Məhkəmə qərarları › İş №1(102)-1720/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1720/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1720/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Bakı Şəhəri Nərİmranov Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli hö kmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmuş X8 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2021-ci il tarixli qərarından X1 müdafiəçisi-vəkil Yadigarov Vüsal Alxan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nərİmranov Rayon Məhkəməsinin (sədrlik edən hakim: V.R.Qurbanov) 31 may 2021-ci il tarixli hökmü ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış X8 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilm iş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X8 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 1(103)-236/2021 nömrəli qərarı ilə X9 təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəs inə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəlinin 01 mart 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X2 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: X11 07 dekabr 2019-cu il tarixdə saat 05.00 radələrində X6 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evdən oğurluq etməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü olmadan təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin mart ayının 15-də saat 18.30 radələrində tanışı X2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək X4 yaşadığı ünvan 4 ünvanında yerləşən evin, yəni yaşayış sahəsinin giriş qapısını itələyərək açmaqla qanunsuz daxil olub evin içərisindən zərərçəkmiş şəxsə məxsus ümumi çəkisi 7.75 qram, 583 əyarlı, qaşları qiymətli qaşlara aid olmayan 504 manat dəyərində sırğa cütü və üzük dəstini, çəkisi 6 qram olan 600 manat dəyərində 583 əyarlı bir ədəd kişi qızıl üzüyünü, çəkisi 20 qram olan 1000 manat dəyərində 583 əyarlı bir ədəd qadın qızıl boyunbağını, çəkisi 5 qram olan 400 manat dəyərində üzəri briliyant qaşlı bir ədəd qadın qızıl üzüyünü, çəkisi 3 qram olan 150 manat dəyərində 583 əyarlı bir ədəd qadın qızıl boyunbağını, çəkisi 5 qram olan 250 manat dəyərində 583 əyarlı bir ədəd qadın qızıl qolbağını, çəkisi 4 qram olan 200 manat dəyərində 583 əyarlı bir ədəd qadın qızıl üzüyünü, 400 manat miqdarında 800 ədəd 50 qəpiklik nominallı sikkələri və 155 manat nağd pulu gizli yolla talayaraq zərərçəkmişə ümumilikdə 3659 manat ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən məhkum X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər: Z.A.Şirinov (sədrlik edən və məruzəçi), İ.A.İbrahimli və Z.B.Babayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmədən, Bakı Şəhəri Nərİmranov Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2021-ci il tarixli qərarından məhkumu n müdafiəçisi-vəkil Yadigarov Vüsal Alxan oğlu kassasiya şikayəti verərək X9 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi üçün həmin qərarın ləğv edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi-vəkil Yadigarov Vüsal Alxan oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan hər iki instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbləri pozularaq təqsirləndirilən şəxsə həddən artıq sərt cəza təyin edilmişdir. İşin hallarından da göründüyü kimi zərərçəkmiş şəxslə barışıq əldə edilmiş, vurulmuş ziyan tam ödənilmiş, bununlada sosial ədalət bərpa edilmişdir. Təyin edilmiş cəza məhkumun hüququnu pozmaqla yanaşı, onun ailə vəziyyətinədə təsir etmişdir. Hüquqlarını müdafiə etd iyi şəxsin himayəsində anası, bacısı, yaşlı nənə və babası vardır və o, ailənin yeganə qazanc gətirənidir. Bundan başqa X11 2016-cı ildə aprel döyüşlərində iştirak etmiş, ikinci Qarabağ döyüşlərində iştirak etmək üçün müraciət etmişdir. X3 idmançıdır, çoxsaylı beynəlxalq və regional yarışlarda Azərbaycanı təmsil edərək mükafatlar qazanmışdır. Göründüyü kimi iş üzrə kifayət qədər yüngülləşdirici halların olması səbəbindən hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tətbiqi mümkün olsa da, məhkəmə tərəfindən yüngülləşdirici hallar əsassız olaraq nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışların ı dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən f aktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Məhkumun müdafiəçisi-vəkil Yadigarov Vüsal Alxan oğlu kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi X9 iş üzrə yüngülləşdirici halları nəzərə alaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla X8 ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi barədə işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. X8 əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cü mlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından müəyyən olunur ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli, 1(005)-141/2020 saylı hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X8 09 dekabr 2019-cu il tarixdən 10 dekabr 2019-cu il tarixədək 1 (bir) gün həbsdə olduğu müddətin ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılmış, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən X9 təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddətinin təyin olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasına hökm edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 0 1.03.2021-ci il tarixli, 1(103)-236/2021 saylı qərarına əsasən apellyasiya protesti təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən X9 təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddətinin təyin olunması, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, X8 cəzasını yaşadığı yer üzrə çəkməsi, cəzanın icrasının təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, X8 üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Ünvan 2 nömrəli mənzilini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlan ılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, X8 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması” hissələrində dəyişdirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə dair müddəaların, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən X9 təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. X11 cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icra sı təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. X8 üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Ünvan 2 nömrəli mənzilini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun” hissəsinin hökmdən xaric edilməsi, iş üzrə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi nin və həmin maddəyə dair müddəaların xaric edilməklə, X1 üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, X8 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi və barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, X8 məhkəmə iclas zalından dərhal həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 01 mart 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgə əmlakını gizli olaraq talama- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olma qla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Kollegiyası qeyd edir ki, işə baxan birinci insatansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən X1 təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxs X7 ilə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən X8 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Belə ki, o, əvvəllər məhkum olunsa da (Bakı Apellyasiya Məhkəməsinin 01.03.2021-ci il tarixli, 1(103)-236/2021 saylı qərarı), onun hazırki iş üzrə törətdiyi cinayə t əməlini həmin məhkumluğun yaranmasından əvvəl törətmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən X9 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ədalətli cəza təyin edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndi rən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları əsas götürərək, X9 həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmiş, apellyasiya instansiya məhkəməsi də düzgün olaraq birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. X9 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası təqsirli bilindiyi maddələrin sanksiyası həddində olmaqla Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58-ci maddələrlə müəyyən edilmiş tələblərə cavab verdiyindən, cəzanın yüngülləşdirilməsi üçün başqa qanuni əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, X8 müdafiə və ədalət li məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: X1 müdafiəçisi-vəkil Yadigarov Vüsal Alxan oğlunun kassasiya şikayəti təmin edilməsin. X8 Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri il məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar