Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1726/2023 14.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 nümayəndəsi – XXX15nun vəkili Nümayəndə1, Məhkum, onun müdafiəçisi – XXX20nun vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2023-cü il tarixli qər arından zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 nümayəndəsi – XXX15nun vəkili Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2022-ci tarixli hökmü ilə (sədrlik edən hakim G.A.Əsədova) Məhkum (xx xxxxx 1963-cü ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" QSC-də direktor işləmiş, əvvəllər məhkum olunmayan, ünvan1-da qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla, həmin c əzanın şərti olaraq tətbiq edilməsi qərara alınmış, Məhkum üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddəti ərzində onun üzərinə nəzarətin həyata keçiurilməsi Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilmişdir. Həmçinin hökmlə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 mülki iddiası qismən təmin edilərək, sökülmüş ünvan 1 ünvanında yerləşən 1-ci mərtəbədə olan 53,2 kv.m. sahəli qeyri-yaşayış sahəsinə görə eyni ölçüdə 1-ci mərtəbədə tam təmirli qeyriyaşayış sahəsinin və ünvan 1 ünvanında yerləşən sahəsi 56,7 kv.m. olan mərtəbəsi zirzəmi kimi qeyd olunmuş qeyri-yaşayış sahəsinə görə mərtəbəsi zirzəmi olan eyni ölçüdə tam təmirli qeyri-yaşayış sahəsinin "xxxx" QSC tərəfindən mülki iddiaçı Zərərçəkmiş şə xs4 təhvil verilməsi, 30 sentyabr 2020-ci il tarixdən başlayaraq qeyri-yaşayış sahələrinin yerləşdiyi binanın istismara təhvil verildiyi tarixə kimi hər ay 1.200 manat məbləğində icarə haqqı (əldən çıxmış fayda) hesablanmaqla Zərərçəkmiş şəxs4 ödənilməsi, ödənilmiş dövlət rüsumu – 390 manat pul vəsaitinin "xxxx" QSC-dən tutulub Zərərçəkmiş şəxs4 verilməsi, qalan hissədə mülki iddianın təmin olunmaması, "xxxx" QSC tərəfindən 29 avqust 2022-ci il tarixli OD3 saylı ödəniş tapşırığına əsasən zərərçəkən Zərərçəkmiş şəxs4 adına depozitə yerləşdirilmiş 320.000 manat pul vəsaitinin, habelə digər zərərçəkmiş şəxslərin adına depozitə yerləşdirilmiş müxtəlif məbləğlərdə pul vəsaitlərinin "xxxx" QSC-nin hesabına geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n 22 fevral 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.H.Allahverdiyev, hakimlər C.V.Hüseyn və H.Ç.Məmmədovdan ibarət məhkəmə tərkibi) zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 və nümayəndəsi Nümayəndə1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, X4 nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2022-ci tarixli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 nümayəndəsi Nümayəndə1 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Polad oğlu vəzi fəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməməsi nəticəsində fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vuraraq səhlənkarlıq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergi Departamentinin Kommersiya Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 2 Qapalı Səhmdar Cəmiyyətində (VÖEN N°**********) xx.xx.2021-ci il tarixdən direktor vəzifəsində işləyən zaman aidiyyəti üzrə müvafiq əmr və sərəncamlarla ona həvalə olunmuş digər hüquq və vəzifələri həyata keçirib vəzifəli şəxs kimi cəmiyyətin ümumi işinə rəhbərlik edərkən cəmiyyət tərəfindən ünvan3, ünvan4 və ünvan4 küçələrinin kəsişm əsində yerləşən istifadəyə yararsız evlərin sökülərək yerində yüksəkmərtəbəli çox mənzilli “XXX25” yaşayış kompleksinin inşası aparılarkən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2627/2021 nömrəli qətnaməsi və Bakı Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-940/2022 nömrəli qətnaməsi ilə Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 30.90 kvadratmetr olan bir otaqlı yaşayış sahəsi hesab edilən mənzilin, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3720/2021 nömrəli qətnaməsi və Bakı Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-809/2022 nömrəli qətnaməsi ilə Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 74 kvadratmetr olan üç otaqlı yaşayış sahəsi he sab edilən mənzilin, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3728/2021 nömrəli qətnaməsi ilə Zərərçəkmiş şəxs1 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 60 kvadratmetr olan üç otaqlı yaşayış sahəsi hesab edilən mənzilin, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2086/2021 nömrəli qətnaməsi və Bakı Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxs4 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.7 kvadratmetr olan qeyri-yaşayış sahəsi hesab edilən zirzəminin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.2 kvadratmetr olan digər təyinatlı hesab edilən qeyri-yaşayış sahəsinin sökülmələri barədə qüvvəyə minməmiş və Zərərçəkmiş şəxs1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinə verilmiş apellyasiya ş ikayəti üzrə, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə verilmiş kasassiya şikayətləri üzrə yekun məhkəmə qərarlarının qəbul edilərək qanuni qüvvəyi minməməsinə baxmayaraq səhlankarlıq edərək işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyərək cəmiyyətin işçiləri tərəfindən aparılan söküntü işlərinə lazımı qaydada nəzarət etməyib və müvafiq tapşırıqlar verməyib qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin etməməsi və sökülmələrinin qarşısını almaması nəticəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində cəmiyyətin işçiləri tərəfindən aparılan söküntü işləri nəticəsində Zərərçəkmiş şəxs3a, Zərərçəkmiş şəxs2a, Zərərç əkmiş şəxs1a və Zərərçəkmiş şəxs4 məxsus xüsusi mülkəyyətlərində olan əmlakların sökülməsi və həmin vaxt orada olan əşyaların məhv olunması nəticəsində Zərərçəkmiş şəxs3 110000 (yüz on min) manat, Zərərçəkmiş şəxs2 151043 (yüz əlli bir min qırx üç) manat, Zərərçəkmiş şəxs1 Kamal oğluna 140000 manat (yüz qırx min) manat və Zərərçəkmiş şəxs4 327850 (üç yüz iyirmi yeddi min səkkiz yüz əlli) manat ziyan vurmaqla, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməməsi nəticəsində fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vuraraq səhlənkarlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 nümayəndəsi Nümayəndə1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum təqsirli bilindiyi əməllə yanaşı həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2, 309, 188-ci maddələrində nəzərdə tutulmuş özgə əmlakını qəsdən məhv etmə, vəzifə səlahiyyətlərini aşma, torpaq üzərində mülkiyyət hüquqlarını pozma cinayətlərini törətdiyi halda, o, yalnız CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinmiş və cəzanın təyin edilməsinə dair CM-in tələbləri pozularaq onun barəsində şəxsiyyətinə, törədiyi əməllərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cinayət-hüquqi xarakterli tədbir – azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmə tətbiq edilmişdir. Kassasiya şikayətinin digər dəlili isə odur ki, Zərərçəkmiş şəxs4 sökülmüş, ona mülkiyyət hüququ əsasında məxsus olmuş 53,2 və 65,7 kv.m. sahələri olan qeyri-yaşayış sahələrinə görə "xxxx" QSC tərəfindən yeni tikilmiş binanın 1-ci mərtəbəsində 132 kv.m. (20% əlavə ilə) qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, qeyri-yaşayış sahələri sökülərkən orada olmuş əşyalara dəyən ziyana görə 46.000 manat və itirlmiş fayda kimi 01 aprel 2020-ci il tarixdən başlayaraq qətnamə icra olunanadək hər ay 1.800 manat məbləğində pulun ona ödənilməsi, habelə ödənilmiş 390 manat məbləğində dövlət rüsumunun ona verilməsi barədə iddia qaldırdığı halda birinci instansiya məhkəməsi əsasız olaraq həmin iddianı qismən təmin etmiş, apellyasiya instansiya məhkəməsi isə həmin hissədə hökmü dəyişdirilmədən saxlamaqla eyni qanun pozuntularına yol vermişdir. Nümayəndə1 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məkəməsinin Cinayət kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum əməllərinin CM-in 314.2-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 186.2, 309, 188- ci maddələri ilə tövsif edilməsini və bu maddələrlə ona azadlıqdan məhrum etmə növündə ən ağır cəzanın təyin edilməsini, eləcə də mülki iddianın tam təmin olunmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya prote stinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 nümayəndəsi Nümayəndə1 kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsin də göstərilən səhlənkarlıq cinayətindən daha ağır, o cümlədən Cinayət Məcəlləsinin 186.2, 309, 188-ci maddələrində nəzərdə tutulmuş özgə əmlakını qəsdən məhv etmə, vəzifə səlahiyyətlərini aşma, torpaq üzərində mülkiyyət hüquqlarını pozma cinayətlərini törətdiyini, eləcə də Məhkum şərti məhkum etmə kimi həddindən artıq yüngül cinayət-hüquqi xarakterli tədbirin təyin olunduğunu və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddianın düzgün həll olunmadığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum əməllərinin CM-in 314.2-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 186.2, 309, 188-ci maddələri ilə tövsif edilməsi, bu maddələrlə ona azadlıqdan məhrum etmə növündə ən ağır cəzanın təyin edilməsi, eləcə də mülki iddianın tam təmin olunması barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Zərərçəkmiş şəxs4 nümayəndəsinin kassasiya şikayətindən görünür ki, onun irəli sürdüyü – Məhkum Cinayət Məcəlləsinin 314.2-ci ma ddəsi ilə yanaşı, bu maddə ilə nəzərdə tutulmuş səhlənkarlıq cinayətdən daha ağır - Cinayət Məcəlləsinin 186.2, 309, 188-ci maddələrində göstərilən özgə əmlakını qəsdən məhv etmə, vəzifə səlahiyyətlərini aşma, torpaq üzərində mülkiyyət hüquqlarını pozma cinayətlərini törətməsi barədə iddia məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin müəyyən etdiyi hüdudlardan açıq-aşkar kənara çıxır və prosessual qərarların preyudisial əhəmiyyətindən bəhs edən cinayət-prosessual qanunun 65.1-ci maddəsinin tələbləri, bu normanın təfsiri üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işi nə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsində isə təsbit olunmuşdur ki, “cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Re spublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında məhkəmənin konkret şəxs barəsində cinayət işinə birinci instansiya qaydasında baxarkən məhkəməyə verilməyən və barəsində məhkəməyədək icraatda cinayət təqibini istisna edən qərar çıxarıldığı şəxsin cinayət törətməsindən çıxış etməklə onun cinayət məsuliyyətinə cəlb edilməsi üzrə məsələni həll etməsini, məhkəmə hakimiyətinə xas olmayan (cinayət-prosessual qanunla ittiham tərəfinə aid edilmiş) ittiham funksiyasını üzərinə götürməsi kimi qiymətləndirmiş və bunu Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, o cümlədən CPM-in 318.1 və 65.1-ci maddələrinin tələbləri nöqteyi-nəzərindən yolverilməz hesab etmişdi. Qeyd olunan normaların tələblərinə və Konstitusiya Məhkəməsin in hüquqi mövqeyinə görə, istər birinci və apellyasiya instansiyası məhkəmələri, istərsə də kassasiya instansiyası məhkəməsi ittihamın hüdudlarından kənara çıxmaq, təqsirləndirilən şəxsin ittihama daxil edilməyən cinayət əməlinə və yaxud baxılan işdə təqsirləndirilən şəxs qismində cəlb edilməyən şəxsin təqsirlilik məsələsinə baxmaq, xüsusilə də həmin əməl və yaxud şəxs barəsində cinayət təqibinə xitam verilməsinə (cinayət işinin başlanılmasının rədd edilməsinə) dair ibtidai istintaq orqanının ləğv edilməmiş qərarı olduğu halda, həmin əmələ və yaxud şəxsə münasibətdə araşdırma aparmaq səlahiyyətində deyillər və bu səbəbdən də təqsirləndirilən şəxsin ittihama daxil edilməyən cinayət əməlini törətməsi, məhkəməyə verilməyən şəxsin cinayətin iştirakçısı olması barədə dəlillərdən çıxış etməklə b axılan (məhkəmə baxışının predmetini təşkil edən) ittihama münasibətini müəyyənləşdirə bilməzlər (eynilə kassasiya məhkəməsi belə dəlilləri onun kassasiya müraciətinə münasibətini formalaşdıran dəlillər kimi nəzərdən keçirməyə haqlı deyil). Hazırki cinayət işinin materiallarından isə görünür ki, ibtidai istintaqın gedişində müstəntiqin 10 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərarı ilə Məhkum əməlində hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulan səhlənkarlıq cinayətindən savayı başqa, o cümlədən Cinayət Məcəlləsinin 186.2.1, 308.2, 309.2, 322.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri müəyyən olmadığından, bu maddələr üzrə cinayət işinin başlanılması rədd edilmiş və cinayət təqibini isti sna edən həmin qərar nə prokuror, nə də ki, məhkəmə nəzarəti qaydasında müvafiq məhkəmə tərəfindən ləğv edilməmişdir. Baxılan işdə cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi (zərərçəkmiş şəxslərə ağır zərərin vurulması ilə nəticələnmiş səhlənkarlıq etməsi) barədə ittiham irəli sürülmüşdür. Odur ki, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs4 nümayəndəsinin Məhkum Cinayət Məcəlləsinin 186.2, 309, 188-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi barədə dəlillərini mübahisələndirilən məhkəmə qərarının ləğvini və yaxud dəyişdirilməsini mümkün edən dəlillər kimi qəbul etmir. Kassasiya şikayətinin Məhkum təqsirli bilindiyi CM-in 314.2-ci maddəsi ilə CM-in 70ci maddəsinə əsasən 2 il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının mübahisələndirilməsi üzrə dəlillərinə gəldikdə, kollegiya bu məsələdə də kassasiya müraciətinin müəllifi ilə razılaşmaq üçün əsas tapmır. Belə ki, baxılan işdə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsi, əməlindən peşman olması, iş yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsinə cəhdlər etməsi isə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş və birinci instansiya məhkəməsi cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar məsələsi üzrə müəyyən etdiklərini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini gözləməklə, cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, o cümlədən ailə vəziyyəti, törətdiyi cinayətə və onun nəticələrinə görə məsuliyyətini dərk etməsi, öz vəziyyətinə tənqidi münasibət bəsləməsi, prosessual vəzifələrini vicdanla yerinə yetirməsi, məhkəmədə davranışı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə nəzərə almış və Məhkum barəsində 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmə şəklində CM-in 58-ci maddəsi ilə yanaşı 59, 61, 70-ci maddələrinin tələblərinə cavab verən və CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün kifayət edən ədalətli cinayət-hüquqi xarakterli tətbir tətbiq etmişdir. Məhkəmələrin cəzanı yüngülləşdirən və ağ ırlaşdıran, təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar, CM-in 58.3-cü maddəsində nəzərdə tutulmuş digər məsələlər üzrə nəticələri məhkəmə baxışında CPM-in 143-146-cı maddələrinə müvafiq sürətdə tədqiq olunub-qiymətləndirilmiş sübutlardan hasil edilmiş, yəni məhkəmələr tərəfindən CPM-in 139, o cümlədən 139.0.5-ci maddəsinin tələblərinə də əməl olunmuşdur. Odur ki, zərərçəkmiş şəxsin nümayəndəsinin birinci instansiya məhkəməsinin Məhkum şərti məhkum etməni tətbiq etməklə (apellyasiya məhkəməsinin bu cinayəthüquqi xarakterli tədbirlə razılaşmaqla) Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəllənin pozuntularına yol vermələri barədə iddiası əsaslı sayıla bilməz. Eynilə, zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 mülki iddiası da əsaslı şəkildə və qanuna müvafiq qaydada həll olunduğu üçün məhkəmə kollegiyası bu məsələ üzrə də kassasiya şikayətində irəli sürülmüş dəlillərlə razılaşmaq üçün əsas tapmır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən cinayət mühakimə icraatında verilmiş mülki iddianın həlli üzrə, o cümlədən iddianın tam və yaxud qismən təmin edilməsi, rədd edilməsi haqqında qərarlar mülki yetirilməsindən asılı olaraq qəbul edilir. iddianın əsaslarının və məbləğinin sübuta Zərərçəkmiş şəxs4 Məhkum tərəfindən törədilən səhlənkarlıq cinayəti nəticəsində əmlakının məhv edilməsi ilə əlaqədar məruz qaldığı maddi itkilərin əvəzinin ödənilməsi məsələsi də birinci instansiya məhkəməsi tərəfindən irəli sürülmüş ittihama və sübutlara əsasən müəyyən olunmuş zərərin xarakterinə və miqdarına uyğun olaraq ədalətli şəkildə həll olunmuşdur. Belə ki, hökmlə zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 mülki iddiası qismən təmin edilərək, onun mülkiyyətində olmuş, lakin sökülmüş ünvan 1 ünvanında yerləşən 1ci mərtəbədə olan 53,2 kv.m. sahəli qeyri-yaşayış sahəsinə görə eyni ölçüdə 1-ci mərtəbədə tam təmirli qeyri-yaşayış sahəsinin və ünvan 1 ünvanında yerləşən sahəsi 56,7 kv.m. olan mərtəbəsi zirzəmi kimi qeyd olunmuş qeyri-yaşayış sahəsinə görə mərtəbəsi zirzəmi olan eyni ölçüdə tam təmirli qeyri-yaşayış sahəsinin "xxxx" QSC tərəfindən mülki iddiaçı Zərərçəkmiş şəxs4 təhvil verilməsi, 30 sentyabr 2020-ci il tarixdən başlayaraq qeyri-yaşayış sahələrinin yerləşdiyi binanın istismara təhvil verildiyi tarixə kimi hər ay 1.200 manat məbləğində icarə haqqı (əldən çıxmış fayda) hesablanmaqla Zərərçəkmiş şəxs4 ödənilməsi qərara alınmışdır. Odur ki, zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 nümayəndəsinin mülki iddianın qismən təmin edilməsi ilə baxılan işdə maddi və cinayət-prosessual normaların tələblərinin pozuntularına yol verilməsi barədə iddiası da əsaslı sayıla bilməz. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində təsbit edilən, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, bu şikayətin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 nümayəndəsi Nümayəndə1, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının, Məhkum, onun müdafiəçisi Müdafiəçi1 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 nümayəndəsi Nümayəndə1 kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 22 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 22 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1726/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1726/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver