Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1721/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və onun nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi (vəkil) Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, X10 və X6 ibarət tərkibdə) 26 oktyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1971-ci ildə Tovuz rayonunun Yanıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Yanıqlı kəndində yaşamış M əhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 21 aprel 2019-cu il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi) X11 və X1 ibarət tərkibdə) 21 yanvar 2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi t ərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-cı il tarixli 1(100)-227/2020 saylı hökmü dəyişdirilmişdir. Məhkum əməli Azərbaycan Respublikası CM-in 29,120.2.3 və 29 120.2.4-cü maddələrindən CM-in 126.2.2 və 126.2.3-cü maddələrinə tövsif edilmişdir. Məhkum CM-nin 126.2.2 və 126.2.3-cü maddələri ilə təqsirli bilinib 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3 və 29, 120.2.4-cü maddələri ilə verilmiş ittihama əsasən o, 20 aprel 2019-cu il tarixdə, saat 18 radələrində yaşadığı To vuz rayonunun Yanıqlı kəndindəki toy məclisində spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra piyada yaşadığı evə qayıdarkən yolda onunla rastlaşan həmkəndlisi Şahid1 onun yerişini yamsılamasından əsəbləşib Şahid1 söyərək özünün yaşadığı evə getmiş, sonuncunun onun arxasınca gələrək yaşadığı evin qarşısında ona və ailə üzvlərinə fiziki zor tətbiq etməsindən hiddətlənib evin mətbəx otağına daxil olaraq oradan soyuq silah hesab edilməyən təsərrüfat təyinatlı bıçağı götürərək həmin vaxtı artıq həyətdən çıxıb evləri istiqamətində gedən Şahid1 arxasınca piyada hərəkət etməklə sonuncunun yaşadığı evin həyətinin giriş darvazasının qarşısına gəlmiş, bu zaman onun əlində bıçaqla gəlməsini görən Şahid1 səsinə baş verə biləcək qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədi ilə küçəyə çı xan və əlindəki bıçaqla zorakı hərəkətlər etməyə cəhd etməsini görüb ictimai borcunu yerinə yetirərək onun qarşısına çıxıb sakitləşdirməyə çalışan Şahid1 atası X9 buna görə qisas alıb qəsdən öldürmək qərarına gələrək bu niyyətlə Calal Tağıyevi arvadı X4 gözləri qarşısında hər ikisinə bununla əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla əlində olan bıçaqla Calal Tağıyevin həyat fəaliyyəti üçün vacib orqanlar yerləşən qarın nahiyəsinə bir dəfə vuraraq, ona qarın nahiyəsinin sol yan divarının, nazik bağırsaq müsaqirələrinin və sağ böyrəyin aşağı qütbünün zədələnməsi ilə müşayiət edilən, törədildiyi an həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra zərərçəkmişə növbəti zərbələr yetirməyə çalışdıqda həmin vaxt hadisə yerində ola n Şahid3 və Şahid4 bıçağı əlindən alaraq onu zərərsizləşdirdiklərindən Calal Tağıyevi bilavasitə qəsdən öldürməyə yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Calal Tağıyevi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində qeyd edilir ki, birinci instansiya məhkəməsinin hökmündə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış bir-birini tamamlayan mümkün, mötəbər, aidiyyəti və ümumilikdə kifayətedici sübutların məcmusu əsasında baş vermiş cinayət hadisəsinin tam mexanizmi müəyyən edilmişdir. Lakin apellyasiya məhkəməsi iş üzrə müəyyən edilmiş halları nəzərə almamış, yalnız c inayət işi üzrə verilmiş ifadələri qəsdən adamöldürməyə cəhdi aradan qaldıracaq istiqamətdə şərh edərək, bir sübutun qəbul edilməsinin, digər sübutun rədd edilməsinin motivlərini hökmdə göstərmədən yalnız təqsirləndirilən şəxsin ifadələrində olan müəyyən xüsusatları nəzərə alıb digər ifadələrdə göstərilən xüsusatları qəbul etməməsinin səbəbini hökmdə əsaslandırmamış, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini pozaraq cinayət işi üzrə sübutları hərtrəfli araşdırmamış, həmin xüsusatlar üzrə tədqiq olunan sübutları düzgün qiymətləndirməyərək qeyri-obyektiv nəticəyə gəlmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.3 və 29,120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi (vəkil) Nümayəndə2 kassasiya şikayətini kassasiya protestinin dəlilləri ilə eyni məzmunda əsaslandıraraq eyni tələbi irəli sürmüşdür. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və kassasiya protestinin təmin olunması barədə zərərçəkmiş şəxsin hüquqi varisinin, onun nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun norma larının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz m ünasibətini bildirir. Kassasiya protesti və kassasiya şikayəti Məhkum əməllərinin tövsif edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin səhv olması barədədir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Res publikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət işindən göründüyü kimi, Məhkum qarşı irəli sürülmüş ittiham ondan ibarətdir ki, o, 20 aprel 2019-cu il tarixdə saat 19 radələrində həmkəndlisi Şahid1 ilə şəxsi münasibətlərin pozulması zəmininda baş vermiş münaqişə zamanı ona bıçaqla təqib etmiş, bu zaman baş verə biləcək hadisənin qarşısını almaq üçün ictimai borcunu yerinə yetirən sonuncunun atası X9 yaxınların gözü qarşısında bir dəfə qarşın nahiyəsindən bıçaqla vuraraq onu ictimai borcunu yerinə yetirlməsi ilə əlaqədar xüsusi amansızlıqla öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxsin bu əməli müvafiq olaraq CM-in 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə tövsif edilmişdir. Bu hadisədən sonra zərərçəkmiş X20 rayon mərkəzi xəstəxanasına yerləşdirilmiş, orada 7 gün qaldıqdan sonra isə xəstəxanada vəfat etmişdir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizalarla müəyyən edilmişdir ki, mərhum Ca lal Tağıyevin üzərində keçirilmiş cərrahi əməliyyat zamanı onun nazik bağırsağı düzgün əməliyyat edilmədiyi üçün o,nazik bağırsağın müsariqəsi nəticəsində baş vermiş ümumi intoksikasiya nəticəsində vəfat etmişdir. Ekpsertlər belə qənaətə gəlmişlər ki, mərhum göstərilmiş tibbi yardımlar tam həcmdə olsaydı, ölümün qarşısını daha çox almaq olardı. Ekspert rəylərindən sonra istintaq orqanı Məhkum CM-nin 126.2.2, 126.2.3 və 126.2.4-cü maddələri ilə ittiham edərək məhkəməyə vermişdir. İstintaq belə qərara gəlmişdir ki, mərhumun ölümü ilə Məhkum əməli arasında birbaşa səbəbli əlaqə olmadığına görə o, yalnız qəsdən sağlamlığa ağır zərər yetirmədə ittiham edilə bilər. Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılarkən dövlət ittihamçısı tərəfindən məhkəmənin hazırlıq iclası zamanı vəsatət verilmiş və işin hazırlıq iclası mərhələsindən ibtidai istintaqa prosessual rəhbərlik edən prokurora qaytarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətində ittihamın kifayət qədər aydın olmadığını bildirmiş, göstərmişdir ki, ekspert rəylərində göstərilən hallar ittiham aktının nəticə hissəsində öz əksini tapmamışdır. Bundan başqa bəzi prosessual pozuntular var ki, onlar əlavə istintaq hərəkətləri ilə aradan qaldırıla bilər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 19 noyabr 2019-cu il tarixli qərarı ilə cinayət işinə baxılmasına xitam verilmiş və iş məhkəmənin hazırlıq iclası mərhələsindən prokurorluğa qaytarılmışdır. İş qaytarıldıqdan sonra Tovuz rayon prokurorluğu tərəfindən iş üzrə bəzi şahidlər təkrar dindirilmiş, həmçinin əlavə şahidlər dindirilmiş, məhkəmə-tibb e kspertizası təyin edilmiş, rəy alınmış və müvafiq prosessual hərəkətlər yerinə yetirildikdən sonra Məhkum qarşı irəli sürülmüş əvvəlki ittiham ağırlaşdırılaraq CM-nin 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək iş həmin maddələrlə yenidən Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertinin 23 aprel 2019-cu il tarixli rəyindən görünür ki, Məhkum bədəni üzərində, hər iki bazu nahiyyəsinin qançırları və sağ əlin sıyrığı kimi küt əşyanın təsirindən yaranmış xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlərin xarakteri və lokalizasiyasına əsasən demək olar ki, bu xəsarətlər insan bədəninin (əl, ayaq, baş) nahiyyələrinin təsirindən də əmələ gələ bilərdi. Ci nayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, təkrar komisiyon məhkəmə tibbi ekspertizasının 16 oktyabr 2019-cu il tarixli, 515 №-li rəyindən görünür ki, Calal Tağıyevin meytinin məhkəmə-tibbi müayinəsinə, adına tərtib edilmiş tibbi sənədlərə əsasən demək olar ki, onun ölümünə səbəb qarın nahiyyəsinin sol yan divarının, nazik bağırsaq müsariqələrinin və sağ böyrəyin aşağı qütbünün zədələnməsi ilə müşayət edilən bıçaq yaralanması nəticəsində inkişaf edən peritonitlə əlaqədar orqanizmin ümumi infeksiyasının olduğu müəyyən edilmişdir. X17 rayonu Mərkəzi xəstəxanasında göstərilmiş tibbi yardımlar tam həcmdə olmamışdır. Belə ki, meytin müayinəsi zamanı aşkar olunmuş bağırsaq müsariqələrində və sağ böyrəkdəki yaralar vaxtında yəni əməliyyat zamanı və ya əməliyya tdan sonra müəyyən edilərək aradan qaldırılmış olsaydı baş vermiş ölümün qarşısının alınması imkanı çox ola bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, təkrar komisyon məhkəmə-tibb ekspertizası üzrə xx.xx.2020-ci il tarixli 23 saylı rəyindən görünür ki, C.Şahid1 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə səbəb qarın nahiyəsinin sol yan divarının, nazik bağırsaq müsariqələrinin və sağ böyrəyin aşağı qütbünün zədələnməsi ilə müşayiət olunan bıçaq yaralanması nəticəsində inkişaf edən peritonitlə əlaqəli orqanizmin ümumi intoksikasiyasmın olduğu müəyyən edilmişdir. C.Şahid1 xx.xx.2019-cu il tarixdə “Tovuz rayon Mərkəzi xəstəxanası”na “Qarının ön divarının kəsilmiş yarası” diaqnozu ilə daxil olmuş və həmin tarixdə onun üzərində “Laparot omiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın icrası zamanı onda yalnız nazik bağırsaq müsariqəsinin yarası tikilsə də,meyitin müayinəsi zamanı aşkar olunan sağ böyrəyin aşağı zədələnməsi nəticəsində xəstənin vəziyyəti getdikcə ağırlaşaraq peritonitə səbəb olmuş və sonda orqanizmin ümumi intoksikasiyası fonunda ölümə gətirib çıxarmışdır. Qeyd olunanları nəzərə alaraq aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Calal Tağıyevin almış olduğu xəsarətlə əlaqədar ona xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Tovuz rayon Mərkəzi xəstəxanasın” da göstərilmiş tibbi yardımlar tam həcmdə olmamışdır. Belə ki, əməliyyat zamanı sağ böyrəyin aşağı qütbünün zədələnməsi aşkar olunaraq aradan qaldırılmış olsaydı baş vermiş ölümün qarşısının alınması imkanı ç ox ola bilərdi. Ekspert rəyləri ilə müəyyən edilmişdir ki, mərhum Calal Tağıyevin ölümü ilə təqsirləndirilən şəxs Məhkum əməli arasında birbaşa səbəbli əlaqə müəyyən edilməmişdir. Calal Tağıyev həkim səhvi nəticəsində yaranmış konkret xəstəlikdən vəfat etmişdir ki, bu barədə də Tovuz rayon prokurorluğundan cinayət işinin istintaqı aparılır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum əməli CM-nin 29, 120.2.3 və 120.2.4-cü maddələrindən həmin Məcəllənin, zərərçəkmişin aldığı xəsarətin dərəcəsinə uyğun olaraq şəxsiyyət əleyhinə olan cinayətə, CM-in 126.2.2 və 126.2.3-cü maddələrinə tövsif edilməlidir. Belə ki, təqsirləndirlən şəxs Məhkum həmin cinayəti zərərçəkmiş Fatməsə Tağıyevanın gözü qarşısında onun yaxını olan əri mərhum Calal Tağıyevə bıçaq zərbəsi vurmaqla, habelə mərhum Calal Ta ğıyevin ictimai borcunu yerinə yetirməsi şəraitində ona ağır xəsarətlər yetirmişdir. Bu tövsifedici əlamətlər isə CM-nin 126.2.2 və 126.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Apellyasiya məhkəməsinin qeyd edilən mövqeyi ilə bağlı kassasiya məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında isə izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bəndi). Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4-cü maddələrində təsbit olunmuş cinayətin ictimai təhlükəli nəticəsi olaraq şəxsin ictimai borcunun yerinə yetirməsi ilə əlaqədar və xüsusi amansızlıqla həyatdan məhrum edilməsi çıxış edir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. Cinayət qanunvericiliyi nəzəriyyəsinə görə əməlin cinayət etməyə cəhd kimi qiymətləndirilməsi törədilmi ş əməlin obyektiv və subyektiv əlamətləri əsasında müəyyən olunur və cinayət etməyə cəhdin obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur, yəni qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərardan deyil, şəxsin iradəsindən asılı olmayaraq yaranan amillərlə bağlı olur. Apellyasiya məhkəməsi Məhkum hərəkətlərində cinayət əməlinin tövsifedici əlamətlərinin- ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və xüsusi amansızlıq olmasını qəbul etsə də hesab etmişdir ki, məhkum olunmuş şəxsin Calal Tağıyevi öldürmək niyyətinin olmamış, sonuncuya ağır bədən xəsarəti yetirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu qənaətini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışdır. Belə ki, cinayət işi üzrə Məhkum zərərçəkmiş şəxs mərhum X9 öldürmək məqsədinin olmadığı, onu öldürmək niyyəti olduğu halda bu cinayəti başa çatdırmaq imkanına malik olduğu, lakin bunu etməməsi kimi hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası kasssasiya protestinin və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Məhkum zərərçəkmiş şəxs mərhum X9 öldürmək niyyətinin olmaması ilə bağlı yekun nəticəyə gələrkən apellyasiya instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməklə, Məhkum əməlini CM-in 29, 120.2.3 və 120.2.4-cü maddələrindən həmin Məcəllənin 126.2.2 və 126.2.3-cü maddələr inə tövsif etmiş və bununla da maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsinin məhkum olunmuş şəxs Məhkum əməlinin qeyd edilən tövsifinin əsassız olması barədə dair dəlillərini əsaslı sayır və hesab edir ki, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qiymətləndirməmiş və məhkum olunmuş şəxs Məhkum əməlinin tövsifində səhvə yol vermişdir. Belə ki, hazırki cinayət işi üzrə cinayət əməlinin baş verdiyi ünvanda hadisənin, habelə təqsirkar şəxsin hərəkətlərinin törədilmə üsulu və mexanizmi, təqsirkarın niyyəti, motiv və məqsədi kimi hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün nəzərə alınmamışdır. K assasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən olunmuş faktiki hallara və iş üzrə tədqiq olunmuş sübutların müqayiləsi təhlilinə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi 20 aprel 2019-cu il tarixdə, saat 18 radələrində yaşadığı Tovuz rayonunun Yanıqlı kəndindəki toy məclisində spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra Şahid1 arxasınca piyada hərəkət etməklə sonuncunun yaşadığı evin həyətinin giriş darvazasının qarşısına gəlmiş, bu zaman onun əlində bıçaqla gəlməsini görən Şahid1 səsinə baş verə biləcək qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədi ilə küçəyə çıxan və əlindəki bıçaqla zorakı hərəkətlər etməyə cəhd etməsini görüb ictimai borcunu yerinə yetirərək onun qarşısına çıxıb sakitləşdirməyə çalışan Şahid1 atası X9 arvadı X4 gözləri qarşısında hər ikisinə bununla əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla əlində olan bıçaqla Calal Tağıyevin həyat fəaliyyəti üçün vacib orqanlar yerləşən qarın nahiyəsinə bir dəfə vuraraq, törədildiyi an həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi, bundan sonra zərərçəkmişə növbəti zərbələr yetirməyə çalışdıqda həmin vaxt hadisə yerində olan Şahid3 və Şahid4 bıçağı əlindən alaraq onu zərərsizləşdirdiklərindən Calal Tağıyevi bilavasitə qəsdən öldürməyə yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Calal Tağıyevi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd əməlini ağır bədən xəsarəti yetirməsi kimi qiymətləndirilməsi v ə həmin əsaslarla da məhkum olunmuş şəxsin əməlinin Cinayət Məcəlləsinin müvafiq maddələrinə tövsif etməsi barədə nəticəyə gəlsə də, onun bu qənaəti kifayət qədər əsaslandırılmış, işin faktiki hallarına uyğun olan inandırıcı qənaət hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, "İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozma lardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Kassasiya məhkəmə kollegiyası baş vermiş hadisənin təsvir olunmuş hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması barədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş və bununla əlaqədar məhkumun əməlinin tövsifində səhvə yol vermişdir. Belə ki, CPM-nin 139-cu maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qan unu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi;. Cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələblərindən görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad ed ilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarında da əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsid ir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası Məhkum əməlinin apellyasiya instansiyası məhkəməsi tərəfindən tövsif edilməsi ilə razılaşmır və bununla bağlı əvvəla vurğulayır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsu liyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı) CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş s übutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair n ormalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlini CM-in 29, 120.2.3 və 120.2.4-cü maddələrindən CM-in 126.2.2 və 126.2.3-cü maddələrinə tövsif edən apellyasiya instansiyası məhkəməsi göstərilən mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmı ş sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmişdir. Belə ki, göstərilən məhkəmə tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinə digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi əsaslandırılmamış, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15-ci maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası belə nət icəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti və kassasiya protesti təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə ləğv edilməli və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin çıxışından sonra kassasiya instansiyası məhkəməsinin hakimləri yerində müşavirə apararaq və ya məhkəmənin müşavirə otağında məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək barədə qərar çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Dövlət ittihamçısı2 Nizami oğlu tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi (vəkil) Nümay əndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə əsasən ləğv edilsin və cinayət işi həmin məhkəmədə yenidən baxılmağa təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1721/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1721/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver