Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1725/2023 19.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Şirinov İlqar Fikrət oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməs inin 16 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 1(101)-1293/2021 nömrəli (hakimlər: Hüseynov Telman Qulaməli oğlu (sədrliyi ilə), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1991-ci il tarixdə Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş və m əhkumluğu götürülmüş, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 10 mart 2021-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların aşağıdakı qaydada həll edilməsi: Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan, Məhkum üzərindən və evindən aşkar edilərək götrü lmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 2.011,753 qram heroinin məhv edilməsi; Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan bir ədəd “Meizu” markalı, “M811H” modelli mobil telefon Məhkum yaxın qohumlarından birinə qaytarılması; şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd 8 GB həcmli yaddaş kartın iş materiallarında saxlanılması, Məhkum barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməsi, ibtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Məhkum tutularaq dövlət nəfinə ödənilməsi hökm edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iş ə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Mursaqulov Vaqif Ənvər oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət məhkəmə tərkibdə) 24 fevral 2022-ci il tarixli 1(103)-84/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “A zərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxil olan külli miqdarda - hər birində ayrılıqda 0,141 qram, 1,016 qram, 0,717 qram və 2.010 qram olmaqla, ümumilikdə 2.012,103 qram çəkidə narkotik vasitə heroin əldə edib 3 ədəd bükümü üzərində saxlamaqla Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi, 13 saylı evin yaxınlığına daşımış, onun qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin və Səbail RPİ-nin 8-ci Polis bölməsinin əməkdaşları tərəfindən 10 mart 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbir i nəticəsində Məhkum həmin gün, saat 19:30-da qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis bölməsinə dəvət edilmiş və orada xidməti otaqların birində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki palıdı rəngli gödəkcəsinin iç hissəsində olan sol döş cibindən üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,370 qram, 1,016 qram və 0,717 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 2,103 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində olan məhkəmə qərarları qeyri-obyektiv və əsassızdır. Əvvəla, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, h əmçinin təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin hökmündə göstərilən xüsusatları eyni ilə öz qərarında əks etdirmişdir. Həm birinci instansiya məhkəməsində həm də ki, apellyasiya instansiya məhkəməsində verilmiş izahatlarında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədiyini qeyd etsə də, verdiyi ifadələr təhrif edilərək qeyd edilmişdir ki, guya o CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli hesab etmişdir. Bundan əlavə10 mart 2021-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinə aparılaraq bölmədə şübhəli şəxs qismində izahatı alınan z aman müdafiə hüququ pozulmuşdur. Həmin gün ilkin izahat alındıqdan iki saat sonra vəkillə təmin edilmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “Hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi”ndən bəhs edən 19-cu maddəsində qeyd edilir ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/998 saylı rəyindən görünür ki, üzərindən aşkar edilmiş 3 ədəd bükümdə 2,103 qram narkotik v asitə evə baxış zamanı aşkar olunmuş 2010 qram narkotik vasitənin tərkibi ilə eynidir. Onda belə sual meydana çıxır: Əgər evində 2010 qram narkotik vasitə olan heroin varsa niyə onda şəxsi istifadə üçün Elvin adlı şəxsdən 50 manat pul verərək narkotik vasitə olan heroin alınsın? Məhkəmələr bu hala aydınlıq gətirməmişdirlər. Bundan əlavə həm ittiham aktında həm də ki, məhkəmə qərarlarında qeyd edilir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə obyektiv hüquqi qiymət verə bilməmiş onun gəldiyi nəticə işin faktiki halları ilə uyğun gəlməmiş, həmçinin ittiham hökmündə göstərilən hallar işdə sübutlarla təsdiq edilə bilməmişdir. Məhkəmələr əsassız olaraq törədilmiş cinayət əməlini CM-nin 2 34.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində şikayət verilən qərarı qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməklə, əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasının aşağı həddində cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Şirinov İlqar Fikrət oğlu kassasiya şikayətlərinin dəlilərinə uyğun çıxış edərək, məhkəmə istintaqı zaman ı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının rəyində üzərində aşkar edilən narkotik vasitənin evə baxış keçirilən zaman evdə tapılan narkotik vasitənin tərkibi ilə eyni olduğunu, məhkumun yaşadığı evin çox kiçik olduğunu, video çəkiliş zamanı narkotik vasitənin guya yataq otağında düz çarpayının yanından tapıldığını, lakin həmin yerdə narkotik vasitə olacağı təqdirdə bunu ailə üzvlərinin daha əvvəl görməli olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini və məhkumun əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müd afiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlill ərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya ş ikayətində məhkum edilmiş şəxsin təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, şəxsin təqsirliliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə, hökmün əsasının yolverilmiz sübutların təşkil etməsinə, sübutların tətqiqindən əsassız imtina edilməsinə istinad edərək bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərin ə aid olan kassasiya müraciəti kimi görür. İlkin olaraq işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi ittiham hökmündə Məhkum verilmiş ittihamın məhkəmə baxışında dindirilmiş şahid ifadələri, baxış, götürmə protokolu, ekspert rəyləri və digər sübutların məcmusu ilə tam təsdiq olunduğunu, məhkəmə baxış iclasında məhkumun törətdiyi cinayəti etiraf etməməsi barədə verdiyi ifadəsində irəli sürdüyü dəlillərin məhkəmədə araşdırılan mötəbər sübutlarla tam təkzib olunduğunu nəzərə alaraq, onun göstərdiyi həmin xüsusatları yalnız özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası qərarında Məhkum təqsirinin məhkəmə iclasında tədqiq edilmiş və mötə bərliyi şübhə doğurmayan cinayət işinin materiallarında olan sübutlar toplusu ilə onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilməsi nəticəsinə gəlmişdir. Apellyasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, “Məhkum təqsiri şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Məhkum, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan R espublikası CM-nın 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətini cinayət işi materialları ilə birlikdə tədqiq edərək belə qənaətə gəlir ki, məhkəmələr cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam araşdırmamış, Azərbaycan Respublikası CPM-in 143145-ci maddələrinin tələblərinə uyğun olaraq sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verməmişlər. Daha doğrusu məhkəmələr iş üzrə müəyyən olunmuş sübutları formal surətdə sadalamaqla kifayətlənmiş hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməmiş, onları sübut etmə predmetinin müəyyən edilməsi, mötəbər və yekun nəticəyə gəlmək üçün kifayət etməsi baxımından dəyərləndirməmişlər. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və ob yektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Aydın məsələdir ki, kassasiya instansiya m əhkəməsi apellyasiya instansiya məhkəməsinin gələ biləcəyi nəticələri (təkrar baxış zamanı), habelə ittihamın sübuta yetirilib-yetirilməməsini, bir sübutun digər sübutlardan üstünlüyünü müəyyən edə bilməz. Lakin prosessual qanunvericilik, sübutların qanunla müəyyən edilmiş qaydada tədqiqindən əsassız imtina edilməsini, hökmün əsasını yolverilməz sübutlar təşkil etməsini, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tədqiq edilməməsini hökm və ya qərarın kassasiya məhkəməsi tərəfindən ləğv edilməsinin əsası kimi müəyyən etmişdir. Bu baxımdan məhkəmə kollegiyası məhkumun təqsirliliyi üçün istinad olunan sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsini müəyyən edərək aşağıdakılar ı qeyd edir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən sübut edilməli hallar dedikdə cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi... nəzərdə tutulur. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Belə ki, məhkəmələrin Mə hkum ittiham olunmuş əməlin törədilməsində təqsirliliyi barədə yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi sübutlar şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid3, Şahid2 və Şahid1 ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” 10 mart 2021-ci il tarixli protokollar, müvafiq ekspertiza rəylərindən və cinayət işi üzrə toplanılmış digər sübutlardan ibarətdir. Məhkum edilmiş şəxs birinci instansiya məhkəməsində məhkəmə baxışında ifadə verərək ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməmişdir. Həmin ifadədə şikayətə uyğun dəlillərə istinad edərək, işin faktiki hallarının düzgün müəyyən edilmədiyini, həmin cinayət əməli ni törətmədiyini, yalnız narkotik vasitəsi istifadəçisi olduğunu və tutulmamışdan qabaq 11 ay ərzində narkotik vasitələrdən istifadə etdiyini, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını, aşkar edilmiş narkotik vasitənin ona aid olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası CPМ-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı dır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntu larla aparıldıqda; CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanada istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Məhkəmələrin şəxsin təqsirli olmasını təsdiq edən mötəbər sübut kimi istinad etdiyi, iş materiallarında olan məhkəmədə şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid3, Şahid2 və Şahid1 ifadələrinin, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 mart 2021-ci il tarixli və “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” 10 mart 2021-ci il ta rixli protokolların mahiyyətindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Səbail RPİ-nin 8-ci PB-nin əməliyyat müvəkkili Şahid5, Səbail RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin rəisi Şahid1, əməliyyat müvəkkilləri Şahid3 və Ağayev Тərlan Firudin oğlundan ibarət əməliyyat qrupu təşkil edilmiş, daha sonra isə məhkumun üzərində şəxsi axtarış və götürmə keçirilmiş, mənzilə baxış keçirilməsi və götürmə istintaq hərəkəti aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərtib edilmiş mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokola iş üzrə mühüm əhəmiyyətə malik olan sübut kimi qiymət verilməli və ilk növbədə qeyd edilən protokolların keçirilmiş əməliyyat tədbirlərinə aidiyyətini müəyyən etmək üçün CPM-nin 236 və 242-ci maddələrinin mahiyyətini izah etmək zərurid ir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 236.1-ci maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Azərbaycan Respublikası CPM-nin 242.1-ci maddəsinə əsasən əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. Cinayət prosessual qanunvericilik baxış i stintaq hərəkəti ilə axtarış istintaq hərəkətin fərqləndirmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən əgər mənzildə əşyaları aşkar etmək və götürmək, habelə meyiti və ya axtarılan şəxsi aşkar etmək lazımdırsa bu axtarışın keçirilməsi üçün əsasdır. Əgər mənzildə şəraiti (qapıda zədələnmənin olubolmamasını və zədənin xarakterini, pəncərənin hündürlüyünü və ölçüsünü, otaqların yerləşmə vəziyyətini və s.) tədqiq etmək zərurəti varsa bu baxışın keçirilməsi üçün əsasdır. İş materiallarında olan məhkəmə iclas protokollarına (cild 3, səh. 118, 119, 123, 130) əsasən müəyyən olunur ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3, Şahid5, Şahid4, DİN Səbail rayon Polis İdarəsinin Narkotiklərə Mübarizə Bölməsinin rəisi Şahid1 bir inci instansiya məhkəməsində şahid qismində ifadə verərkən Məhkum evində məhz axtarış apardıqlarını bildirmişlər. Eyni zamanda “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolun mahiyyətinə əsasən müəyyən olunur ki, əməliyyat müvəkkillərinin Məhkum fərdi yaşayış evində apardıqları istintaq hərəkətləri axtarış istintaq hərəkətinə xarakterikdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, axtarış istintaq hərəkətinin adından da göründüyü kimi, bu istintaq hərəkətinin məqsədi sübut əhəmiyyətinə malik olan əşyaların və sənədlərin axtarılıb tapılmasıdır. Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı Rahib Cəfərov prosessual qanunvericiliyin tələblərini pozaraq faktiki olaraq axtarış istintaq hərəkəti aparıldığı halda baxış istintaq hərəkəti keçirilməsi barədə protokol tərtib etmiş və axtarış istintaq hərəkəti barədə müvafiq prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 242.1-ci maddəsinin tələbinə əsasən axtarış istintaq hərəkətini aparmaq müstəntiqin səlahiyyətinə aiddir. Yəni, bu da onu göstərir ki, Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı Rahib Cəfərov səlahiyyəti olmadan müvafiq istintaq hərəkətini aparmışdır. Bundan əlavə CPM-nin 243.1-ci maddəsinə əsasən axtarış və ya götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və ya götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutu lmuş tələblər yerinə yetirilməklə aparılır. Həmin Məcəllənin 243.3-cü maddəsinə görə təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: 243.3.1. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; 243.3.2. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini; 243.3.3. yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını; 243.3.4. yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu. Beləliklə tədqiq olunmuş iş materiallarına əsasən müəyyən olunur ki, səlahiyyəti olmayan şəxs tərəfindən cinayət işi başlamazdan öncə müvafiq istintaq hərəkəti aparılmış və cinayət prosessual qanunvericiliyin tələbləri pozulmuş, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi məhkəmə baxışı zamanı bu halı araşdırmamışdır. Bundan əlavə iş materiallarına əsasən (cild 1, səh. 42) müəyyən olunur ki, Məhkum evinə baxış aparılarkən (faktiki axtarış) həmin hərəkətlər video çəkilişlə aparılmış və həmin video materiallar iş materiallarına əlavə edilmişdir. Lakin, iş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən həmin videogörüntülər tədqiq olunmamış, apellyasiya məhkəməsi də məhkəmə baxışını məhkəmə istintaqı aparılmadan, əlavə sübutl ar araşdırmadan təyin etmişdir. Halbuki, qeyd edilən videogörüntülər məhkəmə iclasında tədqiq olunsaydı yuxarıda göstərilən prosessual hərəkətlərin qanuniliyi və əsaslığı, eyni zamanda maddi sübutun müəyyən olunaraq, götürülüb qablaşdırılmasına dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmaması müəyyən oluna bilərdi. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, “sübutsuz müəyyən edilən hallar” adlandırılan CPM-nin 141.2-ci maddəsində göstərilmişdir ki, cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmad ığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. Göründüyü kimi qeyd edilən norma proses iştirakçıların (həm ittiham, həm də müdafiə tərəfinin) razılığı ilə sübutlar tədqiq edilmədən işin hallarının təsdiq olunması imkanını əks etdirir. Belə olduğu halda baxılan iş üzrə faktiki sübutlar tədqiq edilmədən baş vermiş halın - yəni narkotik vasitələrin məhkumun üzərindən, evindən çıxması halı mübahisəsiz təsdiqini tapmış olur. Qeyd edilən halı kassasiya məhkəmə kollegiyası CPM-nin 416.1.1-ci maddəsinə əsasən məhkəmənin cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etməsi kimi qiymətləndirir. Eyni zamanda, bu kimi hallar m əhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması aparılmamasını, bununla da İnsan Hüquqları haqqında Avropa Konvensiyası 6-cı maddəsinə əsasən ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməməsini təsdiq edən hal kimi qiymətləndirilir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmas ının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əs aslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolund a onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqs irsizlik prezumpziyasını rəhbər tutaraq (CPM, maddə 351.3.1), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM, 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilən şəxsin təqsirliliynə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM, maddə 351.3.4) həll etsin. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Məhkəmələr tərəfindən aparılmış a raşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilərək qiymətləndirilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da apellyasiya qaydasında məhkəmə araşdırması aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.3-ci maddələrində nəzərdə tutulmuş halları (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə, məhkumun təqsirliliyi barədə məhk əmə hökmününün əsasını yolverilməz sübutlar təşkil etdiyinə görə) yaradan pozuntular kimi qiymətləndirərək, müdafiə tərəfinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən qismən məhkəmə istintaqı keçirilməklə yuxarıda sadalanan sübutların yenidən tədqiq olunaraq qiymətləndirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə görə kassasiya instansiya məhkəməsinin hakimləri məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək barədə qərar çıxara bilər. Beləliklə, məhkəmə kollegiyası şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1725/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1725/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver