Məhkəmə qərarları › İş №1(102)-1722/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1722/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1722/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə t əqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Quliyev Elnur Ağalar oğlu və Hüseynov Əli Meybulla oğlu tərəfindən birgə verilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən hakim Fikrət Əliyev) 28 sentyabr 2023cü il tarixli hökmü ilə xx xxxxxx 1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, "xxxx" MMC-nin ekvayring şöbəsində ATM-lərə texniki dəstək üzrə baş mütəxəssis vəzifəsində işləyən, Sumqayıt şəhəri 9-cu məhəllə ev 4, mənzil 21-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri Təzə Kotec 2-ci paralel küçəsi, ev 4B-də yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 28 sentyabr 2023- cü il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından həbs edilməsi hökm edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayılov Azər İbrahim oğlu (sədrlik edən və məruzəçi), Əsgərova Ruhiyyə Orucəli qızı və Ağayev Rəşadət Əhməd oğlu) 1(105)-31/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və təqsirləndirilən şəxsin müdafiəçisi Quliyev Elnur Ağalar oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 10 oktyabr 2022-ci il tarixdə, saat 19:30-da Sumqayıt şəhəri Bulvar küçəsində qanuni əsaslarla idarə etdiyi “Chevrolet Camaro” markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobili “Yol Hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürə tdən artıq, yəni 70-80 km/saat sürətlə hərəkət etdirərkən piyada Zərərçəkmiş şəxs yolu sağdan sola keçərək avtomobilin hərəkət zolağını boşaltmasını görüb avtomobili öz hərəkət zolağında dayandırması üçün tədbir görməli, sola doğru təhlükəsizliyi təmin etməyən manevr aparmamalı, hərəkət hissəsinin əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.3 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxarmamalı olduğu halda buna riayət etməyərək, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq Sumqayıt şəhəri Bulvar küçəsində “Mirvari City” yaşayış kompleksinin qarşısında yolu sağdan sola keçərək avtomobilin hərəkət zolağını boşaltmış piyada Zərərçəkmiş ş əxs əks hərəkət zolağında avtomobilin qabaq sağ tini ilə ehtiyatsızlıqdan vurmuş, onun ehtiyatsızlığı sonuncunun başın küt travması, subdural hematoma, baş beyinə qansızma, sol gicgah-təpə sümüyünün xətti sınığı, sol alın-gicgah nahiyəsinin və sol dizin ön səthinin sıyrıqları, çənəaltı nahiyənin əzilmiş cırılmış yarası ilə müşayiət olunan dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aid xəsarətlər alaraq başın küt travması nəticəsində sol təpə gicgah nahiyəsinin subdural hematoması və baş beyinə qansızma nəticəsində hadisə yerində ölümünə səbəb olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum əməllərində yüngülləşdirən halların olmaması səbəbindən ona veri lən cəza da Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddələri tətbiq edilməməli və sözügedən hökm dəyişdirilərək Məhkum CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 1 (bir) ay yox - 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında qərar çıxarılmalıdır. Belə ki, Məhkum məhkəməyə verdiyi ifadəsindən də açıq aşkar görmək olar ki, sözügedən bədbəxt hadisə təsadüfi axarı zəminində bas verməmişdir. Belə ki, Məhkum məhkəmədə ifadə verərək qeyd etmişdir: ”Sürət həddi təxminən 40-50 km/saat olmuşdur” yəni, məhkum bu ifadəsində iddia edir ki, guya onun idarə etdiyi nəqliyyat vasitəsinin sürəti 40-50 km.saat olmuşdur. Məhkumun bu ifadəsi tamamilə yalan və özünü müdafiə etmə xarakteri daşıyır. Belə ki, iş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisələ ri ekspertizasının 8/3350 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Məhkum avtomobili yasayıs məntəqəsində maksimum icazə verilən 40 km/saat sürətdən artıq, yəni 70/80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Apellyasiya məhkəməsi kollegiyasının nəzərinə çatdırır ki, hökmdə və rəydə texniki səhv olaraq sözügedən yaşayış məntəqəsində sürət həddi 60 km/saat kimi göstərilmişdir, əslində isə sürət həddi 40 km/saat olmuşdur, (sözügedən yerdə sürət həddinin 40 km/saat olmasını təsdiq edən nişanın fotoşəklini apellyasiya şikayətinin qoşma hissəsinə əlavə etmişdir) Rəydən görmək olar ki, Məhkum məhkəməyə yalan ifadə vermiş və o idarə etdiyi nəqliyyat vasitəsi ilə sürət həddini iki dəfə aşmışdır. Məhkum məhkəmədə ifadə verərək qeyd etmişdir: ”Həmin vaxt onun (yəni, məhkumun) yanında olan BMW markalı, avtomobil çox yavaş getmiş, demək olar ki, dayanırmış. O isə (yəni, məhkum) elə bilmişdir ki, BMW markalı avtomobil piyadaya yol vermişdir” Hadisə baş verərkən piyadaya 10-15 metr qalmışdır. Məhkumun bu ifadələrindən də görmək olar ki, özünün etirafına əsasən o, BMW markalı avtomobilin piyadaya (mərhuma) yol verməsini görmüş və özünün dediyinə əsasən hadisə yerinə 1015 metr məsafə qalmışdır. Demək məntiqnən məhkum, ən azından idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam azaldıb əks zolağa çıxmamalı və mərhumu vurmamalı idi. Yuxarıda qeyd edilənləri nəzərə alaraq zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətind ə Məhkum təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasının son həddində yəni 6 il müddətə cəza təyin edilməsini xahiş edir. Məhkumun müdafiəçiləri tərəfindən birgə verilmiş kassasiya şikayətində göstərmişlər ki, apellyasiya məhkəməsinin qərarı tamamilə əsassızdır, Sumqayıt Apellyasiya Məhkəməsi ibtidai istintaq, birinci instansiya məhkəməsində toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, bu sübutlar əsasında Məhkum ittiham olunan əməli törətməsi barədə işin faktikı hallarına uyğun olmayan əsassız nəticəyə gəlmiş və nəticədə onun barəsində heç sübuta əsaslanmayan qərar qəbul etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı təqsirləndirlən şəxs Məhkum ona verilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisədən əvvəl o, 40-50 km saat sürətlə hərəkətdə ol muş və piyadanın vurulduğu yerə çatmaya 15-20 metrə qalmış qarşıda bir qədər sağında çox yavaş sürətlə gedən naməlum cip markalı avtomaşının qarşısından piyadanın iti sürətlə qaçışla çıxaraq, sağdan sola yolu keçmək məqsədi ilə qaçdığını görmüş və piyadanı vurmamaq üçün dərhal sərt tormozlama aparmaq məqsədi ilə ayağını tormoza atmaqla eyni zamanda sükanı sola burmuş, lakin buna baxmayaraq öz hərəkət zolağında piyada onun avtomobilinin sağ yan səthinə çırpılaraq, onun hərəkət zolağında düşüb qalmışdır. Cinayət işində təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəni təkzib edən heç bir sübut mövcud olmamışdır. Eyni zamanda Məhkum xx.xx.2023-cü il tarixdə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən ibtidai istintaq zamanı hadisə baş verdikdən b ir müddət sonra müstəntiq ona zəng edərək Polis İdarəsinə gəlməli olduğunu, müstəntiqin çağırışı əsasında Polis İdarəsinə getmiş, orada olarkən müstəntiq əvvəlcədən yazıb hazırladığı kağızlara imza etməli olduğunu, həmin kağızları oxumadan müstəntiqin göstərdiyi yerlərə imza edərək Polis İdarəsindən getdiyini, Polis İdarəsində olarkən və kağızlara imza edərkən yanında nə vəkilin, nədə ki, mütəxəssisin olmadığını bildirmişdir. Müdafiə tərəf olaraq cinayət işinin məhkəmə baxışı gedişində əldə edilmiş və Məhkum təqsirsizliyini təsdiq edən sübutlara münasibət bildirməzdən əvvəl məhz ittiham tərəfinin təqdim etdiyi və verilmiş ittihamın əsasını təşkil edən sübutların mötəbər olmadığını hesab edərək həmin sübutların şərhi ilə bağlı aşağıdakıları göstərir: İlk növbədə ibtidai istintaqı həyata keç irən orqan və onun toplayıb məhkəməyə təqdim etdiyi "sübutları" məhkəmədə müdafiə edən ittiham tərəfi cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarını kobud surətdə pozaraq təqsirləndirilən şəxsə qanunla müəyyən edilməmiş üsulla, yəni onu aldadaraq özlərinin istədiyi kimi ifadələr yazdırıb imza etdirməyə nail olmuşdur. Cinayət işində olan fotoşəkillərdən görünür ki. təqsirləndirilən Məhkum hərəkət zolağının ortasında qan gölməçəsi əmələ gəlmişdir. Bu da onu göstərir ki, avtomaşınla vurulduqdan sonra mərhum piyada qan gölməçəsi olduğu yerdə düşüb qalmış və bu səbəbdən də onun qanı Məhkum hərəkət zolağının mərkəzində gölməçə şəklində yığılmışdır. Onun məhz hərəkət zolağının mərkəzində yığılması avtomaşının yan səthindəki mexaniki zədə izləri də nəzərə alaraq b ir mənalı şəkildə belə nəticəyə gəlməyə əsas verir ki. Məhkum piyadanı vurmaqdan yayınmaq üçün tormozlama aparmaqla yanaşı idarə etdiyi avtomobili əks hərəkət zolağına istiqamətləndirdiyindən piyada onun hərəkət zolağının mərkəzində avtomaşının sağ yan səthinə çırpılaraq həmin zolaqda düşüb qala bilmişdir. Cinayət işində hadisənin məhz yuxarıda göstərilən şəraitdə baş verməsini təkzib edə biləcək heç bir sübut yoxdur. Beləliklə də müdafiə tərəli olaraq hesab edirlər ki, hadisə aşağıda göstərilən mexanizm üzrə baş vermişdir: Məhkum Hldaroviç 10 oktyabr 2022-ci il tarixdə, saat 10:50 radələrində Sumqayıt şəhəri Bulvar küçəsində "Mirvari City" yaşayış kompleksinin qarşısında qanuni əsaslarla idarə eldiyi "Chevrolet Camaro" markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobili 40-50 km/saat sürətlə hərəkət etdirərkən, ondan bir qədər irəlidə sağda çox yavaş sürətlə hərəkətdə olan BMW markalı, sedan tipli avtomobilin qarşı tərəfindən çıxıb, yolu sağdan sola sürətlə qaçaraq keçməyə cəhd edən mərhum piyada Zərərçəkmiş şəxs görüb dərhal sərt tormozlama apararaq, eyni hərəkətlə sükanı öz soluna burmaqla idarə etdiyi avtomobili əks istiqamətli hərəkət yoluna istiqamətləndirmiş, lakin buna baxmayaraq piyada onun sağ qanad və qanadın arxasındakı qabaq qapı hissəsinə çırpılaraq ağır bədən xəsarətləri alıb. Məhkum hərəkət zolağının mərkəzinə yaxın hissəyə düşüb qalmışdır. Timıır Məmmədovun idarə etdiyi avtomobil isə əks istiqamətli hərəkət yoluna çıxaraq bir qədər gedib irəlidə dayanmışdır. Məhkum hərəkəti üçün təhlükə mərhum piyada Zərərçəkmiş şəxs iti sürətli qaçışla qarşıda sağda h ərəkət edən BMW markalı sedan tipli naməlum avtomaşının qarşısına çıxaraq Məhkum görünüş dairəsinə düşdüyü andan yaranmış və həmin andan avtomaşınla vurulduğu ana qədər piyada iti sürətli qaçışla 3-4 metr məsafə qət etmişdir. Mərhum piyada Zərərçəkmiş şəxs yaşına uyğun iti qaçış sürətinin yuxan həddi müvafiq cədvəldən götürülməlidir. Müdafiə tərəfi olaraq hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, bundan əlavə birinci instansiva məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və bu da məhkumun təqsiri iliyi məsələsinin həll edilməsinə öz. təsirini göstərmişdir. Əməlində heç bir cinayət tərkibi olmayan insan açıq-aşkar qanunsuz məhkum edilmişdir ki, bu da yolverilməzdir. Lak in bütün bu qeyd olunanlara baxmayaraq apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmamış, yalnız birinci instansiya məhkəməsinin əsassız olaraq qəbul etdiyi hökmdə sadalanan məqamları öz qərarına köçürməklə öz işini bitmiş hesab etmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin hökmünü dəyişdirmədən qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarı artıq istinad edilmiş maddi və prosessual normaların tələbləri ilə yanaşı həmçinin aşağıda qeyd edilən, ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə yönələn Cinayət-Prosessual Məcəlləsinin maddələrini pozmuşdur. Kassasiya şikayətində mübahisələndirilən qərarın ləğv edilərək Məhkum əməlində CMin 263.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması, məhkumun müdafiəçiləri tərəfindən birgə verilmiş kassasiya şikayətinin təmin olunmaması barədə zərərçəkmiş şəxsin hüquqi varisinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş he sab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə ki, müdafiə tərəfinin kassasiya müraciətində məhkəmələr tərəfindən sübutları n Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, məhkumun əsassız məhkum edilməs, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətində şəxsə yüngül cəza verilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətlərii kimi görür və bu müraciətlərlə əlaqəd ar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə i stənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərar ın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005- ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası əvvəl məhkumun müdafiəçilərinin birgə verdikləri kassasiya şikayətinin dəlillərinə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir: Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş cinayət hadisəsi üzrə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, məhkum edilmiş şəxs Məhkum əməlində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütla r, o cümlədən onun ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin, ekspertiza rəyləri, hadisə yerinə baxış protokolu və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Apellyasiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı sayan məhkəmə kollegiyası qeyd edir: «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 1 -ci bəndində qeyd edilir ki, «yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələri nin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair iş lərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşd ırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Cinayət Məcəlləsinin 263.2-ci maddəsində şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olan əmələ görə cinayət məsuliyyətini nəzərdə tutur. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti v ə ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cinayət işinin birinci instansiya məhkəməsində araşdırılan sübutlara ə saslanaraq Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə gəldiyi nəticə ilə razılaşır və onun idarə etdiyi avtomobillə zərərçəkmiş şəxsi vurmaması barədə kassasiya şikayətinin dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobil ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib ehtiyatsızlıqdan şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirinin olması barədə nəticəyə gələrkən ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün b irinci instansiya məhkəməsində məhkəmə istintaqında tədqiq olunan ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq bir-birilə müqayisəli şəkildə yoxlayıb qiymətləndirmiş, hadisənin baş verdiyi şəraitdə sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanının olması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində ittiham olunduğu CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədikləri qənaətinə gələrək hesab edir ki, Məhkum Cinayət Məcəll əsinin 263.2-ci maddəsi ilə təqsirli olması apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habe lə işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə m əhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfin dən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Resp ublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkum edilmiş şəxsə bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkum edilmiş şəxs Məhkum təyin olunmuş və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətində mübahisələndirilən cəza ilə bağlı aşağıdakıları qeyd edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyəti nə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xa rakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesa b edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən (hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını) və ağırlaşdıran halın olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xi dmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində təyin edilmiş cəzanın sərtləşdirilməsi zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, bununla bağlı irəli sürülmüş dəlillər heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkəmə kollegiyası Mə hkum açıq-aşkar yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağırlaşdırılmalı olması barədə kassasiya şikayətinin dəlillərini əsassız sayaraq məhkum edilmiş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla, məhkuma təyin olunmuş cəzanın ağırlaşdırılmalı olmasına görə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və humanizm pri nsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğundur və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətində irəli sürdüyü dəlillər işin faktiki hallarına uyğun olmamaqla əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayə t edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə h ökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xa rakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, cinayət işi üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbayca n Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçiləri Quliyev Elnur Ağalar oğlu və Hüseynov Əli Meybulla oğlu tərəfindən birgə verilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar