Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1722/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə) 20 fevral 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1992-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Şamaxı şəhəri, X6 küçəsi, ev 19-da qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə 5 (beş ) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 240.2.1-ci maddəsi ilə ona 3 (üç ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsində göstərilən əsaslarla ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 5 (beş) il 3 ( üç ) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 05 oktyabr 2021-ci il tarixdən 06 oktyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmış, onun tərəfindən çəkilməli cəzanın qalmış müddəti 5 (beş) il 2 (iki ) ay 28 (iyrmi səkkiz) gün kimi müəyyən olunmuş, cəzanın başlanğıcı 23 iyun 2022-ci il tarixdən tarixdən hesablanmış, barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş, təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə himayəsində olan iki azyaşlı uşağın onun anasının himayəsində olması nəzarə alınmiş, ona narkomaniyadan məcburi müalicə təyin olunması və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əyyubov Fərid İlham oğlunun sədrliyi və məruzəsilə, X5 və X2 ibarət tərkibdə) 11 aprel 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə məhkum olunmasına dair 1(101)-355/2022 saylı, 20 fevral 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında kassasiya şikayətinə baxılması 27 sentyabr 2023-cü il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində b axılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli qərarından Məhkumnun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1722/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1722/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver