Məhkəmə qərarları › İş №1(102)-1716/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1716/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1716/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Şükürov Vamiq Qabil oğlunun iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkə məsinin 22 oktyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi V.Q.Şükürov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən qapalı məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən və məruzəçi), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə) Məhkum, 7 yanvar 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azya şlı uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Zərdabi küçəsində evində yaşamış, nömrəsiz fərdi yaşayış CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 11 may 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsi H.Zərdabi küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində cinsi ehtirasını ödəmək məqsədi ilə qonşuluqda yaşayan 27 avqust 2014-cü il təvəllüdlü olmaqla, onun üçün aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə bir əli ilə Zərərçəkmiş şəxs gözlərini bağlamaqla müqavimət göstərmək qabiliyyətinə malik olmadığına görə görməsini məhdudlaşdırıb, ona ağzını açmasını deyərək digər əli ilə öz cinsiyyət orqanını çıxarıb sonuncunun ağız boşluğuna daxil edib bir az saxladıqdan sonra çıxararaq yaranmış şəraitin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi V.Q.Şükürov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 25 fevral 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi V.Q.Şükürov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərarın qəbul etməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, habelə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi V.Q.Şükürov həmin şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı mərhələsində ittiham tərəfinin təqdim etdiyi sübutlara tənqidi yanaşmadan, müdafiə tərəfinin həmin sübutlarla bağlı əsaslandırılmış vəsatətlərini təmin etmədən və təqdim etdikləri dəlillərə obyektiv qiymət verməyərək ittiham yönümlü araşdırma aparmış, ittiham tərəfinin sübutlarının hüquqazidd olmasını göstərən xüsusatları ümumiyyətlə araşdırmamış və nəticədə ziddiyyətli, şübhəli və qeyri-mötəbər sübutlar əsasında hökm çıxarmışdır. Belə ki, iş materiallarından göründüyü kimi, məhkəmə hazırkı cinayət işi üzrə hadisəni birbaşa görməyən şahidlərin ifadələrinə, yəni dolayı sübutlara əsaslanmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dəfələrlə yazılı və şifahi qayda vəsatət verilərək ittihamın təqdim etdiyi sübutların tam, hərtərəfli və obyek tiv yoxlanılması xahiş edilmiş, lakin məhkəmə vəsatətləri təmin etməmiş, sübutları qanuna uyğun şəkildə təhlil etməmiş və onları bir-biri ilə müqayisə edib qiymətləndirməmiş, onların mənbəyinin mötəbərliyini müəyyənləşdirilməmiş, ittihamın əsasını sübutlar deyil, şəxsi mülahizələrin təşkil etməsinə diqqət yetirməmişdir. Şikayət müəllifi daha sonra qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı müstəntiq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və anası Şahid1 ilkin izahatlarından (Mehdiabad qəsəbəsi Polis Bölməsində verilən izahatlardan) fərqli ifadələr almış, öz mülahizələrini həmin ifadələrə əlavə etmiş, yəni ittihamın əsasını cinayət əməlinin baş verməsini təsdiq edən birbaşa sübutlar deyil, müstəntiqin şəxsi mülahizələri təşkil etmiş, nəticədə obyektiv həqiq ət müəyyən edilməmişdir. Hüquqlarını müdafiə etdiyi Məhkum ilk izahatından başlayaraq son sözünədək baş vermiş hadisə barədə sonradan dəyişdirmədiyi və ardıcıl mövqe nümayiş etdirmiş, lakin məhkəmə onun təqsirli bilindiyi ittihamın əsası kimi ziddiyyətli izahat və ifadələri qəbul etmişdir. Halbuki, cinayət işi üzrə aparılmış ibtidai araşdırma zamanı əldə olunmuş sübutlardan görünür ki, zərər çəkmiş şəxsin bədəni üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməmiş, habelə ona qarşı zor tətbiq edilməklə seksual xarakterli hərəkətlərin edilməsinə dair dəlalət edən başqa sübutlar da əldə olunmamış, hadisə yerinin müayinəsi vaxtında keçirilməmiş, sonradan keçirilmiş müayinə nəticəsində isə Məhkum ona ittiham olunan cinayəti törətməsini təsdiq edən izlər və əşyalar aşkar edilməmiş, həmçinin sübutların şübhəli, qeyri-mötəbər və ziddiyyətli olması barədə mövqeyə apellyasiya məhkəməsi də qiymət verməmişdir. Müdafiəçi V.Q.Şükürov daha sonra şikayətində qeyd etmişdir ki, iş materiallarında olan məhkəmə-lifli materialların və məhkəmə-psixiatrik ekspertizalarını rəyləri də qeyri-mötəbər və ziddiyyətlidir, məhkəmələr isə bu rəylərə də müqayisəli şəkildə CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq təhlil edib qiymətləndirməmiş, qəbul etdikləri yekun məhkəmə aktlarında isə əsassız olaraq həmin rəylərə istinad etmiş, nəticədə də Məhkum cinayət törətməkdə təqsiri olmadığı halda, o, əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Qeyd olunanlara və öz müraciətində daha ətraflı şəkildə göstərdiyi dəlillərə əsaslanaraq kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəm əsinin qərarının ləğv edilməsini və Məhkum barəsindəki cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1 naməlum səbəblərdən məhkəməyə gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1 iştirakları olmadan baxılmasını mümkün bilm işdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, məkhum Məhkum müdafiəçisi V.Q.Şükürov tərəfindən verilmiş həmi şikayətin əsas dəlili ondan ibarətdir ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş cinayət əməllərinin onun tərəfindən törədilməsi sübuta yetirilməmiş, məhkəmələr işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız olaraq imtina etmiş, əhəmiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş və buna baxmayaraq, Məhkum əsassız və qanunsuz olaraq CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Bununla da, müdafiəçi V.Q.Şükürov apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-in 416.1.1, 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.1, 416.1.2 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçisi V.Q.Şükürovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə s əlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya i nstansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellya siya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiya sı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qər ar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qər arından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən tələbləri həmçinin hər bir insanün və ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də onlara qarşı törədilmiş cinayətlər nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüq uqunun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayət törətmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini, onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildikdə barələrində ittiham hökmləri çıxarılmaqla cəzalandırılmalarını, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinin tələblərinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayıl ır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai q ayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisa di fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunların isə isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı qərarlarında əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğun luğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmi n əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkd ə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyə n olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəz ərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudla şdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatının təmə l prinsiplərindən olan təqsirsizlik prinsipi təmbit edilmiş CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfini n üzərinə düşür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəaları nın pozulması yolverilməzdir. CPM-in 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-in 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib- törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 138.1-ci maddəsində əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət ha disəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad e dilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün s übutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcm usu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikavsı Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsi ni tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarix li qərarında göstiərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxs in təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq Məhkum müdafiəçisi V.Q.Şükürovun apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması haqda kassasiya şikayətində istinad etdiyi dəlillərinin və həmin qərarın ləğv edilməsi haqqında tələbinin əsaslılığın ı yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətlərində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarına əsasən həmin məhkəmələrin müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum 11 may 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evin həyətində onun üçün aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkəti etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum təqsirli bilinərək məhkum olunduğu cinayət CM-in 150.3.3-cü maddəsində seksual xarakterli zorakı əməllər on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi kimi təsbit edilmişdir. Təhlil göstərir ki, bu əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, qəsd etdiyi ictimai münasibətlərin mühümlüyü faktiki olaraq zorlama cinayətinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri ilə eynilik təşkil edir. Bununla belə, zorlamada cinayətinin törədilməsi nəticəsində zərər çəkmiş şəxs qismində yalnız qadınlar (yetkinlik yaşına, yaxud da on dörd yaşına çatmamış qızlar) çıxış etdikləri halda, seksual xarakterli zorakı hərəkətlər həm qadınlara və kişilərə, həm də hər iki cinsdən olan yetkinlik yaşına və ya on dörd yaşına çatmamış uşaqlara qarşı edilə bilər, lakin təqsirkarların məsuliyyəti cinayət qanunvericiliyinin müxtəlif normalarında müəyyən edilsə də, bu cinayətlərin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin hüquqları, onların cinsi toxunulmazlığı və cinsi azadlığı eyni dərəcədə müdafiə olunur və qorunur. Cinayət Məcəlləsinin 149 və 150-ci maddələrindən görünür ki, seksual xarakterli zorakılıq hərəkətlərinin tövsifedici və xüsusi tövsifedici əlamətləri də zorlama cinayətinin analoji əlamətləri ilə üst-üstə düşür. Cinayət işinin materiallarından görünür ki, Məhkum məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə yuxarıda şərh edilən əməlləri törətməkdə təqsirli bilməsə də, onun həmin əməlləri törətməsi zərər çəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin təkcə ibtidai araşdırma zamanı deyil, həmçin in birinci instansiya məhkəməsinin məhkəmə iclasında da verdikləri ifadələri, iş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş müxtəlif məhkəmə ekspertizalarının rəyləri ilə, cinayət işinə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cinsi toxunalmızlığa və cinsi azadlığa qarşı cinayətlərin, o cümlədən seksual xarakterli zorakılıq əməllərinin törədilməsinə dair cinayət işlərinin istintaq və məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, bu kimi cinayətlər bir qayda olaraq təqsirkarla zərər çəkmiş şəxsin təklikdə olduqları şəraitdə törədilir, təqsirkar şəxslər istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında cinayəti törətməsini inkar edərək özlərinin təqsirsiz olmalarını bildirirlər, adətən belə cinayət əməllərinin törədilməsini görən, yəni bu cinayətlərin bilavasitə şahidləri olmur və təqsirkara qarşı irəli sürülmüş ittiham əsasən zərər çəkmiş şəxsin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə və qanni yolla əldə edilmiş digər sübutlara əsaslanır. Bu kimi işlər üzrə şahid qismində dindirilmiş şəxslər isə, o cümlədən azyaşlı uşaqların valideynləri və ya digər yaxın qohumları əsasən cinayətin törədilməsi və onun halları barədə məlumatları zərər çəkmiş şəxsin söylədiklərindən alır və cinayət təqibinin müxtəlif mərhələlərində bu haqda ifadədlər verirlər. Bu işlər üzrə ibtidai araş dırmaların və məhkəmə baxışlarının əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, zərər çəkmiş şəxsin verdiyi ifadələr əsas sübutlardan biri kimi qəbul edilərək ittihamın əsasına o halda qoyula bilər ki, sonuncunun təqsirkara qarşı qərəzli olması, ona böhtan atması və bununla da yalan ifadələr verməsi toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmiş olsun. Təhlil edilən cinayətlər azyaşlı uşaqlara qarşı törədildikdə isə, həmçinin bu yaşda olan zərər çəkmiş şəxslərin psixi və psixoloji durumunun, onların yalan danışmağa meylli olub-olmamalarının yoxlanılması və verdiyi ifadələrinin digər sübutlarla uzlaşıb-uzlaşmamasının müəyyən edilməsi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hazırkı işə üzrə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirsiz olması barədə kassasi ya şikayətinin dəlillərinə məhz yuxarıda təsvir edilmiş təfsirdən çıxış edərək cavab verilməsini məqsədə uyğun hesab edir. Yuxarıda qeyd edildiyi kimi, Məhkum həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsini qəti şəkildə inkar etmiş, lakin həmin mərhələlərdə özü də ziddiyyətli ifadələr verərək hadisə vaxtı guya həyətində olan itlə oynayan vaxt gah Zərərçəkmiş şəxs ağzına barmağını soxduğunu, gah da həmin vaxt onun ağzının qıraqlarını yediyi çörəyin qırıntılarından təmizlədiyini, öz cinsi orqanını isə onun ağzına salmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında psixoloqun (mütəxəssisin) iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs göstərmişdir ki, 11 may 2 022-ci il tarixdə axşam saatlarında o, küçədə, yaşadığı evin həyətinin qarşısında bacısı X10 ilə oynayan zaman qonşuları Məhkumun toyuğunun itməsini bilib bacısı ilə birlikdə toyuğu tapmış, toyuğu qonşunun həyətinə qoymaq üçün oraya getmiş və onlar toyuğu hinə yerləşdirmişdirlər. Bundan sonra isə X10 çölə çıxmış, o, isə Məhkumgilin həyətində tək qalmışdır. Bu vaxt Məhkum ona yaxınlaşaraq “gözlərini yum, ağzını aç” dediyi üçün o, da bunu etmiş, Məhkum özü də əli ilə onun gözünü yummuş və onun açıq olan ağzına yumşaq olan nəsə salmışdır. O, gözlərini açdıqda Məhkumun əynindəki şalvarın qabağının açıq olduğunu görmüşdür. O, tez evlərinə getmiş və baş verən hadisəni olduğu kimi anasına danışmışdır. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin vaxt o, kolbasa-çörək yem əmiş və qonşunun həyətində itlə oynamamışdır. Bu hadisə qonşunun həyətindəki darvazanın yaxınlığında baş vermiş, bu vaxt darvaza bağlı olmuş və həyətdə ondan və Məhkumdan başqa heç kim olmamış, sonuncu ona oyuncaq verməmiş və evinə dəvət etməmişdir. Gözləri bağlı olduğu üçün o, Məhkumun onun ağzına nə saldığını görməmiş, sonuncunun paltarları onun paltarlarına toxunmamışdır. Məhkum onun ağzına saldığı şeyi tez bir zamandan sonra çıxartmış, o, da gözlərini açdıqda qonşunun şalvarının qabağının açıq olduğunu görmüşdür. Əvvəllər nə o, nə də bacısı heç vaxt qonşunun həyətinə itlə oynamaq üçün girməmiş, həmin gün bacısı ilə birlikdə toyuğu tapıb hinə yerləşdirdikdən sonra X10 küçəyə çıxıb onu orada gözləmiş və həyətdə baş verənləri görməmiş və heç nə eşitməmişdir. Qeyd olunmalıdır ki, müdafiə çi V.Q.Şükürov zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi və təsvir edilən ifadələrlə eyni məzmunda olan ifadələrin müstəntiqin diktəsi ilə verməsi və sonuncunun ilkin izahatı ilə ziddiyyət təşkil etməsi barədə dəlillər irəli sürsə də, bir tərəfdən bu dəlillər iş materialları təkzib olunur, digər tərəfdən isə iş üzrə ibtidai araşdırma aparan müstəntiqin işin nəticələrində maraqlı olması, yaxud da Zərərçəkmiş şəxs dindirilməsi zamanı ona təsir və ya təzyiq göstərməsi heç bir sübutla təsdiq olunmur. Məhkəməyədək icraat zamanı da zərər çəkmiş Zərərçəkmiş şəxs belə şəxs qismində dindirilərkən eyni məzmunda ifadələr vermiş və o, bu ifadələrində göstərdiyi halları Məhkumlə 9 avqust 2022-ci il tarixdə üzləşdirilərkən bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsin in məhkəmə iclasında isə tədqiq edilmiş 12 may 2022-ci il tarixli ilkin izahatında isə Zərərçəkmiş şəxs bildirmişdir ki, o, küçədə bacısı ilə oynayarkən qonşuları Məhkumun itmiş toyuğunu tapıb onun həyətindəki hinə saldıqdan sonra Məhkum onu yanına çağırıb əli ilə onun gözlərini yummuş və “ağzını aç” demişdir. O, da ağzını açdıqdaMəhkum yumşaq və dadı turş olan bir şeyi onun ağzına salmışdır. Həmin şey barmaq olmamış, pis bir şey olmuşdur. Sonra o, küçədə gözləyən bacısının yanına getmiş, bacısı ilə birlikdə evə gələndən sonra baş vermiş hadisə barədə anasına məlumat vermişdir. Həmin vaxt onun əlində kolbasa-çörək olmamış və Məhkumn həyətində itlə oynamamışdır. Məhkum əli ilə onun gözünü tutanda heç nə görməmişdir. Məhkəmə istintaqı zamanı digər proses iştirakçılarından təcrid edilmiş xüsu si şəraitdə psixoloqun (mütəxəssisin) iştirakı ilə dindirilmiş azyaşlı şahid X10 göstərmişdir ki, 11 may 2022-ci il tarixdə o, və bacısı Zərərçəkmiş şəxs küçədə, evlərinin qarşısında oynayarkən qonşuları Məhkum onun itən toyuğunun tapılmasında və toyuğun hinə salınmasında köməklik göstərmələrini onlardan xahiş etmiş, onlar da birlikdə toyuğu tapıb Məhkumun yaşadığı evin həyətinə gələrək onun xahişini yerinə yetirmişlər. Bundan sonra o, həyətdən küçəyə çıxmış, Zərərçəkmiş şəxs isə həyətdə qalmışdır. Məhkumun həyətinin darvazası bağlı olduğundan o, sonradan həyətdə baş verənləri görməmiş və heç nə eşitməmişdir. Bir qədər vaxt o, Zərərçəkmiş şəxsni küçədə gözlədikdən sonra sonuncu da həyətdən çıxmış və onlar birlikdə yaşadığı evə getmişlər. Bundan əvvəl isə, onların hər ikisində kolbasa-çörək olsa da, Zərərçəkmiş şəxs onda olan bu ərzaqları əvvəlcədən yeyib qurtarmış və Məhkumun həyətində olarkın bacısının əlində heç nə olmamışdır. Evə qaydandan sonra Zərərçəkmiş şəxs anasına Məhkumun ona qarşı həyətdə etdiyi hərəkətlər barədə, yəni qonşunun onun ağzına nəsə salması və “ud” deməsi barədə danışmış, buna görə də anası Məhkumun evinə gedərək onunla dalaşmışdır. Məhkəmədə iclasında zərər çəkmiş şəxsin qanuni nümayəndəsi kimi tanınmış Şahid1 göstərmişdir ki, 11 may 2022-ci il tarixdə saat 20 radələrində o, yaşadığı evin yaxılığında yerləşən balaca dükanlarında olmuş, onun qızları Zərərçəkmiş şəxs və X10 isə həmin vaxt küçədə oynamışlar. Bu vaxt qonşusu Məhkum gəlib toyuğunun itdiyini bildirmiş, o, da sonuncuya onun toyuğunu görmədiyini deyib dukanı bağlayaraq evə getmiş, bundan bir qədər sonra qızları da evə qayıtmış və yemək yeməkdən ötrü masanın arxasına əyləşdikdən sonra qızı Zərərçəkmiş şəxs ona söz deyəcəyini bildirmişdir. O, qızından nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Məhkumun itmiş toyuğunu görmüş və bu barədə sonuncuya məlumat verdikdə sonuncu ondan və bacısı X10dan köməklik göstərmələrini və toyuğu tapıb həyətindəki hinə salmalarını xahiş etmişdir. Onlar bu xahişi yerinə yetirdikdən sonra X10 həyətdən bayıra çıxmış, o, yəni Zərərçəkmiş şəxs isə həyətdə qalmış və oradan çıxıb evə getmək istədikdə Məhkum onu saxlamış, sonra əli ilə onun gözünü bağlayıb ağzına yumşaq bir şey salmışdır. Zərərçəkmiş şəx bu haqda danışdıqda o, yəni Şahid1 yenə də dəfələrlə baş verənlər barədə qızından soruşmuş, Zərərçəkmiş şəxs də Məhkumun hərəkətl əri barədə eyni cür cavablar vermişdir. Qızının danışıqlarından Məhkumun ona qarşı nalayiq hərəkətlər etməsini başa düşərək o, Zərərçəkmiş şəxs ilə birlikdə Məhkumun yaşadığı evə getmiş, həyət qapısını döydükdə Məhkum özü qapıya çıxmış və o, Məhkumdan nə səbəbə uşağının gözünü tutduğunu soruşmuş, sonuncu isə bunu inkar edərək Zərərçəkmiş şəxsi yalnız başından öpdüyünü bildirmişdir. Sonra o, Məhkumdan barmağını qızının ağzına soxduğunu deyib bunun da səbəbi barədə soruşduqda, Məhkum özünü bir qədər itirərək barmağını qatlayıb əyani şəkildə ona göstərərək qızına barmağını dişləməsini söylədiyini qeyd etmişdir. Bundan sonra o, Məhkumla bir qədər sözlü mübahisə etdikdən sonra baş verənləri ərinə deyəcəyini bildirmiş və evə qayıdaraq ərinə zəng edib baş verənlər barədə ona xəbər vermişdir. Qanu ni nümayəndə Şahid1 ifadələrində həmçinin qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxsdən Məhkum tərəfindən onun ağzına salınmış şeyin barmaq olubolmamasını soruşduqda qızı təkrarən bildirmişdir ki, həmin şey barmaq yox, başqa yumşaq bir şey olmuşdur. Hadisədən əvvəl o, dükandan yalnız qızı X10a kolbasa-çörək vermiş, inci hadisədən əvvəl heç nə yeməmiş, sonuncu heç vaxt nəyisə uydurmağa, yalan danışmağa meylli uşaq olmamışdır. Məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 21 may 2022-ci il tarixli 1307 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs psixi xəstəlikdən əziyyət çəkmir, sonuncuda ona qarşı törədilən əməl zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq əlamətləri aşkar olunmamışdır. Həmçinin Zərərçəkmiş şəxs özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmamış, onun əqli və psixi inkişafı normaya uyğundur, o, yaş xüsusiyyətləri ilə əlaqədar onunla yaranmış şəraitin mahiyyətini dərk etmək qabiliyyətinə malik deyil və hadisə zamanı müqavimət göstərməyə bilərdi, ətrafında olan və baş verən hadisələri qavramaq, təsvir etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdir. Təsvir olunmuş və birinci və apellyasiya instansiyası məhkəmələrinin tədqiq edərək CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirilmiş sübutlardan, cinayət qanunu normasının tələblərindən və CM-in 150-ci maddəsində nəzərdə tutulmuş təfsirdən çıxış edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi, yəni on dörd yaşına çatmamış azyaşlı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakı əməl törətməsi bu və iş üzrə toplanmış və tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla tam təsdiq edilir və bu sübutlar iş üzrə başqa nəticəyə gəlməyə heç bir əsas vermir. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm ibtidai araşdırma orqanı, həm də birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum təqsirli olması barədə nəticəyə gəlib bu nəticəni əsaslandırarkən yolverilməz sübutlardan istifadə etməmiş və əsaslandıqları sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları təmin edilmişdir. Həm təsvir edilən, həm də iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların fonunda məhkəmə kollegiyası müdafiəçi V.Q.Şükürovun kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq həmin dəlilləri Məhkum cinayət məsuliyyətindən kənarda qalmasına yönəlmiş dəlillər kimi dəyərləndirilir və buna görə də kassasiya müraciətinin təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək hesab edir ki, işə baxan məhkəmələr CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən təqsirli bilindiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, ibtidai araşdırma zamanı qanuni üsullarla əldə olunmuş və sonradan məhkəmə iclaslarında tədqiq edilmiş sübutların inkar edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmələr tam qanuni olaraq Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əm əllərini törətməsi barədə mötəbər nəticəyə gələrək onun əməllərini CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə istər CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416.1-cı maddəsində göstərilən hallardan hər hansı biri müəyyən edilmir və buna görə Məhkum təqsirliliyi və onun əməlinin hüquqi tövsif ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır. Kassasiya şikayətində məhkumun müdafiəçisi V.Q.Şükürov Məhkum təqsirli bilindiyi CM-in 150.3.3-cü maddəsi ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürmədiyindən, apellyasiya instansiyası məhkəməsi isə onun barəsində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edərkən müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya həmin cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum müdafiəçisi V.Q.Şükürovun kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və bu şikayətin təmin edilməsi haqda sonuncunun, göstərilən şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmr anovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2025-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçisi V.Q.Şükürovun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2025-ci il tarixli qərarı kass

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar