Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1727/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs, Məhkum və Təqsirləndirilən şəxs iştirakları ilə, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonr a mətndə CM-in) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 1(107)-212/2023 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları:
1. Məhkum xx xxxxxxxx 1990-cı il tarixdə Şəki rayonu Baş Zəyzid kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Şəki rayonu Baş Zəyzid kəndində qeydiyyatda olmaqla yaşayır.
2. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxxxx 1993-cü ildə Şəki rayonu Baş Zəyzid kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Şəki rayonu Baş Zəyzid kəndində qeydiyyatda olmaqla yaşayır.
3. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Məhkum və Təqsirləndirilən şəxs 10 iyul 2022-ci il tarixdə saat 20 radələrində Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən evlərinin yaxınlığında əvvəldən də aralarında İmran Balammədovun arvadı Təranə Balammədova ilə yaxın münasibətdə olması səbəbindən münaqişələrinin olduğu xalası oğlanları Zərərçəkmiş şəxs ilə sonuncunun əlində bıçaq və tapança formasında alışqan ilə onların yaşadıqları evin yaxınlığına gə lərək mübahisə edərkən şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs əlləri və ayaqları ilə vuraraq sonuncuya qəsdən qapalı kəllə beyin travması, yüngül beyin sarsılması posttravmatik sefalgiya, servikoalgiya, hər iki gözün travmatik şişkinliyi və hematoması, hər iki gözün ağlı qişasının qansızması, hər iki göz yarığının daralması, sol gicgah nahiyəsinin dərialtı hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin kürək, bel, sol bilək, sol əl arxası, sol biləyin ön səthi, sağ said, sağ biləyin arxası, sağ diz nahiyəsinin sıyrılmış yaraları, sol gicgah, hər iki çiyin qurşağı, kürək və bel nahiyəsinin qançırları, sağ əlin arxa səthində İİ və İİİ barmaqlar arası sahədə kəsilmiş yaraları kimi dərəcəsinə g örə sağlamlığına zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmişlər.
4. Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X10 və X4 ibarət tərkibdə) 04 aprel 2023-cü il tarixli, 1(091)-79/2023 nömrəli hökmü ilə Məhkum CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancından 15 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum olunması, Məhkum təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəkməsi və cəzasının əvvəlinin onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəz ərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancından 15 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum olunması, Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəkməsi və cəzasının əvvəlinin onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
5. Hökmdən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti veri lmişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X12 və X1 ibarət məhkəmə tərkibində) 04 oktyabr 2023-cü il tarixli, 1(107)212/2023 nömrəli qərarı ilə dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum və Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(091)-79/2023 nömrəli baxılmış apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 1(107)-212/2023 nömrəli qərarından dö vlət ittihamçısı kassasiya protesti, Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. İİ. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:
8. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara, xüsusi ilə də zərərçəkmiş şəxsin ifadəsinə və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, hazırki iş üzrə işin faktiki hallarını nəzərə almayan məhkəmə CM-in 144.2.3 və 144.2.4-cü maddəsinin tərkibinin yaranmasını zəruri edən Məhkum və Təqsirləndirilən şəxs tərəfindən törədilən əməlin cinayət-hüquqi nəticələrinə düzgün hüquqi qiymət verməmiş, onların əməlini CM-in 128-ci maddəsinə tövsif etməklə əməlin tövsifınin hüquqi əhəmiyyətini itirməsinə, irəli sürülən ittiham da nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli olan Məhkum və Təqsirləndirilən şəxs məsuliyyətdən kənarda qalmasına səbəb olmuşdur ki, bununla da Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi mümkün olmamış, Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplər pozulmuşdur.
9. Bununla da, Şəki Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nətic əsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 1(107)-212/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
10. Həmçinin qərardan Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilərək, şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına istinadlar edilərək, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərinə görə tam şəkildə cinayət məsuliyyətinə cəlb edilməsinin təmin edilməsi, onların CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir.
11. Qərardan məhkumlar tərəfindən kassasiya şikayəti verilməmişdir.
12. Kassasiya protestinə və zərərçəkmiş şəxsin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya protestini müdafiə edərək, zərərçəkmiş şəxsin kassasiya şikayətinə isə etiraz etməyərək məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs kassasiya şikayətini müdafiə edərək, dövlət ittihamçısının kassasiya protestinə isə etira z etməyərək məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkumlar Məhkum və Təqsirləndirilən şəxs hər biri ayrı-ayrılıqda dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi q iymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib- verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası m əhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Dövlət ittihamçısı kassasiya protestində, zərərçəkmiş şəxs isə kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum və Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.4-cü maddələrindən həm in Məcəllənin 128-ci maddəsinə tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.
21. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini, həmçinin zərərçəkmiş şəxsin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 1(107)-212/2023 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Cinayət işinin materiallarına əsasən, Məhkum və Təqsirləndirilən şəxs 10 iyul 2022-ci il tarixdə saat 20 radələrində Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən evlərinin yaxınlığında əvvəldən də aralarında İmran Balammədovun arvadı Təranə Balammədova ilə yaxın münasibətdə olması səbəbindən münaqişələrinin olduğu xalası oğlanları Zərərçəkmiş şəxs ilə sonuncunun əlində bıçaq və tapança formasında alışqan ilə onların yaşadıqları evin yaxınlığına gələrək mübahisə edərkən şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs əlləri və ayaqları ilə vuraraq sonuncuya qəsdən qapalı kəllə beyin travması, yüngül beyin sarsılması posttravmatik sefalgiya, servikoalgiya, hər iki gözün travmatik şişkinliyi və hematoması, hər i ki gözün ağlı qişasının qansızması, hər iki göz yarığının daralması, sol gicgah nahiyəsinin dərialtı hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin kürək, bel, sol bilək, sol əl arxası, sol biləyin ön səthi, sağ said, sağ biləyin arxası, sağ diz nahiyəsinin sıyrılmış yaraları, sol gicgah, hər iki çiyin qurşağı, kürək və bel nahiyəsinin qançırları, sağ əlin arxa səthində İİ və İİİ barmaqlar arası sahədə kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığına zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmişlər, bununla da onlara qarşı hazırkı ittiham irəli sürülmüşdür.
23. Məhkum və Təqsirləndirilən şəxs verilmiş qeyd edilən ittiham üzrə cinayət işi materiallarında öz ə ksini tapan sübutları tədqiq edən birinci instansiya və apellyasiya insyasiya məhkəmələri belə hesab etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum və Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə düzgün tövsif olunmamışdır.
24. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 10 iyul 2022ci il tarixdə saat 20 radələrində xalası oğlanları İmran və Kamran Balammədovun yaşadığı Şəki rayonu Baş Zəyzid kəndinə gedərək orada əvvəl Kamran Balammədovla mübahisə etmiş, sonra oraya gələn İmran Balammədov da əvvəllər sonuncunun arvadı ilə arasında olan yaxın münasibətə görə münaqişəsi olduğu xalası oğlu Zərərçəkmiş şəxs görüb sonuncu ilə mübahisəyə qoşulmaqla qardaşı Kamran Balammədovla birli kdə Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirdikdən sonra sonuncunun əlində bıçaq və tapança formasında alışqanla üzərlərinə gəlməsi və buna görə barəsində tədbir görülməsini təmin etmək məqsədilə 50-60 metr aralıda olan yaşadıqları evə aparıb orada əl-qolunu bağladıqdan sonra bütün qohumlarına məlumat verdikdən sonra dayıları Şahid1 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir.
25. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan da görünür ki, X3 Zərərçəkmiş şəxs barəsində sonuncu tərəfindən zorlanmaya məruz qalmasına dair müraciəti üzrə araşdırma aparılmışdır.
26. Həmçinin, Zərərçəkmiş şəxs özü də İmran Balammədovun mobil telefonuna təhdid xarakterli mesajlar yazdığını təsdiq etmişdir.
27. Bütün bu qeyd edilənlərə əsasən birinci instansiya və a pellyasiya instansiya məhkəmələri təqsirləndirilən şəxslərin niyyətinin zərərçəkmiş şəxsi oğurlamaq deyil, sadəcə olaraq zərərçəkmiş şəxin qanunsuz hesab etdikləri hərəkətlərinin qarşısını almaq məqsədilə hüquq-mühafizə orqanlarına təhvil vermək olması qənaətinə gəlmişdir. Ona görə də, məhkəmələr istintaq orqanın gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, təqsirləndirilən şəxslərin əməli zərərçəkmiş şəxsə faktiki olaraq yetirdikləri xəsarətlərin dərəcəsindən asılı olaraq qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir.
28. Əlavə olaraq, kassasiya məhkəməsi qeyd edir ki, adam oğurluğu cinayətlərində motivin xarakteri əməlin tövsifi üçün əhəmiyyət kəsb etməsə də, qəsdin nəyə yönəlməsi bu istiqamətdə həlledici rol oynayır.
29. Cinayət işi üzrə sübutlar onu qeyd etməyə ə sas verir ki, məhkumlar tərəfindən zərərçəkmişin azadlığının məhdudlaşdırılaraq küçədən saxlanıldığı yerə gətirilməsi üzrə hərəkətlərin qəsdi onun neytrallaşdırılmasına yönəlmişdir. Başqa sözlə, xarici əlamətlərinə görə adam oğurluğu cinayətinə bənzəyən hərəkətlər zərərçəkmişin qanunsuz hesab etdikləri hərəkətlərinin qarşısını almaq üçün də zəruri hesab edilən hərəkətlərin tərkib elementlərinə daxildir.
30. Kassasiya kollegiyası birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qeyd edilən mövqeyləri ilə razılaşaraq, məhkəmələrin iş üzrə əldə edilən və məhkəmədə tədqiq edilən sübutlara qiymət verərək ittiham tərəfindən dövlət ittihamçısının, həmçinin zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində qeyd edilənləri məhkumların əməllərinin CM-in 144.2.3 və 144.2.4-cü maddələrinə tövsif edilməsi üçün sübutların kifayət etməməsi qənaətinə gəlməsi qanuni və əsaslı hesab edir.
31. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
32. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
33. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nət icəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
35. Məhkəmə kollegiyası dövlət ittihamçısının, həmçinin zərərçəkmiş şəxsin Məhkum və Təqsirlənd irilən şəxs əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
36. Apellyasiya instansiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində və apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində və kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətin i şübhə altına almaq üçün əsas görmür.
37. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
38. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübute tmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).
39. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir.
40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlan arkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
41. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 1(107)212/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respu blikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 1(107)-212/2023 nömrəli qərarı Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.