Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1724/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli İskəndər oğlu Kərimov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noya br 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim Vüsal Qurbanov) 06 iyul 2022-ci il tarixli 1(005)-307/2022 nömrəli hökmü ilə xx xxxxxx 1992-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.4 və 234.1ci maddələri ilə təqsirli bilinərək, CM-in 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırı lması cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həbsdə saxlanıldığı 1 (bir) il 28 (iyirmi səkkiz) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrum etmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə 2 (iki) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddət çıxılaraq üzərində qəti olaraq 10 (on) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq soyuq silah hesab edilən bir ədəd o v bıçağı, habelə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 3,280 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 1,220 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına qanunsuz daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 08 iyun 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin tarixdə saat 17:40-da qeyd edilən ünvanda idarə etdiyi avtomobilin yanında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, Baş İdarədə ü zərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarının ön sol yan cibindən “Kent” markalı siqaret qutusunun içərisində olan bir ədəd kağız bükümdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 3,270 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd polietilen bükümdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 1,220 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin qutunun içərisində təmiz çəkisi 0,010 qram təşkil edən, kağız bükümdə aşkar edilmiş metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin, həmin tarixdə etibarnamə əsasında idarə etdiyi atası X2 məxsus “BMW” markalı **-FY-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin qabaq sol qapısının içəri aşağı hissəsindən bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təyinatı üzrə istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı, avtomobilin salonunun sürət dəyişmə hissəsindəki saxlanc yerindən bir ədəd “Kent” markalı siqaret qutusunun içərisindən üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd yaşıl rəngli kağızdan hazırlanmış boru, üzərilərində narkotik vasitə heroin izləri olan bir ədəd gümüşü rəngli falqa kağız parçası və bir ədəd qara rəngli plastik materialdan olan boru aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Rəşad Abdulov və Cavid Hüs eyn) 17 noyabr 2022-ci il tarixli 1(103)-1656/2022 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 1(005)-307/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini və Avropa İnsan Hüquqları Konvensiyasının 3 (işgəncəyə məruz qalmama) və 6-cı (ədalətli məhkəmə araşdırması-sübutların işgəncə yolu ilə əldə edilməsi) maddələrinin pozuntusunun tanınmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onun la əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, sözügedən qərar maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Qərarın qanunsuz olması ilk öncə onunla müəyyən olunmuşdur ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1, Şahid4 və Şahid2 ifadələrində göstərmişlər ki, Məhkum üzərində şəxsi axtarış aparılarkən şəxsi istehlak miqdarından artıq narkotik psixotrop maddə və idarə etdiyi nəqliyyat vasitəsində isə xəncər tapılmışdır. Lakin onlar ifadələrində təsdiq etmişlər ki, həmin xəncər suvenir qismində istifadə olunan predmetdir. Hesab edirik ki, həmin suvenirin dövriyyəsi qadağan olunmuş silah sayılması absurddur və buna görə də təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə cəzalandırılması yolverilməzdir. Digər hüquq pozuntusu da budur ki, təqsirləndirilən şəxs Məhkum üzərində axtarış hadisə yerində yox, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılıb. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 08 iyun 2021-ci il tarixdə yay mövsümü ilə əlaqədar bağ yerinə köçdüklərindən məişət əşyalarını daşımaq üçün atasına məxsus “BMW” markalı avtomobillə hərəkət edərək Binəqədi rayonu, Mədən 3 ünvanında olarkən maşını yolun kənarında saxlayıb dükana daxil olmuşdur. Alış-v eriş etdiyi zaman qəflətən naməlum şəxslər ona yaxınlaşıb onu döyərək mağazadan çıxarmış, sürüyərək maşına tərəf aparmışlar. Daha sonra, onu özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Ona həmin idarədə müxtəlif işgəncələr verməklə, fiziki və psixi zorakılığa məruz qoymaqla üzərinə baxış keçirilmişdir. Buna səbəb onların təqdim etdikləri sənədlərə imza atmamağı və onlarla razılaşmamağı olmuşdur. Daha sonra, onu ailə üzvlərini də həbs edəcəkləri ilə hədələmişlər, o isə məcbur qalaraq bütün sənədlərə imza atmışdır. Bildirir ki, hadisə vaxtı onun üzərində heç bir narkotik maddə və ya digər qanunsuz predmet olmamışdır. Buna görə də ona verilmiş ittihamla razılaşmır. Saxlanılarkən Məhkum üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış ye rində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunmamışdı. Ona görə Məhkum 8 iyun 2021ci il tarixdə saat 17 radələrində Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılmasını cinayət başında yaxalama kimi qiymətləndirmək olmaz. Əslində əməliyyat-axtarış fəaliyyətinin subyekti Məhkum barəsində əməliyyat-qeydiyyat işi açmalı və “Əməliyyataxtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 10-cu bəndinə, habelə Azərbaycan Respublikası CPM-in 445.1-ci maddəsinə uyğun olaraq “insanların güdülməsi” əməliyyat-axtarış tədbirini həyata keçirməli idi. Çünki bu zaman narkotik vasitənin mənbəyi də müəyyənləşdirilə bilərdi. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İİİ hissəsində qeyd olunur ki, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. Lakin Məhkum ifadəsində onun işgəncəyə məruz qaldığını və yalan protokolu imzalamağa məcbur edildiyini görürük. O, avtomobili saxlayıb mağazaya daxil olmuş, çıxarkən döyülərək Baş idarəyə gətirilmiş və işgəncəyə məruz qalmışdır. Konstitusiyanın 63-cü maddəsinin İV hissısinə görə, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və heç bir əsası olmadan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndir ilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni he sab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər Şahid1, Şahid4, Şahid2 və Şahid3 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Belə ki, Məhkum birinci instansiya məhkəməsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməməsi və həmin cinayət əməllərini törətməməsi barədə göstərmişdir. Məhkəmələr Məhkum ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr digər sübutlarla təsdiq edildiyindən onları düzgün və həqiqətə uyğun, məhkəmə iclasında verdiyi ifadə isə özünü müdafiə və həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası Məhkum ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin digər sübutların məcmusu ilə uyğunluq təşkil etməsi ilə yanaşı aşağıda göstərilən işin hallarına əsasən məhkəmələrin bu mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda on lar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkum ilkin ifadələri polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi ilə əlaqədar verilməsini məhkəmə iclasında göstərsə də, onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokoldan görünür ki, o cinayət işi üzrə ibtidai istintaq zamanı ifadələri istintaqın ilkin mərhələsində təyinat üzrə müdafiəçinin, istintaqın sonrakı mərhələsində isə müqavilə üzrə işə buraxılmış müdafiəçinin iştirakları ilə vermiş və həmin ifadələrdə cinayət əməllərinin etirafı ilə yanaşı, bədənin üzərində olan xəsarətlərin məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarından qaçmağa cəhd olduğu zaman yıxılması nəticəsində alınmasını göstərmişdir. Həmçinin cinayət işinə əlavə edilmiş Məhkum işgəncələrə məruz qalması barədə onun atası Eynulla Kərimovun şikayəti əsasında həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən yoxlanılmış və öz təsdiqini tapmadığından 06 aprel 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan nə məhkum, nə onun müdafiəçisi şikayət verm əmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanununun pozulması barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində yalnız Məhkum olduğu yeri müəyyən edilmiş, o tutulmuş və polis idarəsinə gətirilmişdir. Bundan sonra araşdırma təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-in 207-ci maddəsinə əsasən Azərbaycan Respublikası CPM-in 86-cı maddəsində nəzərdə tutulmuş öz səlahiyyətləri çərçivəsində aparılmış, cinayət işinin başlanmasından sonra isə araşdırma ibtidai istintaq şəklində müstəntiq tərəfindən aparılmış və cinayət işi üzrə bütün sübutlar təhqiqatçı və müstəntiq tərəfindən toplanmışdır. Bundan əlavə Məhkum üzərindən bir ədəd kağız bükümdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 3,270 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd polietilen bükümdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 1,220 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin qutunun içərisində təmiz çəkisi 0,010 qram təşkil edən, kağız bükümdə aşkar edilmiş metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək “Şəxsi axtarış və götürmə aparılması barədə” 08 iyun 2021-ci il tarixli protokol müdafiəçinin iştirakı ilə tərtib edilmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum onun idarə etdiyi avtomobildən istintaq orqanının soyuq silah kimi təqdim etdiyi əşyanın (predmetin) aşkar olunmasını inkar etmir. Lakin, həmin əşyanın suvenir hədiyyə kimi olmasını qeyd edir. Sözügedən əşya (predmet) 10 iyun 2021-ci il tarixli, 3/1009 nömrəli ekspert rəyinə əsasən ümumi təyinatlı ov bıçağı olmaqla soyuq silah hesab edilmişdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. Soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əz ələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Ona görə də, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1724/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1724/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver