Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1717/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli b ilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Məmmədzadə Səbinə Adil qızı (sədrlik edən və məruzəçi), Məmmədov Əli İrfan oğlu və Məcidov Azad Əli Ağa oğlundan ibarət tərkibdə) 1(101)-195/2023 nömrəli 12 dekabr 2023-cü il tarixli hökmü ilə 29 avqust 1992-ci ildə Şəmkir rayonu, Zəyəm qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şəmkir rayonu, Sarıtəpə Ərazi Dairəsi, Sarıtəpə kəndində qeydiyyatda olub, Abşeron rayonu, Qobu qəsəbəsi, Nübar yeni yaşayış massivində yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin əvvəli 16 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmış, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş və ərazi narkoloji dispanserində qeydiyyata alınmışdır. Hökmlə həmçinin maddi sübutlar və digər məsələlər həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Abbasov Mir zəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 28 fevral 2024-cü il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinərək ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham hökmdən xaric edilmişdir. Hökm məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 590 manat ödədikdən sonra 15 aprel 2023-cü il tarixdə saat 17:00 dəqiqədə əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «N» saylı hərbi hissənin yaxınlığında gizlədilmiş satış məqsədilə qanunsuz olaraq külli miqdarda, 16,283 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 16 aprel 2023-cü il tarixdə saat 01:30 dəqiqədə ərazidə x idmətdə olan Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən o, şübhəli davranışlarına görə Binəqədi rayonu, M.Abidin küçəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilmiş və orada həmin gün saat 03:15 dəqiqədə barəsində keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli, üzərində «Reebok» yazısı olan idman şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 16,283 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmiş dir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2024-cü il tarixli qərarı ilə Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırır ki, Bakı Ağır Cinayətlər Məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq etmişdir. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edilmişdir. Lakin apellyasiya istansiyası məhkəməsi iş üzrə sübutlara əhəmiyyət vermədən təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif etmiş, CM-in 234.4.1-ci maddəsini isə ittihamdan xaric etmişdir. Bununla da məhkəmə sadalanan sübutlara əhəmiyyət verməyərək təqsirləndirilən şəxsin məqsədyönlü və tutarlı dəlillər gətirmədən özünümüdafiə xarakterli ifadəsinə üstünlük verməklə toplanmış sübutları müqayisəli şəkildə təhlil etmədən apardığı birtərəfli araşdırmanın nəticələrinə əsaslanmaqla Məhkum əməlini əsassız olaraq CM-in 234.1-1-ci maddəsinə tövsif etmişdir. Kassasiya protestində mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxıcına təyin edilməsi xahiş olunmuşdur. M əhkum kassasiya şikayətində bildirmişdir ki, ona təyin edilən cəza ağır olmaqla himayəsində 3 azyaşlı övladının olmasını, həyat yoldaşının işləməməsini, ailəsinin anası ilə birlikdə çətin vəziyyətdə yaşamasını və ailənin yeganə qazanc gətirəni olmasını nəzərə almayaraq ağır cəza təyin etmişdir. Yüngülləşdirici halları nəzərə alaraq ona təyin edilmiş cəza müddətinin azaldılması və yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması, kassasiya protestinin təmin olunmaması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını din ləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən et mir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya müraciətlərinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində sübutların düzgün araşdırılmamasını, əməlin hüquqi tövsifinin səhv olmasını, məhkum isə kassasiya şikayətində ona ağır cəza təyin olunmasını iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini müvafiq olaraq CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələb ləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictim ai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtl ərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası ilk əvvəl kassasiya protestinin dəlillərinə qiymət verərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İbtidai araşdırma orqanı tərəfindən Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittih amın mahiyyəti ondan ibarət olmuşdur ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 590 manat ödədikdən sonra 15 aprel 2023-cü il tarixdə saat 17:00 dəqiqədə əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «N» saylı hərbi hissənin yaxınlığında gizlədilmiş satış məqsədilə qanunsuz olaraq külli miqdarda, 16,283 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində d indirilən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir və bu, onda artıq asılılıq yaratmışdır.O, 4 nəfər tanışı ilə birlikdə tanımadığı bir şəxsdən sifariş etdiyi narkotik vasitəni axtarmaq məqsədi ilə həmin saxlanıldığı yerə daxil olmuş, lakin narkotik vasitəni götürməyə getsə də, maşından düşdükdən çox qısa bir müddətdən sonra saxlanıldığı üçün həmin narkotik vasitəni tapa bilməmişdir. Polis əməkdaşları ona yaxınlaşdığı zaman üstündə narkotik vasitə olmamış, polis əməkdaşları özlərini təqdim etdikdən sonra onu bölməyə dəvət etmişlər. Polis bölməsində üstünə baxış keçirilmiş və narkotik maddə aşkar edilməmişdir. O, 2023-cü il 15 apreldən 16 aprelə keçən gecə tutulmuş, video çəkiliş isə gecə saat 3 radələrində aparılmışdır. Vəkil bu zaman gələrək yalnızca dindirmə prosesində iştirak etmiş, video çəkiliş zamanı isə iştirak etməmişdir. O, həmin vaxt ərazidə əməliyyat aparıldığı üçün saxlanılmışdır. Onunla birlikdə tutulan 4 nəfər bölmədən buraxılmışdır. -Binəqədi RPİ-nin PPXB-nin polis nəfərləri Şahid1, Şahid2 və Şahid3 tərəfindən tərtib olunmuş 16 aprel 2023-cü il tarixli raportdan görünür ki, 16 aprel 2023-cü il tarixdə 6cı PB-nin inzibati ərazisində xidmətdə olan zaman saat təxminən 01.30 radələrində Biləcəri qəsəbəsi, M.Abidin küçəsində hərəkətdə olarkən yaxınlıqda bir nəfər şəxsin əlində fənərlə hasarın yanına işıq salaraq axtarış etdiyini görmüşlər. Həmin ünvanda baş vermiş oğurluq hadisələri ilə əlaqədar həmin şəxsə yaxınlaşmaq istədikdə, o, post patrul maşınını görərək oradan yayınmaq istəsə də, onun bu cəhdinin qarşısı alınmış, həmin şəxslə söhbətlər apararkən qeyri-səmimi cavablar verərək yayınmağa çalışmış, bu səbəbdən də həmin şəxs PB-yə dəvət edilmiş və onun Məhkum olduğu müəyyən edilmişdir. - Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin 11 iyun 2023-cü il tarixli məktubundan görünür ki, əməliyyat tapşırığına əsasən bir sıra əməliyyat tədbirləri keçirilmiş, məxfi əməkdaşlara tapşırıqlar verilmiş, Məhkum yaşadığı ünvanın yaxınlığında yaşayan şəxslərlə söhbətlər aparılmış və müəyyən edilmişdir ki, Məhkum narkotik vasitənin satışı ilə məşğul olmuş, lakin onun narkotik vasitə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. -«şəxsi axtarış və götürmə aparılması haqqında» 16 apr el 2023-cü il tarixli protokoldan və raportdan görünür ki, Məhkum üzərində şəxsi axtarış və götürmə aparılan zaman şübhəli şəxs Məhkum bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Məhkum əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümü, 1 ədəd «Samsung Duas» markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoyduqdan sonra təqdim etdiyi bükümün narkotik vasitə olan heroin olduğunu, 15 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin yaxınlığında tanımadığı şəxsd ən 590 manata aldığını bildirmişdir. - Məhkəmə kimyəvi ekspertizasının 16 aprel 2023-cü il tarixli 6/2240 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «....(imza) Məhkum....» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 16,283 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Məcburi-narkoloji tibbi yoxlama üzrə 13 may 2023-cü il tarixli 2892 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - «diskə baxış keçirilməsi haqqında» 16 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum üzərində Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin xidməti otağında şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş özündə həmin video görüntüləri əks etdirən bir ədəd diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin disk CD formatlıdır, Məhkum üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif olunmuş və o, əynində olan boz rəngli, üzərində «Reebok» yazısı olan idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sol cibindən isə qara rəngli «Samsung Duos» markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuş, üzərindən aşkar olunmuş maddənin nə olduğu, nə vaxt və kimdən əldə edildiyi soruşulmuş, sonuncu həmin bükümdə «kakos» adı ilə tanıdığı narkotik vasitə olmasını, onu 16 aprel 2023-cü il tarixində saat 17 radəl ərində 590 manat pul müqabilində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Hərbi hissənin yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istehlakı üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Baxışda iştirak edən Məhkum video görüntüdə görünən şəxsin özü olduğunu təsdiq etmişdir. -«mobil telefona baxış keçirilməsi haqqında» 16 aprel 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə şübhəli şəxs Məhkum 16 aprel 2023-cü il tarixində barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən əynində olan boz rəngli, üzərində «Reebok» yazısı olan idman şalvarının sol cibindən çıxararaq təqdim etdiyi qara rəngli «Samsung Duos» markalı mobil telefona baxış zamanı mobil telefonun ekranının qara rəngli, korpusunun özünün isə boz rəngli olduğu, mobil aparatın arxa kor pusu, onun ardınca akkumulyator batareyası çıxarıldıqda həmin telefonun 3564xx/xx/088062/2 və 3564xx/xx/088062/0 İMEİ kodlu SM-G531H/DS modelli Vyetnam istehsalı olduğu, içərisində "xxxx" MMC-yə məxsus üzərində ********** və ********** yazıları olan qırmızı rəngli +**********14 saylı GSM nömrəsinin taxıldığı müəyyən edilmişdir. Mobil telefonun daxilindəki məlumatlara baxış keçirilməsi məqsədi ilə mobil telefon adapter vasitəsi ilə əlavə enerjiyə qoşulub aktiv vəziyyətə gətirilərək «yığılmış», «qəbul edilmiş», «zənglər» və «SMS»lər bölməsində iş üçün əhəmiyyəti olan bir məlumatın olmadığı müəyyən edilmişdir. Həmçinin mobil telefonun «Qalereya» bölməsində olan bir ədəd «m10 hesabının artırılması» adlı qəbzdən görünür ki, xx/xx/2023-cü il tarixində saat 17:49:38-də Abşeron rayonu, Hökməli-Qob u yolu, «Yurd» marketdə yerləşən «Milliön» elektron ödəmə sistemi vasitəsi ilə ********** PW8 ********** nömrəli əməliyyatla +**********37 saylı telefon nömrəsindən açılmış hesaba 590 (beş yüz doxsan) AZN pul köçürülməsi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələ rin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məq sədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlər in narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3- 1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayət də köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin məhkumun məhkum olunmuş şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi ilə bağlı verilmiş ittihamla razılaşmasına baxmayaraq, bu halın nə ilə sübut olunduğunu əsaslandırmaması, satışın nədə ifadə olduğunu, işin hansı halları ilə təsdiq olunduğunu m üəyyən etməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əısaslıdır. Buna görə məhkəmə kollegiyası məhkum olunmuş şəxs tərəfindən narkotik vasitənin məhz satış məqsədi ilə əldə etməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzfün olmaması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitələrin miqdarı deyil, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, şəxs təkcə narkotik madd ələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (bax, İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Lakin, hazırkı iş üzrə narkotik vasitənin əldə olunarkən, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi və sair digər hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitə lərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.Cinayət işinin materiallarından da göründüyü kimi, narkotik vasitənin xırda bağlamalara bükülməsindən başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü ki, Məhkum barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat müvəkilllərində məlumat olmamış, hadisələrin təsadüfi axarı zəminində şübhəli davranışlarına görə tutulmuş və istintaqın gedişi zamanı isə verilmiş əməliyyat tapşırığı zamanı onun na rkotik vasitənin satışı ilə məğul olması, lakin həmin vasitənin satıldığı şəxsləri müəyyən etməyin mümkün olmadığı qeyd edilsə də, ümumiyyətlə onun narkotik vasitənin satışı ilə məğul olması, onun barəsində əməliyyat məlumatının olması halları mövcud olmamış və bu halları təsdiq edən heç bir sübut irəli sürülməmişdir. Narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsi, həmçinin, narkotik vasitə və psixotrop maddəni kimdən, necə və hansı şəraitdə əldə etməsini keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən etmək mümkün olmamış, eyni zamanda şahid qismində ifadə vermiş polis əməkdaşları Məhkum nə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məğul olduqlarını, nə də satış məqsədinin olması və satışı ilə məşğul olması barədə ifadə verməmişlər. Məhkəmə kollegiyası, cin ayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi ilə bağlı hesab edir ki, bu cinayət qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi ilə baş verməmişdir. Cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, Məhkum ilə narkotik vasitəni satan şəxs arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edilməmişdir. Odur ki, Məhkum narkotik vasitəni satan şəxslə onun satışı barədə əvvəlcədən razılığa gəlməməsi, özünün bu vasitələrin satışından mənfəət əldə etmək məqsədi olmaması və o, onun satış məqsədi olmadan narkotik vasitəni əldə etmək olduğundan onun əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan külli miqdarda na rkotik vasitə əldə etmə və daşıma kimi qiymətləndirilməsi barədə apellyasiya instansiyası məhkəməsini gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək hər hansı bir sübut olmadığından onun tərəfindən məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi, saxlanması və daşıması qənaətinin əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi düzgün və əsaslıdır. Məhkum CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırlması mümkün deyil, ittiahm tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında da belə sübut yoxdur. Belə ki, Məh kum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilsə də, onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və daşıması təsdiq olunmamışdır. Belliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və digər bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə verilmiş ittihamın əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmasını təsdiq edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq ka ssasiya protestinin Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitəni satış məqsədi ilə əldə etməsini, satmasını və həmin əsaslarla da apellyasiya instansiyası məhkəməsinin onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etməsinin düzgün olmaması barədə dəlillərini mülahizə (ehtimal) xarakterli dəlillər kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər məhkum olunmuş şəxsin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilmiş hesab olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübu tların məcmusu ilə müəyyən edilmişdir. Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılm alıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayəti n ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası CM-innin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, "Azərbaycan Respublikası CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1 -ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli, "Azərbaycan Respublikası CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarları). "Məhkəmələr tərəfindən cinayət cəzala rının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir t ədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, "cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dər əcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Apellyasiya Məhkəməsi cinayət işinin obyektiv və subyektiv hallarını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Məhkum şəxsiyyətini, əməlində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını ədalətli olmaqla, onun islah olunmasını və cəzanın məqsədini təmin ediılməsi barədə əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin məhkuma təyin edilmiş cəzanın ağır olması ba rədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun əməlinin tövsifi, həmçinin CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi və cəza təyin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən cinayət işinə baxılarkən cinayət və cinayət-prosesseal qanunvericiliyin tələbləri pozulmamış, kassasiya protestinə və kassasiya şikayətinə əsasən əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətini n təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protesti və Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1717/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1717/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver