmi min üç yüz əlli beş) manat, mənəvi ziyanın ödənilməsi ilə əlaqədar 10.000 (on min) manat təqsirləndirilən şəxsdən alınaraq zərərçəkmiş şəxslərin hüquq varisi X8 və Zərərçəkmiş şəxs1 verilməsi, mülki iddianın ödənilmiş hissəsinə mütənasib olaraq 97 (doxsan yeddi) manat dövlət rüsumunun məhkuma aid edilməsi, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi, həmin şəxslərə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi üçün müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun izah edilməsi edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum müdafiəçi Aslanov Nail Mustafa oğlu, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi X8 və onun nümayəndəsi Nümayəndə2 tərəfindən birgə apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 1(103)1953/2023 saylı qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), E.H.Allahverdiyev və C.V.Hüseyn) verilmiş apellyasiya şikayət ləri təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsi hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslərin hüquqi varisi X8 və onun nümayəndəsi Nümayəndə2 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum edilmişdir ona görə ki, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə, üç nəfər şəxsin sağlamlığına az ağır, bir nəfər şəxsin sağlamlığına ağır xəsarət yetirilməsinə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Məhkum 20 dekabr 2022-ci il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi Qala-Türkan yolundan üzü Türkan qəsəbəsi istiqamətində i darə etdiyi Hyundai Santa FE markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, göstərilən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan qarşıda əks istiqamətdə hərəkətdə olan Zər ərçəkmiş şəxs12 idarə etdiyi VAZ- 21074 markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək özünün idarə etdiyi avtomobildə olan sərnişinlər X6 az ağır zərərvurmaya aid olan sağ qasıq sümüyünün qapalı sınığı, Zərərçəkmiş şəxs2 az ağır zərərvurmaya aid olan sağ saidin orta-aşağı üçdə birinin hər iki sümüyünün qapalı, yerdəyişən sınığı, VAZ-2107 markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 az ağır dərəcəli zərərvurmaya aid olan baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, ağciyər kontuziyası və sol tərəfli hemotoraksla nəticələnmiş sol ll-lll qabırğaların yerdəyişən, sol X qabırğanın isə yerdəyişməyən sınıqları və Zərərçəkmiş şəxs4 ağır dərəcəli zərə vurmaya aid olan sol bud sümüyünün aşağı üçdə birinin oynaq daxili açıq, qəlpəli, yerdəyişən sınığı, sağ bud sümüyünün aşağı üçdə birinin oynaq daxili yerdəyişən sınığı, ikitərəfli hemartroz xəsarətlərini yetirmiş, VAZ- 21074 markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs12 aldığı alın nahiyyəsinin, sağ və sol dizin, sağ və sol baldırın sıyrıqları; sol İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ və sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətt üzrə qapalı, yerdəyişən sınıqları; daxili qanitirmə ilə nəticələnmiş ağciyərin, qaraciyərin və dalağın cırılmaları xəsarətləri dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ölümünə, həmin avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs10 bur nunun, alt çənənin, sağ dizin ön səthinin və sağ baldırın əzilmiş yaraları; alt çənənin, sağ süd vəzisinin, döş qəfəsinin ön səthinin orta üçdə birinin, sağ və sol dizin ön səthinin, sağ və sol baldırın sıyrıqları; ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ və sol bud sümüyünün qapalı, qəlpəli sınıqları; sağ baldır sümüklərinin açıq, qəlpli sınıqları, kəskin daxili qanitirmə ilə nəticələnmiş ağ ciyərlərin və qara ciyərin cırılmaları xəsarətləri dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ölümünə, Zərərçəkmiş şəxs11 sağ budun əzilmiş yarası; sol almacıq nahiyyəsinin, burununun sol budun aşağı üçdə birinin iç səthinin, sol qasıq nahiyyəsinin, sol dizin iç - ön səthini sıyrıqları; ağır travmatik və hemorr agik şok ilə müşayiət olunan sağ İV.V,Vİ,Viİ və sol İV,V,Vİ,Vİİ qabırğaların orta körpücük xətti üzrə qapalı, az yerdəyişən sınıqları; sağ bud sümüyünün açıq, qəlpəli sınığı; kəskin daxili qanitirmə ilə nəticələnmiş ağ ciyərlərin və qara ciyərin cırılmaları xəsarətləri dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan üç şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslərin hüquqi varisi X8 və onun nümayəndəsi Nümayəndə2 tərəfindən birgə verdikləri kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Məhkum törətdiyi cinayət əməli ehtiyatsızlıqdan törədilmiş olsa da, olduqca ağır nəticələrə 3 nəfər şəxsin ölümünə, 9 nəfər ş əxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri almalarına səbəb olmuşdur. Həmçinin baş verən zaman Zərərçəkmiş şəxs1 hamilə olmuş, lakin baş vermiş hadisə nəticəsində uşağını itirmişdir. Məhkəmələr yuxarıda qeyd olunan halları kifayət qədər nəzərə almamışlar və nəticədə ona yüngül cəza təyin etmişlər. Kassasiya şikayətinin müəllifləri iddia edirlər ki, Məhkum qarşı qaldırdıqları mülki iddiada irəli sürdükləri həm maddi, xüsusən 100000 manat mənəvi zərərin əvəzinin tutulmasına dair tələbləri tam təmin edilməli olduğu halda, düzgün olmayaraq məhkəmələr tərəfindən qismən təmin edilmişdir. Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslərin hüquqi varisi X8 və onun nümayəndəsi Nümayəndə2 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2023-cü il t arixli qərarının dəyişdirilməsini, Məhkum dövlət ittihamçısının təklif etdiyi 5 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və tərəflərindən verilmiş mülki iddianın tam təmin edilməsini xahiş edirlər. Məhkum müdafiəçisi Aslanov Nail Mustafa oğlu kassasiya şikayətinə qarşı etirazda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2023-cü il tarixli qərarının düzgün və ədalətli olduğu qeyd edərək, məhkəmə kollegiyasından verilmiş kassasiya şikayətinin təmin edilməməsini və mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdu dlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyə n edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslərin hüquqi varisi X8 və onun nümayəndəsi Nümayəndə2 tərəfindən birgə verilmiş kassasiya şikayətində Məhkum şəxsiyyətinə, təqsirli bilindiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, törədilmə hallarına uyğun olmayan yüngül cəzanın təyin olunduğunu və mənəvi ziyana görə mülki iddianı əsassız olaraq tam təmin edilmədiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kim i Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. Odur ki, kollegiya Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslərin hüquqi varisi X4 və onun nümayəndəsi Nümayəndə2 tərəfindən birgə verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, hab elə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 65.2-ci-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyə tinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslərin hüquqi varisi X4 və onun nümayəndəsi Nümayəndə2 Məhkum həddindən artıq yüngül və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın ədalətsiz olması haqqında iddia və bu cəzanın ağırlaşdırıması barədə tələb yuxarıda adları çəkilən şəxslər tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə 5 il (maksimum həddə) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2023-cü il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halları – Məhkum etirafedici ifadələr verərək əməlindən səmimi peşmançılıq hissi keçirilməsini, cinayət törətməsindən sonra zərərçəkmiş şəxslərə kömək etməsini, zərərçəkmiş şəxslərin əksəriyyəti (X9, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2) ilə barışıq əldə etməsini Cinayə t Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, baxılan işdə cəzanın ağırlaşdıran halın – olmamasını, cəzanın Məhkum ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Odur ki, həmin cəzanın təyin edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktı kimi, onun mübahisələndirilməsinə dair zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varisinin və onun nümayəndəsinin birgə verilmiş kassasiya şikayətini isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətində mülki iddianın tam təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında irəli sürülmüş tələbə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPM-nin 397.1-ci maddəsinin müddəalarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalararının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qanunun tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışı nəticəsində CPM-nin 398.1.1-398.1.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul edir və məhkəmənin qərarı məhkəmə iclaslarında araşdırılmış sübutlara, habelə maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, qanunun şərh olunan normaları ilə apellyasiya instansiyası məhkəməsinin üzərinə qoyulmuş vəzifə nəinki təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olması, onun əməlinin hüquqi tövsifi, cəza təqsirinin seçilməsi, həm də iş üzrə verilmiş mülki iddianın, maddi sübutların həlli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, habelə digər məsələlərin həlli zamanı da yerinə yetirilməlidir. Bu məsələlərlə əlaqədar qəbul edilmiş qərarda isə toplanmış sübutlara Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymət verilməl i və bu qiymətləndirmədən asılı olaraq çıxarılmış hökm və ya qəbul edilmiş qərar cinayət və cinayət-prosessual qanunvericiliyinin, bu kifayət etmədikdə isə ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq müqavilələrin müddəalarına, mülki, mülkiprosessual və digər qanunvericilik aktlarına istinad edilməklə lazımi qaydada əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanının ödənilməsi barədə mülki iddia verməklə həmin maddədə göstərilən digər məsələlər üzrə tələblər irəli sürməklə yanaşı, ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəfindən cinayət mühakimə icraatında verilmiş mülki iddianın həlli üzrə, o cümlədən iddianın tam və yaxud qismən təmin edilməsi, rədd edilməsi haqqında qərarlar mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq qəbul edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il 5 saylı Qərarın 24-cü bəndində məhkəmələrə izah edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263, 263-1 və 351-ci maddələrində nəzərdə tutulan nəticələrdən əlavə həm də zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olduqda məhkəmələr cinayət mühakimə icraatı zamanı CPM-nin 183-cü maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq verilmiş mülki iddianı qəbul etməli və bu iddia üzrə CPM-nin 354-cü maddəsinə əsaslanmaqla qanunun tələbinə müvafiq surətdə qərar qəbul etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. “Maksimov Rusiyaya qarşı iş üzrə” 2010-cu il 18 mart tarixli Qərarında isə Məhkəmə qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdi yi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli qərarında “mənəvi zərər” anlayışına, belə zərərin ödənilməsinin tələb olunması hüququna, mənəvi zərərin ödənilməsi ilə bağlı işlərə baxılması qaydasına və digər məsələlərə dair geniş izah və tövsiyələr verilmiş, o cümlədən həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyy ətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 10-cu bəndinə görə isə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlı q) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Yuxarıda sadalanmış hallardan hasıl edilən nəticə budur k, zərərçəkmiş öz mülkiyyətindən məhrum olunduqda, yaxud da ona maddi və ya mənəvi zə rər vurulduqda, o, öz əmlakını, onun əvəzini və ya ona vurulmuş digər zərəri tələb etmək hüququna malikdir və bu hüquq digər vasitələrlə yanaşı mülki iddia verməklə həyata keçirilə bilər. Məhkəmənin isə vəzifəsidir ki, belə iddia verildikdə tədqiq etdiyi sübutlara əsasən onun düzgün həll edilməsi barədə əsaslandırılmış qərar qəbul etsin. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinin dəlillərinə cavab vermə məsələsinə məhz belə kontekstdən yanaşmaq və işin müəyyən edilmiş halları ilə yanaşı Cinayət-Prosessual, Mülki-Prosessual Məcəllərinin və digər qanunvericilik aktlarının tələblərinə əsaslanmaq lazımdır. Öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxslər x və Zərərçəkmiş şəxs11 hüquq varisi x və Zərərçəkmiş şə xs1 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək, Zərərçəkmiş şəxs1 müalicəsi üçün Mərkəzi Klinikaya ödənilmiş məbləğ – 1310 (bir min üç yüz on) manat, Zərərçəkmiş şəxs1 müalicəsi ilə əlaqədar X3 ödənilmiş məbləğ - 250 manat, övladlarının cümə axşamları mərasimi üçün çəkilmiş xərc-4800 manat, övladlarının 3 mərasimi üçün çəkilmiş xərc - 7000 manat, övladlarının 40 mərasimi üçün çəkilmiş xərc - 13795 (on üç min yeddi yüz doxsan beş) manat, məzar daşı üçün çəkilmiş xərc - 5000 (beş min) manat, ümumilikdə - 32.155 (otuz iki min bir yüz əlli beş) manat məbləğində maddi zərərin, 100.000 (yüz min) manat mənəvi zərərin, həmçinin dövlət rüsumu kimi ödədiyi 423 manatın, ümumilikdə 132.578 (bir yüz otuz iki min beş yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin zərərçəkmiş şəxsin hüquqi varisinin xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi zərərçəkmiş şəxslərin mülki iddiasının qismən təmin edilməsini labüd edən sənədlərə əsaslanaraq, habelə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin şəxslərin mənəvi iztirab və sarsıntı keçirməsini nəzərə alaraq iddianı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair hissələrdə qismən təmin etmiş və Məhkum maddi ziyanın ödənilməsi ilə bağlı 20.355 (iyirmi min üç yüz əlli beş) manat, mənəvi ziyanın ödənilməsi ilə əlaqədar 10.000 (on min) manat təqsirləndirilən şəxsdən alınaraq zərərçəkmiş şəxslərin hüquq varisi X8 və Zərərçəkmiş şəxs1 xeyrinə tutulması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət icraatı qaydasında mülki iddia ilə bağlı məsələ həll olunarkən məhkə mənin yekun qənaəti işin həqiqi hallarından deyil, işdə olan sübutlar əsasında formalaşır. Nə qədər ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən verilmiş mülki iddianın tam həcmdə təmin edilməsi ilə bağlı təkzibolunmaz sübutların məhkəməyə məhz mülki iddiaçı tərəfindən təqdim edilməsi tələb olunur. Lakin hazırkı işdə mülki iddiaçılar tərəflərindən verilmiş mülki iddianın tam həcmdə təmin edilməsini təsdiq edən sübutları nə birinci nə də ki, apellyasiya instansiya məhkəməsinə (ilkin məhkəmənin gəlmiş olduğu qənaətini təkzib etmək məqsədi ilə) təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı bu nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası maddi və mənəvi ziyanın ödənilməsi hissəsində başqa qərarın, yəni iddia ərizəsində göstərilən məbləğ lərdə pul vəsaitinin Məhkum tutularaq mülki iddiaçılara ödənilməsi barədə qərarın qəbul edilməsi üçün əsaslar görmür və bu hallarla bağlı da kassasiya şikayətinin dəlillərini qəbuledilməz sayır. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslərin mülki iddiasının həlli ilə bağlı istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinin mövqeləri qanuni və əsaslıdır, məhkəmələrin yekun nəticələri qanunvericiliyin yuxarıda sadaladığı normalarının tələblərinə, Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanır. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin öz qərarlarında i fadə etdikləri hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edib hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarı yoxlayıb təhlil edərək belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr zərərçəkmiş şəxslərin (hüquqi varis, mülki iddiaçı) mülki iddialarının qismən təmin etməklə düzgün nəticəyə gəldiyindən zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxslərin hüquqi varisinin və onun nümayəndəsinin baxılan işdə məhkəmələrin mülki iddianın mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin edilməsi ilə cinayət-prosessual qanunun tələblərinin pozuntularına yol verilməsi barədə iddiası əsaslı sayıla bilməz. Şərh edilənlər apellyasiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varisinin və onun nümayən dəsi Nümayəndə2 birgə verilmiş kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində təsbit edilmiş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasın olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varisinin və onun nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsinə dair məhkumun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 02 noyabr 2023-cü il tarixli, 1(103)-1953 /2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414 və 419.10.1-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslərin hüquqi varisi X8 və onun nümayəndəsi Nümayəndə2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 02 noyabr 2023-cü il tarixli, 1(103)-1953/2023 nömrəli qərarı zərərçəkmiş şəxs, zərərçəkmiş şəxslərin hüquqi varisi və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1716/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1716/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver