Məhkəmə qərarları › İş №1(102)-1718/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1718/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1718/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 okt yabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: E.H.İsmayılov (sədrlik edən və məruzəçi), C.İ.Hüseynov və S.İ.Əliyevdən ibarət tərkibdə) 29 oktyabr 2019-cu il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs - xx xxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan yaşamış Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə, Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəlinin 06 avqust 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X2 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs və X2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkmə, yetişdirmə və onları (onların hissələrini) toplamaqla kultivasiya etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkmə, yetişdirmə və onları (onların hissələrini) toplamaqla kultivasiya etmə, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, hazırlama, daşıma, göndərmə və satma barədə tanışı X2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə X2 qanunsuz olaraq naməlum mənbədən məlum olmayan vaxtda və şəraitdə əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2018-ci ilin mart ayında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun yaşadığı Ünvan 2 ünvanında əvvəlcə kapron stəkanlarda əkib onların cücərməsinə nail olduqdan sonra bitkiləri həmin evin həyətyanı torpaq sahəsində əkməklə 06 avqust 2018-ci il tarixədək olan müddət ərzində külli miqdarda 75 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qulluq göstərməklə onları yetişdirərək və hissələrini toplayaraq kultivasiya etmiş, X2 və Təqsirləndirilən şəxs çətənə (kannabis) bitki kollarının olduğu həmin sahəni kənar təsirlərdən qorumaq üçün mütəmadi nəzarətdə saxlamaq məqsədi ilə oraya müşahidə kameraları və "WiFi" internet ötürücü aparatı quraşdırmaqla özləri üçün mobil telefonla videogörüntü vasitəsi ilə onlayn müşahidə şəraitini təmin etmiş, Təqsirləndirilən şəxs birlikdə kultivasiya etdikləri tərkibində narkotik maddələr olan həmin çətənə (kannabis) bitki kollarından toplayıb kustar üsulla hazırladıqları külli miqdarda 6005 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə saxlaması barədə X2un təlimatına əsasən öz yaşadığı Ünvan 2 ünvanında qanunsuz saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Nar kotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 06 avqust 2018-ci il tarixdə saat 07:30-da Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən evinə baxış keçirilərkən Təqsirləndirilən şəxs evin dəhlizində yerləşən masanın altından 1 ədəd ağ rəngli polietilen torbada çıxarıb təqdim etdiyi külli miqdarda 6005 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən təxminən 20 kvadrat metr sahədə əkilmiş və aqrotexniki qaydada qulluq göstərilmiş külli miqdarda yaş vəziyyətdə ümumi çəkisi 91500 qram olmaqla ümumi sayı 75 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Hökmdən verilmiş apellyasiya şik ayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən və məruzəçi), F.A.Qasımov və R.M.Abdulovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək istintaq zamanı v erdiyi səmimi ifadələrini, ağır xəstəlikdən əziyyət çəkdiyini, digər məhkum X1 işin təşkilatçısı olmağına baxmayaraq ona 6 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası verildiyini, iş üzrə digər faktların araşdırılmadığını nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2020-ci il tarixli qərarının ləğv edilərək daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxm ış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək istintaq zamanı verdiyi səmimi ifadələrini, ağır xəstəlikdən əziyyət çəkdiyini, digər məhkum X1 işin təşkilatçısı olmağına baxmayaraq ona 6 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası verildiyini, iş üzrə digər faktların araşdırılmadığını nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2020-ci il tarixli qərarının ləğv edilərək daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instans iya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə təsdiq olunaraq, tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan sübutlar əsasında ittiham olunduğu cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlinməklə onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qe yd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. A zərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakter i və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Məhkəmə Kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs barəsin də seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmələr tərəfindən bu məsələnin həlli zamanı Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 58.3-cü mаddəsinin tələblərinə riаyət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Azərbaycan Respublikası CM-nin 61.1.4-cü maddəsinə əsasən, cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsini onun cəzasını a ğırlaşdıran hal kimi nəzərə alınmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası təqsirli bilindiyi maddələrin sanksiyası həddində olmaqla Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58-ci maddələrlə müəyyən edilmiş tələblərə cavab verdiyindən, cəzanın yüngülləşdirilməsi üçün başqa qanuni əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkum Təqsirləndirilən şəxs müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2020-ci il tarixli q ərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar