Məhkəmə qərarları › İş №1(102)-1725/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1725/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1725/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum, müdafiəçiləri Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 və “Verdiktum” Vəkil Bürosunun vəkili X5, Məhkum Təqs irləndirilən şəxs1, müdafiəçiləri Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi6 iştirakları ilə, Məhkum və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2025-ci il tarixli, 1(105)307/2025 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi6 və Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxx 2001-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qubadlı şəhərində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 8 saylı yataqxana, otaq 27də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Məhkum Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2000-ci il tarixdə Şamaxı rayonu, Həmyəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şamaxı rayonunun Həmyəli kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsind ə cəza çəkir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum özgənin xeyli miqdarda əmlakını və satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 15 may 2023cü il tarixdə saat 22:30 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatriya xəstəxanasının gündüz stasionar şöbəsinin yerləşdiyi 5 saylı yataqxananın qarşısına gəlmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Məhkum gündüz stasionar şöbəsinin əməliyyat otağının pəncərəsinin dəmir barmaqlığını əli ilə zo r tətbiq edib dartıb qopartdıqdan sonra Təqsirləndirilən şəxs2la birlikdə həmin pəncərədən stasionar şöbənin içərisinə daxil olmuş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə baş verə biləcək hər hansısa təhlükədən qrupun digər üzvlərini xəbərdar etmək məqsədilə yataqxananın həyətində ətrafı müşahidə etmək məqsədilə dayanaraq gözləmiş, Məhkum Təqsirləndirilən şəxs2la birlikdə şöbənin ayrı-ayrı otaqlarından hər birinin qiyməti 1300 manat olan 3900 manat dəyərində 3 ədəd kompyuter dəstini printerlə birlikdə, hər birinin qiyməti 2220,76 manat olan 4441,52 manat dəyərində 2 ədəd Kompyuter HP ProOne 440G5 AİO Memory /256GBM.2 2280 Keyboard /HP X18 USB/ Line İnteractive UPS ilə birlikdə, qiyməti 1559,96 manat olan bir ədəd Kompyuter + monitor dəstini, qiyməti 1902,16 manat olan bir ədəd HP 205 G4 24 All-in-One PC FreeDOS SODİMM Memory /SSD 128G 2280, Keyboard /HP X18 USB-ni, qiyməti 165,2 manat olan AR Tronic 600Line İnteractive UPS SunglePhase qurğusunu, qiyməti 890,9 manat olan bir ədəd HP Laser Jet MFP M130nw Printer A4 LaserJet/Print, qiyməti 58 manat olan bir ədəd elektron imza, qiyməti 46 manat olan tefal markalı elektrik suqaynadanı, qiyməti 94 manat olan bir ədəd Tanometr + fonendoskopu, qiyməti 767 manat olan 1 ədəd BactoSfera ORBB 15X3 Gorizont Vertikal MAX EFFECT bakterisid resirkulyatorj qiyməti 159,3 manat olan PURELL Dispenser 1920- 04LTX-12 təzə modeli, qiyməti 370 manat olan Monokulyar mikroskopu, qiyməti 2465,02 manat olan bir ədəd Mikroskopu, binokulyar, hallogen ilıq ilə 45 dər. əyilmə, horizontal firlanma+genişsahəli okulyar 1820, qiyməti 19470 ma nat olan bir ədəd Hematoloji analizator, 20 parametri, ROW-SD, pLCR, müayinə üçün 15,7 ul qan nümunəsi, 50test/sat. Yaddaşda olan məlumatın USByə köçürülmə imkanı. Sensorlu ekran. Mythic, qiyməti 525,10 manat olan bir ədəd Qan qanşdırıcı-MİXES SM-100, qiyməti 2596 manat olan bir ədəd Urisys 1100 Ekspress sidik analizatoru, qiyməti 2173,56 manat olan bir ədəd Sentifuqa HN-SB02C (LC-04C) Hinotek, qiyməti 2500 manat olan bir ədəd Sidik analizatoru Kombiskom, qiyməti 800 manat olan bir ədəd kompressoru, qiyməti 200 manat olan stomatoloji kresolya aid düz və əyri ucluqları, qiyməti 200 manat olan terapevtik alətləri, qiyməti 80 manat olan bir ədəd elektrik dreli, hər birinin qiyməti 6 manat olan 42 manat dəyərində 7 ədəd elektrik uzadıcılarım, hər birində 10 həb olan ümumi qiyməti 22,80 manat d əyərində 38 ədəd konvalyutda «ПИРАЦЕТАМ-400 МГ», hər birində 10 həb olan ümumi qiyməti 40,68 manat dəyərində 36 ədəd konvaltyutda «ФИНЛИПСАЛ200МГ», hər birində 25 həb olan ümumi qiyməti 245,84 manat dəyərində 14 ədəd konvalyutda «ЦИКЛОДОЛ ГРИНДЕКС», hər birində 10 həb olan ümumi qiyməti 45,36 manat dəyərində 42 ədəd konvalyutda «АМИТРИПТИЛИН ГРИНДЕКС», hər birində 10 həb olan ümumi qiyməti 31,36 manat dəyərində 16 ədəd konvalyutda «ТОРЕНДО 2 МГ», hər birində 10 həb olan qiyməti 1,35 manat olan 1 ədəd konvalyutda «ТОРЕНДО 4 МГ», hər birində 10 həb olan 21 ədəd konvalyutda və içərisində 16 ədəd həb olan 2 ədəd kəsilmiş konvalyutda ümumi qiyməti 342,00 manat dəyərində «ДИАЗЕПЕКС -5МГ», hər qutuda hər birində 10 həb olan 5 ədəd konvalyutda 7 ədəd qutuda, hər birində 10 ədəd həb olan 11 ədəd ta mlığı pozulmamış konvalyutda və içərisində 14 həb olan iki ədəd tamlığı pozulmuş konvalyutda ümumi qiyməti 156,40 manat dəyərində «ФЕНЗЕПИН», hər birində 10 həb olan ümumi qiyməti 6,29 manat dəyərində 7 ədəd konvalyutda «METFORİX», içərisində 50 ədəd həb olan ümumi qiyməti 49,4'2 manat dəyərində 7 ədəd qutuda «ДЕПАКИН ХРОНО 300 МГ», içərisində 50 ədəd həb olan qiyməti 4,38 manat dəyərində 1 ədəd qutuda «ДЕПАКИН ХРОНО 500 МГ», hər birində 10 həb olan ümumi qiyməti 4,44 manat dəyərində 3 ədəd konvalyutda «РИСПАКСОЛ 4МГ», hər birində 10 həb olan ümumi qiyməti 3,76 manat dəyərində 3 ədəd konvalyutda «30ЛОМАКС 0,5 МГ», hər birində 20 həb olan ümumi qiyməti 9,60 manat dəyərində 8 ədəd yaşıl yazısı olan konvalyutda «АМИНАЗИН», hər birində 20 həb olan ümumi qiyməti 9,60 manat dəyərində 02 ədəd g öy yazısı olan konvalyutda «АМИНАЗИН», hər birində 30 həb olan ümumi qiyməti 2,70 manat dəyərində 3 ədəd konvalyutda «КЛОНАЗЕПАН 2 МГ», hər birində 10 həb olan ümumi qiyməti 4,43 manat dəyərində 5 ədəd konvalyutda «ТРИФТАЗИН 5МГ», hər bir qutuda 50 ədəd həb olan ümumi qiyməti 3,75 manat dəyərində 3 qutu «ТИЗЕРЦИН», içərisində 30 ədəd həb olan qiyməti 9,39 manat dəyərində 1 ədəd flakonda «VENATURA» adlı dərman preparatlarını, ümumlikdə 46399,27 manat məbləğində özgənin xeyli miqdarda əmlakını, o cümlədən satış məqsədilə qanunsuz olaraq psixotrop maddə hesab edilən hər birində 10 tablet olan 3 ədəd konvalyutda təsiredici maddəsinin miqdarı 0,015 qram çəkidə Alprazolam («ЗОЛОМАКС 0,5 МГ»), hər birində 30 tablet olan 3 ədəd konvalyutda təsiredici maddəsinin miqdarı 0,18 qram çəkidə olan Klonaz epam («КЛОНАЗЕПАН 2 МГ»), hər birində 10 tablet olan 21 ədəd konvalyutda və içərisində 16 ədəd tablet olan 2 ədəd kəsilmiş konvalyutda təsiredici maddəsinin miqdarı 1,21 qram çəkidə olan Diazepam («ДИАЗЕПЕКС -5МГ»), hər qutuda hər birində 10 tablet olan 5 ədəd konvalyutda 7 ədəd qutuda, hər birində 10 ədəd tablet olan 11 ədəd tamlığı pozulmamış konvalyutda və içərisində 14 tablet olan iki ədəd tamlığı pozulmuş konvalyutda təsiredici maddəsinin miqdarı 0,474 qram çəkidə olan Fenazepam («ФЕНЗЕПИН 0,001 qr») dərman tabletlərini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan hər bir qutuda 50 tablet olan 3 qutuda təsiredici maddəsinin miqdarı 3,85 qram çəkidə külli miqdarda Levomepromazin («ТИЗЕРЦИН 25мг») və hər birində 25 tablet olan 14 ədəd konvalyutda təsiredici maddəsinin mi qdarı 0,7 qram Triheksifenidil (ЦИКЛОДОЛ ГРИНДЕКС) adlı güclü təsir edən maddə hesab edilən dərman preparatlarını satış məqsədi ilə gizli olaraq talamaqla oğurlayıb əldə edərək daşıyıb həmin dərman preparatlarını onların cinayətkar niyyətindən məlumatsız olan Məhkum əmisi Şahid məxsus Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində yerləşən köhnə tikilinin içərisində qanunsuz olaraq saxlamış və 23 may 2023-ci il tarixdə saat 18:35-də Məhkum iştirakı ilə həmin psixotop maddələr və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələr həmin köhnə tikilinin içərisindən aşkar edilərək götürülmüşdür.

4. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X11 (sədrlik edən), X8 və X3 ibarət məhkəmə tərkibində) 30 yanvar 2025-ci il tarixli, 1(124)-33/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 235.3.1-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il 06 (al tı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, həmçinin Məhkum CM-in 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi, Məhkum Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla 04 (dörd) il müddətə azad lıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 235.3.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 04 (dörd) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu 02 (iki) ay 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş cəzaya hesablanaraq çıxılmaqla üzərində 03 (üç) il 11 (on bir) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması, Məhkum barədə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və onun məhkəmə iclas zalından həbsə alınması, Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təhvil verilməsi, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 məsuliyyət məsələsi, maddi süb utlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

5. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 tərəfindən apelyasiya şikayətləri verilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X1 və X7 ibarət məhkəmə tərkibində) 23 aprel 2025-ci il tarixli, 1(105)-307/2025 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)33/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli hökmünün apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2025-ci il tarixli, 1(105)-307/2025 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi6 və Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

8. Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına, sübutlar siyahısına, birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin gəldikləri qənaətlərə və çoxsaylı qanunvericilik normalarına istinadlar edilərək, apellyasiya şikayətinin dəlilləri təkrarlanmaqla qeyd edilmişdir ki, məhkəmə istintaqı zamanı Məhkum qeyd olunan oğurluq cinayətində qabaqcadan əlbir olan qrup halında iştirakı iş materialları ilə tam s übuta yetrilməmiş, məhkəmənin gəldiyi nəticə işin konkret hallarına uyğun deyildir. Belə ki, Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı həmin oğurluq cinayətində iştirak etmədiyini, qabaqcadan onlar arasında oğurluq etmələri ilə bağlı heç bir razılaşma olmadığını, sadəcə olaraq ikinci Qarabağ müharibəsində aldığı psixoloji travma ilə əlaqədar gecələr yata bilmədiyinə görə oyanıb həyətdə gəzişdiyi zaman hadisələrin təsadüfü axını ilə əlaqədar qeyd olunan yerə gəldiyini və orada qeyd olunan əşya və predmətlərin olduğunu gördüyünü bildirmişdir. Bundan başqa, onun həmin cinayətdə iştirakı sübut olunsa belə, ona təyin edilmiş cəza ədalətsizdir. Düzdür, məhkəmə cəza təyin edərkən onun xidmətlərini sadalayaraq CM-in 62-ci maddəsini əsas götürərək ona həmin məcəllədə nəz ərdə tutulmuş aşağı həddən də aşağı cəza təyin etmişdir. Lakin, iş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 19 iyun 2023-cü il tarixli 652 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023cü il 3-28\3-1-118\2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq Ziyəddin Canpolad oğlu Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr tərəfindən müayinə olunub. Fəlakət-müharibə keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, anamnezində psixotik əlamətlər diaqnozu qoyulmuşdur.

9. Kassasiya şikayətinin müəllifi müraciətinin dəlilləri qismində qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından Məhkum Azərbayc an Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-307/2025 saylı, xx.xx.2025-cü il tarixli qərarının dəyişdirilərək, Məhkum CM-in 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilərək ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilməklə, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsi tətiq edilməklə minimum həddə sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

10. Məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi6 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin dəlilləri qismində cinayət işinin faktiki hallarına, sübutlar siyahısına, birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin gəldikləri qənaətlərə və çoxsaylı qanunvericilik normalarına istinadlar edilərək, apellyasiya şikayətinin dəlilləri təkrarlanmaqla qeyd edilmişdir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi kifayət qədər pozuntulara yol verərək hərtərəfli, tam və obyektiv araşdırmağa maraq göstərməmiş, şəxsin saxlanılarkən fiziki işgəncəyə məruz qalmasını nəzərə almamış, qeyd etdiyimiz xüsusatları araşdırmadan, qiymət vermədən birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır.

11. Kassasiya şikayətinin müəllifi müraciətlərinin dəlilləri qismində qeyd etdikləri halların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM) 416.1.6-cı maddəsində nəzərdə tutan halları yaradan pozuntu kimi qiymətləndirərək, məhkəmə kollegiyasından kassasiya şikayəti təmin edilməklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-307/2025 saylı, 23 aprel 2025-ci il tarixli qərarını ləğv edərək, cinayətin törədilməsinə Təqsirləndirilən şəxs1 aidiyyəti olmadığı və təqsiri sübuta yetirilmədiyi üçün onun barəsinə olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.

13. Qərardan zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən kassasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum, onun müdafiəçiləri Müdafiəçi4 və X9 hər biri ayrı-ayrılıqda çıxış edərək kassasi ya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından müraciətlərinin təmin edilməsini xahiş etdilər.

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs1, müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi6 hər biri ayrı-ayrılıqda çıxış edərək kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından müraciətlərinin təmin edilməsini xahiş etdilər.

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

17. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudl arını Azərbaycan Respublikası CPM-in (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.

18. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

19. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyas iya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

20. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

21. Məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi6 təqsirli bilindiyi AR CM-in 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddəsi ilə olan əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, onun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu mübahisələndirərək, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

22. Həmçinin, Məhkum müdafiəçisi Müdafiəçi4 məhkum barəsində təyin edilən cəzanın həddindən artıq ağır olmasını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini ş ərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

23. Bununla belə, kollegiya məhkum Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi6 və Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2025-ci il tarixli, 1(105)-307/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq ilk öncə məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi6 müraciətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

24. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1- ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

25. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.

26. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.

27. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi6 hüquqlarını müdafiə etdiyi şəxsin barəsində cinayət işi üzrə sübutların məhkəmələr tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.

28. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərk ibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

29. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

30. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

31. Cinayət işi materiallarından və apellyasiya instansiya məhkəməsinin qərarından müəyyən edi lir ki, Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddələri ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 1(124)-33/2025 nömrəli hökmü ilə təqsirli bilinərək məhkum edilməsini qanuni və ədalətli hesab etmişdir.

32. Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları təhqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs1 Azərbaycan Res publikası CM-in 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

33. Bununla yanaşı məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində göstərd iyi dəlilləri ilə əlaqədar olaraq bildirir ki, həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir, hansı ki, həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə bir-bir təhlil edilərək araşdırılıb qiymət verilmişdir.

34. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gət irilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs1 cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

35. Kollegiya eyni zamanda, Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

36. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

37. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

38. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

39. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu ma ddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

40. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

41. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

42. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi nə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

43. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edi lməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

44. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız ol duğu müəyyən edilir.

45. Belə ki, Məhkum barəsində bəraət hökmü çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb, eyni zamanda məhkuma təyin edilmiş cəzanı qanuniliyi və ədalətliliyi baxımından araşdıraraq, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2ci maddələri ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 1(124)-33/2025 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 04 (dörd) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

46. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 8, 41, 58, 59 və 61-ci maddəl ərinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən hallar kimi Vətən müharibəsində iştirak etməklə müxtəlif medallarla təltif olunmasını, 2-ci qrup müharibə əlili olmasını, müharibədən sonra onda davamlı şəxsiyyət dəyişikliyi, şəxsiyyət pozuntusu müəyyən edilməsini, məcburi köçkün olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını, o cümlədən, təqsirləndirilən şəxsin qardaşının da Vətən müharibəsində iştirak etməklə müxtəlif medallarla təltif olunmasını və 3-cü qrup müharibə əlili olmasını və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan həmin maddələrin sanks iyasında nəzərdə tutulan aşağı həddə qanuni və ədalətli cəza təyin etmiş, cəzanın növünü və həddini düzgün müəyyən etmişdir. Bundan əlavə məhkəmə kollegiyası hesab etmişdir ki, çoxlu sayda cəzanı yüngülləşdirən halların mövcudluğu əsas verir ki, Məhkum barəsində təyin olunancaq azadlıqdan məhrum etmə növündə cəzanın həddi onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi və Cinayət Məcəlləsinin 235.3.1-ci maddəsinin sanksiyası çərçivəsində deyil, daha az həddə müəyyən edilsin.

47. Göründüyü kimi, Məhkum apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkuma daha yüngül cəza növünün təyin edilməsinə əsas görməmiş, bununla da hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

48. Kassa siya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

49. Beləliklə, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi6 və Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən ve rilmiş kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

50. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumların, onların müdafiəçilərinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2025-ci il tarixli, 1(105)-307/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 235.3.1 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2025-ci il tarixli, 1(105)-307/2025 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi6 və Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar