Məhkəmə qərarları › İş №1(102)-1723/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1723/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1723/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, məhkum Cəfərzadə Mirhafiz Mirisaq oğlunun və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Cəfərzadə Mirhafiz Mirisaq oğlunun Azərbaycan Respublikası CM-in 274 və 283.1-ci maddələri ilə təqsirli bilin ib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 mart tarixli, 1(103)-240/2025 nömrəli qərarından məhkum və məhkumun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında qapalı məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər: X10 (sədrlik edən), X15 və X6 ibarət tərkibdə) 2024-cü il 10 oktyabr tarixli, 1(101)-427/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1966-cı ildə Lerik rayonu, Babakuçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olub, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Cəfərzad ə Mirhafiz Mirisaq oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 və 283.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cəfərzadə Mirhafiz Mirisaq oğluna qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilmiş, cəza çəkməsinin əvvəlinin 11 noyabr 2022-ci il tarixdən hesablanması, təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmi şdir. Həmin hökmdən Cəfərzadə Mirhafiz Mirisaq oğlu və onun müdafiəçisi Müdafiəçi ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X13 və X4 ibarət tərkibdə) 2025-ci il 3 mart tarixli 1(103)-240/2025 nömrəli qərarı ilə Cəfərzadə Mirhafiz Mirisaq oğlu və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 10 oktyabr tarixli 1(101)-427/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Mirhafiz Cəfərzadə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərin ə olaraq qəsdən casusluq formasında və xarici dövlətə, təşkilata və nümayəndələrinə kömək edərək dövlətə xəyanət etmiş, həmçinin aşkar surətdə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etmişdir. Belə ki, X14 İslam Respublikasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən, hazırda həmin dövlətin ərazisində məskunlaşan X5 vasitəsilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq xarici xüsusi xidmət orqanının tapşırıqlarının yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərərək, habelə onların tapşırığı ilə 23 aprel 2021-ci il tarixdə özünə məxsus "Oneplus” markalı mobil telefon aparatındakı "Google maps” mobil tətbiqinin imkanlarından istifadə etməklə Lənkəran rayonu ərazisində yerləşən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin yerini dəqiqləşdirib hərbi hissənin GPS koordinatlarını "Teleqram” mobil tətbiqində Orxan Məmmədova məxsus "Orkhan Mammadov” adlı hesaba göndərərək qəsdən casusluq formasında və xarici dövlətə, təşkilata və nümayəndələrinə kömək etməklə dövlətə xəyanət etmişdir. Bundan başqa, Mirhafiz Cəfərzadə 2018-ci ildən başlayaraq 2021-ci ilin sentyabr ayınadək olan dövr ərzində "Facebook” sosial şəbəkəsində yaratdığı özünə məxsus "Rosta Merd” adlı hesabından istifadə etməklə "Artıq mənsub olduğunuz millətin siyasi statusa malik olmaq vaxtı yetişib! Bu Sizin və bizim haqqımızdır! Əgər bu şansı əldən versək, tarix bizi bağışlamayacaq”, "Əziz talışlar, yadınızda saxlayın, heç bir xalqa azadlıq və milli haqqı hədiyyə etmirlər, bunun üçün birləşib mübarizə aparmaq lazımdır və s.” kimi paylaşımlarında aşkar surətdə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MƏHKUMUN MÜDAFİƏÇİSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum Cəfərzadə Mirhafiz Mirisaq oğlu kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ona qarşı irəli sürülən ittihamlar açıq-aşkar qərəzlidir və saxtalaşdırılmışdır. Belə ki, o, xx xxxxxx 1966-cı ildə Lerik rayonu, Babaküçə kəndində anadan olmuşdur. Ailəsi Lənkəran rayonunun, Bəllabur kəndinə köçdüyü üçün orada böyüyüb boya-başa çatmışdır. Orta təhsili də kənddə və sonra Lənkəran şəhər 1 nömrəli orta məktəbdə almışdır. 1984-1986-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmət sıralarında olmuşdur. 1988-ci ildə BDU-nun şərqşünaslıq fakültəsini ərəb dili üzrə qırmızı diplomla bitirmişdir. Sovet dövləti dağılandan sonra yaranmış vəziyyətdə ixtisasına uyğun iş tapa bilmədiyi üçün 1995-ci ildə Rusiyaya getmiş və orada ticarətlə məşğul olmağa başlamışdır. Rusiya Federasiyasında yaşamağa başlayandan sonra Azərbaycana yalnız qısamüddətli səfərlər etmişdir. 2017-ci ildən sonra isə iş fəaliyyətində ciddi problemlər yarandığından bu səfərləri minimuma enmişdir. Sonuncu dəfə 2020-ci ilin fevralında Azərbaycanı tərk etmiş və 2021-ci ilin iyulunda qayıtmışdır. Rusiyada yaşadığı dövrdə müxtəlif sahələrdə biznes fəaliyyəti göstərmişdir. Bu fəaliyyət müxtəlif ölkələri əhatə etmişdir. Misal üçün Rusiya, Ukrayna, Belarus, Türkiyə, İran, Qazaxıstan, Əfqanıstan, İraq, Monqolustan, Çin və Azərbaycanı göstərə bilər. Biznes fəaliyyətinin dairəsi çox geniş olmuşdur. İrandan Azərbaycana şüşə, İrandan Rusiyaya meyvə-tərəvəz, quru meyvə, neft-kimya məhsulları, tikinti materialları, İrandan Ukraynaya və Belarusa neft - kimya məhsulları, İrandan Türkiyəyə neft-kimya məhsulları, İrandan Qazaxıstana təbii üzlük daşlar, Rusiyadan İrana taxta materialları, Rusiyadan Əfqanıstan və İraqa taxıl və un məhsulları, Monqolustandan İrana ət məhsullarının göndərilməsində iştirak etmişdir. 2014-cü ildən sonra biznes fəaliyyətində ciddi problemlər yaranmışdır. Bu problemlər əsasən Rusiya və Qazaxıstanda milli valyutaların devalvasiyası nəticəsində baş vermişdir. Pandemiya dövründə biznes fəaliyyəti demək olar ki, dayanmışdır. Tələbəlik dövründən başlayaraq siyasi hadisələrin aktiv iştirakçısı olmuşdur. 20 yanvar 1990-cı ildə minl ərlə Azərbaycan gənci kimi o da Sovet tankları ilə üz-üzə dayananların sırasında olmuşdur. Sonralar da Azərbaycanda və ümumiyyətlə regionda və dünyada baş verən hadisələri izləməyə çalışmışdır. 2009-cu ildən "Facebook” sosial şəbəkəsində aktiv iştirak etmişdir. Şəbəkədə 5 mindən çox izləyicisi olmuşdur. Cəmiyyəti narahat edən müxtəlif mövzularla bağlı həmişə öz münasibətini bildirməyə çalışmışdır. Paylaşımları siyasi, iqtisadi, milli, mədəni, dini, tarixi və idman mövzularını əhatə etmişdir. 2014-cü ildən başlayaraq "Facebook” profilinə aktiv hücumlar edilmişdir. Müxtəlif vasitələrlə profilini sındırmaq üçün cəhdlər edilmiş, profili teztez şikayət olunmuş və nəticədə 2018-ci ilin sonlarında "Facebook” onun profilini blok etmişdir. Lakin bir müddətdən sonra "Facebook” onun profilini blokdan çıxartsa da, bundan sonra sosial şəbəkələrdə aktiv fəaliyyəti olmamışdır. 2019-cu ilin noyabr ayında atası vəfat etdiyi üçün Rusiyadan Azərbaycana gəlmişdir. Atasının dəfnindən sonra yenidən Rusiyaya qayıtmışdır. Həmin ilin dekabr ayında atasının 40 mərasimi üçün bir daha Azərbaycana gəlmiş və 2020-ci ilin fevral ayına qədər Azərbaycanda olmuşdur. Fevral ayının 14-də müalicə məqsədi ilə İrana getmişdir. Fevralın sonunda pandemiyaya görə sərhədlər bağlandığı üçün müalicəsini davam etdirmək məqsədi ilə yenidən İrana gedə bilməyəcəyinə görə daha 17 gün İranda qalmış və fevralın 17-də Tehrandan Moskvaya getmişdir. Həmin vaxtdan 2021-ci ilin iyul ayına qədər Rusiyada olmuşdur. İyulun 27-də Moskvadan qızı X8 ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Sentyabr ayının 14-də "BakıMineralnıye Vodı” reys i ilə Rusiyaya uçmaq istəyərkən H.Əliyev areoportunda pasport nəzarətindən keçərkən təqribən saat İ8 radələrində DTX əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman mobil cihazlarının, elektron daşıyıcılarının, bank kartlarının olduğu çiyin çantası dərhal əlindən alınmışdır. Bundan sonra onu “cip” markalı qara rəngli bir maşına mindirib DTX-ya aparmışlar. Onunla eyni vaxtda maşında daha 3 DTX əməkdaşı olmuşdur. Maşına mindirildikdən sonra ona verilən ilk sual- nə vaxtsa Ermənistanda olub-olmaması olmuşdur. o, sualı yaxşı eşitmədiyi üçün əməliyyatçının Özbəkistanda olub-olmadığını soruşduğunu zənn etmiş və orada olduğunu bildirmişdir. Əməliyyatçı dərhal nə vaxt və harada olduğunu soruşmuş, o da 2019-cu ildə Daşkənd, Səmərqənd, Buxarada olduğunu demişdir. Əməliyyatçı ona tərs-tərs ba xıb "nə Daşkənd, mən səndən Ermənistan soruşuram” demişdir. O da heç vaxt Ermənistanda olmadığını demiş, heç elə bir arzusu da olmadığını demişdir. DTX-ya gətiriləndən sonra 2-ci mərtəbədə bir neçə otaqda müxtəlif DTX əməkdaşları onunla danışmış və sonra 3-cü mərtəbədə Rövşən adlı müstəntiqin otağında 2 saatdan çox sorğu-sual olunmuş, bu zaman müstəntiqdən əlavə daha 4-5 nəfər də iştirak etmişdir. Bütün bu danışıq və sorğusualın predmeti əsasən Rusiya və Azərbaycanda yaşayan aktiv talış fəalları, onun talışlarla bağlı etdiyi "Facebook” paylaşımları və müəyyən qədər də ermənilər olmuşdur. Ondan ən çox soruşulan adamlar İsmayıl Şabanov və Zabil Məhərrəmov olmuşdur. Müstəntiqin otağında sorğu-sualın sonunda ona təklif olunmuşdur ki, ağ bir kağızda Bakını tərk etməyəcəyi haqqında iltizam versi n. O, saxlanılarkən mobil telefonuna və elektron daşıyıcılarına onun və şahidlərin iştirakı ilə heç bir baxış keçirilməmiş, eləcə də dindirilməyi haqqında heç bir protokol tərtib edilməmişdir. Müstəntiqin otağında prosedur bitəndən sonra o, yenidən 2-ci mərtəbəyə endirilmiş və Asif adlı şöbə rəisinin otağına gətirilmişdir. Burada da təqribən yarım saat sorğu-sual olunmuşdur. Bu sorğuda da bir neçə nəfər iştirak etmişdir. Onlar yenə ondan əsasən Rusiyada yaşayan talış fəalları ilə hansı əlaqələrinin olmasını və əgər onlara lazım olarsa, belə əlaqələri yarada bnilibbilməyəcəyini soruşmuşlar. Bütün bunlardan sonra təqribən saat 23 radələrində onun mobil telefonunu, elektron daşıyıcılarını və sim-kartlarını müsadirə edib özünü buraxmışlar. Onu buraxarkən şöbə rəisi Asif ondan tələb etmişdir ki, DTX tərəfindən saxlanıldığını heç kim, hətta ailə üzvləri belə bilməsin. Ona tezliklə onunla əlaqə saxlayacaqlarını bildirmişlər. Təqribən bir ay, bəlkə də bir az da çox heç kim onunla əlaqə saxlamamış, sonra Asif “***-***-**-**” mobil nömrədən həyat yoldaşının telefonuna zəng edib, onu görüşmək üçün metronun “Nərimanov” stansiyasında “Mado” kafesinə dəvət etmişdir. Saat 16 radələrində onlar kafenin qarşısında görüşmüş və kafenin 2-ci mərtəbəsinə qalxmışlar.Təqribən saat yarım aralarında söhbət olmuş, Asif onunla əsasən təhdid dilində danışmışdır. Yenə də söhbət demək olar ki, bütövlükdə Rusiyada yaşayan talış fəalları ilə bağlı olmuşdur. Asif ona təklif etmişdir ki, o, Rusiyaya getsin, orada yaşayan talış fəalları ilə əlaqə yaratsın, onların ünvanlarını öyrənsin və DTX-ya ötürsün. Laz ım olduğu təqdirdə xüsusi izləmə cihazları ilə təchiz olunacağını və bu cihazları onlara maraqlı olan şəxslərin, xüsusən İsmayıl Şabanovun və Zabil Məhərrəmovun ünvanlarında yerləşdirməli olduğunu bildirmişdir. Bu işləri görmək üçün maddi problemlərinin həllində yardımçı olacaqlarını da qeyd etmişlər. O, Asifə onların təklifini heç cür qəbul edə bilməyəcəyini, bunun onun əqidəsinə uyğun olmadığını bildirmişdir. Həmçinin bu işi fiziki olaraq bacara bilməyəcəyini demiş, onun cavabı Asifi möhkəm əsəbləşdirmiş və ona, əgər onların təklifini qəbul etməsə, həbsxanaya gedəcəyini, aqibətinin çox pis olacağını demişdir. O, Asifə izah etməyə çalışmışdır ki, onun başqa məqsədi olsa, onların təklifi ilə razılaşar və ölkəni tərk edəndən sonra hər şeyi ictimailəşdirərdi. Lakin o, onları aldatmaq istəməm iş, çünki bu onun əqidəsinə ziddir. Söhbətlərinin sonunda Asif pasportlarını qaytarmış və ona bir daha xatırlatmışdır ki, onların təklifini qəbul etməmək onun zərərinə olacaqdır. Həmçinin aralarında olan ünsiyyət haqqında heç kim bilməməsi ilə dönə-dönə tapşırmışdır. Onlar beləcə ayrılmış, yanvar ayına qədər daha heç kim onunla əlaqə saxlamamışdır. Rusiyada iş fəaliyyəti və bank kreditlərilə bağlı problemləri olduğundan təcili oraya getməli olmuş, buna görə də Miqrasiya Xidmətinə müraciət edərək ölkədən çıxışı üçün heç bir məhdudiyyət olmadığını öyrənmişdir. Ona görə də yanvar ayının ortalarında quru yolla Rusiyaya keçmək üçün Dağıstanla sərhəddə yerləşən DSX sərhədkeçid postuna getmişdir. Pasport nəzarətindən keçəndə saxlanılmış və ona ölkədən çıxışına qadağa olduğunu demişlər. Qadağanın kim tərəfindən və nə üçün qoyulduğunu soruşduqda ona bildirmişlər ki, bunu özü yaxşı bilir. Saxlanılmağı haqqında protokol tərtib olunmuş və polisin gəlib onu aparacağı haqqında xəbərdarlıq etmişlər, lakin polis gəlməmişdir. Bir saatdan sonra mülki geyimli təqribən 35 yaşlı bir nəfər gəlmiş, sərhəd xidməti zabitindən protokolu almış və ona bildirmişdir ki, pasportunu özünə qaytarsın. Ona da Bakıya qayıtmasını, tezliklə onunla əlaqə yaradacaqlarını demiş, həmçinin telefon nömrəsini də almışdır. O, həmin şəxsə Rusiyada ciddi problemləri olduğunu bildirmiş və təcili olaraq getmək məcburiyyətində olduğunu demişdir. Həmin şəxs onun yanında Rasim adlı bir nəfərə zəng etmiş və onun sözlərini Rasim adlı şəxsə çatdırmışdır. Daha sonra ona Bakıya qayıdanda 1-2 saata ona zəng edəcəklərini demiş, laki n fevral ayının 22-dək heç kim ona zəng etməmişdir. Fevral ayının 22-də özünü Asif kimi təqdim edən DTX əməkdaşı “***-***-**-**”nömrəli mobil telefondan ona zəng etmiş və görüşmək üçün onu “H.Əliyev” bağına dəvət etmişdir. Onlar saat 15:30-da bağda görüşmüşlər. O, DTX əməkdaşını tanımamış, belə ki, həmin şəxs Asif olmamış, lakin H.Əliyev aeroportunda saxlanıldığı zaman onu saxlayan DTX əməkdaşları arasında o da olmuşdur. Görüşdükləri zaman adının Ələkbər olduğunu, 38 yaşı və əslən Naxçıvandan olduğunu bildirmişdir. Onlar təqribən saat yarım söhbət etmişlər. Asifdən fərqli olaraq Ələkbər onunla təşviqedici tonda danışmış və ona QHT yaradaraq talışları ətrafına toplamasını, konfranslar və tədbirlər keçirməsini, kitab yazmasını təklif etmişdir. Ona böyük potensialı olduğunu, bundan səmərəli i stifadə edə biləcəyini demişdir. Həm də bütün bu işləri görmək üçün maddi problemlərinin də onlar tərəfindən həll ediləcəyini xatırlatmışdır. O, Ələkbər adlı şəxsə etdikləri təklifin çox şirnikləşdirici olduğunu, lakin onun bu təklifi qəbul edə bilməyəcəyini demiş, bunun onun əqidəsinə uyğun olmadığını, bu təklifi qəbul etməyin DTX ilə əməkdaşlıq etmək olduğunu bildirmişdir. O, DTX-nın yaratdığı şəraitin qarşılığında Azərbaycanda yaşayan talış fəallarını nəzarətdə saxlamalı və onları maraqlandıran şəxslər haqqında informasiya toplayıb onlara ötürməlidir. Sadə dildə buna çuğulçuluq deyilir, o, bu iş üçün yararlı deyil. O, Ələkbərə ATİŞ adlı bir təşkilat yaratdıqlarını, ona etdikləri təklifləri həmin təşkilatın daha effektiv həyata keçirəcəklərini, onun bu təklifi qəbul etməyəcəyini, əgər seçim etmək lazım gəlsə həbsə getməyi üstün tutacağını demişdir. Ələkbər ona, onun söylədiklərinin bir təklif olduğunu, heç kimin onu məcbur etmədiyini, onun mövqeyini rəhbərliyə çatdıracağını və bu problemi müsbət həll etməyə çalışacağını demişdir. O, Ələkbərə başa salmağa çalışmışdır ki, bütün sənədləri özündədir, əgər istəsə, gizli yolla ölkəni tərk edə bilər, lakin o, bunu etməyəcək, çünki o, heç bir cinayət törətməmişdir, vicdanı təmizdir. Həmçinin Ələkbərə bu problemi ictimailəşdirə biləcəyini, bu, onun üçün yeni problemlər yaratsa da, DTX-nın da xeyrinə olmayacağını demişdir. Ələkbər də Asif kimi dönə-dönə belə bir addım atmamasını, səbirli olmasını, tezliklə hər şeyin həll olacağını demişdir. Ələkbər həmçinin, zəng etdiyi nömrə vasitəsi ilə onunla əlaqə yarada biləcəyini demiş və b eləcə ayrılmışlar. Sonrakı bir neçə ayda dəfələrlə cəhd etsə də Ələkbərlə əlaqə yarada bilməmişdir. İyul ayının sonlarında nəhayət Ələkbər özü ona zəng etmiş və görüşəcəklərini bildirmişdir. Görüş avqust ayının 25-nə kimi alınmamışdır. Hər dəfə bir problem çıxdığını və görüşə bilməyəcəyini bildirmişdir. Nəhayət avqust ayının 25-də, saat 11-də "space tv” nin yanındakı bağda görüşmüşlər və ordan DTX-ya gəlmişlər. Üçüncü mərtəbəyə qalxıb pilləkəndən sol tərəfdə otağa daxil olmuşlar. Ələkbər şöbə rəisinin özünün onunla görüşəcəyini demiş, bir qədər sonra təxminən 35-40 yaşında arıq cüssəli, qara buğdayı bir nəfər otağa daxil olmuş və özünü Nazim kimi təqdim etmişdir. Təxminən iki saat yarım ərzində üçü arasında söhbət olmuş, bu səfər onunla əsasən təhdid dilində danışılmış, yenidən söhbətin pr edmeti əsasən Rusiyada yaşayan talış fəalları və ümumiyyətlə talışlarla bağlı olmuşdur. Bundan əlavə ona regionda baş verən hərbi və siyasi hadisələrlə bağlı bir neçə sual vermişlər. Ələkbər ona "iranpərəst” olduğunu demiş, o, buna aid faktı harada göstərə biləcəyini soruşmuş, həmin şəxs də onun "farspərəst” olduğunu demək istədiyini bildirmişdir. O, bu fikrin absurd olduğunu, bir qazax, qırğız, özbək, türkmən, uyğur, tatar, xakas, yakut və digərlərinin türk olduğu kimi, bir talışın da tat, kürd, gilək, lor, mazan, bəcuc, əfqan, tacik və digərlərinin fars və iranlı olduğunu, necə ki, türk xalqlarından birinin nümayəndəsinə onun türkpərəst olduğunu qınaq olaraq demək absurddursa, eləcə də iran xalqlarının birinin nümayəndəsini farspərəst və ya iranpərəsət olmaqda qınamağın absurd olduğunu, hər bir insanın mənsub olduğu milli kimliyə ən azından hörmət bəsləməli olduğunu, əks təqdirdə o insanın manqurt olduğunu demişdir. Onun bu izahatının qarşısında Ələkbər əsəbi halda onun kimilərin təfəkkürünü dağıtmaq lazım olduğunu demiş, o isə Ələkbər adlı şəxsə onu döyəsöyə, həbs edə, hətta öldürə biləcəklərini, lakin onun təffəkürünü dağıda bilməyəcəklərini, bunun onların imkanından kənar olduğunu demişdir. Söhbətin sonunda ona nə isə etməli olduğunu, əks halda onu həbs etməli olduqlarını demişdlər. O, həmin şəxslərə onların təkliflərini icra etməyin artıq fiziki olaraq mümkün olmadığını, hətta o, həmin təklifləri qəbul etsə belə, onları yerinə yetirə bilməyəcəyini, onu artıq bir ildir saxladıqlarını, o, istəsə də, istəməsə də artıq çox adamın onun saxlanılmasından məlumatının olmasını və ondan şüpələnəcəklərini, çünki onun indiyə qədər Azərbaycanda heç vaxt üç aydan artıq qalmadığını, son illərdə isə Azərbaycanda çox qısa müddətdə olduğunu, hazırda isə bir ilə yaxındır ki, Azərbaycanda olduğunu və heç bir işlə məşğul olmadığını, bunun hamıya onun dövlət orqanları ilə ciddi problemlərinin olması barədə xəbərdarlıq olduğunu, belə olan halda heç bir talışın onunla kontakta girməyə risk etməyəcəyini demişdir. Ayrılan zaman ona görüşün nəticələri haqqında ona məlumat verəcəklərini demişlər. Bundan sonra noyabr ayının 11-dən saxlanılanadək Ələkbərlə dəfələrlə "whatsapp” vasitəsilə yazışmaları olmuş, bu yazışmaların bir hissəsi məhkəməyə təqdim edilmişdir. Nəhayət noyabr ayının 11-də Ələkbər ona zəng etmiş və "Koroğlu” metrostansiyasının yaxınlığına dəvət etmişdir. Onlar saat 11-də metronun aeroport tərəfə gedən hissəsində körpünün altında görüşmüşlər. Körpünün altına yaxınlaşanda artıq DTX əməkdaşlarının əyləşdiyi xüsusi maşını görmüş və həbs ediləcəyini başa düşmüşdür. O, Ələkbərə yaxınlaşıb salam vermiş və oradaca həbs edilmişdir. Bundan sonra onu yaşadığı ünvana aparmışlar və orada axtarış etmişlər, ona və ailəsinə məxsus bir neçə əşyanı götürdükdən sonra DTX-ya aparmışlar. DTX-ya aparıldıqdan bir neçə saat sonra müstəntiq onu dindirməyə başlamışdır. O, müstəntiqə vəkilsiz heç bir suala cavab verməyəcəyini bildirmişdir. Müstəntiq onu vəkil ilə təmin edəcəyini demiş, o, DTX-nın ona təqdim etdiyi vəkili qəbul etmədiyini və heç bir sənədi vəkilin iştirakı olmadan imzalamayacağını bildirmişdir. Buna görə də ailəsi tərəfindən vəkil ilə təmin edilənə qədər heç bir sənədi imzalamamışdır və həmin protokolları qəbul etməmişdir. Ona qarşı irəli sürülən ittiahamlar açıq-aşkar saxtalaşdırılmışdır. DTX əvvəl onu həbs etmiş, sonra ona qarşı ittiham faktları düzəltməyə başlamışdır. Bu saxtakarlıq oradan başlanılmışdır ki, haqqında heç bir məhkəmə hökmü olmadan, DTX-nın mətbuat xidməti mediada onun üçün cinayətkar obrazı formalaşdırmağa başlamışdır. DTX-nın mətbuat xidmətinin onun danışdıqlarından kəsib hazırladığı səs yazısı və fotoşop etdiyi teleqram ekran görüntüsü paylaşmaqla sosial şəbəkələrdə onu tanıyanlar arasında haqqında mənfi rəy formalaşdırmaq istəyini açıq aşkar göstərmişdir. Bu, həm də cəmiyyətin içərisində kimsənin onu müdafiə etməyə cəsarət etməməsi üçün edilmişdir. Bununla DTX əməkdaşları onlara tabe olmayacağı təqdirdə, ağır cəzalanacağ ı haqqında ona verdikləri vədi reallaşdırmağa başlamışlar. Beləliklə, 02 iyun 2023-cü il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 və 283.1-ci maddələri ilə ona qarşı ittiham irəli sürülmüş, bu çox ağır ittihamdır. Hər hansı bir cinayətin qeydə alınması üçün əvvəl cinayət faktı baş verməlidir. DTX istintaq idarəsinin cinayətin sübutu kimi məhkəməyə təqdim etdiyi səs yazısında heç bir cinayət faktı yoxdur. Səs yazısının mətnində açıq-aşkar heç nə yoxdur. Haqqında danışılan anbarın geolokasiyası aydın formada ifadə olunmuşdur. Hadisənin sovet dövründə və sovet dövlətinin dağılması dövrünə aid olduğu göz qarşısındadır. DTX istintaq idarəsi isə onu N nömrəli hərbi hissənin GPS-nin koordinatlarını kiməsə göndərməkdə ittiham etmişdir. O, absurd ittihamla (mənti qlə) ittiham olunmuşdur. İttiham faktlarının saxtalaşdırılması, ittiham aktının özündə də açıq şəkildə görünmüşdür. Bu arayışla DTX ekspertləri onun telefonunda teleqram mobil tətbiqinin mövcud olmadığını təsdiq etmişlər. Buna baxmayaraq, DTX əməliyyatçıları iddia etmişlər ki, onlar 2021-ci ilin aprel ayında ölkədən kənarda olduğu bir zaman onların isə telefonunun haqqında heç bir məlumatı olmadığı halda, telefonunda teleqram mobil tətbiqinə daxil olmuşlar və orda olan səs yazılarını əldə etmişlər. DTX-nın bir qurumu telefonunda teleqram tətbiqinin olmadığını təsdiq etmiş, digər qrumu isə saxta bir fotoşop ekran görüntüsü təqdim edərək, onu dövlətə xəyanətdə ittiham etmişlər. Həmçinin DTX əməkdaşları onlara lazım olan bir yazılı mesaj uyduraraq, saxta fotoşop ekran görüntüsü əlavə etmişlər. Onun Orxan adlı şəxslə nə sosial şəbəkədə, nə messengerlərdə heç bir əlaqəsi olmamışdır. Əgər belə bir əlaqə mövcud olsaydı, telefonunun yaddaş kitabçasında onun nömrəsi olardı. O, istintaq zamanı telefon kitabçasında olan bir sıra nömrələrlə bağlı dindirilmişdir. Müstəntiqin iddiasına görə həmin adamlar İran xüsusi xidmət orqanlarına bağlı olmuşlar, lakin həmin siyahıda Orxan Məmmədov adlı şəxs olmamışdır. Əgər ittiham tərəfinin iddiaları doğru olsa, onlar teleqram mobil tətbiqində onun profilinin bağlı olduğu mobil nömrəni göstərər, həmin profildə kontaktların siyahısında Orxan Məmmədovun adını və söhbət listində isə həmin şəxslə olan söhbəti qeyd edib ekran görüntüsünü götürərdilər. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 mart tarixli 1(103)-240/2025 nömrəli qərarının ləğv edilməsini və əməlində cinayət təqibi olmadığına görə CM-in 274 və 283.1ci maddələri ilə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hazırda müxtəlif elektron axtarış sistemləri ilə (Google Erth, «Яандекс Карты», Google Maps, GPRS, pullu xidmət göstərən MAXAR) peykdən hər hansı bir obyekti görmək, o cümlədən hərbi hissələrin yerləşdiyi yeri görmək mümkündür. Göründüyü kimi açıq olan məlumat hərbi sirr təşkil edə bilməz. Bununla belə müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi «Яандекс Карты» internet resursu vasitəsi ilə peykdən edilmiş fotoçəkilişdən müəəyən olunur ki, Sərhəd Xidmətinə aid olan N saylı hərbi hissə Narbağı kəndindən 10.8 km. aralıda Lənkəran şəhərində yerləşir. Dövlət Səhəd Xidmətinin müdafiə tərəfinin sorğusuna cavab olaraq məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarxli, 3-3816/2-6483/24 №-li arayışından isə məlum olur ki, Lənkəran rayonu Narbağı kənd ərazisində DSX Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin təsərrüfat və ya digər obyektləri mövcud deyildir. Bu sənədlər olan DTX-ın V baş idarəsinin rəisi polkovnik Suad Mahmudov tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli 5/3671 №-li arayışda DSX-nın N saylı hərbi hissənin Narbağı kəndi ərazisində təsərrüfat və digər obyektlərinin yerləşməsi barədə qeyd edilən məlumatların doğru olmaması və ittihama görə Şahid13 tərəfindən Orxan Məmmədov adlı şəxsə atılan Narbağı kəndinin GPS koordinatlarında N sayl ı hərbi hissənin yerləşməsi barədə mülahizələrin əsassız olmasını göstərir. Lakin birinci instansiya və apellyasiya məhkəmələri Dövlət Səhəd Xidmətinin xx.xx.2024-cü il tarxli, 3-3816/2-6483/24 №-li arayışına məhəl qoymamış, hökm və qərarda heçnə olmamış kimi kimi istintaqın əsassız mülahizələrini təkrarlamış, M. Cəfərzadə tərəfində N saylı hərbi hissənin yerini İran kəşfiyyatına göndərməsi göstərilmişdirlər. Bununla belə istintaq və məhkəmə araşdırılması zamanı 2022-ci və 2024-cü illərdə Narbağı ərazisində sözü gedən “dövlət sirri təşkil edən obyektin” yerləşdiyi ərazini əks etdirən videogörüntülər (CD disklər) və fotoşəkillər də işə sübut kimi əlavə olunmuşdur. Həmin görüntüyə və fotoşəkillərə baxış keçirilmiş və müəyyən olmuşdur ki, barəsində məlumat verilmiş SSRi silahlı qüvvələrinə mə xsus olmuş silah-sursatın saxlanıldığı təpəciyin altında olan otağın qapısı yoxdur, ərazi mühafizə olunmur, hasarlanmamışdır, hərbi hissəyə aid hər hansı bir lövhələr yoxdur, baxımsız vəziyyətdədir xarabalığı xatırladır. Hökmdə ümumiyyətlə Sərhəd Xidmətinin N saylı hərbi hissənin 10.8 km Narbağı deyilən kənd ərazisindən aralı olmasına, Sərhəd Xidmətinin verdiyi xx.xx.2024-cü il tarixli, 3-3816/2-6483/24 №-li arayışına və müdafiə tərəfindən təqdim olunmuş Narbağını əks etdiən videogörüntü və fotoşəkillərə ümumiyyətlə toxunmadığından bu əhəmiyyətli sübutlara qiymət verilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi cinayət prosessual qanunvericiliyin tələbinə zidd olaraq ittihamın mütəbər hesab edilməyən və müdafiə tərəfinin təqdim etdiyi əsaslı sübutlarla tam təkzib olunmuş sübutları üstün tutub, Şahid13 barəsində CM-nin 274-cü maddəsi ilə təqsirli olması barədə hökm çıxarmışdır. Apellyasiya məhkəməsi isə əsassız qərarı ilə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Mirhafiz Cəfərzadəyə qarşı irəli sürülmüş digər ittiham isə onun 2018-ci ildən başlayaraq 2021-ci ilin sentyabr ayınadək “Facebook” sosial şəbəkəsində özünə məxsus “Rosta Merd” adlı hesabından istifadə etməklə aşkar surətdə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsidir ki, buna görə də o, AR CM-nin 283.1-ci maddəsi ilə (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) cinayət məsuliyyətinə cəlb olunmuşdur. Mirhafiz Cəfərzadənin milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mən subiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törətməsinə dair hər hansı sübutlar mövcud deyil. Şahid13 qarşı irəli sürülmüş ittihama görə o, “Facebook” sosial şəbəkələrində özünə məxsus “Rosta Merd” adlı hesabından istifadə etməklə aşkar surətdə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etmişdir. Əvvəla qeyd olunmalıdır ki, “Rosta Merd” adlı hesabın Mirhafiz Cəfərzadəyə aid olmağı dəqiqləşməli, ondan sonra həmin hesabdan olan paylaşımların ittihamda qeyd olunduğu kimi aşkar surətdə milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışların olması sübut olunmalıdır. DTX-da qulaq asdığımız bəzi audioya zılarda Mirhafiz Cəfərzadənin tarixi mövzuda yanaşmasını görmək mümkündür. Mirhafiz Cəfərzadənin sosial şəbəkələrdə mədəniyyət, siyasət, səhiyyə, təhsil sahəsində yazıları və paylaşımların olduğunu inkar etmir. Lakin buna görə görə, AR CM-nin 283.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını qanunsuz olduğunu və Azərbaycan Respublikası Konstitusiyasının 45-ci maddəsinin (Söz və fikir azadlığı) və İnsan Hüquqları və X3 10-cu maddəsinin (fikir ifadə etmək azadlığı) pozulması kimi dəyərləndirilməlidir. DTX-nın Kibertəhlükəsizlik idarəsi tərəfindən mobil telefon qurğusunun tədqiqatına dair xx.xx.2022-ci il tarixli arayışın 1-ci səhifəsində 4 yerə bölünmüş qrafada Facebook səhifələrin şəkili verilir, ki, 3-cü qrafada Rosta Merdin səhifəsi qeyd olunsa da, əslində bu həmin səhifənin öz ü deyil. Bu səhifə DTX-nın əməkdaşları tərəfindən istintaq zamanı açılmış, skrinşot edilmiş (şəkili çəkilmiş), arayışa əlavə edilmişdir. Həqiqətən də, əgər göstərilən akkaunt “Rosta Merd “ səhifənin özüdürsə vizual olaraq həmin səhifəyə girişi də olmalıdır. Hər bir şəxs istədiyi səhifəni, o cümlədən “Rosta Merd” adlı səhifəni açıb, onu digər səhifələri bağlaya bilər. Bunun təsdiqi kimi nümunə məhkəmənin hazırlıq iclasında tərəfimdən verilmiş vəsatətə əlavə edilmişdir. Arayışın 1-ci səhifəsində şəkil kimi əks olunmuş «Роста Мерд» səhifəsi yuxarıda qeyd olunan üsulla DTX-nın Kibercinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən “Facebook”da Mirhafiz Cəfərzadənin adına açılmışdır və şəxsi hesabın ona məxsus olması sübut kimi qəbul edilə bilməz. Çünkü “Rosta Merd” profili Cəfərzadə M irhafizə məxsus olsaydı, DTX əməkdaşları bu profilin bağlı olduğu mobil nömrəni və ya elektron ünvanı göstərməli, bu nömrənin və ya ünvanın ona məxsus olduğunu sübut etməliydilər, lakin bunların heç biri edilməmişdir. Bunula belə arayışda qeyd olunmuşdur ki, Ростa Мерд (FB İD **********47687) profilinin hal-hazırda silindiyinə və ya deaktiv edildiyinə görə sosial şəbəkədə aşkarlanmadığı qeydə alınmışdır. Bundan sonra isə qeyd edilir ki, mobil telefonda çəkilmiş görüntüləri arasında “Рост Мерд ” profilinin sosial şəbəkədə paylaşmlarının məzmununa dair görüntülər aşkarlanmışdır. Sual olunur ki, Роста Мерд (FB İD **********47687) profili söndürüldüyü və ya deaktiv olduğu halda DTX həmin profilin Şahid13 məxsus olmasını necə sübut edə bilər və həmin səhifədə olan çıxarışları necə edə bilər? Gö ründüyü kimi istintaq zamanı sübutların “düzəldilməsi” işi görülmüşdür ki, bunların hamısı əsassız ittihamın dəstəklənməsi üçün istifadə edilmişdir Belə ki, ittiham sübutların məcmusu ilə öz təsdiqini tapmayan, eləcə də özü-özünü təkzib edən digər qeyri-mötəbər sübutlara (DTX V İdarəsinin rəisi Suad Maxmudov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 5/3671 №-li, DTX V baş idarəsi tərəfindən xx.xx.2021-ci il tarixii ilə tərtib edilmiş, Kibertəhlükəsizlik idarəsi tərəfindən mobil telefon qurğusunun tədqiqatınma dair xx.xx.2022-ci il tarixli arayışlar, 15 sentyabr 2021-ci il tarixli baxış protokolları) əsaslanmış, bunula da ittiham tərəfi cinayət-prosessual qanunun sübutetməyə dair normalarının tələblərini kobud şəkildə pozmuşdur. Bununla yanaşı, DTX tərəfindən sənədlərin düzəldilməs i dedikdə DTX V baş idarəsi tərəfindən xx.xx.2021-ci il tarixi ilə tərtib edilmiş, lakin DTX-nın daxili dövriyyə sənədlərində xx.xx.2023-cü il tarixi ilə qeydə alınmış arayışı məhkəmənin diqqətinə çatdırılmışdır. Təbii ki, DTX-nın sənədlərin daxili dövriyyəsində xx.xx.2023-cü il tarixdə qeydə alınmış bu arayış xx.xx.2021-ci il tarixdə tərtib oluna bilməz. Digər tərəfdən arayışdakı məzmun təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərarda qeyd edilən məzmunla eynilik təşkil etdiyi halda, ondan sonrakı tarixlə DTX V İdarəsinin rəisi Suad Maxmudov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 5/3671 №-li arayışdan tamamilə fərqlidir. Görünən odur ki, bu arayış elə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Bu sənədin mötəbərliyi əsaslı şəkildə şübhə altı na alındığı üçün sübutlar sırasından çıxarılmalıdır. Bununla belə qeyd edilən protokollardakı məlumatlar DTX-nın trətib etdiyi digər arayışdakı məlumatlar arasında olan ziddiyətləri də görmək çətin deyil. 15 sentyabr 2021ci il tarixli baxış protokolunda isə qeyd edilir ki, Cəfərzadə Mirhafiz Mirisaq oğluna məxsus 1 ədəd “Oneplus” markalı mobil telefon aparatı. Həmin mobil telefon aparatı tam işlək vəziyyətdədir. Mobil telefonda olan “Facebook” sosial şəbəkəsindəki istifadəçi adını “Hafiz Jafar” olduğu müəyyən edildi. Bundan sonra “Teleqram” mobil tədbiqinə baxış keçirildi. “Teleqram” mobil tədbiqində X9 Məmmədovla danışıqların olduğu, lakin sonradan həmin danışıqların silindiyi müəyyən edildi. Eyni zmanada DTX-nın Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin verdiyi arayışdan (c/i, cild 2 v ərəq 06) görünür ki, Şahid13 telefonunda teleqram tətbiqi müəyyən edilməmişdir. Mirhafiz Cəfərzadəyə qarşı CM-nin 274-cü və 283.1-ci maddələri ilə irəli sürülmüş ittihamın əsaslığına ciddi şübhə yaradan hallar, yəni faktiki olaraq digər sübutlarla aradan qaldırılmayan şübhələr Azərbaycan Respublikası Konstitusiyasının və cinayət-prosesual qanunvericiliyinin tələblərinə uyğun olaraq onun xeyrinə həll olunmalıdır. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 mart tarixli 1(103)-240/2025 nömrəli qərarının ləğv edilməsini və əməlində cinayət təqibi olmadığına görə CM-in 274 və 283.1-ci maddələri ilə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişd ir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və müdafiəçisi kassasiya şikayətlərinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətlərinin təmin olunmamasını və Cəfərzadə Mirhafiz Mirisaq oğlunun Azərbaycan Respublikası CM-in 274 və 283.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 mart tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası m əhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum və onun müdafiəçisi kassasiya şikayətlərində məhkuma bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə ai d olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nə inki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq mü əyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumun və onun müdafiəçinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətlərində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onların dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı CM-in 274 və 283.1-ci maddələri ilə irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə, ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı onun əməlinə münasib və adekvat cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin, eləcə də, onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsasla r mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3.3.2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Cəfərzadə Mirhafiz Mirisaq oğlu və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 10 oktyabr tarixli, 1(101)-427/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və 283.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Cəfərzadə Mirhafiz Mirisaq oğlu ba rəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 3 mart tarixli, 1(103)240/2025 nömrəli qərarı məhkumun və onun müdafiəçisinin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar