Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1719/2022 13.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi – Gəncə Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət itt ihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.T.Əliyev, hakimlər F.N.Mahmudov və D.H.İmanovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1990-cı il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirl i bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 23 avqust 2021-ci il tarixdən hesablanması, Məhkum ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Xasməmmədov, hakimlər Ç.B.Məmmədov və T.A.Muxtarovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi nə tövsif edilmiş, Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum 23 avqust 2021-ci ildə ona məxsus “VAZ 21725” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi zamanı aşkar edilib götürülmüş 3 bükümdə ümumi təmiz çəkisi 2,728 qram təşkil edən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini və çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 1 ədəd bükümdə kütləsi 0,316 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədi ilə əldə edib üzərində saxlamasına və daşımasına, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına, eləcə də qeyd olunan narkotik vasitələrin məhv edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, qalan h issədə hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, Məhkum müdafiəçisi tərəfindən isə kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısında təsbit edilmiş külli miqdarda yəni, ümumi təmiz çəkisi 3,306 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini, yəni, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,578 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroini qanunsuz olaraq əldə edib əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində saxlamış, 1 ədəd şəffaf sellofan kəsiyin içərisində 1 ədəd qara rəngli və 2 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,784 qram, 1,545 qram, 0,399 qram olmaqla ümumi təmiz çəkisi 2,728 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,316 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qu rudulmuş marixuananı qanunsuz olaraq əldə edib özünə məxsus “VAZ 21725” markalı, **-XXX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun qabaq oturacaqların arasında yerləşən saxlanc yerində saxlayaraq daşımış, 23 avqust 2021-ci il tarixdə, saat 20:30 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum qeyd edilən nəqliyyat vasitə ilə birlikdə ünvan3 ərazisində “XXX35” kafesinin yaxınlığında saxlanılaraq, Bərdə RPŞ-yə gətirildikdən sonra Şöbənin inzibati binasında və həyətində müvafiq olaraq sonuncunun üzərinə şəxsi axtarış və götürmə, avtomobilinə isə baxış istintaq hərəkətləri keçirilən zaman üzərindən və həmin avtomobilin salonundan yuxarıda qeyd olunmuş narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsin in Cinayət kollegiyası Məhkum yuxarıda qeyd olunan narkotik vasitələrdən yalnız onun üzərindən aşkar edilib götürülmüş şəxsi istehlak miqdarından artıq miqdarda (0,578 qram) heroin narkotik vasitəsini satış məqsədi və tamah niyyəti olmadan əldə edib daşıması və saxlaması haqqında nəticəyə gələrək onun əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif etmiş, Məhkum məxsus avtomobildən aşkar edilib götürülmüş narkotik vasitələrə isə onun aidiyyatının sübuta yetirilməməsi haqqında nəticəyə gəlmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunun sübutetməyə dair normalarının tələblə rinə əməl olunmaqla tədqiq olunmuş sübutlarla Məhkum onun üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitələri (külli miqdarda heroini və qurudulmuş marixuananı) qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq olunduğu halda, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlib, əsassız olaraq Məhkum əməllərindən ona məxsus avtomobildən aşkar edilmiş narkotik vasitlərə dair hissəni xaric etmiş və təqsirkarın əməlininin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum CM-in 234.1-ci maddəsi ilə cəza təyin edilərkən, himayəsində 1 azyaşlı uşağının olması və digər məsuliyyətini yüngülləşdirən, o cümlədən cəzanın CM-in 62-ci maddəsinin qaydaları əsasında təyin edilməsinə imkan verən hallar nəzərə alınmamış, nəticədə Məhkum şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhl ükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarının dəyişdirilməsini, Məhkum CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Döv lət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum avtomobilindən aşkar edilən narkotik vasitələrə (2,728 qram heroinə və 0,316 qram qurudulmuş marixuanaya) dair hissənin onun əməllərindən xaric edildiyini və təqsirkarın əməlinin hüquqi tövsifinin müstəsna olaraq üzərindən aşkar edilmiş 0,578 qram herionə münasibətdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində nəzərd ə tutulmuş halla əlaqələndirmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən onun məsuliyyətini yüngülləşdirən (o cümlədən, CM-in 62-ci maddəsinin tətbiqinə əsas yaradan) halların nəzərə alınmadığını, nəticədə Məhkum həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, məhkumun cəzasının yüngülləşdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əsaslandırmışdır. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM -in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmə Məhkum 23 avqust 2021-ci il tarixdə tutulmasından sonra avtomobilindən aşkar olunmuş ümumilikdə kütləsi 2,728 qram olan 3 bükümdə heroin narkotik vasitəsinin və 1 ədəd bükümdə kütləsi 0,316 qram olan qurudulmuş marixuananın ona məxsus olmasına, bunları şəxsi istehlakı məqsədilə saxlamasına dair məhkəməyədək icraatda verdiyi etirafedici izahat və ifadələri pis rəftarın təsiri ilə verməsi haqqında nəticəy ə gəlib, həmin izahat və ifadələri, eləcə də 23 avqust 2021-ci il tarixli avtomobilə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında protokoldakı məlumatları CM-in 125.1-ci maddəsinə əsasən, yəni əldə edilmə halları şübhə doğurmayan sübutlar kimi qəbul etməkdən imtina etmiş, iş üzrə toplanmış mümkünlüyü şübhə yaratmayan digər sübutlar isə ona avtomobildən aşkar edilmiş narkotik vasitələri Məhkum aid olan predmetlər kimi qiymətləndirmək, beləliklə də onu satış məqsədilə həmin narkotik vasitələri əldə edib saxlaması, daşıması haqqında nəticəyə gəlmək üçün kifayət etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, baxılmış, mənbəyinin qanuniliyi və mötəbərliyi şübhə doğurmayan sübutlar, o cümlədən Məhkum birinci instansiya məhkəməsində verdiyi ifadəsi müstəsna olaraq Məhkum onun üzərindən aşkar edilmiş 0,578 qram (şəxsi istehlak miqdarından artıq miqdarda) heroin narkotik vasitəsinə münasibətdə CM-in 234.1-ci maddəsi ilə (həmin narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsinə, saxlamasına, daşımasına görə) təqsirli bilmək üçün yetərli olmuşdur. Dövlət ittihamçısı apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmamasını əsaslandırarkən həlledici şəkildə ona istinad etmişdir ki, Məhkum pis rəftara məruz qalmasına dair iddiası üzrə birinci instansiya məhkəməsində aparılan icraat dövründə Bərdə Rayon Prokurorluğunda araşdırma aparılmış və rayon prokurorunun köməkçisi tərəfindən cinayət tərkibinin müəyyən edilməməsi əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 fevral 2022-ci il tarixli qərar çıxarılmışdır. Bu səbəbdən ap ellyasiya instansiyası məhkəməsi qeyd edilən izahat və ifadələri, eləcə də Məhkum avtomobilinə baxış keçirilməsinə və oradan narkotik vasitələrin götürülməsinə dair protokolu mümkün və mötəbər sübutlar kimi qəbul etməməkdə haqlı olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digə rinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutları tam, hərətərfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə (yəni y oxlanılmış, CPM-in 145-146-cı maddələrinin tələblərinə müvafiq surətdə qiymətləndirilmiş) sübutlardan istifadə etməklə əsaslandırsın. Məhkəməyədək icraatda Məhkum polis tərəfindən 23 avqust 2021-ci ildə saxlanıldıqdan sonra pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı Bərdə Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 fevral 2022-ci il tarixli qərarının olması da cinayət işinə mahiyyəti üzrə baxan məhkəmələri yuxarıda təsvir edilən CPM-in 33, 125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardan deyil, müvafiq sübutlara, o cümlədən Gəncə Şəhəri 2 sayl ı İstintaq Təcridxanasının 04 yanvar 2022-ci il tarixli 17/3906 saylı məktubundan və həmin məktubla uzlaşan Məhkum verdiyi məlumatlara əsasən müəyyən etdiyi faktdan – Məhkum polis əməkdaşları tərəfindən saxlanıldığı dövrə təsadüf edən hər iki biləkdə, sağ sağrı nahiyəsində, sol dizdə, sol çiyində qançırlar şəklində xəsarətlərin olmasından, ittiham tərəfinin isə məhkəmədə (o cümlədən, Bərdə Rayon Prokurorluğunda səthi aparılmış “araşdırma” nəticəsində çıxarılmış qərarla) Məhkum həmin xəsarətlərin polisin nəzarətində olduğu müddətdə deyil, ona qədər yetirildiyini təsdiq edən dəlillər gətirə bilməməsindən, eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin şərh olunan məsələ üzrə formalaşmış presedent təcrübəsindən (o cümlədən, Tomasi Fransaya qarşı 27 avqust 1992-ci il tarixli qərardan) çıxı ş edərək Məhkum saxlanıldıqdan sonra pis rəftara məruz qalması, məhz bunun təsiri ilə məhkəməyədək icraatda avtomobildən aşkar olunmuş narkotik vasitələrlə bağlı etirafedici izahatı, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri verməsi haqqında nəticəyə gəlib, həmin sübutları, eləcə də avtomobilə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında protokoldakı məlumatları qəbul etməkdən imtina etməsi və cinayət işində qeyd olunan (avtomobildən götürülmüş) narkotik vasitələrin Məhkum aidiyyətini mötəbərliliklə təsdiq edən sübutlar mövcud olmadığına görə onu müstəsna olaraq üzərində aşkar edilmiş narkotik vasitəyə görə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi (həmin narkotik vasitəni şəxsi istehlakı üçün əldə edib saxlaması haqqında nəticəyə g əlməsi) CPM-in 33-cü maddəsinin, habelə sübutlar və sübutetməyə dair digər normalarının (o cümlədən CPM-in 125, 143-146-cı maddələrinin) pozulması ilə əldə olunmuş qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya Məhkəməsinin Məhkum məxus avtomobilə keçirilmiş baxışın və götürmənin nəticələrinə dair 23 avqust 2021-ci il tarixli protokolda əks olunmuş məlumatları mötəbər sübut kimi qəbul etməməkdə haqlı olduğu həm də ondan görsənir ki, Məhkum polis tərəfindən ünvan5ndə saxlanıldıqdan sonra ona məxsus avtomobilin hansı qaydada Bərdə Rayon Polis şöbəsinə gətirildiyini, polis şöbəsində baxış keçirilənədək avtomobilin kənar müdaxilələrin istisna edildiyi şəraitdə saxlanıldığını göstərən sübutlar ibtidai istintaq müddətində əldə olunmamış, belə sübutlar məhkəmə icraatları zamanı da nə birinci ins tansiya məhkəməsinə, nə də ki, apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. Ambulator məhkəmə narkoloji-tibbi yoxlamanın 18 noyabr 2021-ci il tarixli 1892 nömrəli rəyinə görə Məhkum narkotik vasitələrdən epizodik istifadə etmə hallarının aşkarlanması isə onun üzərindəki narkotik vasitəni özü istifadə etmək üçün əldə edib saxlamasına və daşımasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni möhkəmləndirən xüsusatdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində izah olunmuşdur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən e dilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirsizlik prezumpsiyası prinsipini təsbit edən 21-ci maddəsinin müvafiq müddəasına görə “şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir”. Cinayət-prosessual qanunun 145.3-cü maddəsində də təsbit edilmişdir ki, “ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir”. Təsvir edilən halların fonunda apellyasiya instansiyası məhkəməsinin Məhkum avtomobilindən aşkar edilmiş, kütləsi 2,728 qram olan heroini və çəkisi 0,316 qram olan qurudulmuş marixuananı Məhkum isnad edilən əməllərin ümumi həcmindən xaric edib onu müstəsna olaraq üzərində aşkar edilmiş 0,578 qram narkotik vasitəyə görə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi sübutetməyə dair cinayət-prosessual normaların, xüsusilə də CPM-in ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən müddəalarının tələblərinə cavab verən qanuni və əsaslı nəticə kimi çıxış edir və bu səbəbdən məhkəmə kollegiyası həmin nəticələri şübhə altına almaq üçün əsas tapmır. Qeyd olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayətində irəli sürülmüş Məhkum cəzasının həddindən artıq ağır olması barədə iddiaya və cəzanın yüngülləşdirilməsinə dair tələbə gəldikdə, məhkəmə kollegiyası bu iddia və tələblə də razılaşmaq üçün əsas görmür. Belə ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq apellyasiya instansiya sı məhkəməsi Məhkum CM-in 234.1-ci maddəsi ilə cəza təyin edərkən Məhkum məsuliyyətini yüngülləşdirən halları nəzərindən qaçırmamış, məhz Məhkum himayəsində bir azyaşlı uşağının olması kimi cəzanı yüngülləşdirən haldan, cəzanı ağırlaşdıran halların isə olmamasından, eləcə də CM-in 58.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalı olan digər hallardan, o cümlədən təqsirkarın şəxsiyyətindən, törədilmiş cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən çıxış edərək ona azadlıqdan məhrum etmə növündə olsa da, CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən 1 il 6 ay az müddətə cəza təyin etmişdir. Məhkəmə kollegiyası bu cəzanın ədalət prinsipini (CM, maddə 8), CM-in cəza təyininə dair normalarının tələblərini pozan cəza kimi qiymətləndirmək və onu yüngülləşdirilmək (o cümlədən, Məhkum CM-in 62-ci maddəsinin müddəaları əsasında cəza təyin etmək) üçün hər hansı bir əsas tapmır. Təsvir olunanlar müdafiəçinin apellyasiya şikayətinə baxılması nəticəsində CPM-in 416.1.21-ci maddəsində göstərilən halın müəyyən edilmədiyi, yəni kassasiya şikayətinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin isə təmin edilməməsinə dair dövlət ittihamçısının, habelə kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair müdafiəçinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kas sasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 26 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 26 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1719/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1719/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver