Məhkəmə qərarları › İş №1(102)-1727/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1727/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1727/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli hökmü ilə Mə hkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli hökmü ilə isə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYƏN E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Kamranov Hafiz Eldar oğlu) Məhkum, xx xxxxxx 1980-cı il tarixdə İmişli rayonunun Rəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməmiş, İmişli rayonunun Rəsullu kəndində qeydiyyatda olmaqla Bak ı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahə, nömrəsiz evdə yaşamış, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 24 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək tutulduğu cəmi 01 (bir) gün müddət azadlığın məhdludlaşdırılması cəzasının 02 (iki) gün müddətinə bərabər hesabı ilə hesablanaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, CM-nin 52-1-ci maddəsinə əsasən Məhkum üzərinə gün ərzində saat 23:00dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəzi yyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasının isə daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, habelə məhkuma narkomaniyadan məcburi müalicənin təyin edilməsi və onun yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq satış məqsədilə 22 fevral 2022-ci il tarixdə və 24 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanda tanışı X3 03 ədəd kağız bükümdə, ümumi təmiz çəkisi 9,144 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşımaqla saxlamış, 24 fevral 2022-ci il tarixdə saat 16:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3şən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə aparılan şəxsi axtarış zamanı əynində olan qara rəng li cins gödəkçəsinin sağ yan cibindən 03 ədəd kağız bükümdə eyni tərkibli, ayrı-ayrılıqda 01 ədəd içərisində təmiz çəkisi 8,745 qram, 01 ədəd içərisində təmiz çəkisi 0,179 qram və 01 ədəd təmiz çəkisi 0,220 qram, ümumi təmiz çəkisi 9,144 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum yuxarıda göstərilən əməlində onun narkotik vasitəni məhz satış məqsədilə əldə edərək saxlaması və daşıması, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmədiyindən məhkumun əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş və onun barəsində yuxarıda göstərilən hökm çıxarılmışdır. Hökmdən dövlət ittihamçısı İs gəndərov Coşqun Ramiz oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 26 yanvar 2023cü il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum ona qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum məhkəməyədək icraat dövründə həbsdə olduğu 01 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli hökmündən Məhkum kassasiya şikayəti verərək, həmin hökmün ləğv edilməsini və onun cinayət əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Barəsində çıxarlımış hökmlərə istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli hökmünü ləğv edib yeni hökm çıxararkən və onu CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilib ona azadlıqda n məhrum etmə cəzası təyin edərkən ədalətsizliyə yol vermiş və bu zaman nəzərə almamışdır ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, bunu təsdiq edən sübutlar da məhkəmə tərəfindən əldə edilməmiş, onun üzərindən aşkar edilib götürülmüş qurudulmuş marixuananı isə o, yalnız öz şəxsi istifadəsi üçün əldə etmişdir. Bu halı o, ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında etiraf etsə də, məhkəmə heç bir sübuta əsaslanmadan onun əməlinin CM-nin 234.2-ci maddəsi ilə tövsif edilməsi barədə qanunsuz hökm çıxarmışdır. Qeyd olunanlara əsaslanaraq Məhkum kassasiya şikayətində əsaslandığı dəlillərin nəzərə alınmasını və həmin dəlillərə əsasən onun şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin ol maması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirən Məhkum öz şikayətində həmin məhkəmə tərəfindən sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək onun əməlinin düzgün tövsif edilməməsini, nəticədə isə onun törətmədiyi cinayət əməlinə görə əsassız olaraq məhkum olunmasını iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblə rinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə s əlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə g örə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya bax ışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişd ir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılı r. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayə t edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni z amanda ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirlili yinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə təsbit edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Burada Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyinə istinad olunması da hazırki iş üzrə qanuni nəticəyə gəlmək üçün xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uy ğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallar a münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetir ilməsi ilə nəticələnə bilər. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun 25 noyabr 2022-ci il tarixli hökmdə təsvir edilən cinayət əməlini, yəni 22 fevral 2022-ci il tarixdə və 24 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanda tanışı X3 cəmisi 03 ədəd kağız bükümdə, ümumi təmiz çəkisi 9,144 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşımaqla saxlaması barədə nəticəyə gəlsə də, ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşd hırılmış sübutlarla Məhkum göstərilən narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etməmiş və buna görə sonuncuya qarşı ehtimallar üzərində qurularaq irəli sürülmüş itiham üzrə hökmün çıxarılmasını mümkün bilməyərək onun satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlaması və daşıması əməlini, yəni CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi haqda ittiham hökmünün çıxarılmasını qanuni və əsaslı hesab etmişdir. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin vəsatəti əsasında birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması barədə qərar qəbul etsə də, məhkəmə iclasında yalnız Məhkum dindirilməsi ilə kifayətlənmiş, digər sübutları tədqiq etməmiş, çıxardığı hökmdə isə birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutları və həmin məhkəmənin gəldiyi nəticəni təsvir etməklə Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, məhkumun isə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi və həmin maddə əsasında cəzalandırılması barədə yeni hökm çıxarılmasını məqsədə uyğun hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni yoxlayaraq kassasiya şikayətinin dəlillərinə və həmin dəlillərə əsasən irəli sürülmüş tələbə cavab verilməsi üçün birinci instansiyası məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların bir qisminə bir daha müraciət etməyi zəruri bilir. Belə ki, Azərbayc an Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 həmin İdarənin rəisinə ünvanladığı 24 fevral 2022-ci il tarixli raportundan, əməliyyat-axtarış tədbirinin keçirilməsi haqda və əməliyyat qrupunun təşkil edilməsi barədə həmin tarixli qərarlarda, habelə 24 fevral 2022-ci il tarixdə tərtib edilmiş bütün prosessual sənədlərdə Məhkum narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması, daşıması və narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması göstərilsə də, həmin sənədlərdə Məhkum qeyd olunan məqsədini, habelə onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı sübuta istinad olunmamış, belə sübutlar ibtidai araşdımanın aparıldığı sonrakı dövrdə və məhkəmə iclasında da əldə edilməmişdir. Məhkum isə cinayət təqibinin bütün mərhələlərində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək və eyni məzmunda ifadələr verərək 24 fevral 2022-ci il tarixdə onun üzərindən aşkar edilərək götürülmüş üç bükümdə cəmisi 9,144 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 22 fevral və 24 fevral 2022-ci il tarixlərdə “Vüqar” adlı (sonradan müəyyən edildiyi kimi, X3) 100 manat məbləğində pulun müqabilində almış və qeydiyyatda olduğu kəndə getdikdə orada istifadə etmək niyyətində olduğunu göstərmişdir. Məhkum həmçinin qeyd etmişdir ki, o, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış və əldə etdiyi narkotik vasitəni da satmaq məqsədi izləməmişdir. Məhkum barə sində BMCMİ-nə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üzrə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində, onun saxlanılmasında və üzərində şəxsi axtarışın aparılmasında iştirak etmiş polis əməkdaşları Şahid1 ibtidai araşdırma zamanı və məhkəmə iclasında, Şahid2 və Şahid3 isə - ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən yuxarıda göstərilən əməliyyat məlumatının daxil olmasını bildirsələr də, Məhkumun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına, yaxud da üzərində saxladığı narkotik vasitəni satmaq məqsədilə əldə etməsinə dəlalət edən hər hansı sübuta istinad etməmiş və belə sübutları ibtidai araşdırma orqanına və ya məhkəmələrə təqdim etməyərək yalnız məhşkum olunmuş şəxsin üzərində 24 fevral 2022-ci il tarixdə axtarışın aparılmasını və bunun nəticəsində onun üzərindən üç bükümdə cəmisi 9,144 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsini, habelə sonuncunun axtarış zamanı verdiyi izahatı təsdiq etmişlər. Məhkum kannabioidlərin istifadə etməsi, bunun nəticəsində onun narkomaniya xəstəliyindən əzab çəkməsi və buna görə narkoloji dispanserində qeydiyyata alınması məsləhət olunması, yəni sonuncunun bu hallarla bağlı verdiyi ifadələri məhkəmə-narkoloji ekspertizasının 06 may 2022-ci il tarixli 2264 saylı rəyi ilə təsdiq olunur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında dövlət ittihamçısının şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X9 göstərmişdir ki, o həbs olunanadək mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 2021-ci ilin iyun ayında o, yas mərasimi ilə əlaqədar İsmayıllı rayonuna getmiş, yasdan çıxıb taksi ilə avtovağzala getmiş və yolda onu aparan yaşlı sürücü onun marixuanadan istifadə etməsini bildikdə ona 370 manat məbləğində pul müqabilində 250 qram marixuana satmışdır. O, həmin narkotik vasitəni yaşadığı ünvan 2 ünvanına gətirmiş, onun bir hissəsini özü istifadə etmiş, müəyyən hissəsini isə istifadə etməsi üçün tanışlarına vermişdir. Həmin marixuanadan o, uzun müddət tanıdığı, qurudulmuş marixuanadan istifadən edən Məhkuma da vermiş, sonuncu dəfə isə, yəni 24 fevral 2022-ci il tarixdə ona bir ədəd kibrit qutusunda verdiyi marixuananın müqabilində ondan 100 manat məbləğində pul almışdır. Göründüyü kimi, adları göstərilən şahidlər də məhkum olunmuş Məhkum ifadələrinə uyğun ifadələr vermiş, sonuncunun narkot ik vasitələri məhz satış məqsədilə əldə etməsi, saxlaması və daşıması barədə hər hansı sübutla təsdiq edilən məlumatın olmasını bildirməmiş, bu hal təqsirləndirilən şəxslə X3un arasında ibtidai araşdırma zamanı keçirilmiş üzləşdirmə zamanı da öz təsdiqini tapmışdır. Hər iki məhkəmə şahidlərin ibtidai araşdırma zamanı verdiyi ifadələrinə, habelə ibtidai araşdırma zamanı toplanmış digər sübutlara (məhkəmə ekspertizalarının rəylərinə və 24 fevral 2022-ci il tarixdə tərtib edilmiş sübut əhəmiyyətli prosessual və qeyriprosessual sənədlərə) əsaslanmış, buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsindən fərqli olaraq ibtidai araşdırma orqanının mövqeyi ilə razılaşmış və həmin orqanın yol verdiyi səhvi təkralayaraq Məhkum hazirki işin predmeti narkotik vasitəni m əhz satış məqsədilə əldə edərək saxlaması və daşıması barədə nəticəyə gəlmişdir. Halbuki, iş üzrə toplanmış və birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum ona ittiham olunmuş miqdarda narkotik vasitəni məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində saxlayaraq daşımasını, habelə məhkum olunmuş şəxsin ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış eyni sübutlara istinad edən apellyasiya instansiyası məhkməsinin mövqeyinə görə, Məhkum üzərindən aşkar edilərək götürülmüş narktik vasitənin miqdarı və onun ayrı-ayrı bükümlərdə yerləşdirilməsi, həmin narkotik vasitəni iki dəfəyə alaraq üzərində saxlaması və daş ıması onun bu narkotik vasitəni satmaq niyyətində olmasına dəlalət edir. Lakin, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq əvvəla qeyd edir, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında Məhkum 22 və 24 fevral 2022-ci il tarixlərdə X3dan ayrı-ayrılıqda hansı miqdarlarda qurudulmuş maixuana əldə etməsi, 22 fevral 2022-ci il tarixdə əldə etdiyi narkotik vasitənin hər hansı hissəsini istifadə edib-etməməsi, həmin iki gün ərzində onun alıcı axtarıb-axtarmaması, narkotik vasitəni satmaq məqsədilə kiminləsə sövdələşibsövdələşməməsi, aşkar edilmiş narkotik vasitənin kimin tərəfindən qablaşdırılması aydınlaşdırılmmış və bütün bu hallara dair heç bir sübut əldə edilməmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Törədilmiş cinayətin predmeti olan narkotik vasitənin Məhkum tərəfindən ayrı-ayrı bükümlərə yerləşdirilməsinin həmin maddə və vasitələri satmaq niyyətində olmasına dəlalət etməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaətinə gəldikdə, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, onun dövriyyəsi qadağan olunmuş əşyaları məhz bükümlərə qablaşdırılmış vəziyyətdə əldə etməsini təkzib edən hər hansı sübut nə ibtidai araşdırma zamanı, nə də ki işə məhkəmələrdə baxılarkən əldə olunmamış, on un qeyd edilən maddəni və vasitəni özünün bükümlərə qablaşdırması isə cinayət təqibinin hər hansı mərhələsində müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində saxlayaraq daşımasını, habelə məhkum olunmuş şəxsin ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmasını və bu əməlləri törətməsi üçün kiminləsə cinayət əlaqəsinə girərək sövdələşməsini təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. Buna baxmayaraq, yalnız hazırki cinayət işi üzrə törədilmiş əməlin predmeti olan narkotik vasitənin ayrı-ayrı bükümlərə qablaşdırılması əsası ilə Məhkum qarşı CM-nin 234.2-ci maddə ilə ittiham irəli sürülmüş və iş üzrə ibtidai araşdırma yekunlaşdıqdan sonra tərtib edilmiş ittiham aktına əsasən də, iş baxılması üçün məhkəməyə göndərilərkən ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün sübut kimi sonuncunun ifadələri ilə yanaşı adları yuxarıda göstərilən şahidlərin ifadələri, axtarış və götürmə haqqında protokollar, məhkəmə-kimyəvi, məhkəmə-psixiatrik və məhkəmə-narkoloji ekspertizalarının rəyləri təqdim olunmuş, işə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində baxılarkən isə dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmələrə ittihamın təsdiq olunmasına dəlalət edən heç bir əlavə sübut təqdim etməmiş və buna görə də məhkəmələr yalnız təqdim olunmuş sübutların araşdırılması ilə kifayətlənmişlər. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış sübutların fövqündə qanunvericiliyin aşağıdakı tələblərinə əsaslanaraq, araşdırılmış sübutlara onların təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə təqsirli bilinməsi məsələsinə bu sübutların mümkünlüyü və kifayət etməsi nöqteyi nəzərindən yanaşıb qiymətləndirərək və məhkəmənin hökmünün ehtimallara əsaslana bilməməsi (apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, həmin hökm sübutlara deyil, yalnız ehtimallara və subyektiv mülahizələrə əsaslanmışdır), bütün şübhələrin isə təqsirləndrilən şəxsin xeyrinə həll olunmasına dair qanunvericiliyin təlbələrindən çıxış edərək Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməlinin CM-nin 234.2-ci maddəsindən CM -nin 234.1-ci maddəsinə ilə tövsif edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin I-III hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsir ləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli halla r üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Bu norma törədilmiş cinayətin bütün əlamətləri, o cümlədən subyektiv cəhəti üzrə də nəticəyə gəlmək üçün kifayət edən mötəbər sübutların qanuni üsullarla toplanılmasını və onların məhkəmə iclasında araşdırılmasını tələb edir. Mötəbər olmayan, qanusuz yollarla əldə edilmiş, yaxud da məhkəmədə tədqiq olunmamış sübutların məhkəmənin iş üzrə gəldiyi hər hansı nəticənin və ona uyğun qəbul edilmiş yekun məhkəmə aktının əsası kimi qəbul edilməsi, ya da belə nəticənin subyektiv ehtimallara və mülahizələrə əsaslanması qanunsuz və yolverilməz hesab edilmilidir. Bu təfsir prosessual qanunvericiliyinin aşağıdakı norması nın da tələblərindən irəli gəlir. Belə ki, CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə be lə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələrinin tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təqsirli bilindiyi CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, b unlar sonuncunun əməlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, aşağıda qeyd olunan şərtlər eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs maddələnin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından (əldə edilmiş sübutlardan) göründüyü kimi, Məhkum əməlinin CM-nin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız bir şərt – narkotik vasitələrin dövriyyəsi ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi mübahisəsiz sübuta yetirilir, məhkumun ona istinad əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Məhkum CM-nin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham apellyasiya instansiyası məhkəməsinin hökmü ilə birgə təhlil edildikdə görünən odur ki, həm ittiham, həm də hökm məhkum olunmuş şəxsin ifadələri ilə yanaşı yalnız axtarışda və götürmədə iştirak etmiş şəxslərin ifadələrinə əsaslanır, bu ifadələrin məzmunundan isə Məhkum üzərində aşkar edilmiş narkotik vasitəni məhz satış məqəsədi ilə əldə edərək saxlaması və daşıması görünmür, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlar da əldə edilməmişdir. Məhz bu baxımdan işə mahiyyəti üzrə baxmış birinci instansiyası məhkəməsi Məhkum istinad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətlə (narkotik vasitəsini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması) bağlı ibtidai araşdırma orqanın ın gəldiyi nəticə ilə razılaşmamış, təqsirləndirilən şəxs tərəfindən yalnız narkotik vasitəni əldə edib saxlaması və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə də əsaslı olaraq, qanunvericliyin tələblərindən və işin faktiki hallarından çıxış edərək sonuncunun həmin əməlini CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iş üzrə Məhkum narkotik vasitələri başqa şəxsə satması, istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş və onda aşkar edilmiş bu vasitənin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmiş, əksinə, araşdırılmış sübutlarla qurudulmuş mari xuananı yalnız şəxsi istifadəsi üçün əldə etməsi təsdiq olunmuşdur. Beləliklə, Məhkum kassasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə, maddi hüquq normalarına yuxarıda göstərilən şəkildə verdiyi təfsirə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə, Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə və araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarına əsaslanaraq hesab edir ki, Məhkum cinayət əməli 9,144 qram narkotik vasitə marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması kimi qiymətləndirilməli və bu əsaslara görə onun həmin əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməli, ona bu maddə ilə cəza isə birinci instansiya məhkəməsi tərəfind ən nəzərə alınmış hallara əsasən, CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələbləri nəzərə alınmaqla həmin məhkəmənin müəyyən etdiyi növdə və həddə təyin olunmalıdır. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, Məhkum CM-nin 234.2ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli hökmü isə kassasiya şikayətinə münasibətdə dəyişdirilməklə Məhkum CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmiş cinayət əməli həmin mad dələrdən CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmiş cinayət əməli həmin maddədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin və ona bu maddə əsasında 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Hökm kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar