Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1718/2022 08.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ X7 Qılıcov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Nazim Rasim oğlu Mövsümov ibarət tərkibdə; Aytac Səfa qızı Əhmədlinin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, məhkum NəzarMəhkum, müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs X3 iştirakları ilə, NəzarMəhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Ş əki Apellyasiya Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 10 iyun 2021-ci il tarixli 1(024)05/2021 nömrəli hökmü ilə xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işsiz, Qax rayonu Turaclı kəndində pasport qeydiyyatında olmaqla, faktiki Xızı rayonu Yeni Yaşma kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş NəzarMəhkum Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə aza dlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, üzərinə 08 avqust 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddətin bir günü CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Kəmalə Nəzarəliyevaya qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması, cəzasının əvvəlinin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanması, təqsirləndirilən şəxs NəzarMəhkum üzərinə gün ərzində yaşadığı Xızı rayonunun ərazi hüdudlarını tərk etməmək, eləcə də yaşayış yeri olan Xızı rayonu Yeni Yaşma kəndində yerləşən yaşayış evi ni saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəlinin icra və probasiya orqanında qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrasının təqsirləndirilən şəxs NəzarMəhkum yaşayış yeri üzrə Xızı Rayon İcra və Probasiya şöbəsinə tapşırılması, CMin 79.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs NəzarMəhkum azy aşlı uşağı xx.xx.2019-cu il təvəllüdlü X2 on dörd yaşına çatanadək Kəmalə Nəzarəliyevaya təyin olunmuş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin təxirə salınması, iş üzrə zərərçəkmiş şəxs X6 vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah olunması, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın NəzarMəhkum alınaraq dövlət büdcəsinin müvafiq hesabına köçürülməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli, 1(107)-145/2022 saylı qərarı ilə (sədrl ik edən və məruzəçi hakim G.Q.Abbasov hakimlər E.Ş.Hüseynov və G.İ.Cavadovadan ibarət məhkəmə tərkibdə) təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 1(024)-05/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli, 1(107)-145/2022 saylı qərarından məhkum NəzarMəhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən NəzarMəhkum qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, Kəmalə Nəzarəliyeva qəsdən, tamah n iyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat təxminən 19 radələrində Qax rayonu Turaclı kənd sakini X4 məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq evin qonaq otağında yerləşən saxlanc yeri olan sandığın içərisindən sonuncunun həyat yoldaşı Aytac Qənbərovaya məxsus hər biri 5 qram olan 585 əyarlı ümumi dəyəri 300 manat olan 6 ədəd qadın qızıl üzüyü, bir ədəd 10 qram olan 585 əyarlı ümumi dəyəri 600 manat olan kişi qızıl üzüyünü, bir ədəd 20 qram olan 750 əyarlı ümumi dəyəri 1500 manat olan qızıl boyunbağını, hər biri 5 qram olan 750 əyarlı ümumi dəyəri 375 manat olan iki ədəd qızıl bilərziyi və iki ədəd hər biri 5 qram olan 750 əyarlı ümumi dəyəri 375 manat olan qızıl sırğanı gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 3150 (üç min bir yüz əlli) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli, 1(107)-145/2022 saylı qərarının ləğv edilməsini, məhkum NəzarMəhkum barədə verilməsini xahiş etmişdir. Kassasiya şikayətində məhkumun müdafiəçisi işə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində baxılan zaman CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrinin tələblərinin kobud şəkildə pozulduğunu qeyd etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məhkumun müdafiəçisinin isə kassasiya şikayətinin təmin edilməsi barəd ə, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərin in hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində işə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində baxılan zaman CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrinin tələblərinin kobud şəkildə pozulduğunu bildirmiş, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli 1(103)-261/2021 saylı hökmünün ləğv edilməsini, CM-nin 120.1-ci maddəsilə olan hissəyə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, kollegiya məhkumun müdafiə çisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli, 1(107)-145/2022 saylı qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsəl ələrinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz m əhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və məhkəmələr tərəfindən işə baxılan zaman CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrinin tələblərinin kobud şəkildə pozulduğunu barədə məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü dəlillərinin ibtidai araşdırma orqanının topladığı və məhkəmə baxışı zamanı tədqiq olunmaqla təsdiq olunmuş və cinayət işinin digər materialları ilə, habelə tədqiq olunmuş digər mötəbər sübutlarla kifayət qədər təkzib edildiyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq məhkum NəzarMəhkum əməlini Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə toplanmış sübutların məcmusunun müqayisəli şəkildə təhlili və qiymətləndirilməsi nəticəsində NəzarMəhkum qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizl i yolla talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətməsi barədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Kəmalə Nəzarəliyeva (Əliyeva) həm apellyasiya şikayətində, həm də birinci instansiya məhkəməsi icraat zamanı veridi ifadələrində polis şöbəsində döyüldüyünü göstərsə də, kollegiya bu ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, NəzarMəhkum polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə xx.xx.2020-ci il tarixdə Qax rayon prokurorluğuna etdiyi şikayətlə bağlı araşdırma aparılmış, araşdırma zamanı polis əməkdaşları Qax RPŞ-nin CAB-nin rəisi Azər Nəsirovun və polis müstəntiqi Zöhrab Abdullazadənin əməllərində cinayət tərkibi olmadığına görə CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin faktla əlaqədar toplanmış material üzrə cinayət işi nin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs Kəmalə Nəzarəliyeva(Əliyeva) Qax rayon prokurorluğunun müstəntiqi Nərmin Həşimzadənin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 oktyabr 2020-ci il tarixli qərarından şikayət verməmişdir. Məhkumun və onun müdafiəçisinin Kəmalə Nəzarəliyevanın (Əliyevanın) ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, məhkumun ona qarşı irəli sürülən cinayət əməlini törətməsi ibtidai istintaq zamanı verdiyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Kəmalə Nəzarəliyevanın(Əliyevanın) əməlində CM-in 177.2.3-cü maddəsinin tərkibi vardır, kassasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi haqlı olaraq işin faktiki hallarını nəzərə alaraq məhkum NəzarMəhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.22.3-cü maddəsinə tövsif etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 1(107)-145/2022 saylı qərarının ləğv edilməsini, CM-nin ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə bəraət verilməsinə dair kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Res publikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədi ni təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi cəza təyini ilə bağlı məhkum yaşayış yeri üzrə müsbət xarakteristika olunmasını, himayəsində azyaşlı övladının olmasını yüngülləşdirici hal kimi və barəsində ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58. 3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəm ə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməsi barədə, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 1(107)-145/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. NəzarMəhkum barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 1(107)-145/2022 saylı qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə də
Məhkəmə qərarları › İş №1(102)-1718/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1718/2022
08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver