Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1720/2025 08.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Əleyman Məmməd oğlu Məmmədlinin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2024 -cü il tarixli 1(105)-199/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nahid Mirzəyev (sədrlik edən və məruzəçi), Elçin Məmmədov və Nurəddin Hüseynli) 1(124)-240/2024 nömrəli 16 yanvar 2024-cü il tarixli hökmü ilə xx xxxxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsində fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ciddi rejimli cəza çək mə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 30 mart 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını talamaq məqsədi ilə 30 mart 2023cü il tarixdə, saat 02 radələrində ünvan 3 ünvanında tanışı Zərərçəkmiş şəxs evində olan zaman sonuncunun taxtın üzərinə qoyduğu içərisində 1848 manat və bir ədəd dəyəri olmayan bank kartı olan pul qabını götürüb gizli yolla talayaraq evdən çıxmaq istəyən zaman Zərərçəkmiş şəxs, onun oğurluq cinayət əməlini törətməsini görüb qanunsuz hərəkətlərini dayandırmasını tələb etdikdə o, qanunsuz yolla əldə etdiyi özgənin əmlakını özündə saxlamaq üçün hərəkətlərini davam etdirərək həmin əmlakı üzərində saxlayıb sonuncunun sifət na hiyəsinə bir neçə dəfə yumruqla vuraraq hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın sümüyünün sağ frontal sinusunun ön divarının çökmüş sınığı, sağ orbitanın ön və bayır divarının sınıq xətləri, sağ paraorbital hematoma kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus içərisində 1848 manat məbləğində pul və bir ədəd dəyəri olmayan bank kartı olan 3 manat məbləğində pul qabını ələ keçirib quldurluq cinayətini törətmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Rəhimov (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Məhəmmədəli Rzayev) 3 0 aprel 2024-cü il tarixli 1(105)-199/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-240/2024 nömrəli 16 yanvar 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarı ləğv edilməsi və onun əməlinin CM-in 181.1ci maddəsindən həmin Məcəllənin 177 və 127-ci maddələrinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsizdir. Kassator hesab edir ki, əməl düzgün tövsif edilməmişdir. İstintaq və məhkəmə orqanı əməlinin CM-in 1 81.1-ci maddəsi ilə əhatələndiyi qənaətinə gəlmiş, lakin bu qənaəti əsaslandıra bilməmişdir. Hökmün əsaslandırıcı hissəsinin başlanğıcında istintaq və məhkəmə orqanı qeyd olunan miqdarda pulu, bank kartını və pul qabını gizli yolla taladığı, daha sonra oğurlanmış əmlaka görə zərərçəkmiş şəxsə xəsarət yetirdiyini qeyd etmişdir. Hadisə üç nəfərin iştirakı ilə baş vermiş, biri o, biri zərərçəkmiş şəxs, digəri isə şahidliyinə xitam verilmiş şəxs olmuşdur. İstintaq və məhkəmə orqanının əsas götürdüyü zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə verdiyi ilkin ifadəsində zərərçəkmiş şəxs onun pul qabını götürdüyünü gördüyünü ancaq etika naminə bir müddət sakit durduğunu iddia etmişdir. Zərərçəkmiş şəxsin iddiasını sübut edəcək hər hansı bir şahid ifadəsi və əlavə bir sübut yoxdur. Məhkəmənin əsas götürdüyü onun ibtidai istintaq dövründə verdiyi ilkin ifadəsində zərərçəkmiş şəxsin bu ifadəsini təsdiq etmir. İbtidai istintaq və məhkəmə orqanının gəldiyi qənaətə - yəni hökmündə qeyd etdiyi təsvirə əsasən o pul qabını gizli yolla talamış, daha sonra zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. Bu səbəblə əməli Azərbaycan Respublikası CM-in 177 və 127-ci maddələri ilə əhatələnir. CM-in 181-ci maddəsində özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatına və sağlamlığına təhlükə, zorakılıqla basqın etmə qeyd olunur. O, zərərçəkmiş şəxsə məxsus əmlakı gizli ələ keçirmiş, bundan sonra zorakılıq tətbiq etmişəm. CM-in 177-ci maddəsində özgənin əmlakını gizli olaraq talama qeyd olunur. Zərərçəkmiş şəxs ilkin ifadəsində belə pul qabı yoxa çıxıb, tapılana kimi heç kim evdən çı xmayacaq deyərək evdə pulu axtardığını etiraf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin (bundan sonra CPM-in) 145.3-cü maddəsində "ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir olunur" qeyd olunur. Bütün yuxarıda qeyd olunanlar əməlinin düzgün tövsif olunmadığını göstərir. Bu səbəblə əməlinin düzgün tövsif olunmasını, cəza müddətinin aşağı salınmasını xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Azərbaycan Respublika sı CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi ü zrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinc i və apellyasiya instansiya məhkəmələri cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək onlara qiymət vermiş və nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsi ilə nəızərdə tutulmuş cinayət əməlinin törətməsi tam sübut olunmuşdur. Kassasiya kollegiyası aşağı instansiya məhkəmələrinin qanunun yuxarıda göstərilən tələblərinə riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərk ən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keçirərək belə nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün hüquqi qiymət vermişlər. Həmin sübutlar cinayət hadisəsinin baş verməsi faktını və hallarını, Məhkum cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin mövcudluğunu təsdiqləyir və Məhkum cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməlinin Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsi ilə tövsif edilməsi əsassız və qanunsuzdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri aşağıda göstərilən səbəblərə görə əsaslı hesab etmir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Quldurluğa görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulur. Yuxarıda qeyd edilən madd əyə əsasən, quldurluq özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət olunan basqın kimi müəyyən olunur. Quldurluq, özgə əmlakının talanmasının ən təhlükəli forması hesab olunur. Həmin cinayətin obyekti yalnız mülkiyyət hüququ ilə bağlı ictimai münasibətlərlə məhdudlaşmır, həm də insanların həyatı və sağlamlığı ilə əlaqədar ictimai münasibətləri əhatə edir. Oğurluğa görə cinayət məsuliyyəti isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə nəzərdə tutulur. Oğurluq - özgə əmlakını gizli olaraq talamada ifadə olunur. Kassasiya şikayətindən görünür ki, kassator onun tərəfindən zərərçəkmiş şəxsə məxsus əmlakın talanması və zor tətbiq etməklə zə rərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması faktlarını mübahisələndirmir. Şikayətdə yalnız həmin əməllərin hüquqi tövsifinə etiraz edilir. Belə ki, məhkum hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127 və 177-ci maddələri ilə tövsif edilməlidir. Çünki o, zərərçəkmiş şəxsin əmlakını gizli şəkildə ələ keçirmiş, zərərçəkmiş şəxsə zoru isə əmlakın talanması ilə əlaqədar deyil, sonuncunun onu mənzildən çıxmağa mane olması ilə əlaqədar tətbiq etmişdir. Məhkəmə kollegiyası məhkum tərəfindən kassasiya şikayətində irəli sürülmüş bu dəlilləri əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il № 1 saylı qərarında məhkəmələrə izah edilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə əsasən müəyyən edilmiş işin hallarından aydın olur ki, Məhkum zərərçəkmiş şəxsin evində olarkən çarpayının üzərində olan ona məxsus pul qabısını götürərək əlində gizlətmişdir. Zərərçəkmiş şəxs bunu görmüş, lakin etik səbəblərə görə dərhal reaksiya verməmişdir. Bundan sonra Elçin atasından zəng gəldiyini və təcili getməli olduğunu demişdir. Zərərçəkmiş isə Elçinin pul qabısını talamasının qarşısını almaq məqsədilə pul qabısının yerində olmadığını və pul qabısı tapılmayana qədər evdən heç kimin çıxmasına icazə verməyəcəyini demişdir. Həmin vaxt Elçin gözlənilmədən onun sifətinə və bədəninin digər nahiyələrinə yumruq zərbələri endirmiş və evdən qaçmışdır. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum zərərçəkmiş şəxsə məxsus əmlakı ələ keçirməyə yönəlmiş əməlləri oğurluq kimi başlansa da, zərərçəkmiş şəxs bu hərəkəti aşkar etmiş və ona mane olmağa cəhd göstərmişdir. Məhkum isə ələ keçirdiyi əmlakı saxl amaq məqsədilə zərərçəkmiş şəxsə qarşı onun sağlamlığına az ağır zərər vuran zorakı hərəkətlər etmişdir. Buna görə də məhkumun əməlləri quldurluq kimi düzgün qiymətləndirilmişdir. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə olunmuş hüquqi mövqeyə tam uyğundur. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi məhkumun, zərərçəkmiş və şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının 29 aprel 2023-cü il tarixli, 406 nömrəli rəyi, habelə digər sübutlarla tam təsdiq olunmuş və bununla da təqsirləndirilən şəxs Məhkum quldurluq cinayət əməlini törətməsi müəyyən edilmişdir. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara düzgün qiymət verib, məhkumun ə məli düzgün olaraq CM-in 181.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkumun əməlinin CM-in 177 və 127.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Odur ki, Məhkum əmə li Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün onun əməlinin həmin maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Bundan əlavə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15-ci maddəsinə əsasə n məhkəmə törədilmiş əməlinin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə g əlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 30 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2024-cü il tarixli Məhkum barəsindəki qərarı dəyişd irilmədən saxlanılsın. Məhkumun kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1720/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1720/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver