Məhkəmə qərarları › İş №1(102)-1718/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1718/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1718/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs1, nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin ( sədrlik edən hakim: Vüsal Qurbanov) 18 oktyabr 2023-cü il tarixli hökmü ilə xx.xx.1980-ci ildə Lerik rayonu Andurma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Lerik rayonu Andurma kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə nəzə rdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, ona CM-in 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 320.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rej imli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 8 sentyabr 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Hökmlə həmçinin, qətimkan, mülki iddia, məhkəmə məsrəfi və maddi sübut məsələləri də həll edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüseyn Cavid Vaqif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 12 mart 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Mustafayev Namiq Cuma oğlu, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-113/2023 saylı, 18 o ktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmiş, CM-in 320.2-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmiş, CM-in 66.2-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar və ifadələr hökmdən xaric edilmiş, Məhkum üzərində CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə əhat ə olunan qəsdlə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edib təyyarə uçuş bileti alıb müştərilərə satmaqla gəlir əldə edəcəyinə dair yalan vəd verərək 08 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı öz ofisində 4.700 manat, Azərbaycan Respublikasına gətirdikləri düyünü gömrükdə rəsmiləşdirib satdıqdan sonra əldə olunan gəlirdən onda da xeyir verəcəyinə dair yalan vəd verib aldadaraq 10 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı öz ofisində 15.000 manat, Azərbaycan Respublikasına gətirdikləri toyuqları gömrükdə rəsmiləşdirib satdıqdan sonra əldə olunan gəlirdən onda da xeyir verəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2021ci il tarixdə ünvan 3 ünvanında yerləşən çay evində 10.000 manat, ümumilik də 29.700 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə bilə-bilə saxta sənədlərdən istifadə etməklə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə BƏƏnin Dubay şəhərində olan “Sheraton Grand” otelə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində getməsi üçün bilet və otel xidmətini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı ofisdə ilkin olaraq 800 manat, xx.xx.2022-ci il tarixdə isə 1.351 manat, ümumilikdə 2.151 manat pulunu ələ keçirdikdən sonra şəxsiyyəti istintaqa məlu m olmayan "xxxx" adlı şəxsdən əldə etdiyi otel bron edilməsi barədə saxta sənədi MMC-nin işçisi olan Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 təqdim etməklə Zərərçəkmiş şəxs2 ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə bilə-bilə saxta sənədlərdən istifadə etməklə Zərərçəkmiş şəxs3 Koroğlu qızının etibarından sui istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə BƏƏ-nin Dubay şəhərində olan “Sheraton Grand” otelə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində getməsi üçün bilet və otel xidmətini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı ofisdə ilkin olaraq 800 manat, x x.xx.2022-ci il tarixdə isə 1.351 manat, ümumilikdə 2.151 manat pulunu ələ keçirdikdən sonra şəxsiyyəti istintaqa məlum olmayan "xxxx" adlı şəxsdən əldə etdiyi otel bron edilməsi barədə saxta sənədi MMC-nin işçisi olan Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs3 təqdim etməklə Zərərçəkmiş şəxs3 Koroğlu qızına ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə bilə-bilə saxta sənədlərdən istifadə etməklə Zərərçəkmiş şəxs4 etibarından sui istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə BƏƏnin Dubay şəhərində olan “Sheraton Grand” otelə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində getməsi üçün bilet və otel xidmətini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı ofisdə ilkin olaraq 800 manat, xx.xx.2022-ci il tarixdə isə “Beynəlxalq Bank”a məxsus Şahid1 adına olan 4127-2093-0480-xxxx saylı plastik kart hesabına 1.351 manat göndərtməklə, ümumilikdə 2.151 manat pulunu ələ keçirdikdən sonra şəxsiyyəti istintaqa məlum olmayan "xxxx" adlı şəxsdən əldə etdiyi otel bron edilməsi barədə saxta sənədi MMC-nin işçisi olan Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs4 təqdim etməklə Zərərçəkmiş şəxs4 ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 etibarından sui istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə Rusiya Federasiyasının Sankt Peterburq şəhərində q almaq üçün bilet və otel xidmətini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı ofisdə ilkin olaraq 1.000 manat, xx.xx.2022-ci il tarixdə isə 1.170 manat, ümumilikdə 2.170 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs7 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 etibarından sui istifadə edib Rusiya Federasiyasının Sankt Peterburq şəhərində qalmaq üçün bilet və otel xidmətini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı ofisdə 2.220 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs8 ziyan vurm aqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 etibarından sui istifadə edib BƏƏ-nin Dubay şəhərinə getməsi üçün viza təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı ofisdə 354 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs5 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə edərək tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə bilə-bilə saxta sənədlərdən istifadə etməklə Zərərçəkmiş şəxs6 etibarından sui istifadə edib vahid niyyətlə Türkiyə Respublikası, Alanya şəhərində yerləşən “Xafira Deluxe” adlı otelə getməsi üçün bilet və otel xidmətini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasındakı ofisdə 120 manat nağd və 596 manat post terminal vasitəsi ilə, ümumilikdə 716 manat pulunu ələ keçirdikdən sonra şəxsiyyəti istintaqa məlum olmayan "xxxx" adlı şəxsdən əldə etdiyi 02 ədəd saxta bileti MMC-nin işçisi olan Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs6 təqdim etməklə Zərərçəkmiş şəxs6 ziyan vuraraq dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırır ki, Şahid2 onun barəsində 30.000 (otuz) min manat pul vəsaitinin alınaraq mənimsənilməsində şəxsən özünün təşəbbüsü və gördüyü tədbirlər nəticəsində dələduzluq cinayəti törədilmişdir. Lakin məlum olmayan səbəblərə görə Şahid2 cinayət məsuliyyəti nə cəlb edilməmişdir. Hətta onun barəsində CM-in 178.2.1-ci maddəsi ilə cinayət təqibinin rədd edilməsinə dair qərarda qəbul edilmişdir. Beləliklə də, CM-in 32.1 və 32.5 maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Beləki, Şahid2 həm icracı, həm təhrikci, həmdə təşkilatçı olmaqla dələduzluq cinayətini törətmişdir. Cinayət işinin materialında və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-189 saylı 12 mart 2024-cü il tarixli qərarında yenə də Məhkum tərəfindən vururlmuş zərər görə o, 30.000 min manat üzrə zərərcəkmiş kimi tanınıb. Halbuki Məhkum ona elan edilmiş CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsi ilə cinayət işində Zərərçəkmiş şəxs1 epizodu üzrə özünü təqsirli bilməmişdir. Bu isə onu deməyə əsas verir ki, onun aldadılaraq 30000 manat pulunun mənimsənilməsi Şahid2 tərəfindən icra edi lmişdir. Hətta Məhkum saxlanıldığı təcridxanadan Bakı Apellyasiya Məhkəməsinə rəsmi yazıb göndərdiyi ərizəsində qeyd edir ki, onu Şahid2 aldatmışdır. Bununla ziyanın ona ödənilməsi üzrə nə istintaq, nə də məhkəmələr tərəfindən hec bir qanuni tədbir görülməmiş və onun mövqeyinə qeyri-obyektiv yanaşılmış, qanunun tələbləri kobud surətdə pozulmuşdur. Şahid2 məsuliyyətdən yayındırılması ilə ona dəyən 30.000 (otuz) min manat ziyanın ödənilməsi mümkünsüz hesab edilmiş və bununla da Şahid2 maddi məsuliyyətə alınmasını təmin edən mülki iddianın verilməsini də aradan qaldırmışdır. İstintaq və məhkəmələr tərəfindən qanun pozuntusu davamlı formada həyata keçirilmişdir. Məhkəmələrində araşdırması olduqca səthi olduğundan Şahid2 məsuliyyətə alınmamışdır. Beləliklə də, Şahid2 təqsirləndirilən şəxs qismi ndə məsuliyyətə cəlb edilməsi ücün kifayət qədər sübutlann olmasına baxmayaraq, Nərimanov rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkməsi tərəfindən CPM-in müvafiq maddələrinin tələblərinə əməl edilmədiyindən Şahid2 məsuliyyətdən kənarda qalmışdır. Kassasiya şikayətində mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin yenidən baxılması üçün apelyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin və onun vəkilinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi b irinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbi q edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətini CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Zərərçəkmiş şəxsin kassasiya şikayətində mübahisələndirilən məsələlər ədalətli məhkəmə araşdırmasınını aparılmaması, cinayət məsuliyyətinə cəlb olunmalı şəxslərin məsuliyyətdən kənarda qalması barədədir. Məhkəmə baxışının hədlərinə həsr edilmiş Azərbaycan Respublikası CPM-in 318.1ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Eyni zamanda CPM-in 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılmas ı üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, CPM-in 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Bu qərarında Konstitusiya Məhkəməsi belə hüquqi mövqe ifadə etmişdir ki, məhkəmələr şikayət olmadıqca sübutların qiymətləndirilməsi haqqında qərarı öz təşəbbüsü ilə ləğv etməyə haqlı deyil. Belə qərarın qüvvədə olduğu müddətdə isə məhkəmə işlərə verilən ittiham daxilində baxmalı və ittihamdan kənara çıxmamalıdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş şəxs tərəfindən həyata keçiri lir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Belə yanaşma CPM-in məhkəmə baxışının hədlərini müəyyən edən 318.1-ci maddəsinin tələblərindən də irəli gəlir. Həmin müddəalara əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxılır. Qeyd olunanlar həmçinin beynəlxalq hüquqi sənədlərin müvafiq normalarından irəli gəlir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (bundan sonra - BMT) Baş Assambleyasının 29 noyabr 1985-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Məhkəmə orqanlarının müstəqilliyinə dair BMT-nin Əsas prinsipləri”nə müvafiq olaraq məhkəmə orqanlarının müstəqilliyi prinsipi məhkəmə orqanlarına hüquq verməklə yanaşı, onlardan məhkəmə araşdırmasının ədalətli aparılması və tərəflərin hüquqlarına riayət olunmasının təmin edilməsini də tələb edir. BMT-nin İqtisadi və Sosial Şurasının 1989-cu il 24 may tarixli 1989/60 saylı qətnaməsi ilə təsdiq olunmuş “Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsiplərinin effektiv həyata keçirilməsinin Prosedurları”na əsasən heç bir hakimdən onun müstəqil statusuna uyğun olmayan funksiyaların həyata keçirilməsini tələb etmək ol maz. “Hakimlərin davranışına dair Banqalor prinsipləri”ndə nəzərdə tutulmuş obyektivlik və qərəzsizlik prinsipinə müvafiq olaraq hakim öz vəzifələrinin icrası zamanı hər hansı üstüntutma hallarından, qabaqcadan formalaşmış yanlış fikirlərdən və qabaqcadan hasil olan qənaətlərdən azaddır. “Hakimlərin davranışına dair Banqalor prinsiplərinin Kommentariyası”na görə hakim işin hallarının dəqiqləşdirilməsi üçün suallar verə bilər, lakin əgər o, məhkəmə iclasının gedişinə mütəmadi müdaxilə edirsə və mülki iş üzrə icraatı praktiki olaraq öz nəzarətinə götürürsə və ya cinayət işi üzrə icraatda prokurorun rolunu yerinə yetirirsə və baxılan iş üzrə çıxarılan qərarda nəticələrə gəlmək üçün onun apardığı dindirmənin nəticələrindən istifadə edirsə, bu halda hakim həm də vəkil və şahidə çevrilir ki, bun un nəticəsində tərəflərin ədalətli məhkəmə araşdırması hüququ reallaşdırılmamış qalır. Hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququ “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14cü maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində təsbit edilmişdir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (Jaakko Johannes Markkula Finlandiyaya qarşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 318.2-ci maddəsi təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatət irəli sürməsi hüququnu təsbit etmişdir ki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən bu barədə irəli sürülən vəsatət təmin edilməmişdir. Buna görə də məhkəmə kollegiyası kassasiya şikayətinin iş üzrə digər şəxsin də məsuliyyətə cəlb olunması tələbini əsassız hesab edir və qeyd edir ki, məhkəmələr tərəfindən işə verilmiş ittiham daxilində baxılmış və cinayət prosessual qanunvericiliyin məhkəmə baxışının hədlərinə dair tələbləri pozulmamışdır. Kassasiya şikayətinin cinayət işi üzrə toplanmış sübutların düzgün araşdırılmaması ilə bağlı dəlillərinə münasibə tdə kasssasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə və onların məcmusuna ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olm asının təsbit edildiyini nəzərə alaraq, Məhkum CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirli bilinməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxslərin, şahid ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respubl ikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Apellyas iya instansiyası məhkəməsinin qərarının kassasiya şikayətinə əsasən ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət K ollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar