Məhkəmə qərarları › İş №1(102)-1726/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1726/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1726/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X19 iştirakı ilə, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, X11 CMin 234.1-ci maddəsi ilə və X5 CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 26 fevral 2025-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-353/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli (hakimlər: X22 (sədrlik edən və məruzəçi), X24 və X7 ibarət tərkibdə) hökmü ilə, xx.xx.1987-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri Koroğlu küçəsi 29 saylı evdə qeydiyyatda olmaqla yaşayan, X25 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilmiş, barəsində seçilmi ş həbs qətimkan tədbiri ləğv edilmiş və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilmişdir. xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Lənkəran şəhəri Koroğlu küçəsi 29 saylı evdə yaşayan, X16 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. xx.xx.1987-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Cəlilabad şəhəri V.Mürsəlov küçəsi 91 saylı evdə qeydiyyatda olmaqla, Lənkəran şəhəri Koroğlu küçəsi 29 saylı evdə yaşayan, X12 Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilmişdir. Həmçinin hökmlə məhkəmə məsrəfləri və maddi sübuta dair məsələlər həll edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X26 və X13 ibarət tərkibdə) 1(106)-193/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, X11 CM-in 234.1-ci maddəsi ilə və X5 CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-353/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: X25 2023-cü ilin iyul ayında Lənkəran şəhərində istintaqla müəyyən edilməmiş dəqiq vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 10 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,165 qram, 0,194 qram, 0,240 qram, 0,247 qram, 0,196 qram, 0,711 qram, 1,116 qram, 0,774 qram, 0,213 qram və 0,196 qram olmaqla, ümumi təmiz çəkisi 4,052 qram olub külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış n arkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış, 25 iyul 2023-cü il tarixdə Lənkəran şəhəri, Koroğlu küçəsində həmin narkotik vasitə heroinin 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,213 qram və 0,196 qram olmaqla, cəmi təmiz çəkisi 0,409 qramını 10 manat pul müqabilində tanışı X11 və 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,711 qram, 0,774 qram və 1,116 qram olmaqla, cəmi təmiz çəkisi 2,601 qramını 50 manat pul müqabilində tanışı X1, qalan 5 bükümdə, cəmi 1,042 qram çəkidə olan hissəsini isə satış məqsədi ilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 25 iyul 2023-cü il tarixdə keçirdikləri əməliyyat tədbirləri zamanı, özü həmin gün saat 12 radələrində Lənkəran şəhə ri, Koroğlu küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq ünvan 3 ünvanında yerləşən rayon polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış keçirilərkən 5 ədəd kağız bükümdə, ayrı- ayrılıqda təmiz çəkiləri 0,165 qram, 0,194 qram, 0,240 qram, 0,247 qram və 0,196 qram olmaqla, ümumi təmiz çəkisi 1,042 qram olan narkotik vasitə heroin əynində olmuş şalvarın arxa sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə saat 14:10 radələrində X3 şəhəri, Koroğlu küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən, Ceyhun Səlimovdan aldığı 2 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,213 qram və 0,196 qram olmaqla, ümumi təmiz çəkis i 0,409 qram olan narkotik vasitə heroin əynində olmuş qısaqol donun sağ qol hissəsindən aşkar edilib, qablaşdırılaraq götürülmüş, əməliyyat tədbirlərinin nəticəsi olaraq həmin tarixdə saat 15:10 radələrində X2 şəhəri, Koroğlu küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən, Ceyhun Səlimovdan aldığı, 3 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,711 qram, 0,774 qram və 1,116 qram olmaqla, ümumi təmiz çəkisi 2,601 qram olan narkotik vasitə heroin əynində olmuş şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. X16 25 iyul 2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri, Koroğlu küçəsində 10 manat pul müqabilində tanışı X9 xeyli miqdar hesab edilən 2 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,21 3 qram və 0,196 qram, ümumi təmiz çəkisi 0,409 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 25 iyul 2023-cü il tarixdə saat 14:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu ünvan 4 ünvanında yerləşən polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan yaşıl rəngli donun sağ qol hissəsindən həmin bükümdə və çəkidə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. X12 25 iyul 2023-cü il saat 11:40 radələrində Lənkəran şəhəri, Koroğlu küçəsində tanışı X14 50 manat pul müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdar hesab edilən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,711 qram, 1,116 qram, 0,774 qram, ümumi təmiz çəkisi 2,601 qram narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, 25 iyul 2023-cü il tarixdə saat 15:10-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Lənkəran şəhəri, Koroğlu küçəsi ərazisində yaşadığı evinin yaxınlığında saxlanılaraq Lənkəran şəhəri, T.İsmayılov küçəsi 26 ünvanında yerləşən Lənkəran ŞRPŞ-yə gətirilmiş, şöbədə üzrərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən kağıza bükülmüş həmin çəkidə və bükümlərdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-193/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarından dövlət itt ihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, aşağıda şərh edilənlərə əsasən hesab edirəm ki, məhkəmə kollegiyası tərəfindən həmin yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, bunun nəticəsi olaraq əsassız yekun qərar qəbul edildiyindən, həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. İş üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 27 iyul 2023-cü il tarixli, 770 saylı rəyinə əsasən, müayinə zamanı Ceyhun Səlimovda OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NA RKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (İ/v: 51) İş üzrə təyin edilmiş ambulator məhkəmənarkoloji ekspertizasının 27 iyul 2023-cü il tarixli, 771 saylı rəyinə əsasən, müayinə zamanı Mürtəza Həsənovda OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (İ/v: 174) İş üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 27 iyul 2023-cü il tarixli, 769 saylı rəyinə əsasən, müayinə zamanı Xəyalə Hacızadədə OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Nar koloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (İ/v: 286) Lənkəran ŞRPŞ-in CAB-dən daxil olmuş əməliyyat tapşırıqlarının cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axatarış tədbirləri nəticəsində Ceyhun Səlimovun narkotik vasitələrdən istifadə etməklə yanaşı satışı ilə də məşğul olması müəyyən edilmişdir. X27 və Xəyalə Hacızadənin üzərlərindən aşkar olunaraq götürülmüş narkotik vasitələri onlara Ceyhun Səlimovun satması müəyyən edilmişdir. (İ/v: 94; 192; 299) Ekspertizanın 25 dekabr 2023-cü il tarixli, 19/1020 saylı rəyində göstərilmişdir ki, Ceyhun Səlimovun üzərindən aşkar edilmiş 5 büküm heroin (Rəy № 19/757), Xəyalə Hacızadənin üzərindən aşkar edilmiş 2 büküm heroin (Rəу № 19/759) və Mürtəza Həsənovun üzərindən aşkar edilmiş 3 büküm heroin (Rəу № 19/760), ümumilik də 10 bükümdə olan narkotik vasitə heroin xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. (İ/v: 364-366) İş materiallarina əsasən, 29 aprel 2021-ci ildə X28 Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 1 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 03 iyun 2022-ci ildə cəzasını tam çəkib qurtarmışdır. İş materiallarına əsasən, 12 yanvar 2023-cü ildə X29 Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qərarına əsasən qeyd edilən cəzanın çəkilməmiş qalan 1 il 5 ay 8 gün hissəsi CM-in 52-1.5-ci maddəsinə əsasən, 8 ay 19 gün müddətə azadlıqdan məhrum etmə növündə cəz a ilə əvəz edilmişdir. (İ/v: 296-297; 331) Beləliklə göründüyü kimi, yuxarıda qeyd edilən cinayət əməllərinin Ceyhun Səlimov, Mürtəza Həsenov və Xəyalə Hacızadə tərəfindən törədilməsi iş materialları ilə sübut edilmişdir. Lakin hər iki instansiya məhkəmələri iş üzrə toplanılmış sübutlara heç bir əhəmiyyət vermədən, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədilə verdiyi özünümüdafiə xarakteri daşıyan və işin faktiki hallarına uyğun olmayan ifadələrində göstərdikləri xüsusatları əsas götürərək Ceyhun Səlimov, Mürtəza Həsənov və Xəyalə Hacızadənin təqsirləri guya sübuta yetirilməməsi barədə səhv qənaətə gəlmişlər. Belə ki, təqsirləndirilən şəxslərin üçü də ibtidai istintaqda verdikləri, yuxarıda qeyd edilən ifadələrindən, onların üzərinə videoçəkilişlə keçirilən ş əxsi axtarış və götürmə zamanı verdikləri şifahi izahatlarından görünür ki, Ceyhun Səlimov 25 iyul 2023-cü ildə saat 12 radələrində üzərinde 5 epep kağız bükümdə, ümumi təmiz çəkisi 1,042 qram olan narkotik vasitə heroinlə Lənkəran şəhəri, Koroğlu küçəsində piyada yaşadığı evinə gələn zaman, Xəyalə Hacızadə 10 manat pul müqabilində Ceyhun Səlimovdan aldığı 2 ədəd bükümdə narkotik vasitə heroinlə 25 iyul 2023-cü ildə saat 14:10 radələrində Lənkəran şəhəri, Koroğlu küçəsində gedən zaman, Mürtəza Həsənov isə 50 manat müqabilində Ceyhun Səlimovdan aldığı 3 ədəd bükümdə narkotik vasitə heroinlə 25 iyl 2023-cü ildə saat 15:10 radələrində Lənkəran şəhəri, Koroğlu küçəsində gedən zaman Lənkəran ŞRPŞ-in tərəfindən saxlanılmışlar. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslərin üçü də elan edilmi ş ittiham üzrə özlərini təqsirli bilib, əmələrindən peşman olduqlarını bildirərək, törətdikləri cinayət əməllərini etiraf etmişler. (l/v: 327-328, 361-363, 180-181) İbtidai istintaqda keçirilmiş üzləşdirmə zamanı təqsirləndirilən şəxslər biri digərinin üzünə qarşı ifadələrini təsdiq etmişlər. (İ/v: 79-80, 81-82) Bundan əlavə təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri, yuxarıda qeyd edilən, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə təsdiq edilmişdir. Göründüyü kimi, hər iki instansiya məhkəmələri iş üzrə toplanmış obyektiv sübutlara əhəmiyyət verməyərək, təqsirləndirilən şəxslərin yalnız məhkəmədə verdikləri özünümüdafiə xarakterli ifadələrinə əsaslanaraq səhv qənaətə gəlib, əsassız olaraq təqsirləndirilən şəxslərə bəraət vermişlər. Bundan başqa məh kəmə hesab etmişdir ki, Ceyhun Səlimov, Mürtəza Həsənov və Xəyalə Hacızadənin ibtidai istintaqda etirafedici ifadələri polis əməkdaşlarının onlara qarşı zor tətbiq etməsinin təsiri altında alınmışdır. Lakin hər iki instansiya məhkəmələri nəzərə almamışlar ki, Ceyhun Səlimov, Mürtəza Həsənov və həbs edilməmiş Xəyalə Hacızadə polis əməkdaşlarının onlara qarşı zor tətbiq etməsi ilə bağlı şikayət etməmişlər. Həmçinin onların bədəni üzərində 25 iyul 2023-cü ildə yetirilməsinə uyğun müəyyən edilməmişdir. Belə ki, Ceyhun Səlimovun adına açılmış 7433/2023 nömrəli "X30"ndan görünür ki, Ceyhun Səlimov Bakı İstintaq Təcridxanasına daxil olarkən onun bədəni üzərində köhnə çapıq toxumaları aşkar olunmuşdur. Mürtəza Həsənovun adına açılmış 7434/2023 nömrəli "X30"ndan görünür ki, Mürtəzə Həsənov Bakı İ stintaq Təcridxanasına daxil olarkən onun bədəni üzərində köhnə çapıq toxumaları aşkar olunmuşdur. O cümlədən hər iki instansiya məhkəmələri onu da nəzərə almamışlar ki, əgər ibtidai istintaq zamanı polis əməkdaşlarının zor tətbiq edilməsi təsiri altında Ceyhun Səlimov ifadə vermişdirsə, onda nəyə görə tam etirafedici ifadə verib, Mürtəza Həsənova və Xəyalə Hacızadəyə narkotik vasitə satdığını göstərməmişdir. X32 bu əməllərinin sübuta yetirilməsi üçün ibtidai istintaqda Mürtəza Həsənov, Xəyalə Hacızadə ilə onun arasında üzləşdirimə keçirilmiş və onlar narkotik vasitənin Ceyhun Səlimovdan əldə etmələrini onun üzünə deyərək, bunu bir daha təsdiq etmişlər. Onu da qeyd etmək vacibdir ki, iş üzrə bütün istintaq hərəkətləri təqsirləndirilən şəxslərin müdafiəçilərinin iştirakı ilə keçirilmiş və t əqsirləndirilən şəxlər tərəfindən heç bir şikayət və ya ərizə daxil olmamışdır. Məhkəmə bu hala da əhəmiyyət verməmişdir. Bundan əlavə, təqsirləndirilən şəxslər hər iki instansiya məhkəmələri baxışlarında polis əməkdaşlarının onlara qarşı zor tətbiq etmələrinin səbəbini (düşmənlik, ədavət və s.) izah edə bilməmiş, məhkəmə də bu halı araşdırmadan saxlamışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hər iki instansiya məhkəmələri tərəfindən Ceyhun Səlimov, Mürtəza Həsənov və Xəyalə Hacızadənin məhkəmə baxışlarındaki ifadələrində narkotik vasitənin onların üzərinə polis əməkdaşları tərəfindən qoyulması, hədə-qorxu və fiziki təsir nəticəsində videoçəkiliş zamanı narkotik vasitənin onlara məxsus olduğunu bildirməsi barədə göstərmələri mötəbər sübut kimi qəbul edilməsində haqlı olmamışdır. Be ləliklə, guya təqsirləndirilən şəxlərə zor tətbiq edilməsi, onların Lənkəran şəhəri, Koroğlu küçəsində 25 iyul 2023-cü il müxtəlif vaxtlarda deyil, 25 iyul 2023-cü ildə saat 0708 radələrində yaşadıqları evdə üçünü də birlikdə saxlanılmaları hər hansı bir obyektiv sübutlarla təsdiq edilməmişdir. Göründüyü kimi, hər iki instansiya məhkəmələri təqsirləndirilən şəxslərə qarşı zor tətbiq edilməsini təsdiq edən heç bir hal müəyyən etmədən, müdafiə mövqeyindən çıxış edərək, təqsirləndirilən şəxslərə əsassız bəraət vermişlər. CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq hüquq məsələləri üzrə cinayət qanununun və CinayətProsessual Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Beləliklə, Şirvan Ap elyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tətbiq edilməmiş, bunun nəticəsi olaraq əsassız yekun qərar qəbul edilmişdir. Kassasiya protestində X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair, kassasiya protestinin təmin edilməməsinə dair bəraət almış şəxslərin və müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya insta nsiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, X11 CM-in 234.1-ci maddəsi ilə və X5 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxslərin təqsirsizliyi barədə məhkəmə hökmünün əsas ını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, X11 CM-in 234.1-ci maddəsi ilə və X5 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələ blərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qi ymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X18 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya on a qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, X1 0 CM-in 234.1-ci maddəsi ilə və X4 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onların təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X20, X11 və X5 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplan ılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, X10 CM-in 234.1-ci maddəsi ilə və X4 CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından apellyasiya instansiya məhkəməsi tərəfindən X20, X11 və X5 bəraət vermişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müd afiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Ci nayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, X17, X10 və X4 təqsirləndirilmələrinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sü but olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməsi və onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 234.1 və 234.1-1-ci maddələri ilə elan olunan ittiham üzrə təqsirlilik sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü, X10 CM-in 234.1-ci və X4 CMin 234.1-1-ci maddəsi ilə onlara istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəb ər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində də yərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş i ctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair mə hkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X18 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi n əinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2025-ci il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək X17, X10 və X4 təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmi şdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbayc an Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-193/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar