Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1727/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Mirzəyev Ruslan Soltanağa oğlunun iştirakları ilə xx xxxxxxx 1990-cı il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1ndə qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 194.2.1 və 326.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2021ci il tarixli qərarından Məhkum müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Mirzəyev Ruslan Soltanağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İmişli Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmünə əsasən (hakim Ülvi Qənbərov) Məhkum - Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 194.2.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 170.1, 177.2.1, 1 77.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 170.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 326.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 194.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 12 aprel 2019-cu il tarixdən 10 iyul 2019-cu il tarixədək həbsdə saxlanıldığı 2 ay 28 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay 02 (iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəz açəkmə müəssisəsində çəkməsi və cəza çəkməsinin əvvəlinin 06 may 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmü ilə həmçinin X3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, X6 və X8 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), R.M.Cəfərov və E.İ.Əliyev) apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin müdafiəçi tərəfindən ötürülməsi əsası ilə verilmiş apelyasiya şikayəti hərəkətsiz saxlanılmış, cinayət işinin materialları İmişli Rayon Məhkəməsinə qaytarılması və məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə Azərbaycan Respublikası CPM-nin 386-cı maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün 20 (iyirmi gün) gün müddət təyin edilmişdir. Apellyasiya Məhkəməsinin həmin qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi və İmişli Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətinin məhkəmə baxışına təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə şikayət poçta t əhvil verilmiş, lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən heç bir araşdırma aparılmadan şikayətin poçta deyil, müddət ötürülməklə məhkəməyə təqdim edilməsi nəticəsinə gəlinmiş və əsassız olaraq hərəkətsiz saxlanmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi R.Mirzəyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiya məhkəməsinin ilkin baxışına təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419- cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilm əməsi yoxlanılır. Məhkəmə kollegiyası şikayətdə göstərilən dəlillərlə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətində verilə bilər. Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası CPM-nin 202.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı şikayət və ya digər sənəd müddət keçənədək poçta, həbsdə olan və tibbi müəssisələrə yerləşdirilmiş şəxslər üçün isə şikayət və ya digər sənəd müddət keçənədək həbs yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmişsə, müddət buraxılmış sayılmır. Şikayətin və ya digər sənədin poçta verilməsi tarixi poçtun ştempeli, həbs yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmə tarixi isə dəftərxananın, yaxud həmin müəssisələrin vəzifəli şəxslərinin qeydlərinə əsasən müəyyən edilir. İş materiallarından görünür ki, İmişli Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü həmin tarixli m əktubla təqsirləndirilən şəxs Məhkum və digər proses iştirakçılarına göndərilmişdir. Lakin hökmün təqsirləndirilən şəxslərə təqdim edilib edilməməsi, əgər təqdim edilmişsə, onun vaxtı barədə məlumatı təsdiq edən sənəd iş materiallarında yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Mirzəyev Ruslan Soltanağa oğlu və digər təqsirləndirilən şəxs X2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə 29 iyul 2021-ci il tarixli ilkin məhkəmə baxışı iclasının protokolundan görünür ki, məhkəmə iclasında heç bir araşdırma aparılmamış, məhkəmə prosesində iştirak edən proses iştirakçıları barədə məlumat da qeyri-dəqiq əks etdirilmişdir. Belə ki, təqsirləndirilən şəxs X2 müdafiəçisi X9 həm prosesdə işti rak edən şəxs kimi, həm də məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmədə iştirak etməyən şəxs kimi qeyd edilmişdir. Ona görə də apellyasiya məhkəməsinin hansı araşdırmanın nəticəsi olaraq Məhkum müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Mirzəyev Ruslan Soltanağa oğlu tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi nəticəsinə gəldiyi iş materiallarından görünmür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin ilkin baxış qərarında da Məhkum müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Mirzəyev Ruslan Soltanağa oğlu tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinə dair gəldiyi nəticə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Ko nstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 35-ci maddəsinə əsasən: “35.1 Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçısının cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərə kətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır. 35.2. Məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək aşağıdakı hüquqları həyata keçirir: 35.2.1. barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını xahiş etmək; 35.2.2. barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək. 35.3. Məhkumun bu Məcəllənin 35.1 və 35.2-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.” Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunan səbəblərdən Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2021-ci il tarixli ilkin baxış qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CP M-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2021-ci il tarixli ilkin baxış qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsində ilkin baxışa təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1727/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1727/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver