Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1720/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsumov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 və Məhkum müdafiəçisi Quliyeva Kamilə Şiraslan qızının iştira kları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və həmin şikayətə əlavəyə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Samir İmamverdi oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1980-ci il tarixdə Xudat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər Xaçmaz Rayon Məhkəməsinin 15 may 2017-ci il tarixli hökmü ilə CM-nin 244-1.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyən edilməklə şərti olaraq tətbiq edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1-da qeydiyyatda olan, ünvan 2-də yaşamış, CM-nin 178.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 178.4-cü maddəsi ilə 11 (on bir) il 6 (altı) ay müddətə, CM-nin 320.1-ci maddəsi ilə 06 (altı) ay müddətə, CM-nin 66.3 maddəsinə əsasən isə cəzala rı tam toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi ittihamdan çıxarılmışdır. Hökmlə həmçinin Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia təmin edilərək təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum 357.400 (üç yüz əlli yeddi min dörd yüz) ABŞ dolları və 10.000 (on min) avro məbləğində pul vəsaitinin hökmün icra olunduğu gün manatla məzənnəsi hesablanmaqla tutulub Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi, Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia təmin edilərək Məhkum 1.405.892 (bir milyon dörd yüz beş min səkkiz yüz doxsan iki) manat məbləğində pul vəsaitinin tutulub Zərərçəkmiş şəxs3 xeyrinə ödənilmə si, Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia təmin edilərək Məhkum 52.350 (əlli iki min üç yüz əlli) manat məbləğində pul vəsaitinin tutulub Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 2017-ci ildə «Adil» SC-nin prezidenti Zərərçəkmiş şəxs3 özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edib və bir müddət onun yanında işləyib tapşırıqlarını yerinə yetirib etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs3 qazanc əldə etmək üçün yeni il ərəfəsində uşaq oyuncaqlarını gətizdirib satışını təşkil etmək imkanı olmasına dair yalan məlumat verib onu inandıraraq Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldadaraq, xx.xx.2017-ci ildə işlədiyi ünvan 1 ünvanda həmin dövrdə 1.7 0 manat məzənnəsi ilə cəmi 70652 manat təşkil edən 41560 ABŞ dollarını ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs3 70652 manat məbləğində külli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa Məhkum 2017-ci ildə «Adil» SC-nİn prezidenti Zərərçəkmiş şəxs3 özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edib və bir müddət onun yanında işləyib tapşırıqlarını yerinə yetirib etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs3 biznes fəaliyyətini genişləndirməyi təklif edib bu məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasına şam ağacı idxal və satışını təşkil emək imkanı olması və həmin fəaliyyətdən külli miqdarda qazanc əldə olunacağı barədə həqiqətə uğun olmayan məlumatlar verib onu inandıraraq Zərərçəkmiş şəxs3 etibar ından sui-istifadə edib aldadaraq xx.xx.2017-ci ildə işlədiyi ünvan 1 ünvanda həmin dövrdə 1.70 manat məzənnəsi ilə cəmi 39100 manat təşkil edən 23000 ABŞ dollarını ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda 39100 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum «Adil» SC-nin prezidenti Zərərçəkmiş şəxs3 özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edib və bir müddət onun yanında işləyib tapşırıqlarını yerinə yetirib etibar qazandıqdan sonra Zərərçəkmiş şəxs3 biznes fəaliyyətini genişləndirməyi təklif edib bu məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasına qoz ləpəsi idxal etdirmək və satışını təşkil emək imkanı olması və həmin fəaliyyətdən külli miqdarda qazanc əldə oluna cağı barədə həqiqətə uğun olmayan məlumatlar verib onu inandıraraq, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldadaraq xx.xx.2018-ci ildə işlədiyi ünvan 2 ünvanda həmin dövrdə 1.70 manat məzənnəsi ilə cəmi 71400 manat təşkil edən 42000 ABŞ dolları ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs3 71400 manatı məbləğində külli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum tanışı Zərərçəkmiş şəxs2 ağır xəstəlikdən əziyyət çəkən qohumunun müalicəsini təşkil etməsi ilə məşğul olub onun etibarını qazanmış və bundan istifadə edib ondan xaricdən satış məqsədilə idxal etdiyi mobil telefonların gömrükdən keçirmək üçün həmin dövrə 1.70 manat məzənnəsi ilə 170.0 manat təşkil edən 100.000 ABŞ dolları istəyib 3 gün müddətinə qaytaracağı barədə həqiqətə uyğun olmayan məlumat verib inandıraraq Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq 2018-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 4-də həmin məbləği alaraq, bir neçə gün sonra 17000 manat təşkil edən 10.000 ABŞ dollarını və 8500 manat təşkil edən 5000 ABŞ dolları dəyərində 5 ədəd «Samsunq» markalı telefon qaytarmış, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, aldaraq qalan 144500 manat təşkil edən 85000 ABŞ dolları ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs2 144500 manat məbləğində külli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tanışı Zərərçəkmiş şəxs2 ağır xəstəlikdən əziyyət çəkən qohumunun müalicəsini təşkil etməsi ilə məşğul olub onun etibarını qazanmış və bundan istifadə edib Zərərçəkmiş şəxs2yə Gürcüstandan toyuq budu idxal edib Çin Respublikas ına satmaqla külli miqdarda qazınc əldə edəcəkləri barədə yalan mılumat verib inandıraraq və Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq 2018-ci ilin aprel ayının ortalarında işlədiyi Bakı şəhəri, Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən ofisində həmin dövrə 1.70 manat məzənnəsi ilə 51000 manat təşkil edən 30.000 ABŞ dollarını ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs2 51000 manat məbləğində külli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum tanışı Zərərçəkmiş şəxs2 ağır xəstəlikdən əziyyət çəkən qohumunun müalicəsini təşkil etməsi ilə məşğul olub onun etibarını qazanmış və bundan istifadə edib qaytarmaq imkanı olmasa da, Zərərçəkmiş şəxs2 borc istəmiş və 3 gün müddətinə qaytaracağını yalan vəd edib inandıraraq, Zərərçəkmiş şəxs2 2018-ci ilin apre l ayının 20-də işlədiyi Bakı şəhəri, Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən ofisində həmin dövrdə 1.70 manat məzənnəsi ilə 51000 manat təşkil edən 30.000 ABŞ dolları alıb bir müddət sonra 10.000 ABŞ dollarını qaytarmış, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq qalan 34000 manat təşkil edən 20.000 ABŞ ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs2 34000 manat məbləğində xeyli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum tanışı Zərərçəkmiş şəxs2 ağır xəstəlikdən əziyyət çəkən qohumunun müalicəsini təşkil etməsi ilə məşğul olub onun etibarını qazanmış və bundan istifadə edib ona Ukrayna Respublikasından Azərbaycan Respublikasına ət məhsulları idxal edib satışını təşkil etməklə külli miqdarda qazanc əldə edəcəklərinə dair yalan məlumat verib inandıra raq Zərərçəkmiş şəxs2 xx.xx.2018-ci ildə Bakı şəhəri, BTB Bankın «28 may» filialında həmin dövrə 1.70 manat məzənnəsi ilə 340.000 manat təşkil edən 200.000 ABŞ dolları alıb həmin məbləğdən ona 2 dəfəyə 68000 manat təşkil edən 40.000 ABŞ doları qaytarmış, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq qalan 272000 manat təşkil edən 160.000 ABŞ dollarını ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs2 272.000 manat məbləğində külli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa o, «Adil» SC-nin prezidenti Zərərçəkmiş şəxs3 özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edib və bir müddət onun yanında işləyib tapşırıqlarını yerinə yetirib etibar qazandıqdan sonra Zərərçəkmiş şəxs3 biznes fəaliyyətini genişləndirməyi təklif edib bu məqsədlə əhalidən ət və toyuq məhsulları alıb və satışını təşkil emək imkanı olması və həmin fəaliyyətdən külli miqdarda qazanc əldə olunacağı barədə həqiqətə uğun olmayan məlumatlar verib onu inandıraraq, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldadaraq xx.xx.2018-ci ildə işlədiyi ünvan 3 ünvanda həmin dövrdə 1.70 manat məzənnəsi ilə cəmi 204000 manat təşkil edən 120.000 ABŞ dolları, bir neçə gün sonra 102000 manat təşkil edən 60.000 ABŞ dolları, xx.xx.2018-ci ildə 119000 manat təşkil edən 70.000 ABŞ dolları və xx.xx.2018-ci ildə 85000 manat təşkil edən 50.000 ABŞ dollarını vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs3 510.000 manat məbləğində xüsusilə külli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum, «Adi l» SC-nin prezidenti Zərərçəkmiş şəxs3 özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edib və bir müddət onun yanında işləyib tapşırıqlarını yerinə yetirib etibar qazandıqdan sonra Zərərçəkmiş şəxs3 biznes fəaliyyətini genişləndirməyi təklif edib bu məqsədlə xaricdən avtomobil şinləri idxal etdirmək və satışını təşkil emək imkanı olması və həmin fəaliyyətdən külli miqdarda qazanc əldə olunacağı barədə həqiqətə uyğun olmayan məlumatlar verib onu inandıraraq, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldadaraq xx.xx.2018-ci ildə işlədiyi ünvan 3 ünvanında həmin dövrdə 1.70 manat məzənnəsi ilə 90100 manat təşkil edən 53000 ABŞ dollarını ələ keçirib zərərçəkmişə Zərərçəkmiş şəxs3 90100 manat məbləğində külli miqdarda ziyan vurub tə krar dələduzluq etmişdir. Bundan başqa, Məhkum «Adil» SC-nin prezidenti Zərərçəkmiş şəxs3 özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edib və bir müddət onun yanında işləyib tapşırıqlarını yerinə yetirib etibar qazandıqdan sonra Zərərçəkmiş şəxs3 biznes fəaliyyətini genişləndirməyi təklif edib bu məqsədlə xaricdən mobil telefon cihazları idxalını və satışını təşkil emək imkanı olması və həmin fəaliyyətdən külli miqdarda qazanc əldə olunacağı barədə həqiqətə uğun olmayan məlumatlar verib onu inandıraraq, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldadaraq 2018-ci ilin oktyabr ayının 20-dən noyabr ayının 18-nə qədər olan müddətdə vahid niyyətlə əhatə edən qəsdlə yaşadığı ünvan 4 ünvanında ondan həmin dövrdə 1.70 manat məzənnəs i ilə cəmi 110500 manat təşkil edən 65000 ABŞ dolları, 39780 manat təşkil edən 23400 ABŞ dolları, 57800 manat təşkil edən 34000 ABŞ dolları və 266560 manat təşkil edən 99000 ABŞ dollarını ələ keçirib zərərçəkmişə Zərərçəkmiş şəxs3 471640 manat məbləğində külli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, o «Adil» SC-nin prezidenti Zərərçəkmiş şəxs3 özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edib və bir müddət onun yanında işləyib tapşırıqlarını yerinə yetirib etibar qazandıqdan sonra Zərərçəkmiş şəxs3 biznes fəaliyyətini genişləndirməyi təklif edib bu məqsədlə siqaret alışı və satışını təşkil emək imkanı olması və həmin fəaliyyətdən külli miqdarda qazanc əldə olunacağı barədə həqiqətə uğun olmayan məlumatlar ver ib onu inandıraraq Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldadaraq xx.xx.2018-ci ildə yaşadığı ünvan 4 ünvanında həmin dövrdə 1.70 manat məzənnəsi ilə cəmi 25500 manat təşkil edən 15000 ABŞ dolları, bir neçə gün sonra 8500 manat təşkil edən 5000 ABŞ dolları, 17000 manat təşkil edən 10.000 ABŞ dolları və 102000 manat təşkil edən 60000 ABŞ dollarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs3 153.000 manat məbləğində külli miqjarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum tanışı Zərərçəkmiş şəxs2 ağır xəstəlikdən əziyyət çəkən qohumunun müalicəsini təşkil etməsi ilə məşğul olub onun etibarını qazanmış və bundan istifadə edib ona evinin təmirinə və mebel alınması üçün pul lazım olduğu barədə yalan məlumat verərək və qaytarmaq niyy əti olmasa da qaytaracağı barədə yalan vəd verib inandıraraq, 2018-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs2 işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ofisdə ona həmin dövrə 1.70 manat məzənnəsi ilə 106080 manat təşkil edən 62400 ABŞ dolları və 2,0865 manat məzənnəsi ilə 20.865 manat təşkil edən 10.000 Avro almış, lakin etibarından sui-isttifadə edib aldadaraq vahid niyyətlə əhatə edilən qəsdlə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 146.945 manat məbləğində külli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum internet vasitəsi ilə mobil telefonların satışında vasitəçiliklə məşğul olan Zərərçəkmiş şəxs4 bir ədəd 70 manat qiymətində «Hope-19» markalı telefon alıb dəyərini vaxtı-vaxtında ödəməklə etibarını qazandıqdan sonra xx.xx.2019-cu ildə yenidən bir ədəd 2500 manat qiymətində «İphone XS max» markalı mobil telefon sifariş edib pulunu 3 gün ərzində ödəyəcəyinə dair həqiqətə uyğun olmayan məlumat verib onu inandıraraq, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib aldadaraq həmin gün ünvan 5 ünvanında 1 ədəd «İphone XS max» markalı mobil telefonu ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs4 2500 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa Məhkum artıq etibarını qazandığı Zərərçəkmiş şəxs4 əvvəl aldığı qiyməti 2500 manat olan «İPHONE XS max» markalı mobil telefonun 1 GSM kartlı olduğunu və həmin markalı iki kartlı telefona dəyişdirilməsini xahiş etmiş, əvvəl aldığı telefonu özündə saxlayıb hər iki telefonun pulunu ödəyəcəyi barədə həqiqətə uyğun olmayan m əlumat verib onu inandıraraq Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib aldadaraq, xx.xx.2019-cu ildə Xətai rayonu, Babək prospektində yerləşən «Aura» restoranının yaxınlığında yenidən ikinci dəfə bir ədəd 2500 manat qiymətində «İphone XS max» markalı mobil telefonu əmlakını ələ keçirib ona 2500 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum etibarını qazandığı Zərərçəkmiş şəxs4 şərikliyi olan Pənah adlı şəxsin ona çatacaq vəsaitin verilməsi üçün əlavə şərtlər irəli sürməsini bu səbəbdən ona mobil telefon hədiyyə etməsi və Pənah adlı şəxsdən pulunu aldıqdan sonra telefonların pulunu ödəyəcəyi barədə yalan məlumat verib inandıraraq Zərərçəkmiş şəxs4un etibarından sui-istifadə edib aldadaraq əlavə olaraq 1 ədəd də 2500 manat qiymətində «İphone» markalı mob il telefonunu xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Şıx çimərliyi yaxınlığında ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs4 2500 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum etibarını qazandığı Zərərçəkmiş şəxs4 Pənah adlı şərikindən ona çatacaq vəsaitin alınmasından və Zərərçəkmiş şəxs4 olan borcunun qaytarılmasından ötrü “İnterpolda” işləyən tanışı Zərərçəkmiş şəxs3 köməyindən istifadə etmək üçün Zərərçəkmiş şəxs3 bir ədəd mobil telefon bağışlamalı olması barədə yalan məlumat verib borcunu qaytaracağına inandıraraq Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edib aldadaraq əlavə olaraq xx.xx.2019-cu ildə bir ədəd «İphone XS max» markalı mobil telefonu ünvan 6 ünvanda ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs4 2500 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum etibarını qazandığı Zərərçəkmiş şəxs4 şərikinin ona çatası vəsaitin veriməsindən ötrü qaz sobası alıb ona bağışlamalı olduğu barədə həqiqətə uyğun olmayan məlumatlar verib inandırmış, Zərərçəkmiş şəxs4 əvvəlki nisyə verilmiş telefonların pullarının ödəniləcəyinə inanıb razılaşdıqdan sonra Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib aldadaraq,xx.xx.2019-cu ildə Zərərçəkmiş şəxs4 Qaradağ rayonu ərazisində yerləşən «Binə» Ticarət mərkəzinin mağasından aldığı bir ədəd 350 manat qiymətində qaz sobasını ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs4 350 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum etibarını qazandığı Zərərçəkmiş şəxs4 Pənah adlı şərikinin ona çatacaq vəsaiti verməsi üçün oğlu Polada 1 ədəd «İphone XS max» markalı mob il telefon verməli olduğunu və bundan sonra nisyə aldığı bütün telefonların pulunu ödəyəcəyi barədə verdiyi yalan məlumatlara inandıraraq Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib aldadaraq xx.xx.2019-cu ildə metronun «Koroğlu» stansiyası yaxınlığında 1 ədəd 2500 manat qiymətində «İphone XS max» markalı mobil telefonu ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs4 2500 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum etibarını qazandığı Zərərçəkmiş şəxs4 ev almaq üçün ailəsinin pul topladığı barədə məlumatı aldıqdan bir müddət sonra iki övladından birinin başına su yığılması, həyatının təhlükədə olması, müalicə və cərrahi əməliyyat keçirilməsi üçün pul lazım olduğundan evini satışa qoysa da, hazırda satılmaması barədə yalan məlumatlar vermiş və inandırmaq üçün Bakı şəhəri, T.Əliyev küçəsindəki yaşayış binasındakı özünün mülkiyyətində olmayan mənzillərdən birini kənardan göstərib satılana qədər övladının müalicəsi üçün pula ehtiyacı olduğunu bildirib inandıraraq Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib aldadaraq xx.xx.2019-cu ildə Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 35 nömrəli yaşayış binasının qarşısında özünə və anası X4 məxsus 15000 manatı, xx.xx.2019-cu ildə həmin yerdə 10.000 manatı, xx.xx.2019-cu ildə Atatürk prospektində dostu Zərərçəkmiş şəxs4 X vasitəsi ilə göndərdiyi 2500 manatı və uşağın Türkiyədə əməliyyat olması və müalicəsi üçün xx.xx.2019-cu ildə Zərərçəkmiş şəxs4 ünvan 7 ünvanda yerləşən "xxxx" ASC-dən kredit götürdüyü 5000 manatı, xx.xx.2019- cu ildə kredit götürdüyü 7000 manatı bankın inzibati binasında vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib, zərərçəkmişlər Zərərçəkmiş şəxs4 və X4ya cəmi 39500 manat məbləğində xeyli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 ilə tanış olub yaxınlıq edərək etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs1 avtomobili ilə piyadanı vurma yol-nəqliyyat hadisəsi törətdiyi və məsuliyyətdən qurtarmaq üçün 13500 manat lazım olduğuna, bankda qeyri-iş günü olduğu üçün işlədiyi "xxxx" MMC-nin hesabında olan pulu nəğdləşdirə bilməməsinə dair yalan məlumat verib qaytarmaq imkanı olmadığı halda qaytaracağını vəd edib inandıraraq Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldadaraq 2019-cu ilin avqust ayının 1-də Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 5in qarşısında 13500 manatı ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 13500 manat məbləğində xeyli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum tanışı Zərərçəkmiş şəxs1 ondan aldığı 13500 manat pulun qaytarılması üçün istifadəsində olan avtomobilin lizinqə qoyub kredit götürməsi üçün avtomobilin təmirinə 600 manat və Dövlət Yol Polisindən yazılmış cərimələrin ödənilməsi üçün 650 manat ödəməli olduğu barədə məlumat verib inandıraraq, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldadaraq xx.xx.2019-cu ildə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 5in qarşısıda 600 manatı və və xx.xx.2019-cu ildə 650 manatı vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib ona cəmi 1250 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum tanışı Zərərçəkmiş şəxs1 qzının ona yaxşı münasibətləri zəminində etibar edib lombarda olan borcunu ödəmək üçün xx.xx.20 20-ci ildə yaşadığı ünvan 5in qarşısında verdiyi 1100 manatı almış, lakin Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edib aldadaraq həmin məbləği ələ keçirib Zərərçəkmiş şəxs1 1100 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tanışı Zərərçəkmiş şəxs1 borc əvəzinə ona verilmiş «Bently» markalı avtomobilə 8000 manat müqabilində tam sahib olacağı və həmin avtomobili girov qoyub kredit götürərək Zərərçəkmiş şəxs1 əvvəl aldığı pul vəsaitlərini qaytaracağına dair yalan məlumat verib onu inandıraraq, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldadaraq xx.xx.2020-ci ildə ünvan 5in qarşısında 7700 manat ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 7700 manat məbləğində xeyli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum tanışı Zərərçəkmiş şəxs1 sahibi olduğu "xxxx" MMC-nin hesabına qoyulmuş həbsin götürülməsi, şirkətin fəaliyyətə başlaması və Zərərçəkmiş şəxs1 özünə 15000 manat müqabilində şərik edəcəyi, külli miqdarda qazanc əldə edəcəyinə dair həqiqətə uyğun olmayan məlumat verib onu inandıraraq, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldadaraq 2020-ci ilin aprel-may aylarında ünvan 5in 29-cu mənzilində 15000 manatı ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 15000 manat məbləğində xeyli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum tanışı Zərərçəkmiş şəxs1 ondan aldığı pulları qaytarmaq üçün yaşadığı evi girov qoyub kredit götürəcəyi evin qiymətləndirilməsi üçün 2000 manat tələb olunması barədə yalan məlumat vermiş və Zərərçəkmiş şəxs1 evini girov qoymasına inandırmaq üçün digər rəsmi sənədi "xx xx" QSC ilə Məhkum arasında bağlanmış xx.xx.2020-ci il tarixdə FL-302 nömrəli lizinq müqaviləsini qanunsuz hazırlamış və fotoşəklini çəkib internet vasitəsi ilə Zərərçəkmiş şəxs1 göndərib həmin saxta sənəddən istifadə etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldadaraq xx.xx.2020-ci ildə ünvan 5in qarşısında 2000 manat məbləğində pulu ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 2000 manat məbləğində ziyan vurub təkrar dələdəuzluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Qafarov Ergin Tofiq oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğl u və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 28 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti isə təmin edilərək Məhkum CM-nin 178.4 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, məhkum olunmuş şəxsə CM-nin 178.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 11 (on bir) il 06 (altı) aydan 11 (on bir) il 09 (doqquz) ayadək artırılmış, CM-nin 66.3-cü maddəsinin tələbinə uyğun olaraq bu cəza ona hökmlə CM-nin 320.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə tam toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 15 may 2017-ci il tarixli hökmü ilə Məhkum barəsində tətbiq edilmiş şərti məhkum etmə CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilmiş və CM-nin 67.1-ci maddəsinin tələbinə müvafiq olaraq sonuncuya həmin hökm üzrə təyin olunmuş cəzanın çəkilməmiş hissəsi hazırki qərarla təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə ona qəti olaraq 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti və ona əlavə verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti nin və ona edilmiş əlavənin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına, cinayət işi üzrə cinayət təqibinin aparılması ardıcıllığına istinad edərək işin faktiki hallarını hallarını mübahisələndirən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə ibtidai araşdırma və məhkəmə baxışı maddi və prosessual hüquq normalarının pozulması ilə aparılmış, məhkəmələr araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş, zərər çəkmiş şəxslər ona qarşı qərəzli, həqiqətə uyğn olmayan ifadələr vermiş, onların əksəriyyətindən ona ittihamda göstərilən məbləğlərdə deyil, daha az məbləğlərdə pul alsa da, sonuncular bu pulları sələmə vermiş, aldığı pulların çox hiss əsini onlara faizlə qaytarmış, qalan hissəsini isə maddi imkanı olmadığından qaytara bilməmişdir. Həmin şəxslərlə yaranmış mübahisə mülki mühakimə icraatı qaydasında həll edilməli olduğundan, o, əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmiş və qanunsuz olaraq dələduzluq cinayətinin törədilməsində təqsirli bilinərək məhkum olunmuşdur. Təsadüfi deyil ki, iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hüquq mühafizə orqanlarına etdikləri şikayətlər üzrə polis orqanlarında aparılmış araşdırma nəticəsində onun barəsində cinayət işinin başlanması 14 mart 2020-ci və 03 sentyabr 2020-ci il tarixli qərarlarla rədd edilmiş və hal hazırda da həmin qərarlar qüvvəsindədir. Eyni zamanda Məhkum qeyd etmişdir ki, ibtidai araşdırma orqanı və məhkəmələr onun əməlinin tövsifində də səhvə yol vermiş və nəticədə o, ağır cəzaya məruz qalmışdır. Bundan başqa, dövlət ittihamçısı E.T.Qafarov onun barəsindəki birinci instansiyası məhkəməsinin hökmündən əsassız apellyasiya protesti vermiş, apellyasiya instansiyası məhkəməsi isə qanunsuz olaraq bu protesti təmin edərək ona təyin olunmuş cəzanın ağırlaşdırılması barədə ədalətsiz qərar qəbul etmişdir. Kassasiya şikayətinin müəllifi qeyd olunanlara əsaslanaraq həmin şikayətinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Kassasiya şikayətinin məzmununa oxşar məzmunda həmin şikayətə verdiyi əlavəni isə Məhkum belə əsaslandırmışdır ki, ibtidai araşdırma zamanı onun h üquqları, o cümlədən “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində və prosessual qanunveicilikdə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırmasına malik olmaq və müdafiə hüquqları kobud şəkildə pozulmuş, həmin dövrdə o, müstəntiq tərəfindən psixi və fiziki təsir və təzyiqlərə məruz qalmış, bunun da nəticəsində həqiqətə uyğun olmayan ifadələr verməyə məcbur olmuş, halbuki heç kimə qarşı dələduzluq cinayətini törətməmiş və əməllərində bu cinayətin əlamətləri müəyyən edilmədiyi halda, qanunsuz və əsassız olaraq məhkum edilmiş, apellyasiya instansiyası məhkəməsi isə bütün bu pozuntulara nəzər yetirməyərək, nəinki ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi barədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razı laşmış, həmçinin heç bir əsas olmadan ona təyin olunmuş cəzanın ağırlaşdırılması barədə ədalətsiz qərar qəbul etmişdir. Kassasiya şikayətinə əlavəsində də Məhkum əvvəlki şikayətində göstərilən tələb irəli sürmüşdür. Kassasiya şikayətinə və ona edilmiş əlavəyə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda məhkəməyə ərizə ilə müraciət etməmiş, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 isə naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq cinayət prosesi iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətinə və ona edlilmi ş əlavəyə Məhkum və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Bununla belə, zərərçəkmiş Zərərçəkmiş şəxs3 Ali Məhkəmənin Cinayət Kollegiyasına Məhkum kassasiya şikayətinə yazılı etiraz ərizəsini göndərərək həmin şikayətin tə min olunmamasını və sonuncunun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması haqda qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin və ona edilmiş əlavənin məzmunlarından göründüyü kimi, həmin müraciətlərin əsas dəlilləri ondan ibarətdir ki, onun elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, buna baxmayaraq o, əsassız və qanunsuz olaraq məhkum edilmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş, həm birinci instansiya məhkəməsinin hökmünün, həm də apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını yolverilməz sübutlar təşkil etmiş, digər tərəfdən isə onun əməlləri düzgün tövsif olunmamış və ona həddindən artıq sə rt cəza təyin edilmişdir. Bununla da, kassasiya müraciətlərinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təş kil etdikdə;416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini və ona edilmiş əlavəni kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya m üraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419. 11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməs i və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416- cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə və ona edilmiş əlavəyə baxan kassasiya ko llegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müda fiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edi lməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cinayətkar qəsdlərdən qorunmasını, sonuncuların da pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilmə sini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsitndə deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsi z olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, fakti ki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Kassasiya şikayətinə əlavədə də istinad olunan “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çat mayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərb aycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqların a riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-nin cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıd ır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə g östərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərin in və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühaki mə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən tək zib edilə bilməməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğ un gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törəd ilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət iş lərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konst itusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüq uqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun g ələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilmə si üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayis ə etməklə birinci instansiya məhkəməsinin hökmünü və Məhkum CM-nin 178.4 və 320.1-ci maddələri ilə təqsirli bilinməsi ilə razılaşaraq bu hökmü dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cinayət-hüquq nəzəriyyəsində talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektini və obyektiv cəhətini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün, yaxud da digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birb aşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi Talama cinayətlərindən sayılan dələduzluq cinayəti CM-nin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldadan, etibardan sui-istifadə edən, yəni dələduzluq cinayətinin törədilməsində ittiham olunan şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin sub yektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin, digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununvericiliyində maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyy əti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Təhlil edəln məsələyə münasibətdə eyni mövqedən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarın 1-5-ci bəndlərində Plenum məhkəmələrə izah etmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutu lmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keç irmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçi rmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Bundan başqa, Qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunveri cilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Ali Məhkəmənin Plenumu həmçinin qeyd etmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Məhkum barəsindəki cinay ət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəl dikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində və ona edilmiş əlavədə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum beş nəfərə qarşı müxtəlif məbləğlərdə, o cümlədən külli və xüsusilə külli miqdarlardan ziyan vurmaqla iyirmi beş epizod üzrə dələduzluq cinayətini törətməkdə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında heç bir təsir göstərilmədən müdafiəçisinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələri il ə yanaşı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, telefon yazışmalarının aparılması haqqında məlumatlarla, onun özünün də zərər çəkmiş şəxslərdən müxtəlif məbləğlərdə pulları alması və həmin pulları qaytarmaması haqda qəbzlərlə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Məhkum tərəfindən törədilmiş cinayət əməllərinin halları və bu halların arxasında duran sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların təkrarən təsvirinə ehtiyac görmür və bu sübutları təhlil edərək vurğulamağı lazım bilir ki, həmin sübutlar əsasında işin müəyyən edil miş faktiki hallarının başqa cür müəyyən edilməsi, o cümlədən Məhkum təqsirli bilindiyi əməlləri törətməməsi və əməlində dələduzluq cinayətinin tərkibinin olmaması barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Buna görə məhkəmə kollegiyası bununla bağlı kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır və hesab edir ki, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən düzgün olaraq müəyyən etdikləri faktiki hallar ondan ibarətdir ki, Məhkum 2017-202-ci illər ərzində tamah niyyəti ilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 etibarlarından sui-istifadə edərək və sonuncuları aldadaraq pul şəklində olan əmlaklarını ələ keçirib zərər çəkmiş şəxslərə müxtəlif miqdarlarda, o cümlədən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 xüsusilə külli miqdarda ziyan vurmuşdur. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair prosesual hüquq normalarının tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərər çəkmiş şəxslərin, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanun un tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Kassasiya müraciətlərində Məhkum ibtidai araşdırma zamanı ona müstəntiq tərəfindən psixi və fiziki təsir göstərərək dindirilməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 onun pulunun alması və qaytarmaması barədə yazılı iltizamları onun tərəfindən edilmiş hədə-qorxu altında verdiyini, ibtidai araşdırma zamanı onun müdafiə hüququnun pozulmasını iddia etsə də, onun bu iddiaları məhkəmə iclaslarında öz təsdiqini tapmamış və bu hallarla bağlı sübutları məhkum və onun müdafiəçisi də məhkəmələrə təqdim etməmiş, kassasiya şikayətində və ona edilmiş əlavədə də belə sübutlara istinad olunmamışdır. Halbuki, CPM-nin 125.8 -ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının, o cümlədən Məhkum hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş zərər çəkmiş şəxsləri və şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə məhkəmələr ibtidai aradırma orqanı tərəfindən Məhkum əməlinin CM-nin 178.4 və 320.1-ci maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. Bu baxımdan məhkəmə kollegiyası Məhkum əməllərinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 xüsusilə külli miqdarda, digər zərərçəkmişlərə isə həm külli, həm xeyli, həm də cinayət tərkibini yaradan müxtəlif miqdarlarda ziyan vurmaqla dələduzluq kimi qiymətləndirilməsi və həmin əməllərin CM-nin 178.4 və 320.1-ci maddələri ilə tövsif edilməsi barədə məhkəmələrin gəldikləri nəticə ilə razılaşaraq eyni zamanda vurğulayır ki, həmin nəticə təkcə zərər çəkmiş şəxslərin və şahidlərin ifa dələrinə deyil, iş üzrə məhz məhkəmə iclaslarında araşdırılmış biri-birini tamamlayan digər sübutların da məcmusuna, habelə qanunun normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin tövsiyələrinə əsaslanır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya müraciətlərində göstərdiyi dəlillər araşdırılmış sübutlarla təkzib edilir və buna görə həmin dəlilləri və onların əsasında irəli sürülmüş kassasiya tələbi məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər və tələb kimi qiymətləndirilməlidir. Belə olan halda, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərar ının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci-cı maddələrində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hüquq mühafizə orqanlarına onun barəsində etdikləri şikayətlərlə bağlı aparılmış araşdırmaların nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların qəbul edilməsi, həmin qərarlarda onunla adları çəkilən şəxslər arasında olan mübahisələrin mülki xarakter daşıması, qəbul edilmiş qərarların isə hal hazırda da qüvvədə olması barədə kassasiya şikayətində göstərilən dəlillərə cavab olaraq məhkəmə kollegiyası vurğulayır ki, bu dəlillər də iş materialları ilə tam təkzib edilir və həmin dəlillər də qəbul edilməz sayılmalıdır. Belə ki, iş mater iallarından görünür ki, Zərərçəkmiş şəxs2 Məhkum tərəfindən onun külli miqdarlarda pullarını dələduzluq yolu ilə ələ keçirilməsi barədə Nərimanov Rayon Polis İdarəsinə ünvanladığı ərizəsi əsasında həmin İdarənin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X.N.Şükürov tərəfindən araşdırma aparılmış və həmin araşdırmanın nəticəsində toplanmış materiallar üzrə qəbul edilmiş 10 fevral 2019-cu il tarixli qərarla Məhkum əməlində cinayət tərkibinin olmaması, mübahisənin isə mülki xarakterli olması əsasları ilə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Nərimanov rayon prokurorunun müavini ədliyyə müşaviri E.Qənizadənin 11 dekabr 2020-ci il tarixli qərarı ilə müstəntiq X.N.Şükürovun 10 fevral 2019-cu il tarixli həmin qərarı ləğv edilmiş və toplanmış materiallar əlavə araşdırmanın aparılmas ı üçün ilk növbədə Nərimanov RPİ-nin İŞ-nə göndərilmiş, sonradan isə hazırki cinayət işinə əlavə edilərək İ.Zərərçəkmiş şəxs2 müraciətləri üzrə istintaq aparılmış, bunun yekunu olaraq isə Məhkum adı çəkilən şəxsə qarşı dələduzluq cinayətini törətdiyinə görə ittiham elan olunmuşdur. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs1 Məhkum tərəfindən onun külli miqdlarlarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə hüquq mühafizə orqanlarına etdiyi müraciətləri əsasında da ilkin araşdırmalar aparılmış və Sabunçu RPİ-nin 13-cü PB-nin baş təhqiqatçısı Əşrəf Əlizadə tərəfindən 1344 saylı material üzrə 03 sentyabr 2020-ci il tarixli, təhqiqatçı İlham Məmmmədov tərəfindən toplanmış 1213 saylı material üzrə 14 mart 2020-ci il tarixli və baş təhqiqatçı Elşən Quliyev tərəfindən toplanmış HK-1/417 saylı material üzrə 26 avqust 2020-ci il tarixli qərarlarla cinayət işinin başlanması rədd edilmiş, lakin həmin qərarlar da Sabunçu rayon prokurorunun müavini kiçik ədliyyə müşaviri Q.Əsgərovun 07 oktyabr 2020-ci il tarixli qərarı ilə ləğv edilmiş, materiallar isə bir icraatda birləşdirilməklə əlavə yoxlama aparılması üçün Sabunçu RPİ-nin İŞ-nə göndərilmiş, sonradan isə hazırki cinayət işinə əlavə edilib müvafiq ibtidai araşdırma aparılaraq İlahə Məmmədovanın öz ərizələrində göstərdiyi xüsusatlar üzrə də Məhkum qarşı ittiham irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ona həddindən artıq sərt cəzanın təyin edilməsi barədə Məhkum kassasiya şikayətində və ona edilmiş əlavədə göstərdiyi dəlillərlə bağlı məhkəmə kollegiyası ilk n övbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bu qənaət cinayət qanunvericiliyi normalarının aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun bir sıra qərarlarında əksini tapmış izah və tövsiyələrindən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə t əyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nə zərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutların deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlara da aiddir. Qeyd olunmalıdır ki, bu hüquqi mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da çıxış edərək bir sıra qərarlarında vurğulamışdır ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-P rosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslər in qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsi nə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tər əfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin for masından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində mə hkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımınd an məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Hazırki cinayət işinin materiallarından görünür ki, Məhkum əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 15 may 201 7-ci il tarixli hökmü ilə CM-nin 244-1.2.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinin tələbinə uyğun olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmşdir. Hazırki iş üzrə Məhkum qarşı irəli sürülmüş ittihama görə, Məhkum sınaq müddəti ərzində, yəni 20 noyabr 2017-ci il tarixdən 30 noyabr 2018-ci il tarixədək olan müddət ərzində yenidən ayrı-ayrı zərər çəkmiş şəxslərə külli və xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, yəni qəsdən az ağır, ağır və xüsusilə ağır cinayətləri törətmişdir. CM-nin 71.5-ci maddəsinə əsasən isə, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən a z ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. CM-nin 67.1-ci maddəsinin tələbindən görünür ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkum əvvəlki məhkumluğu, onun sonradan az ağır, ağır və xüsusilə ağır cinayətlər törətməsi ilə bağlı iş üzrə müəyyən ed ilmiş hallara və cinayət qanunvericiliyinin tələblərinə baxmayaraq birinci instansiya məhkəməsi onun barəsində cəza tədbiri seçilməsi zamanı sonuncunun təqsirli bilindiyi cinayətlərin bir hissəsini sınaq müddətində törətməsini və əməlində cinayətlərin residivi kimi ağırlaşdıran halın olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq yuxarıda təsvir edilmiş hallardan çıxış edib Məhkum həm CM-nin 178.4-cü maddəsi ilə təyin edilmiş cəzanın ağırlaşdırılmasını, həm də ona qəti cəzanın hökmlərin məcmusu üzrə təyin edilməsini məqsədə uyğun hesabetmiş, bununla da maddi hüquq normalarının pozulmasına, digər tərəfdən isə CPM-nin 416.1.21-ci maddəsində təsbit edilmiş pozuntuya yol verməmişdir. Məhkəmə kollegiyası da apellyasiya instansiyası məhkəməsinin, digər məsələlərdə olduğu kimi, cəza təyini ilə bağlı da gəldiyi nəticə ilə razılaşır və Məhkum təyin olunmuş cəzanın hər hansı şəkildə yüngülləşdirilməsi üçün əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin və ona edilmiş əlavənin təmin edilməsi barədə müdafiəçi K.Ş.Quliyevanın, həmin müraciətlərin təmin edilməməsi haqda isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti və ona edilmiş əlavə təmin edilməməli və Məhkum CM-nin 178.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı onun kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti və ona edilmiş əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı onun kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1720/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1720/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver