Məhkəmə qərarları › İş №1(102)-1725/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1725/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1725/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Namazova Lalə Etibar qızının iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məh kəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 181.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən və məruzəçi), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə) Məhkum, xx xxxx 1975-ci il tarixdə Quba rayonunun Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləm əmiş, əvvəllər dəfələrlə oğurluq və soyğunçuluq cinayətlərini törətdiyinə görə, həmçinin Quba Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmü ilə CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, həmin məhkəmənin 23 fevral 2021-ci il tarixli hökmü ilə CM-in 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məcli sinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilmiş, Quba rayonunun Rustov kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, CM-in 181.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 20 aprel 2022-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını quldurluq yolu ilə ələ keçirinə məqsədi ilə sonradan onu tanınmaması üçün tibbi maskasını üzünə çəkib Xaçmaz rayonu, Ağyazı-buduq kəndi ərazisinin Xaçmaz-Quba yolunun 7-ci kilometrliyində yolun sol hissəsində yerləşən "İntizar" şadlıq sarayının həyətyanı ərazisinə daxil olaraq arxa hissəsinə gedən yolda sol tərəfdə yerləşən taxta sexindən soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış 41-46 ölçülü dəmir açarı götürüb həmin şadlıq sarayının arxa hissəsinə gedən yolda sağ tərəfdə yerləşən mühafizə otağının qapısını açıb otağa qanunsuz girməklə şadlıq sarayında mühafizəçi işləyən, mühafizə otağındakı çarpayıda köməksiz vəziyyətdə, yatmış halda olan, öz qulluq borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 başından həmin açarla iki dəfə qəsdən vurub sonuncuya baş beyin silkələnməsi və subdural hematoma ilə müşayiət olunmuş sol gicgah sümüyünün sınığı, alın və sol gicgah nahiyələrinin əzilmiş yaralan, sağ saidin sıyrılmış yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zər ər vurmaya aid xəsarətlər yetirməklə hücuma məruz qalmış şəxsin yəni, Zərərçəkmiş şəxs1 sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib ona pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 üzərini yoxlayıb pulun olmadığını bildikdən sonra, sonuncunun 3 manat dəyərindəki gödəkçəsini, habelə şadlıq sarayının sahibi Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd "Bolema" markalı 5 manat dəyərində kəlbətini, bundan əlavə təkrar törədilməklə şadlıq sarayının həyətində olan sexdən sonuncuya məxsus 6 ədəd üzərində "ussrv və "3611" sözləri yazılan hər biri 10 manat dəyərində olmaqla ümumilikdə 60 manat dəyərində podşipnikləri, 4 ədəd üzərində "eujeb" və “309 K" sözləri yazılan hər biri 10 manat dəyərində olmaqla ümumilikdə 40 manat dəyərində podşipnikləri və 1 ədəd 7,5 kWlıq, 3 fazalı, 1500 dövrlü 450 m anat dəyərində elektrik motorunu qanunsuz olaraq götürüb ümumilikdə 558 manat dəyərində ziyan vurmaqla quldurluq etmiş, bununla da o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə binaya qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə, təkrar törədilməklə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İsmayılov Azər İbrahim oğlu (sədrlik edən və məruzəçi), Əsgərova Ruhiyyə Orucəli qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə) 6 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarından Məhkum verdiyi kassasiya şikayətində həmin qərarın ləğv edilərək onun əməlinin CM-in 181.1-ci maddəsinə tövsif edilməsi haqda qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum h əmin şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələrin iş üzrə gəldikləri nəticələr işin faktiki hallarına uyğun olmamış, iş üçün əhəmiyyət kəsb edən sübutlar düzgün araşdırılmadığından əməli düzgün tövsif olunmamış və nəticədə o, ağır cəzaya məruz qalmışdır. Belə ki, onun zərərçəkmiş şəxsə yetirdiyi xəsarətlər sonuncunun həyat və sağlamlığına ağır zərər yetirməyən xəsarətlər olmuş, həmçinin zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Odur ki, törətdiyi əməldən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona qarşı şikayət və tələbin olmamasını, hadisə nəticəsində dəymiş ziyanı ödəməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, cinayətin açılmasında hüquq-mühafizə orqanlarına koməklik göstərməsini nəzərə alaraq kassasiy a şikayətinin təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarının ləğv edilərək əməlinin CM-in 181.3.3-cü maddəsindən həmin Məcəllənin 181.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə naməlum səbəblərdən gəlməmiş, Məhkum isə Ali Məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan görünür ki, sonuncu işin faktiki hallarını mübahisələndirərək öz kassasiya şikayətində sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək əməlinin düzgün tövsif edilməməsini və ona ağır cəzanın təyin olunmasını iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların ic rası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayəti nə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətin in ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araş dırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi, araşdırılmış sübutlara əsasən işin faktiki hallarının müəyyən edilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxs lərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edibetməməsi başa düşülür. Daha sonra, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində təsbit edilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Digər tərəfdən bu konstitusiyon müddəalar həmçinin hər bir şəxsin,ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərərçəkmiş şəxslərin isə hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tər əfindən təmin edilməsini, həmçinin cinayət xarakterli əməl törətmiş şəxslərin qanunda nəzərdə tutulmuş qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini, məhkum olunmalarını və barələrində bu və ya digər cinqayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilmələrini də nəzərdə tutur. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-in 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzala ndırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahi zələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-c i maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə təsbit edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərd ə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiym ət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxış ı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzs izliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Yalnız belə olduqda, C PM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenumunun 12 may 2009cu il tarixli qərarında da əksini tapmışdır. “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hall ara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yet irilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkum CM-in 181.3.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar işə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən həmin məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, bu sübutlar hökmün təsviri- əsaslandırıcı hissəsində ətraflı təsvir edilməklə onlara CPM-in 143-146-cı maddələrinin tələblərinə müvaq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmiş və bu qiymətləndirmənin nəticəsi olaraq məhkəmə Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi barədə qənaətə gəlmişdir. Apellyasya instansiyası məhkəməsi həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmı ş və Məhkum kassasiya şikayətində göstərdiklərinin əksinə olaraq hesab etmişdir ki, sonuncu 20 aprel 2022-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə sonradan onu tanınmaması üçün tibbi maskasını üzünə çəkib Xaçmaz rayonu, Ağyazı-buduq kəndi ərazisinin Xaçmaz-Quba yolunun 7-ci kilometrliyində yolun sol hissəsində yerləşən "İntizar" şadlıq sarayının həyətyanı ərazisinə daxil olaraq arxa hissəsinə gedən yolda sol tərəfdə yerləşən taxta sexindən soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış 41-46 ölçülü dəmir açarı götürüb həmin şadlıq sarayının arxa hissəsinə gedən yolda sağ tərəfdə yerləşən mühafizə otağının qapısını açıb otağa qanunsuz girməklə şadlıq sarayında mühafizəçi işləyən, mühafizə otağındakı çarpayıda köməksiz vəziyyətd ə, yatmış halda olan, öz qulluq borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 başından həmin açarla iki dəfə qəsdən vurub sonuncuya baş beyin silkələnməsi və subdural hematoma ilə müşayiət olunmuş sol gicgah sümüyünün sınığı, alın və sol gicgah nahiyələrinin əzilmiş yaralan, sağ saidin sıyrılmış yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə hücuma məruz qalmış şəxsin yəni, Zərərçəkmiş şəxs1 sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib ona pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 üzərini yoxlayıb pulun olmadığını bildikdən sonra, sonuncunun 3 manat dəyərindəki gödəkçəsinİ, habelə şadlıq sarayının sahibi Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd "Bolema" markalı 5 manat dəyərində kəlbətini, bundan əlavə təkrar törədilməklə şadlıq sarayının həyətində olan sexdən sonuncuya məxsus 6 ədəd üzərində "ussrv və "3611" sözləri yazılan hər biri 10 manat dəyərində olmaqla ümumilikdə 60 manat dəyərində podşipnikləri, 4 ədəd üzərində "eujeb" və “309 K" sözləri yazılan hər biri 10 manat dəyərində olmaqla ümumilikdə 40 manat dəyərində podşipnikləri və 1 ədəd 7,5 kWlıq, 3 fazalı, 1500 dövrlü 450 manat dəyərində elektrik motorunu qanunsuz olaraq götürüb ümumilikdə 558 manat dəyərində ziyan vurmaqla quldurluq etmiş, bununla da o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə binaya qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə, təkrar törədilməklə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Məhkum kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin vurğulayır ki, cinayət işinin materiallarına əsasən, məhkum onun təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məkum Məhkum ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahidlər Şahid2 və Şahid1 ifadələri, iş üzrə keçirilmiş ibtidai araşdırma zamanı təyin edilərək keçirilmiş müxtəlif ekspertizaların rəyləri, xüsusən də məhkəmə-tibbi ekspertizasının 22 aprel 2022-ci il tarixli 214 saylı rəyi ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və iş ə əlavə edilmiş maddi sübutlarla və sənədlərlə tam təsdiq edilir. İş materiallarından göründüyü kimi, məhkəmələrin iş üzrə gəldikləri nəticənin əsasında duran bu sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərərçəkmiş şəxslərin və şahidlərin dindirilməsi, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bütün bunlara baxmayaraq, Məhkum kassasiya şikayətində Zərərçəkmiş şəxs1 həyat və sağlamlığına qarşı hər hansı ağır nəticələrə səbəb olan xəsarətlər yetirmədiyini və buna görə də onun əməlinin CM-in 181.1-ci maddəsi ilə tövsif edilməli olduğunu bildirsə də, məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə toplanmış sübutlar bu dəlillərin və onların əsasında irəli sürülmüş tələbin əsassız olmasına dəlalət edir. Belə ki, Məhkum cinayət təqibinin bütün mərhələlərində 20 aprel 2022-ci il tarixdə quldurluq əməlini törətməsini etiraf etmiş, lakin həmin əməli törətməsi nəticəsində Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulması ilə nəticələnən xəsarətlər yetirmədiyini mübahisələndirmişdir. Lakin, Zərərçəkmiş şəxs1 ona qarşı törədilmiş quldurluq n əticəsində yetirilən xəsarətlərin, onların lokalizasiyasının və yaranma mexanizminin, habelə ağırlıq dərəcəsinin müəyyən edilməsi məqsədilə ibtidai araşdırma zamanı məhkəmə-tibbi ekspertizası təyin edilərək keçirilmiş və həmin ekspertizanın 22 aprel 2022-ci il tarixli 214 saylı rəyinə görə, 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsinə və adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsasən bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyin silkələnməsi və subdural hematoına ilə müşaiyət olunmuş sol gicgah sümüyünün sınığı, alın və sol gicgah nahiyələrinin əzilmiş yaralan, sağ saidin sıyrılmış yarası bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 20 aprel 2022-ci il tarixə, yəni Məhkum quldurluq əməlini törətdiyi t arixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, bu eskpertizanın nəticələrinin qanuni və əsaslı olması məhkəmə kollegiyasında heç bir şübhə yaratmır, digər tərəfdən isə ekspertin bu rəyi hər hansı təsir və ya təzyiq altında verməsi, rəyin nəticələrini uydurması və ya başqa qanun pozuntusuna yol verməsi müəyyən edilmir və həmin rəy sonuncu tərəfindən təkcə aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq deyil, həmçinin elmi cəhətdən də kifayət qədər əsaslandırılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tamamilə haqlı olaraq Məhkum zərərçəkmiş şəxsin sağlamlığına məhz ağır zərər vurmaqla quldurluq cinayət əməlini törətmiş və buna görə on un törətdiyi bu əməl CM-in 181.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 181.3.3-cü maddəsinə əsasən isə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə təqsirkarın əməli həmin maddə ilə tövsif edilir. Təsvir edilənlər isə Məhkum əməlinin düzgün tövsif edilməməsi barədə onun kassasiya şikayətinin dəlillərinin tamamilə əsassız olmasına dəlalət edir və məhkəmə kollegiyası da bu dəlilləri iş materiallarına uyğun olmayan, işin faktiki halları ilə təkzib edilən dəlillər kimi qiymətləndirərək onlarla razılaşmasını mümkün bilmir. Vahid məhkəmə təcrübəsinin formalaşması m əqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən 3 mart 2005-ci il tarixdə qəbul edilmiş “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Azərbaycan Respublikası CM-in 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Azərbaycan Respublikası CM- in 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq Azərbaycan Respublikası CM-in 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, A zərbaycan Respublikası CM-in 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Quldurluq basqını zamanı özgə əmlakı ələ keçirilərkən, zərərçəkmişin sağlamlığına ağır zərər vurularsa və bu ehtiyatsızlıqdan onun ölümünə səbəb olarsa, əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-in 181.3.3 və 126.3-cü maddələri ilə tövsif edilməlidir. Göründüyü kimi, Məhkum CM-in 181.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi biri digəri ilə uzlaşan sübutlarla öz təsdiqini tapmışdır ki, belə olan halda da onun əməlinin CM-in hər hansı bir başqa maddəsi ilə tövsif edilməsindən və ya əməlində ona istinad edilən cinayət tərkibinin olmamasından söhbət gedə bilməz. Mə hkum barəsində seçilmiş cəza tədbiri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı ol an cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-in 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-in 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinin təlblərinə görə isə CM-in 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CM-in 349.5-ci maddəsinin tələbinə və mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükə liliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 202 1-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkum barəsində seçilmiş cəza tədbirinin cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı ola n hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun törətdiyi əmələ görə təqsirli bilindiyi CM-in 181.3.3-cü maddəsinin sanksiyasında on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, bu maddədə göstərilən cinayət isə CM-in 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum təqsirli bilindiyi CM-in 181.3.3-cü maddəsi ilə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı himayəsində azyaşlı uşaqlarının olmasını və zərərçəkmiş şəxsl ərlə barışıq əldə etməsini CM-in 59.1.4 və 59.1.12-ci maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də məhkumunun təqsirli bilindiyi cinayəti Zərərçəkmiş şəxs1 qarşı yatmış vəziyyətdə, yəni köməksiz vəziyyətdə olan, habelə öz qulluq borcunu yerinə yetirən şəxsə qarşı törətməsini CM-in 61.1.7 və 61.1.8-ci maddələrinə əsasən cəzanı ağırlaşdıran hallar qismində nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Cinayət işinin materiallarını, kassasiya şikayətində göstərilən halları və məhkumun istinad etdiyi dəlilləri təhlil edən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş və h əmin məhkəmələrin əsaslandığı cəzanı yüngülləşdirən hallar müstəsna xarakter daşımır, adı çəkilən məhkum tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar isə müəyyən edilmir, buna görə də məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab etməklə belə qənaətə gəlir ki, baxılan işdə Məhkum əməlinin başqa maddə ilə tövsif edilməsi və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün əsaslar, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən hallardan hər hansı birinin olması müəyyən edilmir və buna görə də yuxarıda şərh olunanlar apellya siya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin heç bir dəlili ilə razılaşmayaraq onları qəbuledilməz sayır və kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi L.E.Namazovanın, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun CM-in 181.3.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci m addəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar