Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1719/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10, Məhkum Əlihüseyin oğlunun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Məhkum Əlihüseyin oğlunun Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 120.1, 170.3 və 32.4, 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 1(103)-18/2024 nömrəli hökümündən Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum Əlihüseyin oğlunun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları:
1. Məhkum Əlihüseyin oğl u xx xxx 1986-ci il tarixdə Saatlı rayonu, Qaranuru kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. İttiham aktına əsasən Məhkum CM-in 120.2.2, 170.3, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə təqsirləndirilir ona görə ki, o, yetkinlik yaşına çatmayana vəd verməklə ağır cinayət törədilməsinə cəlb edib, sövdələşmə yolu ilə ağır cinayət törətmək barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmiş, eləcə də silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüşdür.
3. Belə ki, o, yetkinlik yaşına çatmayan xx xxxx 2002-ci il təvəllüdlü tanışı Şahid1 qazanc əldə edəcəyi barədə vədlər verməklə ağır cinayət törədilməsinə cəlb edib, sövdələşmə yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını ələ keçirmə cinayəti törətmə barədə razılaşaraq, sonuncu ilə cinayət əlaqəsinə girib 23 aprel 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Kazımovski küçəsində yerləşən “Pitomnik” adlı parkın ərazisində əvvəlc ədən aralarında olan razılaşmaya əsasən Şahid1 Zərərçəkmiş şəxs2 yaxınlaşıb üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə etməklə sonuncunun sol bud nahiyəsinə dirəməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib basqın edərək sonuncuya məxsus üzərində 7 manat dəyərində ekran qoruyucu, 100 manat dəyərində ***-***-**-** "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus nömrə olan 950 manat dəyərindəki “İphone” markalı Al 865 (X) model mobil telefonu və 53 manat nəğd pulu alıb ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs2 1110 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etmişdir.
4. Bundan başqa, o, 27 sentyabr 2020-ci il tarixdə tanışları Zərərçəkmiş şəxs1 və Şahid5 arasında yaranmı ş mübahisəyə qoşulmaqla Zərərçəkmiş şəxs1 Şahid5 birlikdə döyməyi, Şahid5 isə Zərərçəkmiş şəxs1 ünvanına təhqiramiz ifadələr işlətməklə birlikdə cəzalandırmağı təklif etmiş, bu barədə Şahid5lə danışıq zamanı məlumat alan Zərərçəkmiş şəxs1 Məhkum etdiyi hərəkətlərdən qəzəblənərək istifadəsində olan ***-*****-** nömrəli nömrədən onun istifadəsində olan ***-***-**-** nömrəli nömrəyə “sms” yazaraq “telefonuvu elive goturen kimi mennen svyaza cix, seryoznu prablemim var sennen” sözlərini yazmaqla görüşmək istəyini bildirsə də, buna nail ola bilməmiş, 28 sentyabr 2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 tanışları ilə Həsən Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən avtomobil təmir sexində tanışı Əlinin doğum gününü qeyd edən zaman təsadüfən tanışı Şahid6 Məhkuml ə telefonla danışdığını görüb sonuncu ilə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş, Məhkum Zərərçəkmiş şəxs1 4-cü mikrorayon dairəsi yaxınlığına çağırması səbəbindən Zərərçəkmiş şəxs1 tanışı Şahid2 ilə birlikdə saat 04 radələrində icarə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 4-cü mikrorayon dairəsi yaxınlığında yerləşən H.Seyidzadə küçəsi ev 16 b ünvanına gəlmiş, avtomobildən düşərək Məhkum yaxınlaşdıqda sonuncunun yumruq zərbəsi yetirməsi səbəbindən Zərərçəkmiş şəxs1 Məhkum ünvanına təhqiredici ifadələr işlətməklə qaçaraq yolun digər tərəfinə keçmiş, sonuncu təhqir edilməsini bəhanə edərək Zərərçəkmiş şəxs1 arxası ilə gedib öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq gö stərib özünü ətrafdakılara qarşı qoymaqla, yüksək səslə ünvanına təhqiramiz ifadələr işlədərək gecə saatları olmasına baxmayaraq ətrafda yaşayan şəxslərin istirahətini pozaraq heç bir əsaslı səbəb olmadan yumruq və təpik zərbələri yetirməklə yerə yıxaraq ona zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, daha sonra ona zor tətbiq olunması ilə müşayiət edilən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə, əvvəlcədən üzərində gəzdirdiyi və silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbə x bıçağı ilə zərbələr endirməklə sol budun yuxarı 1/3-nin arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya xarakterik, sol budun aşağı 1/3-nin arxa səthinin 1 ədəd kəsilmiş yarası, sol diz oynağı nahiyəsinin iç səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası və sağ mil-bilək oynağı nahiyəsinin və əlin arxa səthinin 1 ədəd kəsilmiş yarası kimi hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya xarakterik, boyun nahiyəsinin 2 ədəd qançırı, sol yanağın 1 ədəd qançırsıyrığı, sağ dirsək oynağı nahiyəsinin 3 ədəd, sağ ayağın bayır topuğunun 1 ədəd, sol əlin ovuc səthinin 1 ədəd, sol diz oynağı nahiyəsinin 2 ədəd, sol dirsək oynağı nahiyəsinin 4 ədəd sıyrıqları kimi həm ümumilikdə, həm də ayrı- ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, nəticədə Zərərçəkmiş şəxs1 almış olduğu sol budun yuxarı 1/3-nin bud arteriyasının və venasının zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qan itirmə nəticəsində aparıldığı Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ölmüş, bununla da üzərində gəzdirdiyi bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri edərək, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X15 (sədrlik edən), X16 və X5 ibarət məhkəmə tərkibində) 28 yanvar 2022-ci il tarixli, 1(101)-127/2022 nömrəli hökmü ilə Məhkum CM-in 126.3, 170.3, 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinməsi, CM-in 126.3-c i maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 170.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 181.2.1, 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum CM-in 221.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə bəraət verilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan- 28 sentyabr 2020-ci il tarixdən hesablanması, barəsində xüsusi müsadirə təbiq edilməməs i, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
6. Hökmdən məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti və Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X17 (sədrlik edən və məruzəçi), X19 və X4 ibarət məhkəmə tərkibində) 14 aprel 2022-ci il tarixli, 1(103)722/2022 nömrəli qərarı ilə məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Məhkum CM-in 126.3, 170.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə m əhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmünün apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Həmin qərardan dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti və məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X20 və X1 ibarət məhkəmə tərkibində) 19 oktyabr 2022-ci il tarixli, 1(102)-1339/2022 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin qismən təmin edilməsi, Məhkum haqqında Bakı Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət məhkəmə tərkibində) 12 yanvar 2024-cü il tarixli, 1(103)18/2024 nömrəli hökmü ilə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin edilməsi, məhkum edilmiş Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 126.3, 170.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-127/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli hökmünün ləğv edilməsi, Məhkum CM-in 1 20.1, 170.3, 32.4, 181.2.5-ci maddələri ilə təqsirli bilinməsi, CM-in 120.1-ci maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 170.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4, 181.2.5-ci maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum CM-in 221.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə bəraət verilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 28 sentyabr 2020-ci il ta rixdən hesablanması, barəsində xüsusi müsadirə təbiq edilməməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməməsi müəyyən edilmiş, hökmlə hhəmçinin maddi sübutlar məsələsi də həll edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 1(103)-18/2024 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti, Məhkum Əlihüseyin oğlunun müdafiəçisi Müdafiəçi1 tərəfindən isə kassasiya şikayəti vermişdir. İİ. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:
12. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına və cinayət işi materiallarında olan sübutlara istinadlar edərək qeyd etmişdir ki, hesab edir ki, məhkəmə kollegiyası tərəfindən yekun qənaətə gəlinərkən süb utlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, eləcə də məhkəmənin gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyindən, habelə cəza təyininə dair hissədə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi eləcə də məhkum olunmuş şəxsin şəxsiyyətinə uyğun olmayan aşağı həddə ədalətsiz cəza təyin olunduğundan, həmin hökm əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının Məhkum Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürməsi ilə bağlı əməlinin Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə deyil, məhz 120.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələrkən öz mülahizələrinə əsasən müəyyən edilmiş saydığı hallardan çıxış etməsi məhkəmənin işin faktiki hallarının və iş üzrə mövcud olan sübutların lazımınca araşdırılmasına əsaslanmır.
13. Kassasiya protestinin dəlilləri qismində qeyd edilmişdir ki, Məhkum Azərbaycan İdman Akademiyasını bitirmiş, peşəkar qaydada kikboksla məşğul olmuş, idman yarışlarında bir sıra nailiyyətlər qazanmışdır. Qeyd edilən hal Məhkum ona qarşı ağır söyüşlər söyən şəxs Zərərçəkmiş şəxs1 söydüyü söyüşlərə görə bıçaqla xəsarət yetirərək yox, digər qaydada əvvəllər idmanla peşəkar qaydada məşğul olmuş şəxs kimi qisas almaq imkanının mövcud olmasına əsas verir. Lakin Məhkum qeyd edilən qaydada peşəkar idmançı kimi Zərərçəkmiş şəxs1 malik olduğu fiziki güc hesabına xəsarətlər yetirərək qisas almaq əvəzinə, digər üsulla bıça qla yerə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 bud nahiyəsinə xəsarətlər yetirmişdir ki, bu da Məhkum Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə öldürməklə bağlı niyyətini ehtiva edir.
14. Həmçinin, cinayət işi materiallarında olan şahid ifadələrinə istinad edən dövlət ittihamçısı Məhkum CM-in 221.3-cü maddəsi ilə olan əməli üzrə təqsirliliyinin sübuta yetirilməməsi ilə bağlı məhkəmənin qənaətini işin faktiki halları ilə uzlaşan nəticə hesab etməmişdir.
15. Bununla yanaşı dövlət ittihamçısı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə həm təqsirli bilindiyi maddələr, həm də cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən cinayət qanununun normalarının tələblərinə əməl edilməmiş, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə si halları, Məhkum şəxsiyyəti nəzərə alınmamış və ona əsassız olaraq aşağı həddə ədalətsiz cəza təyin edilmişdir.
16. Dövlət ittihamçısı qeyd olunanları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.2 və 416.1.15-ci maddələrinin pozuntusu kimi qeyd edərək, məhkəmə kollegiyasından Məhkum CM-in 120.2.2, 170.3, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə təqsiriəndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2024-cü il tarixli hökmünün ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.
17. Qərardan eyni zamanda Məhkum Əlihüseyin oğlunun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək, kassasiya şikayətinin dəlilləri qismində cinayət işi m ateriallarında olan sübutlara və çoxsaylı qanunvericilik normalarına istinadlar edərək göstərmişdir ki, Məhkum Zərərçəkmiş şəxs1 öldürmək fikrində olmamışdır. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs mərhum Zərərçəkmiş şəxs1in təhqirlərindən və onunla üzbəüz görüşən kimi onu yumruq və təpiklə vurmasından bezərək cəzalandırmaq məqsədi ilə ona bud nahiyəsindən zərbə vurmuşdur. Onun Zərərçəkmiş şəxs1 öldürmək fikri olsaydı, o, Zərərçəkmiş şəxs1 dalınca özü gedər, bıçağı da onun həyat üçün təhlükəli orqanına xəsarət yetirərdi.
18. Eyni zamanda kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsə istinad edilən əməllərdən onun təqsirli bilindiyi CM-in 120.1, 32.4, 181.2.5 və 170.3-cü maddələri üzrə də məhkumun əməlini sübuta yetirə bilməmişdir.
19. Məhkumun müd afiəçisi qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 1(103)18/2024 nömrəli hökmünün ləğv edilməsini, Məhkum Əlihüseyin oğluna CM-in 32.4, 181.2.5 və 170.3-cü maddələri ilə CPM-in 42.1.3-cü maddəsinə əsasən aidiyyəti sübut olunmadığına görə bəraət verilməsini və onun əməlinin CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif olunmasına və ona həmin maddənin sanksiyası hüdudlarında yüngül cəza təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
21. Hökmdən zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
22. Kass asiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda kassasiya protestini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
23. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum Əlihüseyin oğlunun müdafiəçisi Müdafiəçi1 kassasiya protestinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda kassasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
24. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
25. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə min miş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
26. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları norma larının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
27. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
28. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, təqsirləndirilən şəxsin əməlində CM-in 120.2.2-ci m addəsinin tərkibi olsa da, birinci instansiya məhkəməsinin onun əməlini əsassız olaraq CM-in 126.3-cü maddəsinə tövsif etməsi, həmçinin CM-in 221.3-cü maddəsi ilə Məhkum əsassız olaraq bəraət verildiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
29. Məhkum Əlihüseyin oğlunun müdafiəçisi kassasiya şikayətində Məhkum CM-in 181.2.1, 181.2.5 və 170.3-cü maddələri ilə aidiyyəti sübut olunmaması əsası ilə bəraət verilməsini və CM-in 126.1-ci maddəsi ilə yüngül cəza təyin edilməsinə dair qərar qəbul edi lməsini iddia etsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
30. Bununla belə, kollegiya dövlət ittihamçısının kassasiya protestini və Məhkum Əlihüseyin oğlunun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 1(103)-18/2024 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
31. Məhkəmə kollegiyası ilkin olaraq dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestin in dəlillərinə münasibətdə bildirir ki, cinayət işinin materiallarına əsasən, hazırki kassasiya protestinin dəlilləri qismində göstərilən nüanslar apellyasiya protestində də öz əksini tapmaqla, apellyasiya instansiya məhkəməsi qarşısında da mübahisələndirilmiş, həmin dəlillərin araşdırılması məqsədi ilə dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilərək, apellyasiya məhkəmə baxışı qismən məhkəmə istintaqı ilə aparılaraq, məhkum edilmiş şəxs Məhkum, Şahid2 və ekspert X6 ifadələri alınmış, iş üzrə ambulator “komisyon məhkəmə-psixiatrik” ekspertizası təyin edilərək keçirilmiş və müvafiq rəy alınmışdır.
32. Qeyd edilən sübutlar, həmçinin ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə icraatı zamanı əldə edilmiş sübutların qarşılıqlı, hərtərəfli, tam və obyektiv tədqiqi nəticəsində apellyasiya instansiya məhkəməsi məhkum edilmiş şəxsin niyyətinin zərərçəkmiş şəxsi həyatdan məhrum etmək olmaması, lakin ifadələrdən məhkum edilmiş şəxslə zərərçəkmiş şəxsin arasında olan münaqişədə zərərçəkmiş şəxsin də rolunun olmasının (söyməsi və s.) danılmazlığı, onların münaqişəsinin şəxsi münasibətlər zəminində yaranması və məhkum edilmiş şəxsin xuliqanlıq niyyətinin olmaması qənaətinə gəlmiş və bu qənaətini cinayət-prosessual qanunvericiliyin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarı, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarın ın və digər bir sıra qanunvericilik normalarının müvafiq bəndlərinə istinadən əsaslandırmışdır.
33. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, “baxılan işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxslərin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışları hərtərəfli araşdırılmalıdır.”
34. Həmin Qərarının 6-cı bəndində göstərilir ki,” qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bil məz.”
35. Göründüyü kimi törədilmiş əməldə xuliqanlıq niyyətinin və əməlinin aydınlaşdırılması istiqamətində müvafiq araşdırmalar aparılaraq, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin şəxsi münasibətlər zəminində yaranması müəyyən edilmişdir. Qeyd edilən hal müəyyən edilərkən bilavasitə məhkumun, şahidlərin ifadələri, telefon zəngləri və smslər əsas götürülmüşdür.
36. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində “... əvvəllər idmanla peşəkar qaydada məşğul olmuş şəxs kimi qisas almaq imkanının mövcud olmasına əsas verir. Lakin Məhkum qeyd edilən qaydada peşəkar idmançı kimi Zərərçəkmiş şəxs1 malik olduğu fiziki güc hesabına xəsarətlər yetirərək qisas almaq əvəzinə, digər üsulla bıçaqla yerə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 bud nahiy əsinə xəsarətlər yetirmişdir ki, bu da Məhkum Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə öldürməklə bağlı niyyətini ehtiva edir” göstərsə də, məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən dəlili ifadə edən cümlələr arasında səbəbli əlaqə və məntiqi nəticə çıxarılmasına əsas verəcək mövqey mövcud deyildir. Belə ki, şəxsin idmançı olması, baş vermiş münaqişə zamanı idmançı olmasından istifadə edərək fiziki güc tətbiq etmək əvəzinə, başqa üsuldan (bıçaqdan) istifadə etməsi onun əməlinin xuliqanlıq niyyəti ilə törədilmiş cinayət kimi tövsif edilməsi üçün yetərli amil deyildir.
37. Eyni zamanda, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində Məhkum Əlihüseyin oğlunun əməlində CM-in 221-ci maddəsinin tərkibinin mövcudluğuna istinad edilsə də, faktiki olaraq kassato r tərəfindən xuliqanlıq niyyəti ilə xuliqanlıq əməli arasındakı fərqlər aydınlaşdırılmadan, xuliqanlıq niyyətinin mövcudluğuna istinad edilən nüanslar sadalanmaqla kifayətlənilmişdir.
38. Kassasiya məhkəməsi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən və qismən məhkəmə istintaqı keçirilməklə apellyasiya icraatı zamanı iş üzrə əldə edilən və məhkəmədə tədqiq edilən sübutlara qiymət verib, cinayət işi üzrə mövcud şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi qənaətinə gəlinməsi, daha dəqiqi Məhkum Əlihüseyin oğlunun əməlinin CM-in 120.2.2 və 221.3-cü maddələrinə tövsif edilməsi üçün sübutların kifayət etməməsi nəticəsinə gəlməsi qanuni və əsaslı olmuşdur.
39. Kollegiya, apellyasiya instansiyası məhkəməsi tərəfindən AR CM-in 120.2.2 və 2 21.3-cü maddələri ilə ittihamın irəli sürülməsi üçün yetərli olmadığından təkzib edilən, bununla yanaşı kassasiya protestinin dəlilləri qismində göstərilən, məhkumun ibtidai istintaq və məhkəm istintaqı zamanı verilmiş ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə münasibətdə qeyd edir ki, həmin sübutların məhkumun əməlinin CM-in 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinməsi nəticəsinə gəlmək üçün yetərli hesab edilməməsinə dair apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir.
40. Məhkəmə kollegiyası həmçinin məhkumun müdafiəçisi tərəfindən verilmiş, kassasiya şikayətinin dəlilləri qismində qeyd edilən məhkumun əməlinin CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsinə münasibətdə qeyd edir ki, eyni dəlillər apel lyasiya instansiya məhkəməsi qarşısında da mübahisələndirilmiş, məhkəmə qismən məhkəmə istintaqı keçirməklə müvafiq araşdırma apararaq müdafiə tərəfinin həmin dəlilləri ilə razılaşmayıb cinayət işi materiallarında olan sübutlara, xüsusi ilə də məhkumun, şahidlərin ifadələrinə istinadən belə qənaətə gəlmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, 27 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 tanışı Şahid2 ilə birlikdə saat 04 radələrində icarə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 4-cü mikrorayon dairəsi yaxınlığında yerləşən H.Seyidzadə küçəsi, ev 16b ünvanına gəlmiş, avtomobildən düşərək Məhkum yaxınlaşdıqda, sonuncu Zərərçəkmiş şəxs1 yumruq zərbəsi vurmuş, Zərərçəkmiş şəxs1 də Məhkum ünvanına təhqiredici ifadələr işlətmə klə qaçaraq yolun digər tərəfinə keçmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 Cavidin onu vurmasından sonra qaçıb aralanmaq istəməsi, onun mübahisəni davam etdirmək istəməməsinə dəlalət edən faktdır və Məhkum bundan sonrakı hərəkətləri onun özünün təşəbbüsü ilə edilmişdir.
41. Qeyd edilən dəlillərə münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırda müdafiə tərəfindən məhkəmənin qənaətini təkib edəcək heç bir yeni hala istinad edilməmiş, apellyasiya şikayətinin dəlilləri sadalanmaqla kifayətlənilmişdir.
42. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövc ud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
43. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
44. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1- ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
46. Məhkəmə kollegiyası dövlət ittihamçısının və məhkumun müdafiəçisinin Məhkum Əlihüseyin oğlunun əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
47. Apellyasiya instansiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində və apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, Azə rbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində və kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum Əlihüseyin oğlunun törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.
48. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillər i təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
49. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum Əlihüseyin oğlunun törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
50. Məhkəmə kollegiyası Məhkum Əlihüseyin oğlunun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş məhkumun CM-in 32.4, 181.2.5 və 170.3-cü maddələri ilə barəsində bəraət hökmü çıxarılmasına dair kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qismən məhkəmə istintaqı keçirməklə aparılan apellyasiya icraatı zamanı əldə edilmiş və həmçinin cinayət işi materiallarında olan sübutları əlaqəli şəkildə təd qiq edən apellyasiya instansiya məhkəməsi sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqinə dair məsələləri hərtərəfli, tam və obyektiv araşdıraraq, Azərbaycan Respublikası CM-in 32.4, 181.2.5 və 170.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum Əlihüseyin oğlunun hərəkətlərində CM-in 32.4, 181.2.5 və 170.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
51. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzr ə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin yekun hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Əlihüseyin oğlunun təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum Əlihüseyin oğlunun ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi, həmçinin birinci və apellyasiya instansiya məhkəmələrində məhkəmə icraatı zamanı verdiyi ifadələri, həmçinin şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
52. Adı çəkilən və digər sübutlar apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiy a şikayətində məhkəmənin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.
53. Məhkəmə kollegiyası eyni zamanda, dövlət ittihamçısının və məhkumun müdafiəçisinin hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri” bölməsində təsvir edilmiş məhkuma təyin edilmiş cəzaya dair dəlillərinə qiymət verilməsini zəruri hesab edir.
54. Azərbaycan Respublikası CM-in 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədb irlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
55. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəz a cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
56. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 5
7. Belə ki, Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
58. CPM-in 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
59. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
60. Dövlət ittihamçısının və məhkumun müdafiəçisinin istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül və ya ağır oldu qda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
61. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül və ya ağır hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır.
62. Çünki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını l əğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
63. Lakin, kassasiya protestində və məhkumun müdafiəçisinin kassasiya şikayətinə irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzanın nə açıq-aydın yüngül olmasına, nə də açıqaydın ağır olmasına dəlalət etmədiyi müəyyən olunur.
64. Təsvir edilənlərdən görünür ki, Məhkum Əlihüseyin oğlunun Azərbaycan Respublikası CM-in 120.1, 170.3 və 32.4, 181.2.5-ci maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə bəraət verilməsi üçün əsas yoxdur.
65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
66. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının və məhkumun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 1(103)-18/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum Əlihüseyin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 170.3 və 32.4, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 1(103)-18/2024 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum Əlihüseyin oğlunun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə münasib ətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.