Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1720/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum2 müdafiəçisi - XXX15nun vəkili Müdafiəçi1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2024-cü il tarixli qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Ağır Cinayət lər Məhkməsinin 20 dekabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim H.S.Əliyev, hakimlər F.Z.Hümbətov və A.T.Rzayevadan ibarət məhkəmə tərkibi) Məhkum2 (xx xxxxxx 1971-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 15 noyabr 2021-ci il tarixdən hesablanması, Məhkum2 narkomaniyadan məcburi müalicənin təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Hə min hökmlə Məhkum1 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.M.Əhmədov, hakimlər M.Ə.Rzayev və E.G.Rəhimovdan ibarət məhkəmə tərkibi) Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkməsinin 20 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2024-cü il tarixli qərarından Məhkum2 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum2 istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 16,419 qram olan külli miqd arda narkotik vasitə heroini əldə edib daşıyaraq, üzərində saxlamış, həmin narkotik vasitə heroindən bir qismini, yəni ümumi təmiz çəkisi 0,733 qramını 15 noyabr 2021-ci il tarixdə saat 18 radələrində ünvan3ndə tanışı Məhkum1 10 manatını nağd alıb, qalan 15 manatını sonradan ödəmək şərti ilə ümumilikdə 25 manata satmış, qalan qismini, yəni 15,686 qramını üzərində saxlayarkən 15 noyabr 2021-ci il tarixdə saat 18:20-də XXX20-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, və Məhkum1 ünvan5ndə yerləşən İmdad marketin yaxınlığında saxlanılaraq XXX25-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində sonuncunun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə şəxsi iste hlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,733 qram qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, özünün üzərinə keçirilən şəxsi axtarış zamanı isə əynindəki boz rəngli pencəyin sol iç cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 15,686 qram çəkidə qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin pencəyin sol yan cibindən üzərində narkotik vasitə heroinə məxsus izlər olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş külli miqdarda narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, daşınması və saxlanılması cinayətinin törədilməsi barədə ittiham irəli sürülmüş, lakin birinci instansiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə o, həmin maddə ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hökmü dəyişdirilmədən saxlamışdır. Məhkum2 kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinə yenidən baxılıb barəsində ədalətli qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını A zərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. M əhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum2 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə ədalətli qərarın çıxarılması haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilm əsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum2 kassasiya şikayətindən görünür ki, o, külli miqdar təşkil edən 16,419 qram narkotik vasitəni (heroini) əldə etmədiyini, saxlamadığını və daşımadığını, eynilə həmin narkotik vasitədən tanışı Məhkum1 vermədiyini, onu qısqanclıq zəminində arvadı X2 tutdurduğunu iddia etməklə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi il ə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin müəyyən edilməməsi haqqında iddiasını və həmin iddiadan irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apel lyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxl aya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən işi həqiqi halları kimi qəbul edilməyən xüsusatları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmə k barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətində göstərilənlərlə eyni olan dəlillər Məhkum2 tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayətprosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasından (234.2-ci maddəsinin dispozisiyası ilə birlikdə götürülməklə) və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum2 hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanu n pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum2 təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, hökmdə Məhkum2 irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsinə əsas verən sübutlar sırasında o cümlədən, təqsirləndirilən şəxs Məhkum1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə istinad edilmiş dir. Həmin ifadəsində isə Məhkum1 tanışı Məhkum2 tutulduğu 15 noyabr 2021-ci il tarixinə qədər son bir neçə ay ərzində dəfələrlə şəxsi istehlakı üçün heroin narkotik vasitəsini əldə etdiyini, o cümlədən 15 noyabr 2021-ci ildə şəxsi axtarış zamanı üzərində aşkar edilmiş bir büküm heroini Məhkum2 həmin gün sonuncunun yaşadığı evə gələrək 25 manat pulun müqabilində (10 manatını dərhal, 15 manatını isə sonra ödəmək şərti ilə) aldığını, lakin evdən çıxdıqda Məhkum2in arvadı və sonuncunun rəfiqəsi ilə rastlaşdığını, bundan bir qədər sonra isə onu və yanına gəlmiş Məhkum2 polis əməkdaşlarının saxlayaraq XXX35nə apardıqlarını göstərmişdir. Hökmdə istinad olunmuş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində də Məhkum1 ifadəsində göstərdiyi həmin məlumatlar öz təsdiqini tapmışdır. Belə ki, Şa hid5 ifadəsinə görə həqiqətən də o, və Məhkum2 arvadı X15a 15 noyabr 2021-ci il tarixdə birlikdə X15nın və Məhkum2in ünvan6ndə yaşadıqları evə yaxınlaşdıqda, evin yanında sonradan adının Məhkum1 olduğunu öyrəndiyi qadını görmüşlər. Bundan əsəbiləşən X15 həmin qadının Məhkum2dən narkotik vasitə alan şəxs olduğunu, ümumiyyətlə Məhkum2in narkotik vasitənin istehlakı və satışı ilə məşğul olduğunu ona bildirmişdir. Bir qədər sonra Məhkum1ni və Məhkum2i polis əməkdaşları saxlayaraq özləri ilə aparmışlar. Birinci instansiya məhkəməsində dindirilərkən təqsirləndirilən şəxs Məhkum1 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələrini inkar etsələr də, məhkəmələr CPM-in 144 və 145-ci maddələrinə müvafiq olaraq eyni şəxslərin verdikləri fərqli məzmunlu ifadələri digər sübutlarla müqayisəli şəkild ə təhlil etmiş və həmin sübutlarla Məhkum1 və Şahid5 məhz ibtidai istintaqında verdikləri ifadələrin təsdiq olunduğunu müəyyən etdikləri üçün işin həqiqi halları ilə uyğunluq təşkil edən mümkün və mötəbər sübutlar kimi onların əvvəl verdikləri ifadələrini əsas götürmüşlər. Belə ki, Məhkum1 üzərində “şəxsi axtarışın keçirilməsi haqqında” 15 noyabr 2021-ci il tarixli protokola, o cümlədən hökmdə təsvir edilmiş şəxsi axtarışın videoyazısına əsasən müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı Məhkum1 1 ədəd bükülü aşkar edilmiş və Məhkum1ə bunun narkotik vasitə olduğunu və onu 25 manata Məhkum2 adlı tanışından aldığını bildirmişdir. Hökmdə istinad olunmuş eyni tarixdə Məhkum2 üzərinə “şəxsi axtarışın keçirilməsi haqqında” protokola, o cümlədən şəxsi axtarışın videoyazısına əsasən b u istintaq hərəkəti də müdafiəçinin (başqa vəkilin) iştirakı ilə keçirilmiş və axtarışın gedişində Məhkum2 təqdim etdiyi və narkotik vasitənin olduğunu bildirdiyi 1 ədəd bükülü ondan götürülmüşdür. Hökmdə qeyd olunmuş məhkəmə-kimyəvi ekspertizasının 16 noyabr 2021-ci il tarixli 6/5065 nömrəli, 16 noyabr 2021-ci il tarixli 6/5066 nömrəli və 14 dekabr 2021-ci il tarixli 6/5292 nömrəli rəylərinə əsasən Məhkum2 götürülmüş çəkisi 15,686 qram (yəni, külli miqdar) təşkil edən maddə və Məhkum1 götürülmüş çəkisi 0,733 qram olan maddə heroin narkotik vasitələridir və onlar kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edi ldiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunda olan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutların hamısını yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, məhkəmələrin Məhkum2 irəli sürülmüş ittihama müvafiq olaraq CM-in 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsinə dair qənaətlərini şübhə altına almaq üçün əsas görmür. M əhkum2 cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum2 şəxsiyyətindən, o cümlədən cəzanı ağırlaşdıran hal qismində cinayətlərin residivinin müəyyən olunmasından, cəzanı yüngülləşdirən halların isə olmamasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib Məhkum2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə Məhkum2 münasibətdə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdır an hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində qeyd edilən, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.1-416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum2 müdafiəçisinin və kassasiya şikayətinin təmin edilməməsinə da ir dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum2 kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 barəsində olan 3 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 barəsində olan 3 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1720/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1720/2024
06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver