Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-172/2020 07.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, məhkum x1 müdafiəçisi-vəkil Cəbrayılov Mehman Hümsi oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin x x xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından məhkum x1 müdafiəçisi-vəkil Cəbrayılov Mehman Hümsi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: R.A.Allahverdiyeva (sədrlik edən və məruzəçi), N.A.Kərimov və A.İ.Paşayev) x1- xx xxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, suby, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,1 20.2.3 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli xx xxxxxxxx 2017-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxxxxxxx 2017-ci il tarixdə saat 19 radələrində qardaşı x2 yaşadığı ünvan 1 ünvanında sonunsunun övladının məktəbə getməsi ilə əlaqədar keçirilən tədbirdə yemək yeyib viski içdikdən sonra, saat 21:30 radələrində evdən çıxıb 114 nömrəli xətt avtobusuna minib saat 22 radələrində ünvan 2 qarşısında avtobusdan düşərək ünvan 3 istiqamətində piyada hərkət edərkən həmin yolda yerləşən avtobus dayanacağında onunla əks istiqamətdə hərəkət edən x3 və x4 ilə qarşı-qarşı ya gəldikdə sonuncunun çiyin nahiyyəsinə toxunmasına görə x4 ona uradını bildirməsini cüzi səbəb kimi bəhanə edərək heç bir əsaslı səbəb olmadan, öz davranışı ilə ictimai qaydalara və hamə tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərk, alkoqol sərxoşluğu vəziyyətində xuliqanlıq niyyəti ilə x4 qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə əvvəlcə hər iki əli ilə sonuncunun köynəyinin yaxalığından dartaraq çəkib səkinin üzərinə yıxmış, daha sonra üzərində gəzdirdiyi, şalvarınıpn sağ cibindəki, istintaqa məlum olmayan bıçağı sağəli ilə çıxarıb x4 iki dəfə zərbə endirərək, sonuncuya ağciyərlərin zədələnməösi ilə müşayiət olunan döş qəfəsinin hər iki yarısının daxilə nüfuz edən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarələri yetrimiş, həmi n vaxt ictimai borcunu yerinə yetirməklə onun qanunsuz həərkətlərinin qarşısını alıb x4 kömə\k etmək üçün onu aralaşdırmağa çalışan x3nu da heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə sonunucunu ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar olaraq qəsdən öldürmək məqsədi ilə x3 bir dəfə bıçaq zərbəsi endirib sonuncuya qaraciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna və qarın boşluğuna nüfuz edən həyat üçün təhlükəli olan sağlamlığa ağır bədən xəsarəti ytirdikdən sonra x4 və x3 ona tərəf gəldiklərinio görüb cinayət əməlini başa çatdıra bilməyəcəyini dərk edərək, hadisə yerindən uzaqlaşmış, x4 və x3 vaxtında xəstəxanaya çatdırılaraq onlara ixtisaslı tibbi yardım göstərilməklə\ həyatları xilas edildiyindən, x1 öz iradəsindən asılı olm ayan səbəblərə görə x4u və x3u qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək xuliqanlıq niyyəti ilə, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar iki şəxsi öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən məhkum x1 və müdafiəçisi-vəkil Cəbrayılov Mehman Hümsi oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: R.K.Səfərov (sədrlik edən və məruzəçi), H.H.Əhmədov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə məhkumun apellyasiya şikayətinə baxılmasına xitam verilmiş və müdafiəçinin apellyasiya şikayəti qismən təmin edilərək, hökm dəyişdirilmiş, x1 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələrinə tövsif edilərək bu maddələrlə ona ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından məhkum x1 müdafiəçisi-vəkil Cəbrayılov Mehman Humsi oğlu kassasiya şikayəti verərək məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək, ona CM-nin 126.2-ci maddəsinin sanksiyasının aşağı həddindən də az cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək, məhkum cəzaçəkmə müəssisəsindən ərizə göndərərək kassasiya şikayətini geri götürdüyünü, ona görə də kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkumun ərizə sinin təmin edilməsi barədə müdafiəçinin və dövlət ittihamçısının mövqeyini dinləyib hesab edir ki, məhkumun ərizəsi təmin edilərək kassasiya şikayəti geri qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun ərizəsi təmin edilərək müdafiəçisi- vəkil Cəbrayılov Mehman Humsi oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum x1 ərizəsi təmin edilsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından məhkum x1 müdafiəçisi-vəkil Cəbrayılov Mehman Humsi oğlunun kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-172/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-172/2020
07.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver