Məhkəmə qərarları › İş №1(102)-1719/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1719/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1719/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü ilə Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 195.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına və ona CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədtağıyev Gəray Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü ilə ( hakimlər Xankişiyev Mirzə Aslan oğlu (sədrlik edən və məruzəçi), Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxx 1973-cü il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, "xxxx" MMC-nin faktiki rəhbəri, ünvan 1 ünvanda yaşayan, CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, o, CM-nin 195.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin həmin maddə ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir. Həmin hökmlə həmçinin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddialar təmin edilməmiş, Göyçay rayonunun Çərəkə kəndində yerləşən və X3 adına **********55-12301 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş 3.2164 ha, **********82 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş 0.5 ha, **********83 reyestr nö mrəsi ilə rəsmiləşdirilmiş 5.0538 ha və **********81 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş 2.3031 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, X4 məxsus Ucar şəhəri, 20 Yanvar küçəsində xüsusi mülkiyyətdə olan 0.185 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 1713.3 kv.metr ümumi sahədən ibarət olan 1 mərtəbəli, 54 nömrəli, ticarət təyinatlı yaşayış binasının üzərlərinə Binəqədi Rayon Məhkəməsinin 16 və 18 sentyabr 2020-ci il tarixli qərarları ilə qoyumuş həbs isə götürülmüşdür. İşin halları: Birinci instansiya məhkəməsinin hökmüna əsasən Məhkum CM-nin 195.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 11 aprel 2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ****** **** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs - fərdi sahibkar kimi hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, yəni işçilərin işə götürülməsi, müqavilələr bağlanılması və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi 2012-ci ilin vergi bəyannamələrinə əsasən 4.000 manat gəliri olduğu halda ünvan 2 ünvanında yerləşən Ticarət Mərkəzində məişət avadanlıqlarının satışı, qızıl-zinət əşyalarının emalı və satışı, Göyçay rayonunu n Çərəkə kəndində özünə məxsus istixanada tərəvəz məhsullarının satışı ilə bağlı fəaliyyətini genişləndirmək təyinatı üzrə kredit verilməsinə dair müraciəti ilə əlaqədar "xxxx" QSC-nin “Göyçay” filialı tərəfindən 08 oktyabr 2012-ci il tarixdə aparılan maliyyə vəziyyətinin analizi zamanı özünün fərdi sahibkar kimi aylıq dövriyyəsinin 450.757 (dörd yüz əlli min yeddi yüz əlli yeddi) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 353.889,3 manat (üç yüz əlli üç min səkkiz yüz səksən doqquz manat otuz qəpik), ödəmə qabiliyyətinin isə aylıq 57.487 (əlli yeddi min dörd yüz səksən yeddi) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 45.133,04 manat (qırx beş min bir yüz otuz üç manat dörd qəpik) olması barədə, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağ lanmış 30 oktyabr 2012-ci il tarixli 26R000001679 №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1.5 % dərəcəsi ilə 400.000 (dörd yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 314.000 (üç yüz on dörd min) manat məbləğində kredit verilməsinə nail olub, həmin tarixdə pulun 4.000 (dörd min) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 3.140 (üç min bir yüz qırx) manatının komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 396.000 (üç yüz doxsan altı min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 310.860 (üç yüz on min səkkiz yüz altmış) manatını özünə məxus AZ82ACAB******************** nömrəli cari hesaba köçürüldükdən sonra Göyçay şəhəri, H.Əliyev prospekti 96 ünvanında yerləşən həmin bankın “Göyçay” filialının kassasından nağd olaraq götürməklə qanu nsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 334.762,69 ABŞ dolları (üç yüz otuz dörd min yeddi yüz altmış iki dollar altmış doqquz sent), faiz üzrə 142.316,35 ABŞ dolları (bir yüz qırx iki min üç yüz on altı dollar otuz beş sent) məbləğində ödəniş həyata keçirib, 1 sentyabr 2020-ci il tarixə 65.237,31 ABŞ dolları (altmış beş min iki yüz otuz yeddi dollar otuz bir sent), həmin dövrün rəsmi məzənnəsi ilə 110.903,42 manat (bir yüz on min doqquz yüz üç manat qırx iki qəpik) məbləğində əsas və 31.281,46 ABŞ dolları (otuz bir min iki yüz səksən bir dollar qırx altı sent), həmin dövrün rəsmi məzənnəsi ilə 53.178,48 manat (əlli üç min bir yüz yetmiş səkkiz manat qırx səkkiz qəpik) məbləğində faiz borclarını, cəmi 96.518,77 ABŞ dolları (doxsan altı min beş yüz on səkkiz dollar yetmiş yeddi sent), həmin dövrün rəsmi məzənnəsi ilə 164.081,9 manat (bir yüz altmış dörd min səksən bir manat doxsan qəpik) məbləğində pulu qəsdən ödəməməklə, maliyyə vəziyyətinə dair qeyd edilən qaydada bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə vahid niyyətlə cəmi 400.000 (dörd yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 314.000 (üç yüz on dörd min) manat məbləğdə qanunsuz kredit alaraq "xxxx" QSC-nə külli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən, fərdi sahibkar kimi qeyd edilən təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi 01 yanvar 2013-cü il tarixdən 01 yanvar 2014-cü il tarixədək olan dövrdə vergi bəyannamələrinə əsasən həmin dövrdə 4.800 manat gəliri olduğu halda ünvan 2 ünvanında yerləşən Ticarət Mərkəzində məişət avadanlıqlarının satışı, qızıl-zinət əşyalarının emalı və satışı, Göyçay rayonu, Çərəkə kəndində özünə məxsus istixanada tərəvəz məhsullarının satışı ilə bağlı fəaliyyətini genişləndirmək təyinatı üzrə kredit verilməsinə dair müraciəti ilə əlaqədar "xxxx" QSC-nin “Göyçay” filialı tərəfindən 09 fevral 2014-cü il tarixdə aparılan maliyyə vəziyyətinin analizi zamanı özünün fərdi sahibkar kimi aylıq dövriyyəsinin 561.945 (beş yüz altmış bir min doqquz yüz qırx beş) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 440.733,46 manat (dörd yüz qırx min yeddi yüz otuz üç manat qırx altı qəpik), ödəmə qabiliy yətinin isə aylıq 70.120 (yetmiş min bir yüz iyirmi) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 54.995,11 manat (əlli dörd min doqquz yüz doxsan beş manat on bir qəpik) olması, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış 24 fevral 2014-cü il tarixli 26R000004685 №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1.3 % dərəcəsi ilə 300.000 (üç yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 235.350 (iki yüz otuz beş min üç yüz əlli) manat məbləğində kredit verilməsinə nail olub, həmin tarixdə pulun 3.000 (üç min) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 2.353,5 manatının (iki min üç yüz əli üç manat əlli qəpiyinin) komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 297.000 (iki yüz doxsan yeddi min) AB Ş dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 232.996,5 manatını (iki yüz otuz iki min doqquz yüz doxsan altı manat əlli qəpiyini) özünə məxus AZ82ACAB******************** nömrəli cari hesaba köçürüldükdən sonra 045802 saylı bank çeki əsasında Göyçay şəhəri, H.Əliyev prospekti 96 ünvanında yerləşən həmin bankın “Göyçay” filialının kassasından nağd olaraq götürməklə qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 139.082,46 ABŞ dolları (bir yüz otuz doqquz min səksən iki dollar qırx altı sent), faiz üzrə 114.682,32 ABŞ dolları (bir yüz on dörd min altı yüz səksən iki dollar otuz iki sent) məbləğində ödəniş həyata keçirib, 1 sentyabr 2020-ci il tarixə 160.917,54 ABŞ dolları (bir yüz altmış min doqquz yüz on yeddi dollar əlli dörd sent), həmin dövrün rəsmi məzənnəsi ilə 273.5 59,81 manat (iki yüz yetmiş üç min beş yüz əlli doqquz manat səksən bir qəpik) məbləğində əsas və 79.256,56 ABŞ dolları (yetmiş doqquz min iki yüz əlli altı dollar əlli altı sent), həmin dövrün rəsmi məzənnəsi ilə 134.736,15 manat (bir yüz otuz dörd min yeddi yüz otuz altı manat on beş qəpik) məbləğində faiz borclarını, cəmi 240.174,1 ABŞ dolları (iki yüz qırx min bir yüz yetmiş dörd dollar on sent), həmin dövrün rəsmi məzənnəsi ilə 408.295,97 manat (dörd yüz səkkiz min iki yüz doxsan beş manat doxsan yeddi qəpik) məbləğində pulu qəsdən ödəməməklə, maliyyə vəziyyətinə dair qeyd edilən qaydada bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə vahid niyyətlə cəmi 300.000 (üç yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 235.350 (iki yüz otuz beş min üç yüz əlli) manat məbləğdə qanunsu z kredit alaraq "xxxx" QSC-yə təkrarən külli miqdarda ziyan vurmuşdur. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılması nəticəsində Məhkum barəsində yuxarıda göstərilən hökm çıxarılmış və həmin hökmlə ona CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, o, CM-nin 195.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin həmin maddə ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin ediməmişdir. Hökmdən Məhkum müdafiəçisi G.H.Məmmədtağıyev, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə və "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Mirzə li Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 05 may 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi G.H.Məmmədtağıyev kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi G.H.Məmmədtağıyev kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi nə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına və Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edib işin faktiki hallarını mübahisələndirərək həmin şikayətini onunla əsaslandırlmışdır, birinci instansiya məhkəməsi tərəfindən sonuncuya CM-nin 308.2-ci maddəsi ilə bəraət verilsə də, o, əsassız olaraq CM-nin 195.2-ci maddəsi təqsirli bilinərək məhkum edilmişdir. Müdafiəçinin fikrincə, CM-nin 195.2-ci maddəsi CM-nin 308.2-ci maddəsi ilə əlaqədar Məhkum elan olunmuş ittihama əlavə edilmiş və ona CM-nin 308.2-ci maddəsi ilə bəraət verilməsi onun vəzifə səlahiyyətlərindən sui- istifadə etməməsi barədə nətiəcəyə gəlməyə əsas verir, bu hal isə hüquqlarını müda fiə etdiyi şəxsin vəzifə səlahiyyətlərindən istifadə edərək CM-nin 195.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini də istisna edir. İş materiallarından göründüyü kimi, bankla Məhkum arasında yaranmış münasibətlər mülki xarakter daşımış və onun kredit götürülməsi üçün banka biləbilə şişirdilmiş yalan məlumatlar verməsi ona görə mümkün deyil ki, bankın əməkdaşlarının ifadələrinə əsasən, Məhkum maliyyə və təsərrüfat fəaliyyəti hərtərəfli yoxlanılmış, onun kredit ödəmə qabiliyyətinin olması təsdiq olunduqdan sonra ona kreditin verilməsinə razılıq verilmiş, sonuncu 2015-ci ildə manatın devalvasiyasına qədər kreditlər üzrə banka olan borclarını vaxtında ödəmiş və ödəmələrdə gecikmə olmamışdır. Belə olan halda, Məhkum maliyyə vəziyyətinə dair məlumatların şişirdirilməsinə görə məsuliyyə t onun deyil, bank əməkdaşlarının üzərinə düşür, çünki onlar müvafiq araşdırma aparlmaqla bu məlumatları yoxlamaları idilər və yalnız bundan sonra kreditin verilib-verilməməsi barədə qərar qəbul oluna bilərdi. Lakin, hazırki iş üzrə bankın hər hansı məsuliyyətə cəlb edilməmişdir. Həmçinin Məhkum qarşı irləi sürülmüş ittihamın əsassızlığını göstərən digər hal ondan ibarətdir ki, o Ucar rayonu, 20 Yanvar küçəsindəki mülkiyyətində olan 0.185 ha torpaq sahəsi və onun üzərində olan 1 mərtəbəli 1713.3 kv.m ümumi sahəli 54 saylı qeyriyaşayış binasını ipotekaya qoyub kredit götürmüş, bu əmlak isə onun kredit üzrə öhdəliklərinin icrasının təminatı kimi çıxış etmişdir. Müdafiəçi G.H.Məmmədtağıyevin qənaətinə görə, bu hal da Məhkumun əsassız olaraq CM-nin 195.2-ci maddəs ilə təqsirli bilinərək məhkum olunmasına dəlalət edir. Qeyd olunanlara əsaslanaraq kassasiya şikayətinin müəllifi onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçisi G.H.Məmmədtağıyev, zərər çəkmiş hüquqi şəxsin – "xxxx" QSC-nin nümayəndəsi və iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsini rəhbər tutaraq kass asiya şikayətinə təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçisi G.H.Məmmədtağıyevin, zərər çəkmiş hüquqi şəxsin – "xxxx" QSC-nin nümayəndəsinin və iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi G.H.Məmmədtağıyevin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş və Məhkum əsassız və qanunsuz olaraq ona qarşı CM-nin 195.2-ci madəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kas sasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi G.H.Məmmədtağıyevin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və həmin şikayətlə bağlı onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli qərarının qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatğırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılma sı üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələ blərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apel lyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyy ən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməs i yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi ü çün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsini n həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cnayətkar qəsdlərdən qorunaraq sonuncuların da pozulmuş hüquqlarının bərpa edilməsini, onların v urulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, digər tərəfdən isə hər hansı cinayətin və ya cinayətlərin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayə t məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyət in təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir.Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzər də tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyəti nə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozul masına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfin dən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, m əhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya in stansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Məhkumun barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutları araşdırmaqla və onları qanuna müvafiq qaydada qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə hökm dən veilmiş apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı aprılmaqla baxaraq Məhkum CM-nin 195.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə məhkəmənin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkəmənin gəldikləri qənaət düzgündür, qanunidir və bu baxımdan həmin qənaətin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Buna görə məhkəmə kollegiyası müdafiəçi G.H.Məmmədtağıyevin kassasiya şikayətininin dəlillərini, yəni məhkumun ona istinad olunan əməli törətməməsi, məhkəmələr tərəfindən sübutlara düzgün qiymət verilməməsi, Məhkum əsassız olaraq məhkum edilməsi barədə dəlillərini və bu dəlillər üzərində qurulmuş tələblərin əsaslılığını yoxlayarkən işin faktiki hallarını kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə m əhkəmələr tərəfindən müəyyən olunmuş faktiki halları nəzərə alaraq məhz həmin halları rəhbər tutur. Məhkəmələrin ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən toplanmış və ümumilikdə birinci və apellyasiya instansiya məhkəmələrinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum fərdi sahibkar olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi 2012-ci ilin vergi bəyannamələrinə əsasən 4.000 manat gəliri olduğu halda ünvan 2 ünvanında yerləşən Ticarət Mərkəzində məişət avadanlıqlarının satışı, qızıl-zinət əşyalarının emalı və satışı, Göyçay rayonunun Çərəkə kəndində özünə məxsus istixanada tərəvəz məhsullarının satışı ilə bağlı fəaliyyətini genişləndirmək məqsədilə ona kredit in verilməsi barədə "xxxx" QSC-nin “Göyçay” filialına müraciət etmiş, həmin filial tərəfindən 08 oktyabr 2012-ci il tarixdə aparılan maliyyə vəziyyətinin analizi zamanı özünün fərdi sahibkar kimi aylıq dövriyyəsinin 450.757 (dörd yüz əlli min yeddi yüz əlli yeddi) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 353.889,3 manat (üç yüz əlli üç min səkkiz yüz səksən doqquz manat otuz qəpik), ödəmə qabiliyyətinin isə aylıq 57.487 (əlli yeddi min dörd yüz səksən yeddi) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 45.133,04 manat (qırx beş min bir yüz otuz üç manat dörd qəpik) olması barədə, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış 30 oktyabr 2012-ci il tarixli 26R000001679 №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1.5 % dərəc əsi ilə 400.000 (dörd yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 314.000 (üç yüz on dörd min) manat məbləğində kreditin verilməsinə nail olub, həmin tarixdə pulun 4.000 (dörd min) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 3.140 (üç min bir yüz qırx) manatının komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 396.000 (üç yüz doxsan altı min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 310.860 (üç yüz on min səkkiz yüz altmış) manatını özünə məxus AZ82ACAB******************** nömrəli cari hesaba köçürüldükdən sonra Göyçay şəhəri, H.Əliyev prospekti, 96 ünvanında yerləşən həmin bankın “Göyçay” filialının kassasından nağd olaraq götürməklə qanunsuz kredit almış, bu kreditdən ümumilikdə əsas məbləğ üzrə 334.762,69 ABŞ dolları (üç yüz otuz dörd min yeddi yüz a ltmış iki dollar altmış doqquz sent), faiz üzrə 142.316,35 ABŞ dolları (bir yüz qırx iki min üç yüz on altı dollar otuz beş sent) məbləğində ödəniş həyata keçirib, 1 sentyabr 2020-ci il tarixə 65.237,31 ABŞ dolları (altmış beş min iki yüz otuz yeddi dollar otuz bir sent), həmin dövrün rəsmi məzənnəsi ilə 110.903,42 manat (bir yüz on min doqquz yüz üç manat qırx iki qəpik) məbləğində əsas və 31.281,46 ABŞ dolları (otuz bir min iki yüz səksən bir dollar qırx altı sent), həmin dövrün rəsmi məzənnəsi ilə 53.178,48 manat (əlli üç min bir yüz yetmiş səkkiz manat qırx səkkiz qəpik) məbləğində faiz borclarını, cəmi 96.518,77 ABŞ dolları (doxsan altı min beş yüz on səkkiz dollar yetmiş yeddi sent), həmin dövrün rəsmi məzənnəsi ilə 164.081,9 manat (bir yüz altmış dörd min səksən bir manat doxsan qəp ik) məbləğində pulu qəsdən ödəməməklə, maliyyə vəziyyətinə dair qeyd edilən qaydada bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə vahid niyyətlə cəmi 400.000 (dörd yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 314.000 (üç yüz on dörd min) manat məbləğdə qanunsuz kredit alaraq "xxxx" QSC-yə külli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi 01 yanvar 2013-cü il tarixdən 01 yanvar 2014-cü il tarixədək olan dövrdə vergi bəyannamələrinə əsasən həmin dövrdə 4.800 manat gəliri olduğu halda ünvan 2 ünvanında yerləşən Ticarət Mərkəzində məişət avadanlıqlarının satışı, qızıl-zinət əşyalarının emalı və satışı, Göyçay rayonu, Çərəkə kəndində özünə məxsus istixanada tərəvəz məhsullarının satışı ilə bağlı fəaliyyətini genişləndirmək üçün təkrarən kredit verilməsinə dair "xxxx" QSC-nin “Göyçay” filialına müraciət etmiş, həmin filial tərəfindən 09 fevral 2014-cü il tarixdə aparılan maliyyə vəziyyətinin analizi zamanı özünün fərdi sahibkar kimi aylıq dövriyyəsinin 561.945 (beş yüz altmış bir min doqquz yüz qırx beş) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 440.733,46 manat (dörd yüz qırx min yeddi yüz otuz üç manat qırx altı qəpik), ödəmə qabiliyyətinin isə aylıq 70.120 (yetmiş min bir yüz iyirmi) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 54.995,11 manat (əlli dörd min doqquz yüz doxsan beş manat on bir qəpik) olması, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış 24 fevral 2014-cü il tarixli 26R000004685 №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1. 3 % dərəcəsi ilə 300.000 (üç yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 235.350 (iki yüz otuz beş min üç yüz əlli) manat məbləğində kredit verilməsinə nail olub, həmin tarixdə pulun 3.000 (üç min) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 2.353,5 manatının (iki min üç yüz əli üç manat əlli qəpiyinin) komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 297.000 (iki yüz doxsan yeddi min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 232.996,5 manatını (iki yüz otuz iki min doqquz yüz doxsan altı manat əlli qəpiyini) özünə məxus AZ82ACAB******************** nömrəli cari hesaba köçürüldükdən sonra 045802 saylı bank çeki əsasında Göyçay şəhəri, H.Əliyev prospekti 96 ünvanında yerləşən həmin bankın “Göyçay” filialının kassasından nağd olaraq götürməklə qanunsuz kr edit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 139.082,46 ABŞ dolları (bir yüz otuz doqquz min səksən iki dollar qırx altı sent), faiz üzrə 114.682,32 ABŞ dolları (bir yüz on dörd min altı yüz səksən iki dollar otuz iki sent) məbləğində ödəniş həyata keçirib, 1 sentyabr 2020-ci il tarixə 160.917,54 ABŞ dolları (bir yüz altmış min doqquz yüz on yeddi dollar əlli dörd sent), həmin dövrün rəsmi məzənnəsi ilə 273.559,81 manat (iki yüz yetmiş üç min beş yüz əlli doqquz manat səksən bir qəpik) məbləğində əsas və 79.256,56 ABŞ dolları (yetmiş doqquz min iki yüz əlli altı dollar əlli altı sent), həmin dövrün rəsmi məzənnəsi ilə 134.736,15 manat (bir yüz otuz dörd min yeddi yüz otuz altı manat on beş qəpik) məbləğində faiz borclarını, cəmi 240.174,1 ABŞ dolları (iki yüz qırx min bir yüz ye tmiş dörd dollar on sent), həmin dövrün rəsmi məzənnəsi ilə 408.295,97 manat (dörd yüz səkkiz min iki yüz doxsan beş manat doxsan yeddi qəpik) məbləğində pulu qəsdən ödəməməklə, maliyyə vəziyyətinə dair qeyd edilən qaydada bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə vahid niyyətlə cəmi 300.000 (üç yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 235.350 (iki yüz otuz beş min üç yüz əlli) manat məbləğdə qanunsuz kredit alaraq "xxxx" QSC-yə təkrarən külli miqdarda ziyan vurmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün bu sübutların bir hissəsinə müraciət etməyi zəruri sayır. Belə ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında Məhkum özünü ona CM-nin 195.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək v ə qısa məzmunda ifadələr verərək göstərmişdir ki, o, «Akccess» bankdan 2012 və 2014-cü illərdə iki dəfə kredit götürmüş və bu kreditlərin məbləği birinci dəfə 300.000 ABŞ dolları, ikinci dəfə isə 400.000 dolları olmuşdur. Bankın komissiya xərclərini ödədikdən sonra ona bu kreditlər üzrə cəmisi 693.000 ABŞ dollar məbləğində pul verilmiş və bu kreditlərin ödənilməsinin təminatı kimi o, öz əmlakını banka girov qoymuşdur. Hal hazırda banka borcu olsa da, həmin əmlak hesabına bu borc ödənilə bilər və belə olan halda onun banka borcu qalmaz. İbtidai araşdırma zamanı isə Məhkum müdafiəçisinin iştirakı ilə, heç bir təsir və təzyiq göstərilmədən, lakin yenə də özünü ona qarşı CM-nin 195.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, sahibkarlıq fəaliyyəti ilə m əşğul olaraq Ucar şəhərində yerləşən "xxxx" MMC-nin faktiki sahibidir və “Platin” Ticarət Mərkəzi də ona məxsusdur. Ticarət mərkəzində ərzaq, kənd təsərrufatı məhsullarının, məişət avadanlıqlarının, geyim paltarlarının satışı həyata keçirilir və kafe fəaliyyət göstərir. "xxxx" MMC 2002-ci ildən hal hazıradək Ucar şəhərində fəaliyyət göstərsə də, koronavirus pandemiya ilə əlaqədar həmin MMC-nin fəaliyyəti dayandırılmışdır. Cəmiyyətin əsas fəaliyyəti qızıl istehsalı və alqı-satqısından ibarətdir. Bakı şəhəri, Yasamal rayonu, M.Cəfərov küçəsində yerləşən “Moskva Univermağı” ticarət mərkəzində qızıl satışını həyata keçirir. 11 aprel 2007-ci il tarixdə o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən fiziki sahibkar kimi qeydiyyata alınaraq ********** nömrəli VÖEN-lə fəaliyyət göstərməyə başlamışdır. Bundan əlavə, onun Göyçay rayonunun Çərəkə kəndində qardaşı X3un adına olan torpaq sahələrində pomidor istehsal edən istixanası mövcuddur. Ucar şəhərində məşğul olduğu sahibkarlıq fəaliyyətinin dövriyyəsini artırmaq məqsədilə o, 2012-ci ilin oktyabr ayında kredit götürmək qərarına gəlmiş və bununla bağlı "xxxx" QSC-nin “Göyçay” filialına müraciət edərək 400.000 ABŞ dolları məbləğində kredit götürmək istədiyini bildirmişdir. Həmin vaxt filialın nümayəndəsi Araz adlı şəxs onun iş yerinə gələrək məşğul olduğu işguzar fəaliyyəti və və gəlirləri ilə maraqlanaraq qeydlərini aparmış və bundan sonra kredit ödəmə qabiliyyətinin olması müəyyən edilərək 29 oktyabr 2012-ci il tarixdə onunla "xxxx" QSC-nin Göyçay filialı arasında 26L000000758 saylı “Kr edit xətti müqaviləsi” bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən ona həmin tarixdən gec olmayaraq 120 ay müddətinə, ümumilikdə 2.000.000 ABŞ dolları həcmində kredit xəttinin açılması və həmin kredit xətti əsasında veriləcək hər bir kreditin məqsədi, məbləği, faiz dərəcəsi, müddəti və digər şərtlərin tərəflər arasında bağlanacaq “Kredit razılaşmaları”ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. Bundan sonra,

29. Oktyabr 2012-ci il tarixli 26L000000758 saylı “Kredit xətti müqaviləsi”nin şərtləri nəzərə alınmaqla, onun tərəfindən verilmiş 08 oktyabr 2012-ci il tarixli kredit ərizəsi əsasında onunla "xxxx" QSC-nin Göyçay filialı arasında 30 oktyabr 2012-ci il tarixli 26R000001679 saylı “Kredit razılaşması” imzalanmışdır. Həmin razılaşmanın 1-ci bəndinə əsasən bank tərəfindən ona 36 ay müddəti nə, aylıq 1.5 % olmaqla, 400.000,00 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Verilmiş kredit vəsaitinin 4.000,0 ABŞ dolları olan hissəsi komissiya haqqı olaraq bank tərəfindən tutulmuş, qalan 396.000 ABŞ dolları isə onun bankda olan cari hesabına köçürülmüş və bundan sonra o, həmin hesabdan nağd olaraq bu məbləğdə pulu çıxarmışdır. O, qeyd olunan məbləği sahibkarlıq fəaliyyətinin dövriyyəsinin artırılması məqsədilə götürmüş və həmin məbləğə müəyyən qızıl istehsalı üçün avadanlıqlar və sair mal-material almışdır.Aldığı kredit üzrə onun təxminən 65.000 ABŞ dolları əsas və 30.000 ABŞ dolları faiz borcu qalmışdır. Bundan başqa, 29 oktyabr 2012-ci il tarixli 26L000000758 saylı “Kredit xətti müqaviləsi”nin şərtləri nəzərə alınmaqla, onunla "xxxx" QSC-nin Göyçay filialı aras ında 24 fevral 2014-cü il tarixli, 26R000004685 saylı “Kredit razılaşması” imzalanmışdır. Həmin razılaşmanın 1-ci bəndinə əsasən bank tərəfindən ona 36 ay müddətinə, aylıq 1.3333 % olmaqla, 300.000,00 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş vəsaitin 3000 ABŞ dolları olan hissəsi komissiya haqqı olaraq bank tərəfindən tutulmuş, qalan 297.000 ABŞ dolları onun cari hesabına köçürülmüşdür. Bu vəsaiti də öz hesabından nağd qaydada hissə-hisə çıxartmaqla dövriyyəsinin artırılması məqsədilə müəyyən avadanlıqlar və sair mal-material almışdır. İkinci kredit üzrə onun banka təxminən 160.000 ABŞ dolları əsas, 79.000 ABŞ doları isə faiz borcu qalmışdır. Baş vermiş devalvasiya nəticəsində o, müflis olduğu üçün həmin kredit borclarını tam şəkildə ödəyə bilməmişdir. Məhkum həmçi nin qeyd etmişdir ki, cinayət işinin materiallarına əlavə edilmiş 08 oktyabr 2012-ci il tarixli kredit ərizəsi, "xxxx" QSC-nin Göyçay filialı arasında bağlanmış 30 oktyabr 2012-ci il tarixli 26R000001679 saylı “Kredit razılaşması”, “Müştəri barədə məlumat” vərəqəsi və həmin tarixli “Ödəniş planı” vərəqəsində ad və soyadı qarşısındakı imzalar ona məxsusdur, onun tərəfindən icra olunmuşdur. Həmin müqavilədə göstərilən kredit məbləği onun tərəfindən bankdan götürülmüşdür. Həmçinin iş materiallarında olan 09 fevral 2014-ci il tarixli kredit ərizəsi, "xxxx" QSC-nin Göyçay filialı arasında bağlanmış 24 fevral 2014-cü il tarixli 26R000004685 saylı “Kredit razılaşması”, “Borcalan barədə məlumat” vərəqəsi və həmin tarixli “Ödəniş planı” vərəqəsində də ad və soyadı qarşısındakı imzalar ona məxsusdur, onun tərəfindən icra olunmuşdur. Həmin müavilədə göstərilən kredit məbləği də onun tərəfindən bankdan götürülmüşdür. Daha sonra o, göstərmişdir ki, sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi gəliri imkan verdiyi üçün 08 oktyabr 2012-ci il tarixli “Borc alan barədə məlumat” vərəqəsində “Hər ay hansı məbləği siz asanlıqla ödəyə bilərsiniz?” qrafası qarşısında 30.000 ABŞ dolları və 09 fevral 2014-cü il tarixli “Borc alan barədə məlumat” vərəqəsində “Hər ay hansı məbləği siz asanlıqla ödəyə bilərsiniz?” qrafası qarşısında 20.000-30.000 ABŞ dolları olduğunu özü qeyd edərək 08 oktyabr 2012-ci il tarixli “kredit analizi” vərəqəsində aylıq dövriyyəsinin 450.757 ABŞ dolları və aylıq gəlirininin 57.487 ABŞ dolları olması barədə məlumatları bankın nümayəndəsinə özü təqdim etmişdir. Belə ki, k redit götürməmişdən əvvəl filialın nümayəndəsi Şahid6 onun iş yerinə gələrək kredit ödəmə qabiliyyətimin olub-olmamasını müəyyən etmək məqsədilə fəaliyyəti və aylıq gəlirləri ilə maraqlanmış və o, sonuncuya aylıq dövriyyəsinin 450.757 ABŞ dolları və aylıq gəlirinin 57.487 ABŞ dolları olması barədə məlumatları təqdim etmişdir. Bundan sonra toplanmış məlumatlar əsasında kredit ödəmə qabiliyyətinin olduğu müəyyən edilərək ona 400.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni qaydada, 09 fevral 2014-cü il tarixli “Kredit analizi” vərəqəsində aylıq dövriyyəsinin 561.945 ABŞ dolları və aylıq gəlirininin isə 70.120 ABŞ dolları olması barədə məlumatları özü filialın nümayəndəsi Şahid6 təqdim etmişdir. 2014-cü ildə də kredit götürməmişdən əvvəl filialın nümayəndəsi Şahid6 onun iş yerinə gələr ək kredit ödəmə qabiliyyətinin olub-olmamasını müəyyən etmək məqsədilə biznesi ilə və aylıq gəlirləri ilə maraqlanmış, o, da həmin vaxt göstərilən məlumatları Araza təqdim etmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyindən ibtidai araşdırma orqanına təqdim olunmuş hesabat sənədlərində göstərilən məlumatlar, yəni 2012-ci ildə şəxsi daşınmaz əmlakın icarəyə və istismara təqdim edilməsindən 4.000 manat, 2013-cü ildə şəxsi daşınmaz əmlakın icarəyə və istismara təqdim edilməsindən 4.800 manat, 2014-cü ildə şəxsi daşınmaz əmlakın icarəyə və istismara təqdim edilməsindən 4.800 manat olmaqla, 2012, 2013, 2014, 2016 və 2017-ci illərdə ümumilkidə 20.800,0 manat ödəmə mənbəyində vergi tutulmuş gəliri olması, bununla yanaşı, "xxxx" MMC tərəfindən vergi orqanlarına təqdim edilmiş sadələşdirilm iş vergi bəyannamələrində 2011-2014-cü illlıərdə gəliri olmaması, cəmiyyət 2015, 2016, 2017 və 2018-ci illərdə ümumilkdə 65.500 manat gəlir əldə etməsi barədə məlumatlar doğrudur. O, həmçinin qeyd olunan məlumatlarla banka təqdim etdiyi məlumatlar arasında yaranmış ziddiyətlə bağlı bildirmişdir ki, biznesi ilə əlaqədar həmin dövrdə vergi orqanlarına təqdim etdiyi məlumatlar tam doğru olmuş, banka həmin dövrdə olan gəlirləri deyil, biznes planında nəzərdə tutduğu gəlirlər barədə məlumat vermişdir. Həmin dövrdə ticarət zəif olduğu üçün planlaşdırdığı gəliri əldə edə bilməmiş, bank qarşısında öhdəliyinin yerinə yetirilməsində fasilələr olmuşdur. Bu ifadələrdən göründüyü kimi, Məhkum özü də biznes fəaliyyətinin genişləndirilməsi məqsədilə 2012 və 2014-cü illərdə "xxxx" QSC-nin Göyçay filialına maliyyə vəziyyəti və kreditlər üzrə ödəmə qabiliyyəti barədə həqiqətə uyğun olmayan məlumatlar təqdim edərək külli miqdarlarda kreditin verilməsinə nail olmuş və onun faktiki olaraq bu etirafedici ifadələri ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclaslarında araşdırılmış digər sübutlarla da təsdiq olunmuşdur. Belə ki, şahid qismində dindirilmiş Şahid6 ibtidai araşdırma və məhkəmə iclasında göstərmişdir ki, o, 2010-cu ilin yanvar ayından 2018-ci ilin mart ayınadək "xxxx" QSC-nin Göyçay filialında kiçik və orta biznes kreditləri üzrə aparıcı mütəxəssis vəzifəsində işləmiş, əsas vəzifəsi kredit götürmək üçün müraciət etmiş müştərilər tərəfindən təqdim edilən məlumatların yoxlanılması, kredit ödəmə qabiliyyətlərinin olub-olmamasının müəyyən edilməsi, müştərinin biznes fəaliyyəti ilə bağlı obyektlərinə baxış keçirilməsi, biznes fəaliyyətinin analizinin aparılması və sairdən ibarət olmuşdur. Məhkum Ucar şəhərində sahibkarlıqla məşğul olmuş və ilk dəfə 2012-ci ilin oktyabr ayında onun işlədiyi Göyçay filialına müraciət edərək öz biznesini genişləndirmək məqsədilə kredit götürmək istədiyini bildirmişdir. Məhkum Ucar şəhərində Ticarət Mərkəzinin sahibi olaraq fərdi sahibkarlıqla məşğul olduğunu və eyni zamanda "xxxx" MMC-nin faktiki sahibi olduğunu bildirmişdir. Bundan başqa, onun Göyçay rayonunun Çərəkə kəndində istixanası fəaliyyət göstərmişdir. Məhkum Ticarət Mərkəzindən, qızıl-zinyət əşyalarının satışından və istixanadan olan gəlirləri barədə ona təqdim etdiyi sənədlərə və şifahi məlumatlara əsasən kredit ödəmə qabiliyyətinin olduğu müəyyən edildikdən so nra o, yəni Şahid6 toplanmış sənədləri Baş ofisə göndərmiş və Kredit Komitəsi tərəfindən ona kredit verilməsi barədə qərar qəbul edilmişdir. 29 oktyabr 2012-ci il tarixdə fərdi sahibkar kimi onunla "xxxx" QSC- nin Göyçay filialı arasıda 26L000000758 saylı “Kredit Xətti Müqaviləsi” bağlanmış, müqavilənin 1-ci bəndinə əsasən borcalana 29 oktyabr 2022-ci il tarixdən gec olmayan, 120 ay müddətinə, ümumilikdə 2.000.000 ABŞ dolları həcmində kredit xəttinin açılması və həmin kredit xətti əsasında veriləcək hər bir kreditin məqsədi, məbləği, faiz dərəcəsi, müddəti və digər şərtlərin tərəflər arasında bağlanacaq “Kredit razılaşmaları” ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. Bundan sonra, Məhkum məxsus Ucar şəhəri, 20 yanvar küçəsində yerləşən Ticarət Mərkəzi kimi fəaliyyət göstərən 1713 kv.metr sahəsi olan qeyriyaşayış sahəsi bankda yüklü edilmiş, 29 oktyabr 2012-ci il tarixli 26M000000300 saylı “İpoteka müqaviləsi”nin 2.4-cü bəndinə əsasən ipoteka pedmeti tərəflərin razılığı ilə 322.785,72 manat dəyərində qiymətləndirilmişdir. 29 oktyabr 2012-ci il tarixli 26L000000758 saylı “Kredit xətti müqaviləsi”nin şərtləri nəzərə alınmaqla, Məhkum 08 oktyabr 2012-ci il tarixli kredit ərizəsi əsasında onunla "xxxx" QSC-nin Göyçay filialı arasında 30 oktyabr 2012-ci il tarixli 26R000001679 saylı “Kredit razılaşması” imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən bank tərəfindən Məhkum 36 ay müddətinə, aylıq 1.5 % olmaqla, 400.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş vəsaitin 4.000 ABŞ dolları olan hissəsi komissiya haqqı olaraq bank tərəfindən tutulmuş, qalan 3 96.000 ABŞ dolları ona məxsus AZ82ACAB******************** nömrəli cari hesaba köçürülmüşdür. Həmin kreditə görə əsas məbləğ üzrə 334.762,69 ABŞ dolları, faiz üzrə 142.316.35 ABŞ dolları Məhkum tərəfindlən ödənilmiş və aparılmış ödənişlər üzrə hesablamalara əsasən onun hazırda 65.237.31 ABŞ dolları məbləğində əsas, 31.281.46 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 96.518.77 ABŞ dolları borcu qalmışdır. Bundan başqa, 09 fevral 2014-cü il tarixdə Məhkum yenidən filiala ərizə ilə müraciət edədək 560.000 ABŞ dolları məbləğində ona kredit ayrılmasını xahiş etmişdir. Həmin ərizədə Müşfiq asanlıqla ayda 20.000-30.000 ABŞ dolları ödəmək imkanı olduğunu qeyd etmişdir. Onun ərizəsi əsasında Məhkum veriləcək kredit məbləğini ödəmək qabiliyyətinin olub-olmasının yoxlanılması məqsədilə onunla Ucar şə hərində görüşərək Ticarət mərkəzinə, Platin mağazasına, Göyçay rayonunda yerləşən istixanasına yenidən baxış keçirmişdir. Məhkum ona təqdim etdiyi məlumatlara əsasən onun biznesi ilə əlaqədar aylıq dövriyyəsi 561.945 ABŞ dolları, aylıq gəliri isə 70.120 ABŞ dolları təşkil etmişdir. Qeyd olunan məlumatlar əsasən onun tərəfindən “Kredit analizi” vərəqəsi tərtib edilmiş və toplanmış məlumatlar Kredit komitəsinə təqdim edildikdən sonra Məhkum əlavə olaraq 300.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə qərar qəbul olunmuşdur. Məhkum 09 fevral 2014-cü il tarixli kredit ərizəsi əsasında onunla "xxxx" QSC-nin Göyçay filialı arasında 24 fevral 2014-cü il tarixli 26R000004685 saylı “Kredit razılaşması” imzalanmışdır. Razılaşmaya əsasən bank tərəfindən Məhkum 36 ay müddətinə, aylıq 1.3333 % o lmaqla, 300.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş vəsaitin 3.000 ABŞ dolları olan hissəsi komissiya haqqı olaraq bank tərəfindən tutulmuş, qalan 297.000 ABŞ dolları sonuncunun AZ82ACAB******************** nömrəli cari hesabına köçürülmüşdür. Həmin hesabdan pulları Müşfiq şəxsən nağd qaydada götürüb istifadə etmişdir. Şahid6 həmçinin qeyd etmişdir ki, cinayət işinin materiallarında olan 08 oktyabr 2012-ci il və 09 fevral 2014-cü il tarixli “kredit analizi” vərəqələrini özü tərtib etmiş, belə ki, Məhkum kredit verilməmişdən əvvəl onun tərəfindən Müşfiqin biznes fəaliyyəti yoxlanılmış və bu zaman Məhkum Ucar şəhərində yerləşən obyektlərindən ona öz aylıq dövriyyəsi, xərcləri və gəlirləri barədə məlumatları təqdim etmişdir. Həmin vaxt Məhkum ona özünə məxsus dəf tərçəni təqdim etmiş və o, qeyd olunan məlumatları onun dəftrəçəsindən götürərək analiz aparmışdır. Müşfiq aylıq dövriyyəsini və xərclərini ona təqdim edərək götürəcəyi kreditlər üzrə aylıq ödəmə qabiliyyətinin kifayət qədər olduğunu demiş və onun söhlərinə əsasən o, “kredit analizi” vərəqlərinin “müştərinin mənfəəti və zərəri” qrafalarını doldurmuşdur. Məhkum təqdim etdiyi məlumatlara əsasən 2012-ci ildə onun aylıq dövriyyəsi 450.757 ABŞ dolları, aylıq gəliri 57.487 ABŞ dolları, 2014-cü ildə isə onun aylıq dövriyyəsi 561.945 ABŞ dolları, aylıq gəliri isə 70.120 ABŞ dolları olmuşdur. İbtidai araşdırma zamanı Məhkum tərəfindən "xxxx" QSC-dən kredit götürülərkən həmin kredit üzrə onun ödəmə qabiliyyətinin olub-olmamasını müəyyən etmək məqsədilə iş üzrə 14 iyul 2020-ci tarixli qərar əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsi tərəfindən araşdırma aparılmış və bu araşdırmanın nəticəsinə dair tərtib edilmiş 30 iyul 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, sahibkar fiziki şəxs Məhkum (VÖEN **********) ilə "xxxx" QSC-nin Göyçay filialı arasında bağlanmış 29 okytabr 2012-ci il tarixli 26L000000758 saylı “Kredit xətti müqaviləsi”nin tələblərinə müvafiq olaraq imzalanmış 30 oktyabr 2012-ci il tarixli 26R000001679 saylı “Kredit razılaşması” əsasında verilmiş 400.000 ABŞ dolları, 24 fevral 2014-cü il tarixli 26R000004685 saylı “Kredit razılaşması” əsasında 300.000 ABŞ dolları olmaqla, ümumilikdə 700 000.00 ABŞ dolları məbləğində kredit verilmişdir. 30 oktyabr 2012-ci il tarixli 26R000001679 s aylı “Kredit razılaşması” əsasında verilmiş 400.000.0 ABŞ dolları olan kreditlə bağlı əsas məbləğ üzrə 334.762.69 ABŞ dolları, faiz üzrə 142.316.35 ABŞ dolları ödənilmiş və aparılmış ödənişlər üzrə hesablamalara əsasən 65.237.31 ABŞ dolları məbləğində əsas, 31.281.46 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 96.518,77 ABŞ dollarıı, 24 fevral 2014-cü il tarixli 26R000004685 saylı “Kredit razılaşması” əsasında 300.000 ABŞ dolları olan kreditlə bağlı əsas məbləğ üzrə 139.082,46 ABŞ dolları, faiz üzrə 114.682,32 ABŞ dolları ödənilmiş və aparılmış ödənişlər üzrə hesablamalara əsasən 160.917,54 ABŞ dolları məbləğində əsas, 79 256.56 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 240.174,1 ABŞ dolları olmuşdur. Kredit analizi ilə bağlı tərtib olunmuş 08 oktyabr 2012-ci il tarixli sənədlərə əsasən borc lu Məhkum aylıq ortalama gəlirinin 450.757 ABŞ dolları, satışın və gəlirinin maya dəyərinin 322.173 ABŞ dolları, biznes xərclərinin 62.097 ABŞ dolları, xalis gəlirinin 66.487 ABŞ dolları, cari şəxsi xərclərinin 9000 ABŞ dolları, aylıq ödəmə qabiliyyətinin 57.487 ABŞ dolları, 09 fevral 2014-cü il tarixli kredit analizi ilə bağlı tərtib olunmuş sənədlərə əsasən aylıq ortalama gəlirinin 561.945 ABŞ dolları, satışın və gəlirinin maya dəyərinin 418.186 ABŞ dolları, biznes xərclərinin 63.639 ABŞ dolları, xalis gəlirinin 80.120 ABŞ dolları, cari şəxsi xərclərinin 10.000 ABŞ dolları, aylıq ödəmə qabiliyyətinin 70.120 ABŞ dolları olduğunu bildirsə də, Azərbaycan Respublikasının Vergilər Nazirliyindən ibtidai araşdırma orqanına təqdim olunmuş hesabat sənədlərindən görünür ki, Məhkum sahibkarlıq suby ekti kimi (VÖEN **********), vergi orqanlarına təqdim etdiyi gəlir verigisi bəyannamələrində 2012-ci ildə şəxsi daşınmaz əmlakın icarəyə və istismara təqdim edilməsindən 4000.0 manat, 2013-cü ildə şəxsi daşınmaz əmlakın icarəyə və istismara təqdim edilməsindən 4800.0 manat, 2014-cü ildə şəxsi daşınmaz əmlakın icarəyə və istismara təqdim edilməsindən 4800.0 manat, 2016-cı ildə şəxsi daşınmaz əmlakın icarəyə və istismara təqdim edilməsindən 3600.0 manat, 2017-ci ildə şəxsi daşınmaz əmlakın icarəyə və istismara təqdim edilməsindən 3600.0 manat olmaqla, 2012, 2013, 2014, 2016 və 2017-ci illərdə ümumilkidə 20 800.0 manat ödəmə mənbəyində vergi tutulmuş gəliri olmuşdur. Onun 2011, 2017 və 2018-ci illərdə ümumilkdə 74.550 manat gəlir əldə etdiyi və həmin məbləğdən dövlət büdcəsinə 2030.0 manat ve rgi ödədiyi göstərilmişdir. Bundan başqa, 29 oktyabr 2012-ci il tarixli 26L000000758 saylı “Kredit xətti müqaviləsi” üzrə bağlanmış 29 oktyabr 2012-ci il tarixli 26S000001539 saylı zaminlik müqaviləsinə əsasən direktoru X11 (Ş.V.N AZE ********) olan "xxxx" MMC (VÖEN **********) tərəfindən vergi orqanlarına təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində həmin cəmiyyətin 2011-2014-cü illərdə dövriyyəsi və gəliri olmamış, 2015, 2016, 2017 və 2018-ci illərdə ümumilkdə 65 500.0 manat gəlir əldə etdiyi və həmin məbləğdən dövlət büdcəsinə 1310.0 manat vergi ödədiyi göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 21 avqust 2020-ci il tarixli 9/2917 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, audit rəyinin düzgünlüyü istintaq orqanı tərəfind ən nəzərə alındıqda sahibkar fiziki şəxs Məhkum (VÖEN **********) ilə "xxxx" QSC-nin Göyçay filialı arasında bağlanmış 29 oktyabr 2012-ci il tarixli 26L000000758 saylı “Kredit xətti müqaviləsi”nin tələblərinə müvafiq olaraq imzalanmış 30 oktyabr 2012-ci il tarixli 26R000001679 saylı “Kredit razılaşması” əsasında verilmiş 400 000.0 ABŞ dolları, 24 fevral 2014-cü il tarixli 26R000004685 saylı “Kredit razılaşması” əsasında 300 000.0 ABŞ dolları olmaqla, ümumilikdə 700.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 30 oktyabr 2012-ci il tarixli 26R000001679 saylı “Kredit razılaşması” əsasında verilmiş 400.000 ABŞ dolları olan kreditlə bağlı əsas məbləğ üzrə 334 762.69 ABŞ dolları, faiz üzrə 142 316.35 ABŞ dolları ödənilmiş və aparılmış ödənişlər üzrə hesablamalara əsasən xx.xx.2018-ci il tar ixinə 65 237.31 ABŞ dolları məbləğində əsas, 31 281.46 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 96 518.77 ABŞ dolları, 24 fevral 2014-cü il tarixli 26R000004685 saylı “Kredit razılaşması” əsasında 300 000.0 ABŞ dolları olan kreditlə bağlı əsas məbləğ üzrə 139 082.46 ABŞ dolları, faiz üzrə 114 682.32 ABŞ dolları ödənilmiş və aparılmış ödənişlər üzrə hesablamalara əsasən 27 sentyabr 2018-ci il tarixinə 160 917.54 ABŞ dolları məbləğində əsas, 79 256.56 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 240 174.1 ABŞ dolları olmuşdur. Kredit analizi ilə bağlı tərtib olunmuş 08 oktyabr 2012-ci il tarixli sənədlərə əsasən borclu Məhkum aylıq ortalama gəlirinin 450.757 manat, satışın və gəlirinin maya dəyərinin 322 173.0 manat, biznes xərclərinin 62 097.0 manat, xalis gəlirinin 66 487.0 manat, cari şəxsi xərclərinin 9000.0 manat, aylıq ödəmə qabiliyyətinin 57 487.0 manat, 09 fevral 2014-cü il tarixli kredit analizi ilə bağlı tərtib olunmuş sənədlərə əsasən aylıq ortalama gəlirinin 561 945.00 manat, satışın və gəlirinin maya dəyərinin 418 186.0 manat, biznes xərclərinin 63 639.0 manat, xalis gəlirinin 80 120.0 manat, cari şəxsi xərclərinin 10 000.0 manat, aylıq ödəmə qabiliyyətinin 70 120.0 manat olduğunu bildirsə də, Azərbaycan Respublikasının Vergilər Nazirliyindən təqdim olunmuş hesabat sənədlərindən görünür ki, onun sahibkarlıq subyekti kimi (VÖEN **********), 2012, 2013, 2014, 2016 və 2017-ci illərdə ümumilkidə 20 800.0 manat ödəmə mənbəyində vergi tutulmuş gəliri olmuş, vergi orqanlarına təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində Məhkum 2011, 2017 və 2018-ci illərdə ümumil kdə 74 550.0 manat gəlir əldə etdiyi və həmin məbləğdən dövlət büdcəsinə 2030.0 manat vergi ödədiyi göstərilmişdir. Bundan başqa, 29 oktyabr 2012-ci il tarixli 26L000000758 saylı “Kredit xətti müqaviləsi” üzrə bağlanmış 29 oktyabr 2012-ci il tarixli 26S000001539 saylı zaminlik müqaviləsinə əsasən direktoru X11 (Ş.V.N AZE ********) olan "xxxx" MMC (VÖEN **********) tərəfindən vergi orqanlarına təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində həmin cəmiyyətin 2015, 2016, 2017 və 2018-ci illərdə ümumilkdə 65 500.0 manat gəlir əldə etdiyi və həmin məbləğdən dövlət büdcəsinə 1310.0 manat vergi ödədiyi göstərilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyindən araşdırmaya təqdim olunmuş vergi bəyənnamələrindən göründüyü kimi, Məhkum sahibkarlıq subyekti kimi (VÖEN **********) dövlət qeydiyyatına alınmış, qeydiyyata alındığı vaxtdan sadələşdirilmiş və gəlir vergisinin ödəyicisi olmuşdur. Onun vergi orqanlarına təqdim etdiyi gəlir verigisi bəyannamələrində 2012-ci ildə şəxsi daşınmaz əmlakın icarəyə və istismara təqdim edilməsindən 4000.0 manat, 2013-cü ildə şəxsi daşınmaz əmlakın icarəyə və istismara təqdim edilməsindən 4800.0 manat, 2014-cü ildə şəxsi daşınmaz əmlakın icarəyə və istismara təqdim edilməsindən 4800.0 manat, 2016-cı ildə şəxsi daşınmaz əmlakın icarəyə və istismara təqdim edilməsindən 3600.0 manat, 2017-ci ildə şəxsi daşınmaz əmlakın icarəyə və istismara təqdim edilməsindən 3600.0 manat olmaqla, 2012, 2013, 2014, 2016 və 2017-ci illərdə ümumilkidə 20 800.0 manat ödəmə mənbəyində vergi tutulmuş gəliri olmuşdur. Bundan başqa, 29 oktyabr 2012-ci il tarixli 2 6L000000758 saylı “Kredit xətti müqaviləsi” üzrə bağlanmış 29 oktyabr 2012-ci il tarixli 26S000001539 saylı zaminlik müqaviləsinə əsasən direktoru Məhkum (Ş.V.N AZE ********) olan "xxxx" MMC (VÖEN **********) tərəfindən vergi orqanlarına təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində göstərilmişdir ki, həmin cəmiyyətin 2015-ci ilin I rübündə 5100.0 manat gəliri olmuş, həmin məbləğdən 102.0 manat vergi ödəmiş, 2015-ci ilin II rübündə 5100.0 manat gəliri olmuş, həmin məbləğdən 102.0 manat vergi ödəmiş, 2015-ci ilin III rübündə 5100.0 manat gəliri olmuş, həmin məbləğdən 102.0 manat vergi ödəmiş, 2015-ci ilin IV rübündə 5100.0 manat gəliri olmuş, həmin məbləğdən 102.0 manat vergi ödəmiş, 2016-cı ilin I rübündə 1200.0 manat gəliri olmuş, həmin məbləğdən 24.0 manat vergi ödəmiş, 2016-cı i lin II rübündə 5100.0 manat gəliri olmuş, həmin məbləğdən 102.0 manat vergi ödəmiş, 2016-cı ilin III rübündə 5100.0 manat gəliri olmuş, həmin məbləğdən 102.0 manat vergi ödəmiş, 2016-cı ilin IV rübündə 5100.0 manat gəliri olmuş, həmin məbləğdən 102.0 manat vergi ödəmiş, 2017-ci ilin I rübündə 5100.0 manat gəliri olmuş, həmin məbləğdən 102.0 manat vergi ödəmiş, 2017-ci ilin II rübündə 5100.0 manat gəliri olmuş, həmin məbləğdən 102.0 manat vergi ödəmiş, 2017-ci ilin III rübündə 5100.0 manat gəliri olmuş, həmin məbləğdən 102.0 manat vergi ödəmiş, 2017-ci ilin IV rübündə 1700.0 manat gəliri olmuş, həmin məbləğdən 34.0 manat vergi ödəmiş, 2018-ci ilin I rübündə 5100.0 manat gəliri olmuş, həmin məbləğdən 102.0 manat vergi ödəmiş, 2018-ci ilin II rübündə isə 6500.0 manat gəliri olmuş, həmin məb ləğdən 130.0 manat vergi ödəmişdir. "xxxx" MMC tərəfindən vergi orqanlarına təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrindən göründüyü kimi cəmiyyət 2015, 2016, 2017 və 2018-ci illərdə ümumilkdə 65 500.0 manat gəlir əldə etmiş və həmin məbləğdən dövlət büdcəsinə 1310.0 manat vergi ödəmişdir. "xxxx" MMC-nin fəaliyyət növü saatların və zərgərlik məmulatlarının təmiri olmuşdur. Məhkum 2012 və 2014-cü illərdə maliiyə vəziyyəti və kreditlər üzrə ödəmə qabiliyyəti barədə təkzib olunmaz məlumatlara dair təsvir edilmiş sübutların olmasına baxmayaraq, onun bankın nymayəndəsi olan Şahid6 təqdim etdiyi, lakin həqiqətə uyğun məlumatlara əsasən sonuncu tərəfindən tərtib edilmiş 08 oktyabr 2012-ci il tarixli “kredit analizi” vərəqəsinin “mənfəət və zərər hesabatı” qrafasında məhkum olunmuş şəxsin aylıq dövriyyəsinin 450.757 ABŞ dolları və aylıq gəlirinin isə 57.487 ABŞ dolları, 09 fevral 2014cü il tarixli “kredit analizi” vərəqəsinin eyni qarfasında isə sonuncunun aylıq dövriyyəsi 561.945 ABŞ dolları və aylıq gəlirinin isə 70.120 ABŞ dolları olması göstərilmişdir. Məhkum bilə-bilə təqdim etdiyi, lakin həqiqəti əks etdirməyən bu məlumatlara əsasən ona "xxxx" QSC tərəfindən iki dəfə - 2012 və 2014-cü illərdə kreditlər verilmiş, onun bu əməli nəticəsində də adı çəkilən kredit təşkilatına külli miqdarda ziyan vurulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, toplanmış və araşdırılmış sübutlarla təsdiq olunan Məhkum törətdiyi əməllər təhlil edildikdə, bu əməllərin CM-nin 195.2-ci maddəsində (CM-nin 195.1-ci maddəsi ilə birgə) nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti ilə uzlaşdığı görünür. Belə ki, CM-nin 195.1-ci maddəsi ilə birgə həmin Məcəllənin 195.2-ci maddəsinin tələblərinə görə, fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin alınması külli miqdarda ziyan vurduqda bu əməli törətmiş şəxsin CM-nin 195.2-ci həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. CM-nin 190-cı maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 195.2ci maddəsində “külli miqdar” dedikdə iki yüz min manatdan artıq olan məbləğ başa düşülür. Məhkəmə kollegiyası “Qanunsuz kredit alma” cinayətinə təfsir verməyi zəzuri hesab edərək əvvəla vurğulayır ki, bilavasitə iqtisadi fəaliyyət subyektlərinin mənafelərinin müdafiəsinə və onların maliyyə-kredit münasibətlərinin stimulluşd ırılmasına yönəlmiş qaydyların cinayətkar qəsdlərdən müdafiəsi dövlətin hüquq mühafizə fəaliyyətinin əsas istiqamətlərindəndir. Təsərrüfat subyektlərinin maliyyə-kredit fəaliyyətini tənzimləyən ictimai münasibətlərə qəsd edən cinayətlərə həmçinin CM-nin 195-ci maddəsində nəzərdə tutulmuş cinayət də aid edilmişdir. Bu cinayətin bilavasitə obyekti bankların və digər kredit təşkilatlarının kredit fəaliyyətini nizamlayan ictimai münasibətlərdir. Təhlil edilən cinayətin predmeti kimi bank və ya digər kredit təşkilatı tərəfindən faizlərlə birlikdə qaytarmaq şərti ilə borcluya verilən pul vəsaiti çıxış edir. Qeyd olunan maddədə yalan məlumatlara fərdi sahibkarın təsərrüfat fəaliyyəti, maliyyə vəziyyəti, krediti ödəmə imkanları barədə kredit təşkilatına təqdim edilmiş həqiqətə uyğun olmayan, təhri f olunmuş, yaxud saxta müqavilələrdə, zaminlik və mühasibat sənədlərində göstərilən məlumatlar aid edilir. Bu cinayətin dələduzluq cinayətindən fərqi onldan ibarətdir ki, şəxs dələduzluq cinayətini törədərkən ələ keçirdiyi əmlakı (pul vəsaitini) ödəmək niyyətində olmur, qanunsuz kreditin alınması zamanı isə o, belə niyyət, yəni tamah niyyəti izləmir və bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq aldığı krediti (faizlərlə birlikdə) ödəmək öhdəliyini götürür, sonradan isə bu öhədiliyi tam və ya qismən yerinə yetirir. Bununla belə birbaşa qəsdlə törədilən qanunsuz kredit alma cinayəti də maddi tərkibli cinayətlərə aid edilir və kreditin alınması anında başa çatmış hesab olunur. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, şəxsin CM-nin 195.1-ci maddəsində göstərilən, cinayətin o byektiv cəhətinə aid olan hərəkətləri edib krediti aldıqdan sonra onu faizlərlə ödəmək öhədiliyini daşıdığından həmin kreditin müqabilində bankın və ya digər kredit təşkilatının girovuna hər hansı əmlakını qoyması (əmlakı ipoteka ilə ykləməsi) əməlin CM-nin 195-ci maddəsi ilə tövsif edilməsi üçün heç bir əhəmiyyət kəsb etmir. Burada əsas sübuta yetirilməli hallar ondan ibarətdir ki, birincisi, fərdi sahibkarın banka və ya digər kredit təşkilatına təqdim etdiyi məlumatlar yalan olsun, yəni həqiqəti əks etdirməsin, ikincisi isə bu haqda onun özü də bilsin. Artıq cinayət başa çatdıqdan sonra isə şəxsin aldığı kredit üzrə borcunun bir hissəsini, yaxu da tam ödəməsi (hazırki iş üzrə müəyyən edildiyi kimi) yenə də onun cinayət məsuliyyətinə cəlb edilməsini istisna etmir və belə şəxs CM-nin 195.1 və ya 195.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilindikdə bu hal onun barəsində bu və ya cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Hazırki işin materiallarından (araşdırılmış sübutlardan) görünən odur ki, Məhkum 2012 və 2014-cü illərdə külli miqdarda kreditlər almaq məqsədilə "xxxx" QSC-nin Göyçay filialına özünün maliyyə dövriyyəsi və kreditləri ödəmək imkanı barədə təhrif olunmuş, yəni yalan məlumatlar təqdim etmiş, bu məlumatların həqiqəti əks etdirmədiyini özü də bilmiş, bu yolla da istədiyi krediti almağa nail olaraq kredit təşkilatına hər dəfə külli miqdarda ziyan vurmuş və yalnız təqsirli bilindiyi cinayət başa çatıqdan sonra aldığı krediti faizlərlə birlikdə ödəmək öhdəliyini daşıyaraq onların bir hissəsini ödəmişdir. Sonuncu halın isə məhkəmələr tərəfindən nəzərə alınmasına ehtiyac qalmamışdır ona görə, Məhkum təqsirli bilindiyi CM-nin 195.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun haqqında hər hansı cinyət-hüquqi xarakterli tətbiq edilməmişdir. Məhkəmə kollegiyası sübuta yetirilmiş işin bu fakiki hallarından, cinayət qanunu normalarının tələblərindən və həmin normalara verdiyi təfsirdən çıxış edərək müdafiəçi G.H.Məmmədtağıyevin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və buna görə də həmin dəllləri qəbul edilməz sayaraqvə bu dəlillər əsasında irəli sürülmüş tələbin təmin olunmasını, Məhkum hər hansı əsasla bəraət verilməsi, yaxud da onun barəsindəki cinayət işi üzrə bəraətverici əsaslarla xitam verilməsi üçün heç bir əsas görmür. Məhkəmə k ollegiyası onu da qeyd edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri Məhkum ona qarşı CM-nin 195.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi barədə nəticəyə gələrkən iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında mülahizələrə deyil, araşdırılmış mötəbər və qanuni yolla əldə edilmiş, biri-birini tamamlayan sübutlara əsaslanmış və istər işə mahiyyəti üzrə baxarkən, istərsə də yekun məhkəmə aktları qəbul edərkən prosessual hüquq normalarının aşağıdakı tələblərinə də tam əməl etmiş, həmçinin bunlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini də nəzərə almışlar. Belə ki, CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, mü stəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 349.5-ci maddəsinin tələblərinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəm ənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Məhkəmə kollegiyası CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək onu da vurğulayır ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri, məhkəmə iclasında isə təd qiq edilmiş ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri ilə uzlaşan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ə dalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı ol mayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Beləliklə, təsvir olunanlardan görünür ki, müdafiəçi G.H.Məmmədta ğıyevin kassasiya şikayətində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPMnin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməllərində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən pozuntulardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş halları müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıx ışını dinləyərək belə nəticəyə gəlir ki, müdafiəçi G.H.Məmmədtağıyevin kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 195.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması və ona CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması və ona Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar